Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Erməni mənbələri hazırda Cermuk (İstisu) istiqamətində şiddətli döyüşlərin başladığını bildirir.
16 874
2 yaşından ata-anasını itirən, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun fəhlə qardaşı: "Səbuhini "Komando" bölüyünə götürmək üçün 6000 manat rüşvət istədilər, Bankdan kredit götürüb verdi ki, Komando olsun. Keçdi bölüyə ki, maaşı ikiqat olsun, bu da bu, 3 gündən sonra şəhid oldu".
İndi dövlət istəyirəm, gedib o 6 min rüşvət alan əclafı tapıb, burnundan gətirsin, versin bu fəhlə şəhid qardaşının kreditini bağlasın.
16 874
Həm Yerevanın mərkəzində, həmçinin Xankəndində ermənilər Paşinyanın bugünkü çıxışına qarşı etirazlara başlayıb. Aksiyaçıların bəziləri paytaxtda parlament binasına hücum etməyə çalışır. Paşinyan isə Facebookda canlı yayıma çıxaraq xalqı sakitləşməyə çağırıb.
16 874
Hazırda 2 gündür gərginlik yaşanan cəbhə bölgəsində ötən günlərə nisbətən vəziyyətin xeyli sakitləşdiyi deyilir.
16 874
Hamının başı cəbhəyə, şəhidlərə qarışıb, YAP isə öz maaşını artırır. Yeni Azərbaycan Partiyası strukturlarında çalışan işçilərin maaşı artırılıb. Belə ki, hakim partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri 3 min manat, partiyanın aşağı strukturlarında çalışanların maaşı isə 1600-2000 manata çatdırılıb. Bundan başqa hakim partiya mərkəzi aparat rəhbərliyi və rayon-şəhər təşkilatlarının sədrləri üçün yeni avtomobillər alıb. Məlumata görə, Avropa istehsalı olan avtomobillərin qiyməti 70-80 min manat dəyərindədir.
16 874
Azərbaycanın Almaniyadakı Səfirliyinin əvvəlki səfirlik əməkdaşları ilə bağlı maliyyə fəaliyyətinin təftişi zamanı məlum olub ki, bank çıxarışlarındakı məlumatları dəyişdirərək saxtalaşdırıblar, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarını öz hesablarına köçürüb mənimsəyiblər. Maliyyə Nazirliyi bununla bağlı DTX-ya müraicət edib. Kimlərsə canıyla əlləşir, bunlar da bir ucdan oğurlayırlar.
16 874
Paşinyan Rusiyada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməkdən imtina etdi. Bunu sərhəddəki son hadisələrlə əlaqələndirib. Səmərqənddə keçiriləcək sammitdə Putin, Əliyev, Ərdoğan, Rəisi, hətta Bəşər Əsəd də iştirak edəcəklər.
16 874
Paşinyan: “Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.
16 874
Paşinyan: "Azərbaycan Ordusu bizim suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır".
16 874
Paşinyan: "Azərbaycan Ordusu daha 10 kv. km Ermənistan ərazisini ələ keçirib. Biz bununla barışmazacağıq və onlar bizim ərazimizi tərk etməlidirlər".
16 874
Azərbaycan Müdafiə Nayirlizi: “Təssüf ki, itkilərimiz var və əlavə məlumat veriləcək”.
16 874
DTX: “TikTok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır”.
16 874
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan rəhbərliyi qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.
16 874
Paşinyan: “Biz dəhliz verməyəcəyik, başqalarının fikri bizim üçün ikinci dərəcəlidir. Üçtərəfli sazişdə dəhlizin açılması ilə bağlı heç bir bənd yoxdur”.
16 874
Paşinyan: "Azərbaycan Ordusu Ermənistan Respublikasının ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib".
16 874
Azərbaycanda Tiktok və Telegrama girişdə problem yaşandığı deyilir. Rəqəmsal İnkişaf Nazirliyi heç bir internet resursuna məhdudiyyət qoymadığını desə də, testlərdə əksini göstərir. Hazırda bəzi provayderlərdən şəbəkələrə daxil olmaq olmur. Gün ərzində məhdudiyyət tətbiq ediləcəyi istisna deyil.
16 874
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası: "Azərbaycan Ermənistanı atəşkəsə çağırır və son hadisələr zamanı həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir".
16 874
Son iki gündə baş verənlərin qısa icmalı:
Əldə etdiyim qeyri-rəsmi, amma güvəndiyim mənbəyə əsasən ilk növbədə erməni diversiya qrupları Azərbaycan postlarına hücum edib, ordakı hərbçilərin hamısını öldürüblər. Bununla bağlı video görüntülər mövcuddur.
Bundan sonra əmr verilib ki, sərhəd boyu qarşı tərəfin nə qədər hərbi obyekti, silahlı avadanlığı varsa məhv edilsin. Bunun da video görüntülərini MN yayıb.
Sonradan Xüsusi Təyinatlılar qrup halında kəşfiyyat üçün hücuma keçirlər, açıq ərazidə hədəf halına gəlirlər. Bunun da video görüntülərini erməni mənbələri yayıblar. Bu əsnada da bir çox Azərbaycan XTQ mənsubları şəhid olublar. Bəzilərinin mühasirəyə düşdüyü və hələ də döyüşdüyü deyilir.
Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfin hərbi hissələrini dağıdıb, xeyli sayda canlı və texniki itkiyə məruz qoyublar. Buna aid olan videolar da sosial şəbəkələrdə geniş yayılıb.
Hazırda ərazidə vəziyyət gərgin qalmaqda davam edir. Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərdə minaatanlardan və artilleriya qurğularından istifadə edilərək döyüşlər gedir.
