Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Sonuncu müharibədə iştirak edən, yaralanan qazilər, hərbçilər Müdafiə Nazirliyi önünə toplaşıblar. Onlar müharibədə olmalarına, bir çoxu yaralanmağına baxmayaraq təltif edilməyib. Əvəzində döyüşdə olmayanlar isə medallar alıblar. Nə olardı ki, hökumət döyüşən hamını təltif edərdi? Manıslara, mütrüflərə, xalqın malın talayanlar, hər dəfə təhqir edən məmurlara Tərəqqidən, Şərəfdən tutmuş, Şöhrət ordeninə qədər paylayırsız, özüdə o medalların əlavə aylıq ödəmələri də olur. Bu oğullar canlarından, hər şeylərindən keçib bircə əmrlə döyüşə yollanıblar, indi ədalətsizlik edib onları incidirsiz, narazı salırsız. Məsələ heç quruca medalda, adda da deyil, hörmətsizliyiniz və diqqətsizliyiniz, haqsızlığınızdır insanları narahat edən. Məndə olan məlumata görə təltif siyahısını hazırlayan, Bakıda oturan xanım hərbçi belə özünə medal yazıb amma döyüşdə can qoyanlar almayıb. Tələb edək, hər bir döyüşçünün haqqı bərpa olunsun, haqları özlərinə qaytarılsın, paylaşaq, ictimailəşdirək.
16 874
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mil.ru) yerləşdirilən xəbərin başlığında Dağlıq Qarabağ respublika kimi təqdim olunub.
16 874
İlham Əliyevin bugünkü çıxışından:
- Bu il Füzuli rayonunda beynəlxalq aeroport tikiləcək.
- Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb.
- Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur.
- Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm.
- Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq.
16 874
5 aydır Mədəniyyət nazirinin birinci müavini vəzifəsini daşıyan diplomat Anar Kərimov bu gün Mədəniyyət naziri təyin edildi.
16 874
Tarif Şurası dünən gecə həm də 327 ədəd dərman preparatların, həmçinin daşınmaz əmlak və torpaq sahələrin xidmət tariflərinin tənzimlənməsi barədə də yeni qərarlar verib. 327 ədəd dərmana yeni qiymətlər müəyyən edilib, əmlakla əlaqədar xidmətlərin qiyməti isə artırılıb. Bir azdan evlərin qiymətləri də bahalaşar.
16 874
SOCAR Tarif Şurasına təklif edib ki, ölkədə təbii qazın satış qiymətini artırsın. Şura təklifi məqsədəmüvafiq hesab etməyib. Böyük ehtimal deyiblər ki, "Əəə, bir-bir". Bir sözlə hazırlaşın üzümüzə gələn aylarda qazın da qiymətini qaldıracaqlar.
16 874
Azərbaycanda benzin və dizelin qiyməti qalxdı. Tarif Şurasının qərarına görə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bununla da ölkədə bir çox şeyin qiyməti bahalaşacaq. Hükumətdən 2021-ə xoşgəldin mesajı.
16 874
Yeravan Dövlət Universitetinin çağdaş erməni ədəbiyyatı kafedrasının müdiri Seyran Qriqoryan yazır:
"1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız Qafqaz tatarları yaşayırdı. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı.
1947-ci il dekabrın 23 tarixində Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildi.
1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı.
1988-ci ildə "Artsax hərəkatı" zamanı, noyabr ayında onlar
Şurnuxudan yenidən deportasiya edildilər".
Bunu da mən, Həbib qeyd edim:
2021-ci il, yanvar ayında artıq Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı dalğalanır.
16 874
Qarabağ xəbərləri:
- Artıq erməni mediasında Naxçıvanın Kərki kəndinin Azərbaycana veriləcəyi barədə iddialar səslənir.
- Hadrut və Cəbrayıl istiqamətində tapılan daha 20 erməni cəsədi təhvil verilib.
- Erməni mənbələrin iddiasına görə Azərbaycanla həmsərhəd Syunik bölgəsindən sərhədi pozan bir erməni əsgər əsir götürülüb.
- Ermənistanın Vatikandakı keçmiş səfiri iddia edir ki, Qarabağda 5 minə yaxın erməni hərbçisi ölüb, rəsmilər rəqəmləri gizlədirlər.
- Erməni mənbələr iddia eidrlər ki, Xankəndi (Xocalı) hava limanının 10 yanvarda açılması planlaşdırılır.
- Daha bir iddiaya görə yanvarın 11-də İlham Əliyevlə Paşinyanın Moskvada görüşü gözlənilir.
16 874
"YAŞAT" fondundan sonra "Qarabağ Dirçəliş" Fondu da yaratdılar. Fondun Müşahidə Şurasının tərkibinə baxdım, bir ad diqqətimi çəkdi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev. Vallah, camaatın maaşından kəsib, fondu doldurmayın. Elə bu Rövşən müəllim Berlindəki kirayə verdiyi binaları, 10-dan çox restoranlarını, kafelərini satsa, nəinki Qarabağı, bütün regionu dirçəltmək olar.
16 874
Ermənistan Səhiyyə nazirliyi Qarabağ müharibəsində indiyə qədər kimliyi müəyyən olunan 3330 itkisini rəsmi olaraq açıqladı. Hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var. Bunlar rəsmi məlumatlardır.
