Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Tovuzun Alakol kənd sakini, 1991-ci il təvəllüd hərbçi Ülvi Məzahir oğlu Mahmudzadənin şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Ailəli idi, iki övladı var. Şəhid sayı 54 oldu.
16 874
Qusar rayonu Mucuq kənd sakini, 1998-ci il təvəllüd XTQ snayperi Şair Camal oğlu Heydərovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Xəstə anası, ailənin yeganə oğlan övladı olan Şair yenicə evlənmişdi, doğulmamış körpəsi qaldı.
16 874
Erməni rəsmi mənbələri Azərbaycan Ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edərək yalan adlandırır.
16 874
Ağstafanın Böyük Kəsik kənd sakini, 1993-cü il təvəllüd Səyfəddin Mahmud oğlu Muradovun şəhid olduğu bildirilir. Məlumat Səfərbərlik Xidməti tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Müdafiə Nazirliyinin yaydığı son siyahıda adı yoxdur. Şəhid sayı 52 nəfər oldu.
16 874
MN siyahısına görə Gəncənin Gülüstan qəsəbə sakini, 1993-cu il təvəllüd hərbçi Üzeyir Sabir oğlu Әliyev də şəhid olub. Məndəki siyahıda isə Binə qəsəbəsində yaşayan, əslən Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyev var, cənazəsi bu gün Binəyə gətirilib. Bununla da şəhid sayı 51 oldu. Fotodakı isə şəhid Üzeyir Əliyevdir.
16 874
50-ci şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüd Asiman Mehman oğlu İmamverdiyevdir. Dünəndən bəri yığdığım siyahı Müdafiə Nazirliyinin siyahısı ilə birəbir eynidir, heç bir əksik və yaxud artıq yoxdur, adlar da, soyadlar da dəqiqdir. Yeni itkilərin olub-olmaması araşdırılır.
16 874
Dünən gecədən bu tərəfə aram-aram olsa da atəşkəs pozulub, gərginlik davam edib. Müxtəlif çaplı minaatan və artilleriya qurğuları demək olar ki, susmayıb. Azərbaycan rəsmi olaraq iki mülki şəxsin yaralandığını bildirib. Yeni hərbi itkilər barədə hələ ki, məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, erməni tərəfinin 300-dən çox itkisi var. Bunu elə erməni mənbələri özləri bildirirlər. Hazırda isə əsasən Sotk (Zod) istiqamətində vəziyyətin gərgin olduğu deyilir.
16 874
Şəki şəhər sakini, 1998-ci il təvəllüd hərbçi Səbuhi Fuad oğlu Əhmədov və Tovuzun Əsirlik kənd sakini, 1999-cu il təvəllüd Kənan Cəbrayıl oğlu Nəsibovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Solda Lerikin Almu kənd sakini, leytenant Vüsal Bəxtiyar oğlu Məlikov və sağda Binə qəsəbəsində yaşayan, əslən Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyevin şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Günün daha bir faciəsi: Binəqədi rayonunda şəhid Vadim Qocayevin nəşi ailəsinə təhvil verilənədək atası Alik Qocayevin ürəyi dözməyib vəfat edib. Dəhşətdir.
16 874
Solda Cəlilabad rayon Alar kənd sakini Qasımov Rəşad Ənvər oğlu və sağda Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 2004-cü il təvəllüd, hərbçi İbrahim Şöhrət oğlu Həsənovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Solda Mingəçevir Şəfa Bağlar Massivi sakini, hərbçi Tərlan Pərviz oğlu Rzayev və sağda Cəlilabadın Venlik kənd sakini, DSX giziri Nahid Huseynağa oğlu Məmmədovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Solda Laçının Ağcakənd sakini, 1999-cu il təvəllüd Leytnant Qorxmaz İsgəndər oğlu İsgəndərov və sağda Şabran sakini leytenant Murad İlqar oğlu Rəsulovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Solda Salyanın Qızılağac kənd sakini, 1996-cı il təvəllüd MAXE Elvin Səmədov və sağda Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüd hərbçi Bəxtiyar Guloğlan oğlu Muradovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Salyan rayon Arbatan kənd sakini, 2003-cü il təvəllüd hərbçi Sadiq Rəşad oğlu İsayev və Biləsuvar sakini XTQ zabiti Məhəmməd Bilal oğlu Məmmədovun da şəhid olduğu deyilir. Məlumatı şəhidlərin dostları və rəsmi qurumlar təsdiqləyiblər.
