ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Erməni mənbələrin bildirdiyinə görə, general Rüstəm Muradovun vasitəçiliyi ilə 2 erməni məhbus Bakıdan Yeravana qaytarılıb. Gümanım belədir ki, hərbçi Cəmil Babayevlə dəyişəcəklər.

Soldakı, Bakının Binəqədi rayon sakini, hərbçi Məmmədağa Zakir oğlu Məlikovun Daşkəsən "N" saylı hərbi hissədə intihar etdiyi
Soldakı, Bakının Binəqədi rayon sakini, hərbçi Məmmədağa Zakir oğlu Məlikovun Daşkəsən "N" saylı hərbi hissədə intihar etdiyi deyilir. Sağdakı, Ağstafanın Eynallı kənd sakini, hərbçi Neyman Məmmədov, Naxçıvanda "N" saylı hərbi hissədə intihar etdiyi deyilir.

Azərbaycanda sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə, həmçinin universitetlərdə əyani dərslərə başlanacaq.

İlham Əliyev Fərid Fazil oğlu Qayıbovun Azərbaycanın gənclər və idman naziri təyin edilməsi barədə Sərəncam imzalayıb. O əvvəl Avropa Gimnastika İttifaqının prezidenti və Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi vəzifələrində olub.

Rəsmi Bakı Rusiyanın rəsmi satınalmalar saytındakı “Dağlıq Qarabağ Respublikası” ifadəsi lə bağlı Rusiyaya etirazını bildirib. Azərbaycan XİN bildirib ki, Rusiya tərəfi dövlət saytında qondarma rejimin adının yazılmasını texniki səhvlə əlaqələndirib. Bu arada satınalma elanı ləğv olunsa da səhv hələ də düzəldilməyib.

Rusiyanın satınalma üzrə vahid dövlət portalında Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının hərbi şəhərciyinə xidmət üçün tender elan edilib. Başlanğıc qiymət 151 414 088.10 rubl (2 milyon dollar) təşkil edir. Rəsmi saytda ərazi Azərbaycan kimi yox "Dağlıq Qarabağ Respublikası" kimi qeyd olunub.

Şuşa şəhərində xidmət edən, Astaranın Sərək kənd sakini hərbçi Çingiz Ramin oğlu Həziyevin intihar etdiyi iddia edilir. Bunun
Şuşa şəhərində xidmət edən, Astaranın Sərək kənd sakini hərbçi Çingiz Ramin oğlu Həziyevin intihar etdiyi iddia edilir. Bununla bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.

İlham Əliyevin sabiq köməkçisi Əli Həsənov yazaraq bildirib ki, onu tualetdə gizli çəkilmiş və erotik kadrlarla bəzədilmiş videosu ilə şantaj edirlər.

Kəlbəcərdə xidmət edən Azərbaycan ordusunun əsgəri, Sabirabadın Poladtuğay kənd sakini Əsgərov Aydəniz Elburus oğlunun qeyr
Kəlbəcərdə xidmət edən Azərbaycan ordusunun əsgəri, Sabirabadın Poladtuğay kənd sakini Əsgərov Aydəniz Elburus oğlunun qeyri-döyüş şəraitində həlak olduğu deyilir. Bu barədə əsgərin yaxınları məlumat verib. Müdafiə Nazirliyindən isə hələlik rəsmi açıqlama yoxdur.

Prezidentin köməkçisi Şahmar Mövsümov: "Reanimasiyaya düşən xəstələrin 96 faizi peyvənd olunmayanlardır və onlar arasında saxta COVİD pasportu olanlar var. Hökumətə inamsızlıq var. Saxta peyvənd pasportu alan da, verən də cinayətkardır". Virusdan da ən pisi hökumətə, idarəetməyə inamsızlıqdır ki, bunu da siz illərdir yaratmısınız və hələ də davam edirsiniz.

Deməli ölkəbaşı İlham Əliyev bu il aprel ayında Ağsuya yeni icra başçısı təyin edir. O başçı da görür ki, vətəndaşların polisdən xeyli narazılığı var. Çağırır Ağsu rayon Polis Şöbəsinin rəisini ki, bəs camaatı incitmə. Daha sonra nə olur? Prezident administrasiyasından icrabaşıya zəng gəlir ki, rəislə işin yoxdur. Zəng edən kimdir? Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov. Ağsu rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov həm də Kərəm Həsənovun qaynıdır. Nə qədər islahat nağılları danışırsız danışın, ölkədə qohumbazlıq, nepotizm bitməyənə qədər düzəlməyəcək.

Şirvandan deputat təyin olunan İltizam Yusifov deputat olana qədər "Shirvan Operating Company ltd" şirkətinin vitse-prezident
Şirvandan deputat təyin olunan İltizam Yusifov deputat olana qədər "Shirvan Operating Company ltd" şirkətinin vitse-prezidenti olub. Azərbaycan qanunvericiliyinə görə deputat yalnız pedeqoloji fəaliyyətlə məşğul ola bilər. Buna baxmayaraq İltizam müəllim hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18.600 manat maaş alır. Bu sənədlər Dövlət Sosial Müdafiə Portalından çıxarışdır. Sənəddə qeyd olunur ki, iki neft şirkəti "Shirvan Operating company LTD" şirkətinin filialı və Kayman adalarının "Karasu Operating Company" şirkətinin filialı deputata hər ay maaş ödəyir. Hər iki şirkətin də adı mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqəldar hallanıb. Müəllimin Vircin adalarında ofşor şirkəti də var imiş.

