Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
C. Qafqazda koronavirus peyvənd bölgüsü:
Azərbaycanda Çinin SinoVac, Ermənistanda rusun Sputnik-V, Gürcüstanda isə almanların “BioNTech & Pfizer” vaksini vurulacaq.
16 874
"Müharibədən yeni çıxmışıq, pandemiyadır" deyənlərin menyusuna:
Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq. Tikintisi ilə bağlı artıq Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalanıb. Qeyd edim ki, "Tekfen İnşaat"ın pay hissələrinin yarısı SOCAR-a aiddir.
16 874
Bu gün işğal altında olan Ağdərə şəhərində erməni sakin M. Mkrtçyan minaya düşərək ölüb. Dağlıq Qarabağda Radik Tatosyan adlı, 19 yaşlı erməni hərbçinin isə xəstəlikdən öldüyü bildirilir.
16 874
Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa icrabaşı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Baş prokuror Kamran Əliyevin əmri ilə prokurorluq orqanlarında müstəntiq təyin olunub. O əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı idi. Qardaşı Ramin Quliyev də Bakının Nərimanov Rayon Məhkəməsinin hakimidir. Atalar taladı, növbə balalardadır.
16 874
Rusiyanın məşhur “Kommersant” qəzeti Ermənistan və Azərbaycanın razılaşdığı dəmir yolu da daxil olmaqla nəqliyyat dəhlizlərinin xəritəsini yayımlayıb.
16 874
Gəncənin Kəpəz rayon sakini, 1988 təvəllüd, tabor komandiri, kapitan Muxtarov Sərxan İlqar oğlu Qubadlı istiqamətində mina partlayışı nəticəsində şəhid olub.
16 874
İmişli icrabaşı Vilyam Hacıyevə rüşvət verib ev alan və DTX tərəfindən saxlanılan "Azərişıq ASC" Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov işdən azad edilmişdi. İndi isə yeni yaradılan Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsinə rəis təyin olunub. Deyəsən harda rüşvətxor, qanuni julik, əli əyri, oğru varsa, göndərirlər işğaldan azad olunan ərazilərə. Adını da qoyurlar ki, cəzalandırırıq. Dünənə qədər deyirdilər orda igidlərimiz canını verib, hər şey daha başqa cür olacaq.
16 874
Son 1 həftə ərzində Türkiyədən Azərbaycana 27 müxtəlif tip hərbi təyyarə gəlib. Hərbi baza üçünmü ya nə üçün dəqiq bilinmir amma yaxın tarixdə bölgədə maraqlı hadisələrin şahidi olacağımız istisna edilmir. Sülh naminə regionda təhlükəsizlik çox vacibdir.
16 874
“Kürü diplomatiyası” qalmaqalının nəticəsi
2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar haqda məruzəsinin qəbul olunmasına mane olmaq üçün 2.4 milyon avro rüşvət alan (yarım milyon sübut olunub) italyan deputat Luka Volonte 4 il müddətinə azadlıqdan məhrum edilib.
16 874
Binəqədi icra hakimiyyəti iş adamına deyib ki, 5 şəhid məzarının üstünü götür, sənə toxunmayacağıq. Sahibkar da cavabında bildirib ki, şəhid məzarının üstünü götürmək rüşvət predmeti ola bilməz. Səhərisi biznesmenin obyektini yerlə bir ediblər. Həmin sahibkar müharibə vaxtı 16 TIR ilə cəbhəyə mərmi, təkər daşıyıb, dəstək olub.
16 874
Müdafiə Nazirliyi dəfn olunan şəhidlərin yeni sayını 2841 nəfər, itkin düşmüş hərbçinin isə 64 nəfər olduğu siyahını açıqladı. Həm şəhidlərin, həm də itkin düşənlərin hamısının şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi siyahıda qeyd olunub.
16 874
Bugünkü görüşün ümumi məğzi bölgədəki iqtisadi-ticarət əlaqələrinin bərpası və inkişafı ilə əlaqədar idi. Paşinyan Qarabağın statusundan narahatlığını ifadə etdi, İlham Əliyev münaqişənin keçmişdə qaldığını bildirdi. Putin isə Dağlıq Qarabağın inkişafı naminə üçtərəfli işçi qrupunun vacibliyindən danışdı. Ermənistanın Azərbaycan ərazisindən Rusiya və İrana dəmir yolu xətti olacaq. Azərbaycanın isə Naxçıvan vasitəsiylə Türkiyəyə dəmir yolu çəkiləcək. Həmçinin Türkiyə və Rusiya arasında dəmiryolu xətti olacaq.
16 874
İlham Əliyev Putinlə görüşdə: "Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə dəmir yolu əlaqəsi olacaq. Qarabağ problemi keçmişdə qaldı, gələcəyi düşünməliyik".
16 874
Paşinyan: "Qarabağdakı münaqişə hələ də həll olunmayıb. Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir. Bu gün əsirlərlə bağlı məsələni həll edə bilmədik. Müzakirələr davam edəcək”.
16 874
Vladimir Putin: "Əliyev və Paşinyanla görüşdən sonra Qarabağın inkişafı ilə bağlı ortaq bəyanat imzalandı”.
16 874
"Müharibədən sonra hər şey fərqli olacaq" deyənlər üçün:
İmişlidə kirayədə yaşayan icrabaşı Vilyam Hacıyev yadınızdadır? Sonra DTX tutub apardı, külli miqdarda pulların mənimsənilməsi, rüşvət, vəzifə səlahiyyətlərindən istifadəyə görə həbs edildi. Bu gün baş prokuror Kamran Əliyev onun oğlu Məhəmməd Vilyam oğlu Hacıyevi Qubadlı prokurorluğunun müstəntiqi təyin edib. Bu o Məhəmməddir ki, avtomobil kolleksiyası mətbuatı bəzəmişdi. Hüquq mühafizə orqanlarına sıravi şəxslər sənəd verəndə, bütün nəslini araşdırırlar, amma bunlar korrupsioner, rüşvətxor adamın oğluna işğaldan azad olunan rayonda yüksək vəzifə verirlər.
16 874
Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş, girov-əsir götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilib. Həmçinin dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
16 874
Putin, Əliyev və Paşinyanın görüşü başlayıb. Putin Qarabağda sülhməramlı kontingentin fəaliyyəti, sərhəd xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs sahələrinin qorunması ilə bağlı məsələlərin həll edilməsinin lazım olduğunu bildirib. O, bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin qurulması və sərhədlərin açılmasının xüsusi diqqətə layiqliyini vurğulayıb. Putin hər iki liderlə qucaqlaşıb görüşüb, Əliyevlə Paşinyan isə əllə yox, sadəcə baş hərəkəti ilə salamlaşıblar. Hazırda görüş ictimaiyyətə qapalı şəkildə davam edir.
16 874
Şuşa istiqamətində atışma səslərinin eşidilməsi dezodur, qarşı tərəfin növbəti təxribatıdır, dəqiqləşdirdim. Şuşa şəhərinin itirilməsi yönündəki söz-söhbətlər də mənasızdır. Rusların xəritəsindəki dəyişiklik minaların zərərsizləşdirilməsi ilə əlaqəlidir güman ki. Sabahkı görüş isə çox vacibdir, görək nə razılıqlar əldə olunacaq.
