Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Artıq Şuşa-Xankəndi yolundakı 200-ə yaxın etirazçının aksiyası 5 saatdır ki, davam edir. Rus sülhməramlıları əraziyə hərbi texnika və kran cəlb ediblər. Çox güman ki, əraziyə daş sədd çəkiləcək. Laçın dəhlizi isə hələ də qapalıdır. Qondarma rejim Azərbaycanı humanitar terrorda ittiham edir. Bu arada Xankəndidəki ermənilərin geniş aksiyaya hazırlaşdığı deyilir.
16 874
Bir qrup azərbaycanlı QHT nümayəndələri Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirir. Onlar rus sülhməramlıların əsasən son dövrlər fəaliyyətindən narazı olduqlarını və kontingentin generalının hadisə yerinə gəlməsini tələb ediblər. Əraziyə əlavə qüvvə yeridilib. Etirazçıların bəziləri yol üzərində çadırlar qurub, "Laçın dəhlizi" 2 saatdan çoxdur bağlanıb, yolda tıxac yaranıb. Paşinyan isə öz növbəsində Azərbaycan ordusunun Xankəndiyə hücuma hazırlaşdığını iddia edərək, beynəlxalq ictimaiyyətin buna ciddi yanaşmalı olduğunu açıqlayıb. Hazırda vəziyyət gərgin olaraq qalmaqdadır.
16 874
Rusiya sülhməramlıları Qarabağda təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görmədiyinə görə Azərbaycan Rusiyaya nota verib.
16 874
Dünən DSX-nın Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində, 2003-cü il təvəllüd, Beyləqanın 1-ci Şahsevən kənd sakini, hərbçi Əliyev Məhəmməd Məhərrəm oğlunun aldığı güllə yarasından vəfat etdiyi bildirilir.
16 874
Bu gün nazirliyin rəsmi olaraq təyin etdiyi azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi deyilən ərazilərdə ekoloji monitorinqlərə başlamaq üçün Ağdərəyə getməyə cəhd ediblər. Lakin bölgədə yaşayan ermənilərin onları əraziyə buraxmadığı deyilir.
16 874
ABŞ tarixində ilk dəfə bir Azərbaycan rəsmisinə sanksiya tətbiq edib.
DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) şöbə müdiri Əlimərdanov Kərim Heydər oğluna "Maqnitski" aktına uyğun olaraq sanksiya tətbiq olunub.
İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunan polis polkovniki, 2015-2016-cı illərdə həbs olunmuş əsasən siyasi və vicdan məhbuslarına qarşı dəhşətli işgəncələr verməklə tanınır.
Bu sanksiya ilə həmin şəxsin ABŞ-a girişi qadağan edilir, əgər varsa, ABŞ-dakı hesablara və əmlakına həbs qoyulur.
16 874
Siyasi-fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçildi. O, "xuliqanlıq və məhkəməyə hörmətsizlik" maddələri ilə ittiham olunur. Bu müddət istintaq müddətidir, onu 1 il həbs, yaxud pul cəriməsi cəzası gözləyir. Bəxtiyar Hacıyev tez-tez DİN rəhbəri Vilayət Eyvazov əleyhinə statuslar yazırdı.
16 874
Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev polis tərfindən saxlanılıb. Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.
16 874
Bu gün, 9 Dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günüdür.
Azərbaycanda dövlət qurumlarında, rəsmi və qeyri-rəsmi idarələrdə korrupsiya və rüşvətin bir neçə sinonimləri var: "Şirinlik, otkat, tapış, baxım-görüm, süftə, konvert, hədiyyə, şapka, tas, paket".
Vergidən yayınma halları, pul müqabilində iş görmə, bayramlarda sistemli şəkildə verilən hədiyyələr, vətəndaşın haqqı olduğu halda əlavə istənən vəsait, maaşdan tutulan vəsait, rüsumdan əlavə alınan vəsait, yalan-dolanla, maxinasiya ilə əldə edilən vəsaitlər hamısı rüşvət kateqoriyasındadır.
