es
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Ir al canal en Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Mostrar más
Azerbaiyán410La categoría no está especificada

📈 Análisis del canal de Telegram Hebib Müntezir

El canal Hebib Müntezir (@hebmun) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 16 874 suscriptores, ocupando la posición en la categoría Otro y el puesto 410 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 16 874 suscriptores.

Según los últimos datos del 02 diciembre, 2024, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 diciembre, 2024), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

16 874
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Paşinyan: “İlham Əliyevlə görüşlərdə əsirlərin geri qaytarılması və sərhədlərin müəyyən edilməsini müzakirə edəcəyəm. Azərbaycanın Ermənistana ərazi iddiası var. “Şərqi Zəngəzur” kimi terminlər nə deməkdir? Koridor mövzusu müzakirə edilmir demişdik və bir daha bəyan edirik”.

Bu gün İqtisadiyyat naziri, Badminton Federasiyasının prezidenti, SOCAR Müşahidə Şurasının sədri Mikayıl Cabbarov nə əcəbsə Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən çıxıb. Əvəzinə isə öz xalası oğlu, İctimai Televiziyanın baş direktoru olan Balakişi Qasımovu təyin edib.

Son döyüşlərdən foto və video çəkib sosial şəbəkələrdə, əsasən TikTokda paylaşan hərbçilər məxfilik rejimini pozduqları üçün ordudan uzaqlaşdırılıb və hüquqi qiymət verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Böyük ehtimalla cinayət işi açılacaq.

Mediada "Zəngəzur dəhlizi açıldı" başlıqlı xəbərlər saxtadır. Bu yaxınlarda Əliyev, Putin və Paşinyanın görüşü olacaq, artıq rəsmi məlumat verildi. Görüşdə sərhədlərin müəyyən edilməsi və dəhlizlə bağlı məsələr müzakirə edilib, sənədlərin imzalanacağı gözlənilir. Hazırda Ermənistan tərəf "dəhliz müzakirə mövzusu ola bilməz" deyir.

Putin: "Ermənistan və Azərbaycan sərhədində vəziyyət hələ də sakitləşməyib. Görünür sabitliyi təmin etmək üçün sülhməramlı kontingentin səylərinə böyük tələbat var".

Tovuz rayonu Əsrik kəndi istiqamətində atəşkəsin pozulduğu deyilir. Hazırda atışma davam edir.

⚡ Paşinyan son çıxışında Azərbaycana sülh müqaviləsini imzalamağı təklif etdi.

Ermənistan Müdafiə Nazirliyi dünənki döyüşlərdə 1 əsgərin həlak olduğu, 13 əsgərin əsir götürüldüyü, 24 əsgərin taleyinin isə bəlli olmadığını deyir. Nazirlik Ermənistanın 2 döyüş mövqeyini itirdiyini qeyd edib. Erməni mənbələri 24 hərbçinin cəsədlərinin döyüş meydanında qaldığını bildirir.

Xalq şəhidlərini qarşılayır, onları dəfn etməklə məşğuldur bu əsnada xalq tərəfindən seçildiyini iddia edən millət vəkilləri parlamentdə nələrinsə qiymətini artırır, özlərinə yeni avtomobil, işçilərə yeni yaşayış binası istəyirlər, hoqqa verirlər. Halbuki onlar ilk növbədə ölkə vətəndaşlarının təhlükəsizliyi, həyatda qalması üçün addımlar atmalıdır, ölkənin bir nömrəli məsələsi cəbhədəki hadisələr olmalıdır. "Problem çözülüb, müharibə bitib" deməklə deyil, münaqişə siyasi və diplomatik masada dəqiq və birmənalı həll olunmalıdır.

Sizcə, dünən baş verənlər haqda Müdafiə Nazirliyi cəmiyyəti yetərincə və vaxtında məlumatlandıra bildimi?
Anonymous voting

Dünənki döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub: - leytenant Niftəliyev Ümüd Oruc oğlu; (Naxçıvan-Nehrəm) - giz
Dünənki döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub: - leytenant Niftəliyev Ümüd Oruc oğlu; (Naxçıvan-Nehrəm) - gizir Cabbarov Orxan Hətəm oğlu; (Quba) - MAXE, kiçik çavuş Əliyev Natiq Yusif oğlu; (Gəncə) - əsgər Ağayev Elçin Mərifət oğlu; (Cəlilabad) - əsgər Əlizadə Elmin Samir oğlu; (Mingəçevir) - əsgər Əliyev Elçin Ramil oğlu; (Şirvan-Bayramlı) - əsgər Xəlilov Murad Qalib oğlu; (Şəmkir-Çinarlı)

Azərbaycan Ordusunun hərbçisi, Gəncə şəhər sakini, 1997-ci il təvəllüd Natiq Yusif oğlu Əliyevin son hadisələr zamanı şəhid o
Azərbaycan Ordusunun hərbçisi, Gəncə şəhər sakini, 1997-ci il təvəllüd Natiq Yusif oğlu Əliyevin son hadisələr zamanı şəhid olduğu deyilir.

⚡️SON DƏQİQƏ: Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın vasitəçiliyi ilə Kəlbəcər-Basarkeçər və Laçın-Qarakilsə istiqamətindəki atışmalar dayandırılıb.

⚡️ Nikol Paşinyan: "Azərbaycan mayın 12-dən bu yana Ermənistanın suveren ərazisi sayılan, ümumi 41 kv.km-lik ərazini işğal edib".

⚡️Nikol Paşinyan: "Azərbaycan və onu dəstəkləyən qüvvələr bizim suverenliyimizə və dövlətçiliyimizə qarşı yönəliblər. Bu, Ermənistan Respublikasının suveren ərazisinə bir-başa təcavüzdür. Bu gün göstərdik ki, bizimlə güc dili ilə danışmağa imkan verməyəcəyik. Hazırda sərhəddə vəziyyət nisbətən sakit olsa da, ümumilikdə gərginlik qalmaqdadır".

Rusiya Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib bildirib ki, hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırdır. Türkiyənin Müdafiə naziri də zəng edərək Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu vurğulayıb.

⚡Erməni mənbələri hazırda döyüşlərin intensivliyinin azaldığını, lakin vəziyyətin son dərəcə gərgin olduğunu bildirirlər.

⚡Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan: "Rəsmi Yerevan demarkasiya və delimitasiya (sərhədlərin müəyyən edilməsi) prosesinə başlamağa hazırdır".

⚡Rusiya Müdafiə Nazirliyi: "Rəsmi Moskva hərbi əməliyyatların dayandırılması, hərbi əsirlərin qaytarılması və vəziyyətin həllinə köməklik etməyə hazırdır".

Yazırlar, soruşurlar ki, "rus sülhməramlıları niyə müdaxilə etmir, bəs hardadırlar?" filan. Qeyd edim ki, hazırda döyüş əməliyyatlarının getdiyi ərazilərdə son bəyanata görə rus sülhməramlılarının kontingenti yerləşdirilməyib. Onlar əsasən Dağlıq Qarabağ və Laçın dəhlizi boyunca nəzarəti və təhlükəsizliyi həyata keçirməyə çalışırlar. Amma Ermənistan artıq rəsmi olaraq Rusiyaya müraciət ünvanlamağa hazırlaşır. Diplomatik və hərbi kanallar vasitəsi ilə artıq danışıqların başlandığı deyilir. Lokal döyüş əməliyyatı isə hazırda davam etdirilir.