uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyin 5 milyon manatdan çox vəsaitini mənimsəyib, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb. Məsələn, polislər üçün dərman preparatları alınmasına vəsait ayrılıb, amma vəsaitin çox hissəsini özünə məxsus olan fermadakı heyvanlar üçün dərmanlara sərf edib. 17 il ərzində isə nə qədər vəsait oğurlayıb, hansı maxinasiyalar edib, indi özünüz təsəvvür edin. Bu gün o 11 il müddətinə azadlıqdan məhrum edilib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi zamanı məlum olub ki, İlham Əliyev jurnalistlər üçün binanın tikintisinə görə 5 milyon manat vəsait ayırdıqdan 1 ay sonra Vüqar Səfərli pulun 1,5 milyon manatını öz şəxsi bank hesabına transfer edib. Həmçinin o da məlum olub ki, adına olan 4 milyon 75 min manatlıq vəsaiti devalvasiya zamanı əldə edib. Bildirib ki, devalvasiyadan əvvəl bank hesabında qazandığı pullar var imiş. Bazarı bilən dost-tanışların tövsiyəsi ilə həmin pulları devalvasiyadan qabaq bankdan çıxarıb və devalvasiyadan qazanclı çıxıb. O, ümumilikdə 20 milyona yaxın vəsaitin yeyintisində ittiham olunur.

İranlı sürücülər Yeravanda son baş verən hadisələr haqqında BBC danışır

Dünən Bakı İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin məhkəmə prosesi keçirilib. Proses zamanı tarixi abidələrin söküntüsü ilə bağlı məqamda maraqlı dialoq yaşanıb. Hakimin “Kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz” suallına baş memar “Lazım olsa, rəy alıb, onu da sökmək olar” cavabını verib.

"Azərxalça"nın keçmiş sədri olmuş Vidadi Muradovun məhkəmə prosesi zamanı 5 il ərzində 22 milyon AZN yeyinti etməsi ilə bağlı fakt məlum olub. Təxminən hər gün 12 mindən çox pul oğurlayıb. Daha sonra onun 30.5 milyon AZN dəyərindəki əmlak və aktivlərinə həbs qoyuldu.

Azərbaycanda şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan iki şəxs saxlanılıb. Əvvəlcə falçıya yönləndiriblər, falçı deyib ki, oğlunuz sağdı. Sonra fotoşopla şəhidin əsirlikdə olduğunu göstərən fotolar düzəldib ailəyə göstəriblər, şəhidin qohumu vasitəsiylə telefonla ailəyə zəng edib, yalandan şəhidin adından danışıb, sağ olduğunu deyiblər. Sonra falçının oğlu deyib ki, əgər övladınızı istəyirsizsə qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəyik. Buna görə ailədən 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

İlham Əliyev icrabaşılarını təhdid və tənqid edəndən sonra bir keçmiş icrabaşını azadlığa buraxdılar. Dünən isə hazırda Abşeronun icrabaşı olan İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyevi azadlığa buraxıblar. O rüşvətalma və dələduzluqda ittiham edilirdi.

Saatlının Qara Nuru kənd sakini, MAXE Ülvi Xanəhməd oğlu İbrahimovun şəhid olduğu bildirilir. 2 ay öncə döyüş bölgəsində hərb
Saatlının Qara Nuru kənd sakini, MAXE Ülvi Xanəhməd oğlu İbrahimovun şəhid olduğu bildirilir. 2 ay öncə döyüş bölgəsində hərbi avtomobilin aşması nəticəsində komaya düşdüyü və dünən axşam dünyasını dəyişdiyi deyilir.

Xalqın milli təhlükəsizliyinin keşiyində duranlar silsiləsindən: Məhkəmə prosesi zamanı məlum olub ki, Mövlam Şixəliyev 6 il ərzində MTN-nin İstintaq Baş İdarəsinin rəisi çalışdığı dövrdə ümumilikdə 14 milyon 292 min manat pul vəsaitini rüşvət olaraq, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə əldə edib.

Bədbəxt olacaqsız dedi, icrabaşının birin həbsdən buraxdı, çörəyin, benzinin qiyməti qalxdı.

Azərbaycanda bəzi şirkətlər çörəyin qiymətini qaldırıb. Artıq bu gündən çörəyin qiymətində artım müşahidə olunur. Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.

Azərbaycanda sabahdan “Aİ-95” premium benzin 1,60 AZN və “Aİ-98” super markalı benzinin qiyməti 1,90 AZN olacaq. "Aİ-95” 15 qəpik, “Aİ-98” isə 30 qəpik artacaq.

İlham Əliyev: "Tenderlərdə adətən bir neçə icra başçısına, ya da onun müavininə yaxın olan şirkətlər qalib gəlirdi. Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Əgər korrupsiya halları olmasaydı, bizim dövlət büdcəmiz nə qədər artardı. Sizdən əvvəl işləyən icra başçılarının aqibəti daim sizin gözünüzün qabağında olmalıdır. Kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız".

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad rayonu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Rəşad Ənvər oğlu Tağıyev isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İlham Əliev onları qəbul edərəkdeyib ki, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır, zad. Görünür hələ xəbər tutmayıb, mən yenə də yazım: Rəşad Tağıyevin Həzi Aslanov metrostansiyası yaxınlığında, Kazımağa Kərimov küçəsində, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkü mövcuddur. Dübəndi qəsəbəsində isə bu malikanədən 2 dəfə böyük daha bir malikanəyə sahibdir. Bunlar Rəşad müəllimin əmlakının az bir qismidir. Adı mətbuatda qalmaqallardan düşməyən, əmlak korrupsioneri sayılan Rafiq Cəlilovdan İlham Əliyevin nə əcəb xəbəri yoxdur? Patronu, hazırda prezidentin köməkçisi Kərəm Həsənovun illərlə müavini olmuş bu şəxsin bir-başa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləriniz yoxdur yəni? Üstəlik Rafiq Cəlilov ləğv edilən Rabitə Nazirliyində uzun ilər nazir müavini postunu tutmuş, adı məhkəmələrdən, qalmaqallardan düşməyən İltimas Məmmədovla da qudadır.

Azərbaycan deputatları Rusiyada seçkilərin şəffaflığını müşahidə edəcək. Ey İvan, gözün aydın, gəlib ölmüşlərini məzardan çıxarıb, səsvermə məntəqəsində deputat seçdirəcəklər. Onlar sizin üçün ölüb, bizimkilər üçün yaşayır.

Ermənilər şikayət edir ki, Azərbaycan gömrükçüləri Gorus-Qafan beynəlxalq tranzit yolunda qiymətləri iki dəfədən çox qaldırıblar. Ala 30 ildir bizi soyurlar, özü də 3-4 qatına, bir az da siz tərləyin də.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən digər ölkələrə aid nəqliyyat vasitələrinin (əsasən İran) Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsinin qarşısının alınması ilə bağlı xahiş edib.

İNCİ klinikalarının sahibi, TƏBİB sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Azərbaycanda hər hansısa bir məmurun istefa verməsi alışqanlıq olmadığı üçün təqdirəlayiq hərəkətdir. Lakin xalqın əksəriyyətini narahat edən məsələ odur ki, Badamdar qəsəbəsi, birinci massivdəki 4 sot torpaqda yarımçıq qalan villasının taleyi necə olacaq?

Sosial şəbəkələrdə videogörüntüləri yayılan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov partiyadan qovuldu. Bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

DTX tərəfindən saxlanılaraq 9 il həbs cəzası alan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada koronavirusdan ölüb. Kiminin əvvəli, kiminin axırı.