fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Erməni mənbələri hazırda Cermuk (İstisu) istiqamətində şiddətli döyüşlərin başladığını bildirir.

2 yaşından ata-anasını itirən, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun fəhlə qardaşı: "Səbuhini "Komando" bölüyünə götürmək üçün 6000 manat rüşvət istədilər, Bankdan kredit götürüb verdi ki, Komando olsun. Keçdi bölüyə ki, maaşı ikiqat olsun, bu da bu, 3 gündən sonra şəhid oldu". İndi dövlət istəyirəm, gedib o 6 min rüşvət alan əclafı tapıb, burnundan gətirsin, versin bu fəhlə şəhid qardaşının kreditini bağlasın.

Həm Yerevanın mərkəzində, həmçinin Xankəndində ermənilər Paşinyanın bugünkü çıxışına qarşı etirazlara başlayıb. Aksiyaçıların bəziləri paytaxtda parlament binasına hücum etməyə çalışır. Paşinyan isə Facebookda canlı yayıma çıxaraq xalqı sakitləşməyə çağırıb.

Hazırda 2 gündür gərginlik yaşanan cəbhə bölgəsində ötən günlərə nisbətən vəziyyətin xeyli sakitləşdiyi deyilir.

Hamının başı cəbhəyə, şəhidlərə qarışıb, YAP isə öz maaşını artırır. Yeni Azərbaycan Partiyası strukturlarında çalışan işçilərin maaşı artırılıb. Belə ki, hakim partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri 3 min manat, partiyanın aşağı strukturlarında çalışanların maaşı isə 1600-2000 manata çatdırılıb. Bundan başqa hakim partiya mərkəzi aparat rəhbərliyi və rayon-şəhər təşkilatlarının sədrləri üçün yeni avtomobillər alıb. Məlumata görə, Avropa istehsalı olan avtomobillərin qiyməti 70-80 min manat dəyərindədir.

Azərbaycan Ermənistana humanitar atəşkəs təklif edib.

Azərbaycanın Almaniyadakı Səfirliyinin əvvəlki səfirlik əməkdaşları ilə bağlı maliyyə fəaliyyətinin təftişi zamanı məlum olub ki, bank çıxarışlarındakı məlumatları dəyişdirərək saxtalaşdırıblar, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarını öz hesablarına köçürüb mənimsəyiblər. Maliyyə Nazirliyi bununla bağlı DTX-ya müraicət edib. Kimlərsə canıyla əlləşir, bunlar da bir ucdan oğurlayırlar.

Paşinyan Rusiyada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməkdən imtina etdi. Bunu sərhəddəki son hadisələrlə əlaqələndirib. Səmərqənddə keçiriləcək sammitdə Putin, Əliyev, Ərdoğan, Rəisi, hətta Bəşər Əsəd də iştirak edəcəklər.

Paşinyan: “Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.

Paşinyan: "Azərbaycan Ordusu bizim suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır".

Paşinyan: "Azərbaycan Ordusu daha 10 kv. km Ermənistan ərazisini ələ keçirib. Biz bununla barışmazacağıq və onlar bizim ərazimizi tərk etməlidirlər".

Azərbaycan Müdafiə Nayirlizi: “Təssüf ki, itkilərimiz var və əlavə məlumat veriləcək.

DTX: “TikTok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır”.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan rəhbərliyi qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.

Paşinyan: “Biz dəhliz verməyəcəyik, başqalarının fikri bizim üçün ikinci dərəcəlidir. Üçtərəfli sazişdə dəhlizin açılması ilə bağlı heç bir bənd yoxdur”.

Paşinyan: "Azərbaycan Ordusu Ermənistan Respublikasının ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib".

Paşinyan: "Ermənistan tərəfindən ölənlərin sayı 105 nəfərə çatıb".

Azərbaycanda Tiktok və Telegrama girişdə problem yaşandığı deyilir. Rəqəmsal İnkişaf Nazirliyi heç bir internet resursuna məhdudiyyət qoymadığını desə də, testlərdə əksini göstərir. Hazırda bəzi provayderlərdən şəbəkələrə daxil olmaq olmur. Gün ərzində məhdudiyyət tətbiq ediləcəyi istisna deyil.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası: "Azərbaycan Ermənistanı atəşkəsə çağırır və son hadisələr zamanı həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir".

Son iki gündə baş verənlərin qısa icmalı: Əldə etdiyim qeyri-rəsmi, amma güvəndiyim mənbəyə əsasən ilk növbədə erməni diversiya qrupları Azərbaycan postlarına hücum edib, ordakı hərbçilərin hamısını öldürüblər. Bununla bağlı video görüntülər mövcuddur. Bundan sonra əmr verilib ki, sərhəd boyu qarşı tərəfin nə qədər hərbi obyekti, silahlı avadanlığı varsa məhv edilsin. Bunun da video görüntülərini MN yayıb. Sonradan Xüsusi Təyinatlılar qrup halında kəşfiyyat üçün hücuma keçirlər, açıq ərazidə hədəf halına gəlirlər. Bunun da video görüntülərini erməni mənbələri yayıblar. Bu əsnada da bir çox Azərbaycan XTQ mənsubları şəhid olublar. Bəzilərinin mühasirəyə düşdüyü və hələ də döyüşdüyü deyilir. Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfin hərbi hissələrini dağıdıb, xeyli sayda canlı və texniki itkiyə məruz qoyublar. Buna aid olan videolar da sosial şəbəkələrdə geniş yayılıb. Hazırda ərazidə vəziyyət gərgin qalmaqda davam edir. Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərdə minaatanlardan və artilleriya qurğularından istifadə edilərək döyüşlər gedir.