uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Artıq Şuşa-Xankəndi yolundakı 200-ə yaxın etirazçının aksiyası 5 saatdır ki, davam edir. Rus sülhməramlıları əraziyə hərbi texnika və kran cəlb ediblər. Çox güman ki, əraziyə daş sədd çəkiləcək. Laçın dəhlizi isə hələ də qapalıdır. Qondarma rejim Azərbaycanı humanitar terrorda ittiham edir. Bu arada Xankəndidəki ermənilərin geniş aksiyaya hazırlaşdığı deyilir.

Bir qrup azərbaycanlı QHT nümayəndələri Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirir. Onlar rus sülhməramlıların əsasən son dövrlər fəaliyyətindən narazı olduqlarını və kontingentin generalının hadisə yerinə gəlməsini tələb ediblər. Əraziyə əlavə qüvvə yeridilib. Etirazçıların bəziləri yol üzərində çadırlar qurub, "Laçın dəhlizi" 2 saatdan çoxdur bağlanıb, yolda tıxac yaranıb. Paşinyan isə öz növbəsində Azərbaycan ordusunun Xankəndiyə hücuma hazırlaşdığını iddia edərək, beynəlxalq ictimaiyyətin buna ciddi yanaşmalı olduğunu açıqlayıb. Hazırda vəziyyət gərgin olaraq qalmaqdadır.

Rusiya sülhməramlıları Qarabağda təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görmədiyinə görə Azərbaycan Rusiyaya nota verib.

Dünən DSX-nın Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində, 2003-cü il təvəllüd, B
Dünən DSX-nın Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində, 2003-cü il təvəllüd, Beyləqanın 1-ci Şahsevən kənd sakini, hərbçi Əliyev Məhəmməd Məhərrəm oğlunun aldığı güllə yarasından vəfat etdiyi bildirilir.

Bu gün nazirliyin rəsmi olaraq təyin etdiyi azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi deyilən ərazilərdə ekoloji monitorinqlərə başlamaq üçün Ağdərəyə getməyə cəhd ediblər. Lakin bölgədə yaşayan ermənilərin onları əraziyə buraxmadığı deyilir.

ABŞ tarixində ilk dəfə bir Azərbaycan rəsmisinə sanksiya tətbiq edib. DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) şöbə müdiri Əlimərdanov Kərim Heydər oğluna "Maqnitski" aktına uyğun olaraq sanksiya tətbiq olunub. İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunan polis polkovniki, 2015-2016-cı illərdə həbs olunmuş əsasən siyasi və vicdan məhbuslarına qarşı dəhşətli işgəncələr verməklə tanınır. Bu sanksiya ilə həmin şəxsin ABŞ-a girişi qadağan edilir, əgər varsa, ABŞ-dakı hesablara və əmlakına həbs qoyulur.

Siyasi-fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçildi. O, "xuliqanlıq və məhkəməyə hörmətsizlik" maddələri ilə ittiham olunur. Bu müddət istintaq müddətidir, onu 1 il həbs, yaxud pul cəriməsi cəzası gözləyir. Bəxtiyar Hacıyev tez-tez DİN rəhbəri Vilayət Eyvazov əleyhinə statuslar yazırdı.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev polis tərfindən saxlanılıb. Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