16 874
Şəhid ailələri və müharibə əlillərinə yeni aylıq prezident təqaüdlərinin məbləğı:
- İkinci Qarabağ müharibəsi Qəhrəmanı - 2000 manat
- Milli Qəhrəmanlara - 1800 manat
- Şəhid ailələrinə - 500 manat
- 20 Yanvar şəhidinin ailəsi - 500 manat
- Əfqanıstanda şəhid olanların ailələri - 500 manat
- 1941-1945-ci illər müharibəsi iştirakçıları - 300 manat
- I dərəcə gözdən əlilliyi olanlar - 210 manat
- 25 il stajı olan elmlər doktoru 200 manat, fəlsəfə doktoru 120 manat
- Çernobıl əlilliyi olan şəxslər: I dərəcə 400 manat, II dərəcə 350 və III dərəcə 300 manat
- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər: I dərəcə 400 manat, II dərəcə 350 və III dərəcə 300 manat
16 874
Bu gün Laçın Rayonu Mişni kənd sakini, 1997 təvəllüd əsgər Həsənov Tural Rauf oğlu Xocavənd rayonunda minaya düşərək şəhid olub. Qeyd edim ki, bir neçə gün öncə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
16 874
1 həftə əvvəl yerli agentliklərdə xəbər çıxdı ki, Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb. Qarşılığında isə 80 milyon manat civarında vəsait ödəniləcək. Bu gün isə Çinin İstanbuldakı konsulu Cui Wei, Türkiyəyə gətirilən vaksinin Çində istifadəsinin hazırda yasaq olduğunu açıqlayıb.
16 874
Erməni mənbələri iddia edirlər ki, Paşinyanın şifahi razılaşması sayəsində Gorusun Qaraunc kəndinin 30 hektarlıq əkin sahələri və bağları Azərbaycanın nəzarətinə keçib. Bildirilir ki, Qaraunc Su Elektrik Stansiyası da Azərbaycanın nəzarəti altındadır. Qeyd edim ki, sərhədlərin yenidən müəyyənləşməsi davam edir, daha 20 məntəqə ilə bağlı mübahisəli ərazilər mövcuddur. Buraya Qazaxın işğal altında olan kəndləri də daxildir.
16 874
Qarabağ xəbərləri:
- Azərbaycan Ordusunda hərbçilərin azad edilən ərazilərdə sayıqlığının artırılması tapşırılıb.
- 2 gün öncə Hadrut istiqamətində diversiya təşkil edən ermənilərin cəsədlərinin görüntüləri yayılıb. Halbuki ermənilər təkzib edirdilər.
- Azərbaycan Ordusu Qubadlı ilə sərhəddə yerləşən Şurnuxu kəndinin bir qisminin sabaha qədər boşaldılmasını tələb edib.
- Azərbaycan 4 əsirdən başqa bir erməni cəsədini də qarşı tərəfə təhvil verib.
- Rus sülhməramlıları Xankəndidə məktəblilərə yeni illə bağlı hədiyyələr paylayıblar.
- Qondarma rejimin rəsmiləri elan ediblər ki, yeni ordu quruculuğu ilə əlaqədar sərhəd qoşunları, təhlükəsizlik xidməti kimi qurumlar yaradılır.
- Zəngilanın Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.
16 874
Hərbçilərə təltiflər, medallar paylandı, demək olar ki, proses yekunlaşdı. Amma xeyli sayda hərbçi var ki, döyüşlərdə iştirak etdiyi halda, hətta yaralandığı halda heç bir medal, heç bir təltif edilmədi, adı heç bir siyahıya salınmadı. Sistemin hər bir sahəsində olduğu kimi burda da ədalətsizliklərlə üzləşənlər var. Çoxu gizli şəkildə yazır, utanır, çəkinir, ehtiyat edir deyə hamısının adından yazıram ki, canından keçib, fədakarlıq edənlərin haqqını yeməyin. Soyuqdəymədən hospitalda yatıb təltif olunanlar var, lap yaxşı. Amma şəhid olanın, ön cəbhədə sinəsini sipər edənin, yaralanıb hospitala düşənin nə günahı var? Müharibədə iştirak edənlərin hərbi biletinə niyə müharibə iştirakçısı yazmırsız? Şəxsi intriqaları, ədavətləri, dostluqları, qohumluqları, tapışları, yuxarıdan gələn zəngləri, diqqətsizliyinizi vətən mövzusuna niyə alət edirsiz?
16 874
🔥Gorus - Qafan yolunda bu gün qoyulan “Azərbaycana xoş gəlmişsiniz” lövhəsinə ermənilər zərər veriblər.
16 874
O qudurğan məktəb direktorunu işindən rədd elədiz, edilməli olan bu idi, təbrik edirəm. İndi isə sosial mediada reklamlar yerləşdirib, yeni il gecəsi rezervasiyalar qəbul edib əyləncə quracağını elan edən, sərt karantin rejimini pozan hotelləri paylaşıram. Bunlar mənim bildiklərimdir:
- Qəbələdəki Qafqaz Tufandağ Hotel - Kəmaləddin Heydərovundur.
- Qaxda yerləşən Yurd Resort Hotel - "Meliorasiya və Su Təsərrüfatı ASC" sədri Əhməd Əhmədzadəyə aiddir.
- Şabrandakı Qalaaltı Hotel & Spa - Paşayevlərə məxsusdur.
- Maricel Astara Resort Hotel - Paşayevlərə aiddir.
- Lerikdəki Relax hotel - Deputat İqbal Məmmədovundur.
- Şamaxı Palace Hotel - Paşayevlərə aiddir.
- Qubadakı Macəra Village - SOCAR-ın hüquq şöbəsinin müdiri Eldar Orucovundur.
Paylaşaq, gedib sahiblərini cərimələsinlər görək...
16 874
Ramiz Mehdiyevin rəhbəri olduğu Azərbaycan Milli Elmlər Akademiyası 2021-ci ildə zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyəcək. Ramiz Mehdiyevin əməlləri həm ölkəni, həm AMEA-nı o günə qoyub ki, milyardlar da xərcləsən zir-zibili təmizlənməz. Büdcədən yeyinti əvəzinə, rədd olub getməlidirlər.
