ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
İranda "əxlaq polisi"nin ləğv edilməsi xəbəri həqiqətləri əks etdirmir. Lakin ölkədə uzun müddətdir davam edən və 400 nəfərdən çox etirazçının öldürüldüyü bildirilən etiraz aksiyalarına görə rəsmi Tehranın hicabla bağlı islahatlara gedəcəyi gözlənilir.

Azərbaycan və Türkiyə orduları İrana cavab olaraq Astara, Cəbrayıl və İmişli rayonları ərazisində hərbi təlimlər keçirir. Araz çayının qollarından birinə panton (müvəqqəti) körpü də salınıb. Təlimləri izləmək üçün Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edib.

Erməni mənbələri iddia edirlər ki, Kəlbəcərin Qozlukörpü (köhnə Ağdərə-Getavan) kəndindən keçən yolda ermənilərlə azərbaycanlı mülki şəxslər arasında əlbəyaxa dava düşüb. Mübahisə nəticəsində yüngül xəsarət alanların olduğu bildirilir. Rəsmi məlumat hələ ki, yoxdur.

Göygölün Nadil kənd sakini, Azərbaycan Ordusunun hərbçisi, 19 yaşlı Elnur Ağazadə oğlu Məmmədovun Laçın "N" saylı hərbi hissə
Göygölün Nadil kənd sakini, Azərbaycan Ordusunun hərbçisi, 19 yaşlı Elnur Ağazadə oğlu Məmmədovun Laçın "N" saylı hərbi hissədə naməlum şəkildə öldüyü deyilir. Bəzi mənbələr intihar etdiyini bildirir. 8 ayın əsgəri artıq bu gün dəfn edildi. Rəsmi məlumat isə verilməyib.

14 İran vətəndaşının Azərbaycan ərazilərinə (Qarabağa) qanunsuz keçidinə görə Azərbaycan İrana nota verib.

Azərbaycan tərəfinin maneələri ilə qapadılan və 3 saatlıq aparılan müzakirələrdən sonra Laçın dəhlizindəki avtomobillərin gediş-gəlişinin yenidən bərpa edildiyi bildirilir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağda ermənilərin faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadları təsbit etdiyi üçün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi deyilən ərazilərə monitorinq məqsədilə mütəxəssislər göndərib. Bundan dolayı Laçın-Şuşa-Xankəndi avtomobil yolunun Daşaltı rayonu ərazisindən keçən hissəsi bağlanıb. Hazırda Laçın Dəhlizində təxminən 1 km uzunluğunda tıxac yaranıb. Sülhməramlı qüvvələrin komandanlığı əraziyə gəlib, Azərbaycan tərəfi ilə müzakirələr aparılır.

Azadlığa çıxmağına 10 gün qalmış "Tərtər cinayətləri"nin ictimailəşməsində əməyi olan hüquqşunas İlham Aslan oğlu Təhməzova əlavə olaraq daha 1 il 6 ay həbs cəzası verildi. O, böhtan atmada ittiham olunaraq 6 ay həbs olunmuşdu. Bu artıq onun üçüncü dəfə şərlənərək həbs olunmasıdır.

Yeni Yasamalda işlətdiyi köşkün önünə xırdavat mallar yığan Vüqar Əzizov adlı vətəndaşa icra hakimiyyəti əməkdaşları mane olublar. Ona malların səkini tutduğunu deyiblər, o da dolanışıq üçün buna əl atdığını bildirib. Ona məhəl qoyulmadığı üçün, 44 günlük müharibə içtirakçısı olmuş qazi etiraz əlaməti olaraq özünü yandırıb, hazırda xəstəxanadadır.

Sabirabadda məktəblilər "Soyuqdan donuruq" fləşmobu edərək, qaz verilməməsinə etiraz ediblər. Başqa rayon və kəndlərdə də insanlar qaz kəsintilərindən şikayətçidir, çox yerdə meşələri kəsib odun yandırırlar. İlham Əliyev də Azərbaycan xalqının təbii sərvətləri ilə Avropanı qaz və enerji ilə yüksək təmin etdiyini bildirir. Bu arada rəsmi rəqəmlərə görə Azərbaycan post-sovet ölkələri arasında təbii qazı hasil edib öz əhalisinə ən baha satan ölkədir.

Naxçıvan xanı Vasif Talbovun qardaşı Naxçıvanın prokuror müavini Məhərrəm Talıbovun saxlanıldığı deyilir. Həmçinin Naxçıvan Daxili İşlər Naziri Rəşad Rafiq oglu İsmayılovun da DTX əməliyyatı nəticəsində saxlanıldığı, vəzifədən uzaqlaşdırıldığı deyilir. Hələ rəsmi məlumat yoxdur.

Ötən il 6 maddə ilə ittiham olunaraq, 10 milyonluq mənimsəmədə günahlandırılan və 11 il müddətinə azadlıqdan məhrum edilən Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxıldığı bildirilir. General-leytenant 17 il daxil işlər naziri vəzifəsində işləyib. Qeyd edim ki, Naxçıvanın MTN və təhsil nazirləri də həbsdədir. Bu gün də maliyyə naziri həbs edildi.

Rəsmi məlumata görə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edildi. Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Bundan əvvəl də Naxçıvan DTX-sı ləğv edilmişdi.

DTX-nin cinayət işi üzrə Naxçıvanın Maliyyə naziri Rafael Əliyev 144 milyon mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu vəzifəyə 2 il öncə təyin olunmuşdu. Ondan əvvəl də Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov 132 milyon mənimsəməkdə ittiham olunaraq həbs edildi. Rəfael Əliyev İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.

İlham Əliyyev müstəqillik dövründə 6 dəfə ard-arda millət vəkili təyin olunan 32 illik deputat, 74 yaşlı Madər Musayevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. "Şöhrət" və "Şərəf" ordenli biznesmen deputatın Bakının Binəqədi rayonundakı obyektlərinin sayı hesabı yoxdur.

Naxçıvanın Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur barəsində məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, bir qrup şəxslə 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Qrupun dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaratdıqları iddia olunur.

Azərbaycan MN məlumat yayaraq Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında Azərbaycanın yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyi və qanunsuz erməni hərbi birləşmələrin bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırıb.

“O sizin üçün ölüb…” mövzusu davam edir Lənkəran sakini Əfqan Kərimov 18 yaşında Gəncə, Kəlbəcər, Murovda xidmət edib, xidmət vaxtı yaralanıb, edib. İndi 47 yaşı var, ancaq hələ də hərbi bileti, şəxsiyyət vəsiqəsi yoxdur. Dəfələrlə hərbi komissarlığa gedib, ona deyiblər ki, bizdə olan məlumata görə, sən şəhid olmusan.

Mehriban Əliyevanın eks köməkçisi olmuş Andrey Vladimiroviç Sipilin bu gün İlham Əliyevin köməkçisi, Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edildi. O, Ali Məhkəmənin keçmiş hakimi Tatyana Qoldmanın oğludur. Ailəlikcə Ukrayna yəhudisidirlər.

Fikir verirsinizsə Azərbaycan MN bir neçə gündür Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bildirilən Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstə üzvləri tərəfindən Şuşa şəhəri və Tərtər, Füzuli, Xocavənd, Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərin fasilələrlə atəşə tutulduğunu bildirir. İndi də DTX həmin ərazilərə müasir hərbi texnikaların daşındığını açıqlayıb. Əlbəttə ki, qarşı tərəf bunları təkzib edir. Bütün bu açıqlamaların həmin ərazidə yeni lokal eskalasiyaya (silahlı qarşıdurmaya) gətirib çıxaracağı böyük ehtimaldır.