Azərbaycanda bu gün koronavirusa yoluxma sayı 4000 keçdi, 20 nəfər də ölüb. Bu ilin ilk rekord göstəricisidir. Peyvəndləmədən əvvəl, keçən il 1-2 dəfə bu qədər yoluxma olmuşdu. Vaksindən sonra sayın bu qədər artmağı həm də onu göstərir ki, ölkədə vaksinasiyada saxtakarlıq ciddi səviyyədədir.

5 ildir ki, fəaliyyətə başlayan amma bir dərdə dərman olmayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Buzovna qəsəbəsində 1 milyon 176 min manat dəyərində 1 illiyə ofis və anbar icarəyə götürüb. Hər aya 98 min manat edir. Obyektin sahibi kim olsa yaxşıdır? Azərbaycanda dərman mafiozu sayılan deputat Cavanşir Feyziyevin oğlu sahibkar Orxan Cavanşir. Nədənsə bütün deputat, nazir-məmurların balaları da biznesmen doğulurlar.

Azərbaycan-Ermənistan sərhəddi boyunca atəşkəs pozulub, hazırda güclü atışma getdiyi deyilir. Erməni mənbələri bildirir ki, artıq onlarda 1 erməni hərbçi yaralanıb, Azərbaycan ordusunun isə 1 itkisi və 1 yaralısı olduğunu iddia edirlər. Hələ ki, Azərbaycan rəsmi məlumat yaymayıb.

İlham Əliyev və Mehriban Əliyeva bu gün yeni çəkilən Toğanalı-Kəlbəcər yolu olan, Murovdağ istiqamətindən keçərək Kəlbəcər və Laçına səfər ediblər.

Gəncənin eks icrabaşı Elmar Vəliyevi güllələyən Yunis Səfərova ömürlük həbs cəzası verildi.

Kabil aeroportunda işğalçı Amerika ordusuna aid hərbi təyyarə yerdən hərəkət edərkən, Talibanın zülmündən qaçmağa çalışan insanlar təyyarənin təkərinə, qanadına dırmaşırlar. Təyyarə havaya qalxır və bir-bir əfqanlar çarəsiz şəkildə təyyarədən yerə çırpılaraq ölürlər. Dəhşətli səhnədir, Hollywood filmlərinə bənzər, Vyetnamda, İraqda olduğu kimi ssenari müəllifi yenə ABŞ-dır.

İlham Əliyevin son çıxışından: "Ermənistanın bizə verdiyi mina xəritələrinin cəmi 25% həqiqətə uyğundur. Bizim Rusiyadan gözləntimiz odur ki, Ermənistanı silahlandırmasın. Halbuki Rusiya Müdafiə naziri Ermənistanı silahlandıracağını dedi. 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollarlıq silah bağışladı. İndi onlardan bəziləri Bakının Qənimətlər Parkındadır. Əgər Ermənistan müharibə planlaşdırırsa, Azərbaycan bunun qarşısını almağa hazırdır, amma biz Cənubi Qafqazda yeni müharibə istəmirik. Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.

Birdən soruşan olsa ki, son günlər Rusiya sülhməramlıları Qarabağda nə işlə məşğuldur? Gəlin son 3 günü monitorinq edək: - Rusiya sülhməramlıları Kəlbəcərin Bazarkənd kəndində "Dağlıq Qarabağ"ın bütün bölgələrindən olan uşaqlar üçün dağlarda sağ qalmağın əsasları ilə bağlı "gənc əsgər" kursu keçiriblər. - Rusiya Müdafiə nazirliyi ilk dəfə bəyanat yayaraq Azərbaycan ordusunu Şuşa istiqamətində atəşkəsi pozmaqda ittiham edib. - Ermənistanın eks prezidenti Serj Sarkisyan rus sülhməramlılarının nəzarətində olan Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras monastrını ziyarət edib. - Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan Rus SM nəzarəti altında olan Xocalıda 25 binanın (400 ev) tikintisi ilə tanış olub. - Qondarma rejimin rəsmiləri bildirirlər ki, "Artsax" xalqının öz silahlı qüvvələri olacaq və bunun üçün fəaliyyət göstərirlər. - Rus SM nəzarətində olan ərazilərdə erməni silahlı birləşmələri dislokasiya (yerdəyişmə və yerləşdirilmə) fəaliyyəti ilə məşğul olurlar. - Hər iki ölkənin Müdafiə Nazirliyi demək olar ki, hər gün bir neçə dəfə həm sərhəddə, həm Şuşa istiqamətində atəşkəs pozuntusu ilə bağlı məlumat yayır, itki olmadığını bildirir. - Hər iki orduda bu və ya digər səbəblərdən (qeyri-döyüş şəraiti olduğu iddia edilir) hərbçi itkiləri baş verir. Bəzi əsgər ölümləri ümumiyyətlə ictimailəşdirilmir, cəmiyyətdə narahatlıq hakimdir. Bu arada Ağdamdakı Rus-Türk Monitorinq Mərkəzindən nə xəbər var?