Bu gün, 9 Dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günüdür. Azərbaycanda dövlət qurumlarında, rəsmi və qeyri-rəsmi idarələrdə korrupsiya və rüşvətin bir neçə sinonimləri var: "Şirinlik, otkat, tapış, baxım-görüm, süftə, konvert, hədiyyə, şapka, tas, paket". Vergidən yayınma halları, pul müqabilində iş görmə, bayramlarda sistemli şəkildə verilən hədiyyələr, vətəndaşın haqqı olduğu halda əlavə istənən vəsait, maaşdan tutulan vəsait, rüsumdan əlavə alınan vəsait, yalan-dolanla, maxinasiya ilə əldə edilən vəsaitlər hamısı rüşvət kateqoriyasındadır. Maraqların toqquşmasının baş verməsi nəticəsində ailə üzvləri, yaxın qohumlar, sinif yoldaşları, dostların vəzifələrə təyinatı, tenderlərdə bu şəxslərin və yaxud proksi (gizli vasitəçilər) şəxslərin iştirakı və qalib gəlmələri, onların irəli çəkilməsi, qeyri-qanuni yollarla önünün açılması, tanışlıq verilməsi, yəni bir sözlə şəxsi və yaxud ailəvi mənfəətlər əldə etmək üçün istifadə hallarının hamısı korrupsiya kateqoriyasındadır. Qanuna görə vəzifəli şəxs 1 il ərzində 55 manatdan artıq olmayan və onun işinin icrasına təsir etməyən hədiyyə qəbul edə bilər. Bu sistemli hal alarsa, mütəmadi baş verərsə qeyri-qanuni sayılır. Həm rüşvət alan, həm də verən məsuliyyət daşıyır, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə tətbiq olunur. 5 min manatdan çox olduqda həbs müddəti uzana bilir. Korrupsiyaya qarşı mübarizə indeksinə görə Azərbaycan 180 ölkə arasında 128-ci yerdə qərarlaşıb. Gürcüstan 45, Ermənistan isə 58-ci yerdədir.

Medallı Zalov ailəsi Dünən 70 yaşı tamam olduğu üçün 24 ildir daxili işlər nazirinin müavini olan Oruc İbrahim oğlu Zalov İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib və yubiley hədiyyəsini alıb. General-leytenantın oğlu Rəşad Zalov isə gömrük xidməti polkovnikidir, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisidir, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Polis generalının qardaşı Rəşid İbrahim oğlu Zalov da gömrük xidməti polkovnikidir, İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Generalın bir qardaşı Araz Zalov da Naxçıvan Dövlət Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektorudur, "Tərəqqi" medalı ilə təltif olunub.

Turqut Salayev FHN Əməliyyat-istintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib. O, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşı oğlu, keçmiş deputat, biznesmen Hacı Salayevin oğludur. Digər qardaşı Kənan Salayev isə “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiridir.

Qondarma rejimin rəhbəri Arayik Arutyunyan Fransa dövlətinə aid "France 24" kanalında "Artsax" adlı geydirmə rejimin prezidenti kimi müsahibə verib. Azərbaycan dövləti öz səfirini geri çağırmalı, Bakıdakı səfirə də nota verib, geri göndərməlidir. Mənasız bəyanatlarla baş qatırlar.

Vladimir Putin: "Nüvə müharibəsi təhlükəsi getdikcə artır, bunu gizlətmək günahdır. Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu yaxşı bilirik. Biz nüvə silahını müdafiə vasitəsi hesab edirik. Rusiyanın nüvə silahları digər ölkələrinkindən daha mükəmməl və müasirdir".

22 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olan Mahmud Nəbiyev kresloda ürəktutmasından vəfat etdi. 65 yaşlı hakim İlham Əliyev tərəfindən “Əməkdar hüquqşünas” fəxri adı almışdı. Oğlu Yusif Nəbiyev FHN-in vəzifəli şəxsidir, daxili xidmət general-mayorudur, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı alıb. Babaları Yusif Nəbiyev Naxçıvanın Nazirlər Sovetinin sədri olub. Mahmud Nəbiyevin kürəkəni Orxan Ədalət oğlu Vəliyev "Günay Bank" işində 20 milyonluq maxinasiyada ittiham olunurdu. Amma hakim qaynatası və siyasətçi atası sayəsində bu işdən qurtulmuşdu. Qeyd edim ki, Mahmud Nəbiyevin qudası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdir.

Bir həftə əvvəl özünü güllələdiyi deyilən, DSX hərbçisi, Beyləqanın Örənqala qəsəbə sakini, 19 yaşlı Kənan Hafiz oğlu Nuriyev
Bir həftə əvvəl özünü güllələdiyi deyilən, DSX hərbçisi, Beyləqanın Örənqala qəsəbə sakini, 19 yaşlı Kənan Hafiz oğlu Nuriyev həkimlərin göstərdiyi səylərə baxmayaraq, xəstəxanada vəfat etdi. Son günlər həm Müdafiə Nazirliyi, həm də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində analoji hallar xeyli sayda artıb.

Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi: - Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi - Məhərrəm Talıbov - Vasifin qardaşı - Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasifin böyük oğlu - Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru - Seymur Vasif oğlu Talıbov - Vasifin kiçik oğlu - “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbova - Vasifin qızı - Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasifin kürəkəni - Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı - Ədalət İbrahim oğlu Salmanov - Vasifin qudası - Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov - Qudasının qardaşı - Naxçıvanın Daxili İşlər Naziri olmuş - general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasifin qudası olub - Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı - Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasifin digər qudası - Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini - Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri - Naxçıvan Gömrük Komitəsinin sədr müavini - Səbuhi Məhərrəm oğlu Novruzov - Vasifin bacısının əri, yəni yeznəsi - DSMF-in Abşeron rayon şöbəsinin müdiri - Məhərrəm Novruzov - Yeznəsinin qardaşı - Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri - Sənufər Soltanova - Vasifin qaynanası Bu mənim tapıb, bildiklərimdir. Siz də bilirsinizsə, əlavə edin şərhlərdə. Paylaşın.

Müdafiə Nazirliyinin Kəlbəcərdəki N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun bu gün odl
Müdafiə Nazirliyinin Kəlbəcərdəki N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun bu gün odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Məlumat rəsmi təsdiqlənib. Son günlər Azərbaycan Ordusunda oxşar hadisələrin sayı xeyli artıb.

Qondarma rejim məlumat yayaraq bildirib ki, Andrey Volkovla danışılıb və Laçın dəhlizində azərbaycanlılara məxsus heç bir keçid məntəqəsi olmayacaq, ona azərbaycanlılar nəzarət etməyəcək. Yalnız sülhməramlıların işini asanlaşdırmaq üçün texniki nəzarət qurğusunun quraşdırılması nəzərdə tutulur.

Sizə bu ilin fevralına qədər Naxçıvanın Culfa rayonunda polis rəisi işləmiş Şərif Hüseynəliyevin macəralarından danışım, görün hüquq-mühafizə sistemi Azərbaycanın "Şimali Koreya"sında necə işləyir: Naxçıvandan verilən məlumata görə, Şərif Hüseynəliyevin rəis olduğu dövrdə Culfa rayon polis şöbəsinə gətirilənlər haqlı-haqsız olub-olmamasından asılı olmayaraq, ən azı 10 min manat verməli olublar ki, problemləri həll olunsun. Rəis pulu olmayan vətəndaşlar üçün çarə də fikirləşib. Culfanın “Naxçıvan Bank” filialının müdirinə zəng edərək deyirmiş ki, ora adam göndərirəm, ona 10-15 min kreditə pul ver. Bankdan pul çıxaran vətəndaşlar pulu götürdüyü kimi rəisə gətirib verib, problemlərini həll ediblər. Sonra da itin zülmün çəkib krediti bağlamağa çalışıblar. Həmin şəxslərin əksəriyyətinin hələ də banklara pul ödədiyi deyilir. Məsələn, eks-rəis keçmiş prezident Əbülfəz Elçibəyin şəklini sosial mediada bəyəndiyi üçün Culfanın Əlincə kəndindəki Elmar adlı sahibkardan 10 min manat alıb. Rəis vəzifədən azad olunan kimi ondan bu pulun geri alındığı deyilir. Hazırda sabiq polis rəisi Naxçıvanda şəriki olduğu “Araz Karqo” şirkətində fəaliyyyət göstərir. Bakıdan Naxçıvana spirtli içkilər gətirir, topdan və pərakəndə satışla məşğul olur. “Naxçıvan Bank” da bir başa Vasif Talıbovlar ailəsinin şəxsi bankıdır. Bankın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbovadır, bankın səhmləri də ailə üzvlərinə aiddir. Rəis işləmiş Şərif Hüseynəliyev də Naxçıvanın Daxili İşlər naziri olmuş, polis general-leytenantı Fazil Ələkbərovun ən yaxın adamlarından biri hesab olunur. Fazil Nəriman oğlu Ələkbərov isə Vasif Talıbovun həm xalası oğlu, həm də keçmiş qudasıdır.

Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin komandanı Andrey Volkov bildirib ki, Azərbaycan tərəfi ilə mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunub. Bu gömrük postu sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli buraxılış məntəqəsində, yəni Azərbaycan - Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacaq.