Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Paşinyan: “İlham Əliyevlə görüşlərdə əsirlərin geri qaytarılması və sərhədlərin müəyyən edilməsini müzakirə edəcəyəm. Azərbaycanın Ermənistana ərazi iddiası var. “Şərqi Zəngəzur” kimi terminlər nə deməkdir? Koridor mövzusu müzakirə edilmir demişdik və bir daha bəyan edirik”.
16 874
Bu gün İqtisadiyyat naziri, Badminton Federasiyasının prezidenti, SOCAR Müşahidə Şurasının sədri Mikayıl Cabbarov nə əcəbsə Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən çıxıb. Əvəzinə isə öz xalası oğlu, İctimai Televiziyanın baş direktoru olan Balakişi Qasımovu təyin edib.
16 874
Son döyüşlərdən foto və video çəkib sosial şəbəkələrdə, əsasən TikTokda paylaşan hərbçilər məxfilik rejimini pozduqları üçün ordudan uzaqlaşdırılıb və hüquqi qiymət verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Böyük ehtimalla cinayət işi açılacaq.
16 874
Mediada "Zəngəzur dəhlizi açıldı" başlıqlı xəbərlər saxtadır. Bu yaxınlarda Əliyev, Putin və Paşinyanın görüşü olacaq, artıq rəsmi məlumat verildi. Görüşdə sərhədlərin müəyyən edilməsi və dəhlizlə bağlı məsələr müzakirə edilib, sənədlərin imzalanacağı gözlənilir. Hazırda Ermənistan tərəf "dəhliz müzakirə mövzusu ola bilməz" deyir.
16 874
Putin: "Ermənistan və Azərbaycan sərhədində vəziyyət hələ də sakitləşməyib. Görünür sabitliyi təmin etmək üçün sülhməramlı kontingentin səylərinə böyük tələbat var".
16 874
Tovuz rayonu Əsrik kəndi istiqamətində atəşkəsin pozulduğu deyilir. Hazırda atışma davam edir.
16 874
Ermənistan Müdafiə Nazirliyi dünənki döyüşlərdə 1 əsgərin həlak olduğu, 13 əsgərin əsir götürüldüyü, 24 əsgərin taleyinin isə bəlli olmadığını deyir. Nazirlik Ermənistanın 2 döyüş mövqeyini itirdiyini qeyd edib. Erməni mənbələri 24 hərbçinin cəsədlərinin döyüş meydanında qaldığını bildirir.
16 874
Xalq şəhidlərini qarşılayır, onları dəfn etməklə məşğuldur bu əsnada xalq tərəfindən seçildiyini iddia edən millət vəkilləri parlamentdə nələrinsə qiymətini artırır, özlərinə yeni avtomobil, işçilərə yeni yaşayış binası istəyirlər, hoqqa verirlər. Halbuki onlar ilk növbədə ölkə vətəndaşlarının təhlükəsizliyi, həyatda qalması üçün addımlar atmalıdır, ölkənin bir nömrəli məsələsi cəbhədəki hadisələr olmalıdır. "Problem çözülüb, müharibə bitib" deməklə deyil, münaqişə siyasi və diplomatik masada dəqiq və birmənalı həll olunmalıdır.
16 874
Sizcə, dünən baş verənlər haqda Müdafiə Nazirliyi cəmiyyəti yetərincə və vaxtında məlumatlandıra bildimi?
16 874
Dünənki döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub:
- leytenant Niftəliyev Ümüd Oruc oğlu; (Naxçıvan-Nehrəm)
- gizir Cabbarov Orxan Hətəm oğlu; (Quba)
- MAXE, kiçik çavuş Əliyev Natiq Yusif oğlu; (Gəncə)
- əsgər Ağayev Elçin Mərifət oğlu; (Cəlilabad)
- əsgər Əlizadə Elmin Samir oğlu; (Mingəçevir)
- əsgər Əliyev Elçin Ramil oğlu; (Şirvan-Bayramlı)
- əsgər Xəlilov Murad Qalib oğlu; (Şəmkir-Çinarlı)
16 874
Azərbaycan Ordusunun hərbçisi, Gəncə şəhər sakini, 1997-ci il təvəllüd Natiq Yusif oğlu Əliyevin son hadisələr zamanı şəhid olduğu deyilir.
16 874
⚡️SON DƏQİQƏ: Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın vasitəçiliyi ilə Kəlbəcər-Basarkeçər və Laçın-Qarakilsə istiqamətindəki atışmalar dayandırılıb.
16 874
⚡️ Nikol Paşinyan: "Azərbaycan mayın 12-dən bu yana Ermənistanın suveren ərazisi sayılan, ümumi 41 kv.km-lik ərazini işğal edib".
16 874
⚡️Nikol Paşinyan: "Azərbaycan və onu dəstəkləyən qüvvələr bizim suverenliyimizə və dövlətçiliyimizə qarşı yönəliblər. Bu, Ermənistan Respublikasının suveren ərazisinə bir-başa təcavüzdür. Bu gün göstərdik ki, bizimlə güc dili ilə danışmağa imkan verməyəcəyik. Hazırda sərhəddə vəziyyət nisbətən sakit olsa da, ümumilikdə gərginlik qalmaqdadır".
16 874
Rusiya Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib bildirib ki, hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırdır. Türkiyənin Müdafiə naziri də zəng edərək Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu vurğulayıb.
16 874
⚡Erməni mənbələri hazırda döyüşlərin intensivliyinin azaldığını, lakin vəziyyətin son dərəcə gərgin olduğunu bildirirlər.
16 874
⚡Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan: "Rəsmi Yerevan demarkasiya və delimitasiya (sərhədlərin müəyyən edilməsi) prosesinə başlamağa hazırdır".
16 874
⚡Rusiya Müdafiə Nazirliyi: "Rəsmi Moskva hərbi əməliyyatların dayandırılması, hərbi əsirlərin qaytarılması və vəziyyətin həllinə köməklik etməyə hazırdır".
16 874
Yazırlar, soruşurlar ki, "rus sülhməramlıları niyə müdaxilə etmir, bəs hardadırlar?" filan. Qeyd edim ki, hazırda döyüş əməliyyatlarının getdiyi ərazilərdə son bəyanata görə rus sülhməramlılarının kontingenti yerləşdirilməyib. Onlar əsasən Dağlıq Qarabağ və Laçın dəhlizi boyunca nəzarəti və təhlükəsizliyi həyata keçirməyə çalışırlar. Amma Ermənistan artıq rəsmi olaraq Rusiyaya müraciət ünvanlamağa hazırlaşır. Diplomatik və hərbi kanallar vasitəsi ilə artıq danışıqların başlandığı deyilir. Lokal döyüş əməliyyatı isə hazırda davam etdirilir.