16 874
Səhərdən topladığım dünəndən bu günə şəhidlərin adbaad siyahısı. Sadəcə birinin fotosu yoxdur, Sumqayıtdan olan şəhidin. Bu arada yeni şəhid xəbərləri də gəlməyə davam edir:
1. Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd hərbçi Fərid Kəmaləddin oğlu Mehbalıyev
2. Xızının Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüd zabit Saleh Möhübbət oğlu Qurbanov
3. Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-cı il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyev
4. İsmayıllının Talıstan kənd sakini, 1996-cı il təvəllüd baş leytenant Cavidan Zaur oğlu Bədəlov
5. Qazaxın Daş Salahlı kənd sakini, gizir Azad Zakir oğlu Kərimov
6. Qəbələ rayon Mıxlııqovaq kənd sakini, 1996-cı il təvəllüd hərbçi Elşən Sahib oğlu Babazadə
7. Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüd Rüstəmov Fərid Nofəl oğlu
8. Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədov
9. Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənov
10. Saatlının Qaranuru kənd sakini, 2000-ci il təvəllüd MAXE hərbçi Ülvi Əsədulla oğlu Nəsirov
11. Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıxov
12. Quba rayonunun Vəlvələ kənd sakini, 2001-ci il təvəllüdlü Ümid İlqar oğlu Həsənov
13. Beyləqan rayonu ll Aşıqlı kəndi sakini, hərbçi Mirtalib Mirheydər oğlu Ağazadə
14. Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizov
15. Qazax rayonu Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımov
16. Xaçmaz Əbilyataq kənd sakini, 1989-cu il təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmov
17. Abşeron rayon sakini, əslən Tovuz şəhərindən olan baş gizir Firuz Məzahir oğlu Əhmədov
18. Qobustanın Sündü kənd sakini, 1997-ci il təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayev
19. Biləsuvar rayonu Amankənd kəndindən XTQ giziri Hüseynov Ziyarət Mayıl oğlu
20. Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüd Sərxan Mübariz oğlu Ömərov
21. Lənкəranın Üzümçülük yaşayış ərazi sakini, 1998-ci il təvəllüd hərbçi Xəyal Əlövsət oğlu Əhədzadə
22. Şəki şəhər sakini, 1998-ci il təvəllüd hərbçi Səbuhi Fuad oğlu Əhmədov
23. Sabirabadın Axtaçı kənd sakini, 1998-ci il təvəllüd hərbçi İsmayıl Məhərrəm oğlu Budaqlı
24. Astara rayon sakini Cəmil Anar oğlu Qurbanov
25. Oğuz rayon, Qarabaldır kənd sakini, 1980-ci təvəllüd MAXE hərbçi Nail Adil oğlu Abbasov
26. Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüd hərbçi Bəxtiyar Guloğlan oğlu Muradov
27. Neftçalanın Bankə qəsəbə sakini 2003-cü il təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev
28. Neftçalanın Bankə qəsəbə sakini hərbçi Rafael Rüfət oğlu Fətullayev
29. Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətov
30. Şəkinin Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Nihat Mehman oğlu Qasımov
31. Şəmkirin Şeidlər kənd sakini 27.11.1996 -cı il təvəllüdlü , MAXE Süleymanov Xəyal Elxan oğlu
32. Bakının Sabunçu rayon sakini, əslən Tərtər Evoğlu kəndindən olan, 1996-cı il təvəllüd Məftun Seymur oğlu Əhmədzadə
33. Kəlbəcər rayon sakini, 1999-cu il təvəllüd leytenant Ömər Muğan oğlu Şirinov
34. Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüd Emin Elnur oğlu Fərzəliyev
35. Qobustan rayon Dərəkənd kənd sakini Sadiq Zaur oğlu Əzizli
36. Yevlax rayonu Gülövşə kənd sakini, 1990-cı il təvəllüd Təbriz Rəhim oğlu Rəhimov
16 874
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, əvvəlki saatlara nisbətdə intensivlik zəyifləsə də bu saata olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır.
16 874
Solda Biləsuvar rayonu Amankənd sakini XTQ giziri Hüseynov Ziyarət Mayıl oğlu və sağda Yevlax rayonu Gülövşə kənd sakini, 1990-cı il təvəllüd Təbriz Rəhim oğlu Rəhimovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
16 874
Lənкəranın Üzümçülük yaşayış ərazi sakini, 1998-ci il təvəllüd Xəyal Əlövsət oğlu Əhədzadə və Bakının Sabunçu rayon sakini, əslən Tərtər Evoğlu kəndindən olan, 1996-cı il təvəllüd Məftun Seymur oğlu Əhmədzadənin şəhid olduğu deyilir. Rəsmi qurum yaxınlarına məlumatı təsdiq edib.
