ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Xəzər Hərbi Tətqiqatlar İnstitutu hərbi mənbələrdən əldə etdiyi məlumata əsasən Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında Qaragöl şifahi razılaşmasının ilkin detallarını paylaşıb: 1. Qarabağdaki bütün erməni silahlıları çıxarılır; 2. Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir; 3. Qazağın kəndləri və Naxçıvanın Kərki kəndi erməni işğalından azad edilir; 4. Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir. İddiaya görə erməni tərəfi öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir. Qeyd edim ki, bu yazılanlar heç bir rəsmi təsdiqini hələlik tapmayıb.

Erməni mediası danışıqlar barədə bunları yazır: ▪️ Sabah Azərbaycan hərbçilərinin geri çəkilməsi 2 km (3,5 km irəlilənmişdi) gözlənilir. ▪️ Azərbaycan Ordusunun 60 hərbçisinin qalacağı 3 müşahidə postu yaradılacaq. ▪️ Azərbaycan hərbçilərinin mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşməyəcək. ▪️ Azərbaycan tərəfi hansısa müəyyən şərtlər irəli sürüb, lakin media hələ bunlardan xəbərsizdir. ▪️ Danışıqlar iki gün ərzində davam edəcək. Rəsmi olaraq nə Bakı, nə də İrəvan yuxarıdakıları hələ təsdiqləməyib. Məlumatı Sputnik Azərbaycan yayıb.

Erməni mənbələri Azərbaycan tərəfinin Sünik/Zəngəzur bölgəsindən geri çəkildiyi barədə xəbər yayıb. Məlumata görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar uğurla nəticələnib. Müəyyən şərtlər daxilində sabah Azərbaycan ordusunun 2 km qədər geri çəkiləcəyi gözlənilir. Hələlik heç bir rəsmi məlumat yoxdur.

İranla sərhəddə naməlum şəxslərlə atışma zamanl iki Azərbaycan hərbçisi şəhid olub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralansa da sonradan onların həyatlarını xilas etmək mümkün olmayıb.

Erməni mənbələri Azərbaycan Ordusunun Geğarkunik bölgəsinin Kut (Zərkənd-Zərzibil) kəndi yaxınlığında sərhədi keçdiyini bildirir. Onların 2 KM irəlilədiyi deyilir.

Fransa prezidenti Emmanüel Makron: "Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm Fransa sizinlədir və belə də qalacaq".

Azərbaycan Ordusunun bu fotodakı hər iki kiçik gölləri (Qaragöl) və ərazidəki yüksəklikləri nəzarətə aldığı iddia edilir.
Azərbaycan Ordusunun bu fotodakı hər iki kiçik gölləri (Qaragöl) və ərazidəki yüksəklikləri nəzarətə aldığı iddia edilir.

Nikol Paşinyan: "Hazırda Azərbaycan Silahlı Qüvvələrinin təxminən 240 hərbçisi Geğarkunik (Göyçə mahalı) bölgəsindədir".

Ermənistan Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu bu gün səhər və günorta saatlarında Sisian (Qarakilsə) və Vardenis (Basarkeçər) istiqamətində "sərhədlərin müəyyənləşməsi" bəhanəsi ilə mövqeləri irəli çəkib. Onları əvvəlki mövqelərə geri qayıtması barədə məlumatlandırmışıq".

Erməni mənbələri iddia edirlər ki, hazırda Laçınla sərhəddə yerləşən Qaragöl tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçib, an etibari ilə diplomatik danışıqlar gedir. Danışıqlar fayda verməsə, Ermənistan Müdafiə Nazirliyinin qərarını gözləyəcəklər. İşğaldan azad olunan ərazilərimizdə hərəkətlilik var.

Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi (delimitasiyası) baxımından Sünikdə Azərbaycan Ordusunun Laçının Əhmədli kəndi i
Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi (delimitasiyası) baxımından Sünikdə Azərbaycan Ordusunun Laçının Əhmədli kəndi istiqamətindən Verişen kəndinə doğru 3KM irəlilədiyi təsdiqlənib. Amma hər hansı döyüş getməsi, yaxud atəşkəs pozulması baş verməyib. Ərazidəki Qaragöl gölünün 30%-nin Azərbaycan Ordusuna təhvil verildiyi deyilir.

Son 1 ayda vəfat edən incəsənət xadimləri: Xalq artisti Rəmiş (Rafiq Hüseynov), Xalq artisti, kinorejissor Eldar Quliyev, Əməkdar artist Baloğlan Əşrəfov, Müğənni Aslan Hüseynov, Xalq şairi Fikrət Qoca, Xalq artisti Arif Quliyev, Xalq şairi Musa Yaqub.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb. Qeyd olunur ki, o COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Xatırladım ki, Xalidə Bayramovanın adı "Elina İşi" prosesində də hallanırdı.

Sağdakı Mingəçevir şəhər sakini, 31 yaşlı hərbçi Pərviz Hafiz oğlu Tağıyevin cənazəsi Suqovuşan-Tərtər istiqamətində tapılara
Sağdakı Mingəçevir şəhər sakini, 31 yaşlı hərbçi Pərviz Hafiz oğlu Tağıyevin cənazəsi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib. Soldakı Vətən Müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib. Məlumata görə hərbçi kontuziyadan əziyyət çəkirmiş. O “Şuşa və Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Keçmiş siyasi məhbus Bayram Məmmədov İstanbulda, naməlum şəraitdə ölü tapılıb.

Ermənilər Xocavənd (Martuni) şəhərində hərbi qəhrəman hesab etdikləri Qaregin Njdenin heykəlini bərpa ediblər. Bir qrup erməni heykəlin üzərinə: "Heykəli aparan adam vurulacaq" yazılı kağız qoyub. Ermənistan mediasının məlumatına görə, Azərbaycan tərəfi heykəlin götürülməsinə 9 maya qədər vaxt verib. Qeyd edim ki, İlham Əliyev dəfələrlə çıxışlarında Njdeni faşist, cəllad və terrorçu adlandırıb.

Azərbaycan daha üç erməni hərbçi əsiri, Rovert Vardanyan, Şuxyan Samvel, Tamrazyan Seyranəı sərbəst buraxdı. Onlar yaxın saatlarda rus sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan istiqamətində uçuş edəcək hərbi təyyarə ilə Yeravana çatdırılacaqlar.

10 ildir "Azərsu"nun sədri olan, korrupsioner və qohumbaz Qorxmaz Hüseynov vəzifəsindən çıxarıldı.

Uzun müddətdir ağ ciyər xərçəngindən əziyyət çəkən, 15 ildir Gənclər və İdman naziri olan, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov vəfat etdi.

"Azərsu" sədri Qorxmaz Hüseynovun kürəkəni Turan Həsənzadə "Port Baku"nun yanında lüks avtomobili ilə 2 maşını vurub. Hadisə zamanı içkili olub. Deyib ki, maşını düzəltdirəcəm. Sabah başqa adam gəlib ki, maşını mən sürürdüm və pulum yoxdur. Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.