Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlu Əhmədli Elgiz İntiqam oğlunundur. O 10EX002 dövlət nişanlı bir neçə avtomobil idarə edir. Həmçinin 99TZ555 dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları bunlardır: Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S. Maraqlıdır bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti hardandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər?
16 874
Azərbaycan parlamentində son günlər ilk dəfədir ki, bəzi deputatlar süni də olsa hay-küy qaldırıblar. 13 deputat əlilliklə bağlı yeni qanunun əleyhinə səs verib. Çünki yeni qanun tamamiylə əlil olan vətəndaşların əleyhinədir. Buna baxmayaraq yenə də qəbul olunacaq, çünki çoxluq lehinə səs verib. Deputatlar xalq tərəfindən seçilməyib, hökümət tərəfindən, altpaltarı vasitəsiylə təyin olunanda, xalqın əleyhinə qərarların çıxarılması çox təbiidir.
16 874
Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Hazırda bu yaş 62-dir. Statistik reallıq odur ki, pensiyaya çıxan şəxslərin böyük hissəsi 65 yaşa çatmadan dünyasını dəyişir. Bu da o deməkdir ki, bir çox insan ümumiyyətlə pensiya ala bilməyəcək.
16 874
FHN-nin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "CBS-PP” MMC adlı şirkət olub. Şirkət idarəyə 300 min manatlıq mətbəə məhsulları satacaq. Şirkətin rəhbəri kim olsa yaxşıdır? Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı Hikmət Əbuzər oğlu İsmayılov. O həmçinin “AFB Bank” ASC və "AzSigorta” ASC-nin əsas səhmdarıdır.
16 874
Laçın istiqamətində Ermənistan ordusuna aid diversiya qrupunun bir üzvü saxlanılıb. Digər üzvlər isə qaçıblar. Məqsəd əraziləri minalamaq olub.
16 874
Müdafiə Nazirliyinə məxsus avtomobil Kəlbəcərin Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşüb, nəticədə 4 jurnalist hadisə yerində şəhid olub.
16 874
Biləcəridə 1-ci qrup Qarabağ əlili, qazi Məhəmmədəli Hacıyev özünü yandıraraq intihara cəhd edib.
16 874
Dünən Ermənistan Ordusunun 40 nəfərə yaxın hərbçisi Kəlbəcərin Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olublar. Daha sonra Azərbaycan Ordusunun keçirdiyi əks-əməliyyat tədbirləri nəticəsində, heç bir silah tətbiq edilmədən onlar girdikləri yerdən çıxarılıblar.
16 874
Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin 15 qəpik artaraq 1.40 manat olduğu iddia edilir.
16 874
Almaniyadan deportasiya ediləcək şəxs, Azərbaycan vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya əməkdaşları və polislərin gözü önündə ülgüclə qol damarlarını kəsib. Hazırda vəziyyəti orta-ağırdır. Son aylar Almaniyadan Azərbaycana 50-dən çox vətəndaş deportasiya olunub.
16 874
Suriyada keçirilən prezident seçkilərində 21 ildir vəzifədə olan Bəşər Əsəd 95.1% səs qazanaraq, yenidən Suriya prezidenti seçilib. 14 milyon seçicinin səsini alan 55 yaşlı Suriya lideri, 7 il daha prezident olacaq.
16 874
Dünən gecə Sumqayıt şəhər sakini, Quru Qoşunlarının əsgəri Qorxmaz Elşad oğlu Sadıqov hərbi hissələrin birində dünyasını dəyişib. Hərbçinin ailəsinə deyilib ki, ehtiyatsızlıqdan həlak olub və mümkün qədər ictimailəşməsin. O ailənin tək oğlu olub, tərxisinə 1 ay qalıbmış. Rəsmi məlumat isə yoxdur.
16 874
Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində minalama fəaliyyəti ilə məşğul olan 6 erməni hərbçisi əsir götürülüb. Azərbaycan Ordusunun hərbi yük maşını isə minaya düşüb, itki və yaralıların olduğu deyilir. Ermənistan rəsmiləri isə iddia edirlər ki, Azərbaycan Ordusu Kut (Zərkənd) kəndinə daxil olaraq hərbçiləri qaçırıb.
16 874
Azərbaycanda pandemiya ilə əlaqədar yeni qərarlar:
🦠 Xüsusi karantin rejimi 1 avqusta qədər uzadıldı.
🛂 İyulun 1-dən iş yerlərində COVID-19 pasportu tələb olunacaq.
🚍İyun ayı ərzində həftəsonları ictimai nəqliyyat işləməyəcək.
🕌 Məscidlərə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir.
🏊♂️ 10 iyundan etibarən hovuzlardan istifadəyə icazə verildi.
✈️ İyunun 1-dən Azərbaycan daxilində hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
16 874
Ermənistan Müdafiə Nazirliyi Vardenis (Basarkeçər) rayonunun Verin Şorza (Yuxarı Şorca) kəndi istiqamətində Ermənistan və Azərbaycan Ordusunun əsgərləri arasında atışma olduğu və bir erməni əsgərinin (32 yaşlı çavuş V. Xurşudyan) öldüyünü bildirir. Azərbaycan MN hələ ki, heç bir məlumat verməyib.
16 874
Kəlbəcərdə 19 yaşlı əsgər Şükürov Elmir İlham oğlunun qeyri-döyüş şəraitində vəfat etdiyi deyilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
16 874
Paşinyan hazırda çıxış edir: "Ermənistan və Azərbaycan hərbçiləri arasında kütləvi qarşıdurma bütün sərhəd xətti boyunca baş verib. Biz sərhədlərin müəyyənləşdirilməsini tamamlamalıyıq. Ermənistanın nəzarəti altında bir vaxtlar Sovet Azərbaycanın tərkibində olan ərazilər (Kərki və Qazaxın 7 kəndi) var və indi də Azərbaycanın işğalı altında olan Sovet Ermənistanının (Gədəbəydəki Başkənd anklavı) ərazisi var. Bunlar üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır. İmzalayacağımız heç bir gizli sənəd zad yoxdur. Dünən yayılan sənəd isə həqiqətdir".
16 874
Paşinyan: "Azərbaycan bəzi şərtlərimizi qəbul etsə, yeni sənəd imzalayacağam. Hazırda 600-ə yaxın Azərbaycan hərbçisi Ermənistan ərazisində qalmağa davam edir, vəziyyət hələ də gərgin olaraq qalır. Yeni razılaşma Ermənistanla Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi ideyasını dəstəkləyir, bizim maraqlarımıza 100% cavab verir və təhlükəsizliyə zəmanət verir".
16 874
Erməni mənbələri yazır ki, Putin, Əliyev və Paşinyan Azərbaycan Ordusunun son günlər daxil olduğu Ermənistan ərazilərindən çıxarılması müqabilində yeni demarkasiya (sərhədlərin müəyyənləşdirilməsi) prinsipləri, ərazi güzəştləri ilə bağlı razılığa gəliblər və üçtərəfli yeni saziş imzalanıb. Ermənistan XİN rəhbərinin razılaşmanın qəti əleyhinə olduğu bildirilir.
16 874
Nikol Paşinyan: "Sərhəddə gərginlik artmaqdadır. Azərbaycanın Ermənistan ərazisindən qoşunların çıxarılması ilə bağlı apardığımız danışıqlar heç bir nəticə vermədi. Danışıqlar davam edəcək. Ermənistan höküməti heç vaxt Sünikdən (Zəngəzurdan) keçəcək dəhlizi müzakirə etməyib və etməyəcək."
İlham Əliyev: "Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".
