ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
SON MƏLUMAT: Lokal döyüş əməliyyatı aviasiya istisna olmaqla, demək olar ki, bütün növ hərbi texnika istifadə edilərək davam edir. Ermənistan Ordusu 2-dən çox yüksəklik və postları itirib. Azərbaycan Ordusu bir çox hərbi texniki qənimətlər və hərbi əsirlər ələ keçirib. Sərhədə yaxın yerləşən erməni kəndləri təhlükəsizlik üçün boşaldılıb, Kəlbəcərlə sərhəddəki qızıl yataqlarında (Ermənistan tərəf) işləyən əməkdaşlar təxliyə olunub. Hazırki situasiyada AO üstünlüyə sahibdir. Canlı itkilər barədə hələlik dəqiq məlumat yoxdur.

Ermənistan parlamentinin komitə sədri Eduard Ağacanyan: “Ermənistan tərəfinin 15 itkisi var”.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus hərbi texnikanın vurulması görüntüsünü paylaşıb. Yaxın saatlarda Azərbaycan Müdafiə Nazirliyinin əməliyyatlar haqda video yayması gözlənilir.

Ermənistan Müdafiə Nazirliyi 7-si müqaviləli zabit, 5-i əsgər olmaqla, ümumilikdə 12 erməni hərbçisinin bu gün Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyünü təsdiqlədi.

Ermənistan rəsmi olaraq iki döyüş mövqeyinin itirildiyini və itkilərinin olduğunu təsdiqlədi.

⚡ Azərbaycan Müdafiə Nazirliyi: "Döyüş postlarımıza hücum olub, 2 hərbçimiz yüngül yaralanıb. Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Erməni hərbçiləri əsir saxlanılıb, qənimətlər götürülüb. Hazırda vəziyyət gərgin olaraq qalsa da nəzarət altındadır".

Ermənistan Müdafiə Nazirliyi artilleriya, zirehli texnika və müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə lokal döyüşlərin getdiyini və vəziyyətin gərgin olaraq qaldığını açıqlayıb. İlkin olaraq 4 hərbçinin yaralandığı bildirilib.

Ermənistanın mənbələrinə görə, erməni tərəfinin 10 ölü, 6 yaralısı var. 11 hərbçinin isə əsir götürüldüyü deyilir. Bildirilir ki, 2 strateji yüksəklik itirilib.

Döyüş əməliyyatları əsasən bu istiqamətdə gedir. Düşünürəm ki, döyüş əməliyyatları uzunmüddətli olmayacaq, əsasən kommunikasi
Döyüş əməliyyatları əsasən bu istiqamətdə gedir. Düşünürəm ki, döyüş əməliyyatları uzunmüddətli olmayacaq, əsasən kommunikasiya xətlərinin açılması (Zəngəzur Dəhlizi) və sərhədlərin müəyyən edilməsini tezləşdirmək üçün atılan addımdır. Ümid edirəm canlı itkilərsiz, ən qısa zamanda yekunlaşar.

Ermənistan mənbələri 6 hərbçilərinin əsir götürüldüyünü iddia edirlər. Döyüş əməliyyatlarında aviasiyadan başqa bütün hərbi vasitələrin istifadə ediliyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus tank əleyhinə qurğu və minaatanın sıradan çıxarıldığını bildirib. Döyüşlər gərgin olaraq davam edir.

Kəlbəcər-Laçın istiqamətində genişmiqyaslı şiddətli döyüşlər başlayıb. Hal-hazırda artilleriya qurğularından istifadə edilərək döyüşlər davam edir. "Qızıl Təpə" yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir. Hər hansı bir itkilər barədə məlumat yoxdur.

Azərbaycan ordusu dünən Qaragöl istiqamətində bir neçə mövqedə irəliləyib, hərbi texnika və qənimətlər götürüb. Ondan sonra isə sərhəddə yeni postlar qurulub. Postlardan biri Qubadlının Eyvazlı kəndi, digəri isə Zəngilanın Qazançı kəndində yerləşir. Ermənistanda bu hadisələrdən sonra müdafiə nazirliyi istefaya gedib. Paşinyan iddia edir ki, Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olub, buna görə də Azərbaycanı KTMT-yə şikayət ediblər.

Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan istifadə edilməklə atəşkəs pozulub, hazırda atışma davam edir. İtkilərin olmadığı bildirilir.

Bu gün səhər Şuşada postda dayanan Azərbaycan hərbçilərinə qumbara ataraq, 3 hərbçinin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü, separatçı Norayr Mirzoyan haqda Azərbaycanda cinayət işi açıldı. Rus sülhməramlılarının onu erməni tərəfinə təhvil verəcəyi bildirilir.

Rəsmi rəqəmlərə görə Azərbaycanda son 10 aylıq inflyasiya 5,2%-dən 5,7%-ə yüksəlib. Oktyabr ayında isə illik inflyasiya ikirəqəmli, yəni 10% təşkil edib. Ümumi qiymətlər ötən illə müqayisədə 10% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər isə 13,1 faiz artıb.

Azərbaycanda gələn ildən pensiyalar qaldırılır: - Minimum pensiyanın məbləği 200 manatdan 240 manata - Əlilliyə görə pensiyanın məbləği 38 manat artaraq 261 manatdan 299 manata - Ailə başçısını itirməyə görə pensiyanın məbləği 35 manat artaraq 263 manatdan 299 manata - Yaşa görə pensiyanın məbləği 331 manatdan 372 manata qaldırılacaq. - Orta aylıq pensiyanın məbləği isə 327 manatdan 343 manata qaldırılacaq. Qeyd: Son 3 ildə 210 mindən çox şəxsin pensiya işi ləğv edilib.

Rus sülhməramlıları Xankəndidə böyük kilsə, məscid və “Rusiya Şöhrət Xiyabanı” (1 heykəl, 10 büst) açıblar. Rus aparıcı deyir əməlli başlı şəhərcik salınıb, stadion, küçələr, hətta küçələrin adları belə var: "Və bu o deməkdir ki, Rusiya bu torpaqlarda ciddi və uzunmüddətli qalacaq".

Azərbaycanda polis işçilərinin maaşları ən az iki dəfə artırılacaq. Parlamentdə deputat Qüdrət Həsənquliyev təklif edib, maliyyə naziri Samir Şərifov isə təklifin hazırlandığını bildirib. Həmçinin hərbçilərin maaşlarının artırılması da nəzərdə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan ordusunun 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Təxribata cəhd edən 60 erməni hərbçisi mühasirəyə alınıb, onlar yalnız Rusiya tərəfinin xahişi ilə geri göndərilib. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır, itki yoxdur. Əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq".

Maliyyə naziri Samir Şərifov deyib ki, heç bir ərzaq məhsulunun qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur, bu, tamamilə uydurmadır. Sonra əlavə edib ki, Azərbaycanda siqaret və spirtli içkilər üçün rüsumlar bir qədər də artırıla bilər. Bir, iki, üç deyirəm, hamımız inanırıq.