Maraqların toqquşmasının baş verməsi nəticəsində ailə üzvləri, yaxın qohumlar, sinif yoldaşları, dostların vəzifələrə təyinatı, tenderlərdə bu şəxslərin və yaxud proksi (gizli vasitəçilər) şəxslərin iştirakı və qalib gəlmələri, onların irəli çəkilməsi, qeyri-qanuni yollarla önünün açılması, tanışlıq verilməsi, yəni bir sözlə şəxsi və yaxud ailəvi mənfəətlər əldə etmək üçün istifadə hallarının hamısı korrupsiya kateqoriyasındadır.
Qanuna görə vəzifəli şəxs 1 il ərzində 55 manatdan artıq olmayan və onun işinin icrasına təsir etməyən hədiyyə qəbul edə bilər. Bu sistemli hal alarsa, mütəmadi baş verərsə qeyri-qanuni sayılır. Həm rüşvət alan, həm də verən məsuliyyət daşıyır, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə tətbiq olunur. 5 min manatdan çox olduqda həbs müddəti uzana bilir.
Korrupsiyaya qarşı mübarizə indeksinə görə Azərbaycan 180 ölkə arasında 128-ci yerdə qərarlaşıb. Gürcüstan 45, Ermənistan isə 58-ci yerdədir.
16 874
Medallı Zalov ailəsi
Dünən 70 yaşı tamam olduğu üçün 24 ildir daxili işlər nazirinin müavini olan Oruc İbrahim oğlu Zalov İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib və yubiley hədiyyəsini alıb.
General-leytenantın oğlu Rəşad Zalov isə gömrük xidməti polkovnikidir, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisidir, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Polis generalının qardaşı Rəşid İbrahim oğlu Zalov da gömrük xidməti polkovnikidir, İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Generalın bir qardaşı Araz Zalov da Naxçıvan Dövlət Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektorudur, "Tərəqqi" medalı ilə təltif olunub.
16 874
Turqut Salayev FHN Əməliyyat-istintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
O, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşı oğlu, keçmiş deputat, biznesmen Hacı Salayevin oğludur.
Digər qardaşı Kənan Salayev isə “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiridir.
16 874
Qondarma rejimin rəhbəri Arayik Arutyunyan Fransa dövlətinə aid "France 24" kanalında "Artsax" adlı geydirmə rejimin prezidenti kimi müsahibə verib. Azərbaycan dövləti öz səfirini geri çağırmalı, Bakıdakı səfirə də nota verib, geri göndərməlidir. Mənasız bəyanatlarla baş qatırlar.
16 874
Vladimir Putin: "Nüvə müharibəsi təhlükəsi getdikcə artır, bunu gizlətmək günahdır. Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu yaxşı bilirik. Biz nüvə silahını müdafiə vasitəsi hesab edirik. Rusiyanın nüvə silahları digər ölkələrinkindən daha mükəmməl və müasirdir".
16 874
22 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olan Mahmud Nəbiyev kresloda ürəktutmasından vəfat etdi. 65 yaşlı hakim İlham Əliyev tərəfindən “Əməkdar hüquqşünas” fəxri adı almışdı. Oğlu Yusif Nəbiyev FHN-in vəzifəli şəxsidir, daxili xidmət general-mayorudur, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı alıb. Babaları Yusif Nəbiyev Naxçıvanın Nazirlər Sovetinin sədri olub.
Mahmud Nəbiyevin kürəkəni Orxan Ədalət oğlu Vəliyev "Günay Bank" işində 20 milyonluq maxinasiyada ittiham olunurdu. Amma hakim qaynatası və siyasətçi atası sayəsində bu işdən qurtulmuşdu. Qeyd edim ki, Mahmud Nəbiyevin qudası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdir.
16 874
Bir həftə əvvəl özünü güllələdiyi deyilən, DSX hərbçisi, Beyləqanın Örənqala qəsəbə sakini, 19 yaşlı Kənan Hafiz oğlu Nuriyev həkimlərin göstərdiyi səylərə baxmayaraq, xəstəxanada vəfat etdi. Son günlər həm Müdafiə Nazirliyi, həm də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində analoji hallar xeyli sayda artıb.
