Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyin 5 milyon manatdan çox vəsaitini mənimsəyib, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb. Məsələn, polislər üçün dərman preparatları alınmasına vəsait ayrılıb, amma vəsaitin çox hissəsini özünə məxsus olan fermadakı heyvanlar üçün dərmanlara sərf edib. 17 il ərzində isə nə qədər vəsait oğurlayıb, hansı maxinasiyalar edib, indi özünüz təsəvvür edin. Bu gün o 11 il müddətinə azadlıqdan məhrum edilib.
16 874
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi zamanı məlum olub ki, İlham Əliyev jurnalistlər üçün binanın tikintisinə görə 5 milyon manat vəsait ayırdıqdan 1 ay sonra Vüqar Səfərli pulun 1,5 milyon manatını öz şəxsi bank hesabına transfer edib. Həmçinin o da məlum olub ki, adına olan 4 milyon 75 min manatlıq vəsaiti devalvasiya zamanı əldə edib. Bildirib ki, devalvasiyadan əvvəl bank hesabında qazandığı pullar var imiş. Bazarı bilən dost-tanışların tövsiyəsi ilə həmin pulları devalvasiyadan qabaq bankdan çıxarıb və devalvasiyadan qazanclı çıxıb. O, ümumilikdə 20 milyona yaxın vəsaitin yeyintisində ittiham olunur.
16 874
Dünən Bakı İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin məhkəmə prosesi keçirilib. Proses zamanı tarixi abidələrin söküntüsü ilə bağlı məqamda maraqlı dialoq yaşanıb. Hakimin “Kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz” suallına baş memar “Lazım olsa, rəy alıb, onu da sökmək olar” cavabını verib.
16 874
"Azərxalça"nın keçmiş sədri olmuş Vidadi Muradovun məhkəmə prosesi zamanı 5 il ərzində 22 milyon AZN yeyinti etməsi ilə bağlı fakt məlum olub. Təxminən hər gün 12 mindən çox pul oğurlayıb. Daha sonra onun 30.5 milyon AZN dəyərindəki əmlak və aktivlərinə həbs qoyuldu.
16 874
Azərbaycanda şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan iki şəxs saxlanılıb. Əvvəlcə falçıya yönləndiriblər, falçı deyib ki, oğlunuz sağdı. Sonra fotoşopla şəhidin əsirlikdə olduğunu göstərən fotolar düzəldib ailəyə göstəriblər, şəhidin qohumu vasitəsiylə telefonla ailəyə zəng edib, yalandan şəhidin adından danışıb, sağ olduğunu deyiblər. Sonra falçının oğlu deyib ki, əgər övladınızı istəyirsizsə qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəyik. Buna görə ailədən 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.
16 874
İlham Əliyev icrabaşılarını təhdid və tənqid edəndən sonra bir keçmiş icrabaşını azadlığa buraxdılar. Dünən isə hazırda Abşeronun icrabaşı olan İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyevi azadlığa buraxıblar. O rüşvətalma və dələduzluqda ittiham edilirdi.
16 874
Saatlının Qara Nuru kənd sakini, MAXE Ülvi Xanəhməd oğlu İbrahimovun şəhid olduğu bildirilir. 2 ay öncə döyüş bölgəsində hərbi avtomobilin aşması nəticəsində komaya düşdüyü və dünən axşam dünyasını dəyişdiyi deyilir.
16 874
Xalqın milli təhlükəsizliyinin keşiyində duranlar silsiləsindən:
Məhkəmə prosesi zamanı məlum olub ki, Mövlam Şixəliyev 6 il ərzində MTN-nin İstintaq Baş İdarəsinin rəisi çalışdığı dövrdə ümumilikdə 14 milyon 292 min manat pul vəsaitini rüşvət olaraq, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə əldə edib.
16 874
Bədbəxt olacaqsız dedi, icrabaşının birin həbsdən buraxdı, çörəyin, benzinin qiyməti qalxdı.
16 874
Azərbaycanda bəzi şirkətlər çörəyin qiymətini qaldırıb. Artıq bu gündən çörəyin qiymətində artım müşahidə olunur. Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.
16 874
Azərbaycanda sabahdan “Aİ-95” premium benzin 1,60 AZN və “Aİ-98” super markalı benzinin qiyməti 1,90 AZN olacaq. "Aİ-95” 15 qəpik, “Aİ-98” isə 30 qəpik artacaq.
16 874
İlham Əliyev: "Tenderlərdə adətən bir neçə icra başçısına, ya da onun müavininə yaxın olan şirkətlər qalib gəlirdi. Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Əgər korrupsiya halları olmasaydı, bizim dövlət büdcəmiz nə qədər artardı. Sizdən əvvəl işləyən icra başçılarının aqibəti daim sizin gözünüzün qabağında olmalıdır. Kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız".
16 874
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad rayonu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Rəşad Ənvər oğlu Tağıyev isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İlham Əliev onları qəbul edərəkdeyib ki, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır, zad.
Görünür hələ xəbər tutmayıb, mən yenə də yazım: Rəşad Tağıyevin Həzi Aslanov metrostansiyası yaxınlığında, Kazımağa Kərimov küçəsində, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkü mövcuddur. Dübəndi qəsəbəsində isə bu malikanədən 2 dəfə böyük daha bir malikanəyə sahibdir. Bunlar Rəşad müəllimin əmlakının az bir qismidir.
Adı mətbuatda qalmaqallardan düşməyən, əmlak korrupsioneri sayılan Rafiq Cəlilovdan İlham Əliyevin nə əcəb xəbəri yoxdur? Patronu, hazırda prezidentin köməkçisi Kərəm Həsənovun illərlə müavini olmuş bu şəxsin bir-başa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləriniz yoxdur yəni? Üstəlik Rafiq Cəlilov ləğv edilən Rabitə Nazirliyində uzun ilər nazir müavini postunu tutmuş, adı məhkəmələrdən, qalmaqallardan düşməyən İltimas Məmmədovla da qudadır.
16 874
Azərbaycan deputatları Rusiyada seçkilərin şəffaflığını müşahidə edəcək. Ey İvan, gözün aydın, gəlib ölmüşlərini məzardan çıxarıb, səsvermə məntəqəsində deputat seçdirəcəklər. Onlar sizin üçün ölüb, bizimkilər üçün yaşayır.
16 874
Ermənilər şikayət edir ki, Azərbaycan gömrükçüləri Gorus-Qafan beynəlxalq tranzit yolunda qiymətləri iki dəfədən çox qaldırıblar. Ala 30 ildir bizi soyurlar, özü də 3-4 qatına, bir az da siz tərləyin də.
16 874
Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən digər ölkələrə aid nəqliyyat vasitələrinin (əsasən İran) Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsinin qarşısının alınması ilə bağlı xahiş edib.
16 874
İNCİ klinikalarının sahibi, TƏBİB sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Azərbaycanda hər hansısa bir məmurun istefa verməsi alışqanlıq olmadığı üçün təqdirəlayiq hərəkətdir. Lakin xalqın əksəriyyətini narahat edən məsələ odur ki, Badamdar qəsəbəsi, birinci massivdəki 4 sot torpaqda yarımçıq qalan villasının taleyi necə olacaq?
16 874
Sosial şəbəkələrdə videogörüntüləri yayılan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov partiyadan qovuldu. Bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
16 874
DTX tərəfindən saxlanılaraq 9 il həbs cəzası alan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada koronavirusdan ölüb. Kiminin əvvəli, kiminin axırı.