16 874
Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi:
- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi - Məhərrəm Talıbov - Vasifin qardaşı
- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasifin böyük oğlu
- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru - Seymur Vasif oğlu Talıbov - Vasifin kiçik oğlu
- “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbova - Vasifin qızı
- Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasifin kürəkəni
- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı - Ədalət İbrahim oğlu Salmanov - Vasifin qudası
- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov - Qudasının qardaşı
- Naxçıvanın Daxili İşlər Naziri olmuş - general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasifin qudası olub
- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı - Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasifin digər qudası
- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini - Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri
- Naxçıvan Gömrük Komitəsinin sədr müavini - Səbuhi Məhərrəm oğlu Novruzov - Vasifin bacısının əri, yəni yeznəsi
- DSMF-in Abşeron rayon şöbəsinin müdiri - Məhərrəm Novruzov - Yeznəsinin qardaşı
- Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri - Sənufər Soltanova - Vasifin qaynanası
Bu mənim tapıb, bildiklərimdir. Siz də bilirsinizsə, əlavə edin şərhlərdə. Paylaşın.
16 874
Müdafiə Nazirliyinin Kəlbəcərdəki N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun bu gün odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Məlumat rəsmi təsdiqlənib. Son günlər Azərbaycan Ordusunda oxşar hadisələrin sayı xeyli artıb.
16 874
Qondarma rejim məlumat yayaraq bildirib ki, Andrey Volkovla danışılıb və Laçın dəhlizində azərbaycanlılara məxsus heç bir keçid məntəqəsi olmayacaq, ona azərbaycanlılar nəzarət etməyəcək. Yalnız sülhməramlıların işini asanlaşdırmaq üçün texniki nəzarət qurğusunun quraşdırılması nəzərdə tutulur.
16 874
Sizə bu ilin fevralına qədər Naxçıvanın Culfa rayonunda polis rəisi işləmiş Şərif Hüseynəliyevin macəralarından danışım, görün hüquq-mühafizə sistemi Azərbaycanın "Şimali Koreya"sında necə işləyir:
Naxçıvandan verilən məlumata görə, Şərif Hüseynəliyevin rəis olduğu dövrdə Culfa rayon polis şöbəsinə gətirilənlər haqlı-haqsız olub-olmamasından asılı olmayaraq, ən azı 10 min manat verməli olublar ki, problemləri həll olunsun. Rəis pulu olmayan vətəndaşlar üçün çarə də fikirləşib. Culfanın “Naxçıvan Bank” filialının müdirinə zəng edərək deyirmiş ki, ora adam göndərirəm, ona 10-15 min kreditə pul ver. Bankdan pul çıxaran vətəndaşlar pulu götürdüyü kimi rəisə gətirib verib, problemlərini həll ediblər. Sonra da itin zülmün çəkib krediti bağlamağa çalışıblar. Həmin şəxslərin əksəriyyətinin hələ də banklara pul ödədiyi deyilir. Məsələn, eks-rəis keçmiş prezident Əbülfəz Elçibəyin şəklini sosial mediada bəyəndiyi üçün Culfanın Əlincə kəndindəki Elmar adlı sahibkardan 10 min manat alıb. Rəis vəzifədən azad olunan kimi ondan bu pulun geri alındığı deyilir. Hazırda sabiq polis rəisi Naxçıvanda şəriki olduğu “Araz Karqo” şirkətində fəaliyyyət göstərir. Bakıdan Naxçıvana spirtli içkilər gətirir, topdan və pərakəndə satışla məşğul olur. “Naxçıvan Bank” da bir başa Vasif Talıbovlar ailəsinin şəxsi bankıdır. Bankın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbovadır, bankın səhmləri də ailə üzvlərinə aiddir. Rəis işləmiş Şərif Hüseynəliyev də Naxçıvanın Daxili İşlər naziri olmuş, polis general-leytenantı Fazil Ələkbərovun ən yaxın adamlarından biri hesab olunur. Fazil Nəriman oğlu Ələkbərov isə Vasif Talıbovun həm xalası oğlu, həm də keçmiş qudasıdır.
16 874
Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin komandanı Andrey Volkov bildirib ki, Azərbaycan tərəfi ilə mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunub. Bu gömrük postu sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli buraxılış məntəqəsində, yəni Azərbaycan - Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacaq.
