ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Vətəndaşların maska ilə bağlı polis bölmələrinə aparılması və polisdən yerindəcə cərimə tələb olunması şikayətləri çoxalıb. DİN inkar etsə də bu cür hallar var. Qeyd edim ki, bu qanunvericiliyə ziddir. Hər hansı vətəndaş inzibati xəta törədibsə, protokol tərtib edilməli və sərbəst buraxılmalıdır. Vətəndaş üzərində sizin kimi bank daşımır ki, yerində cəriməni ödəyə bilsin, ağlınız özünüzə getməsin. Bundan əlavə maska taxılması ilə əlaqəli şikayətlər də var ki, maska parçadan olmamalıdır filan, bu da qanunaziddir. Maska istənilən materialdan ola bilər, önəmli olan ağız və burunun qapanmasıdır. Polis özünü gestapo kimi aparmamalı, vətəndaşı incitməməlidir. Belə hallarla qarşılaşanlar mütləq vəkilə müraciət etsinlər, haqlarını tələb etsinlər.

Müdafiə Nazirliyi dəfn olunan şəhidlərin yeni sayını 2823 nəfər, itkin düşmüş hesab olunan hərbçinin 30 nəfərdən çox, şəxsiyyəti müəyyən olunmayan hərbçinin isə 50 nəfərdən çox olduğunu açıqladı.

Qarabağ xəbərləri: - Bu gün Azərbaycana daha 2 nəfər, Ermənistana isə 4 əsir qaytarılıb. - Azərbaycan hərbiçiləri Gorusun Vorotan kəndinin sakinlərinə ərazini tərk etmək üçün 1 saat vaxt veriblər. - Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu bağlayıb və yol kənarına "Azərbaycana Xoş Gəlmisiniz" lövhəsi quraşdırıblar. - Paşinyan bildirib ki, sərhədlərin müəyyənləşməsi prosesində təxminən 20 torpaq sahəsi ilə bağlı mübahisəli ərazilər var.

Xeyli adam inboksa yazır, soruşur deyə ümumi yazıram: Xocalının Şuşikənd və Muxtar kəndləri rəsmi olaraq Azərbaycan ordusu tə
Xeyli adam inboksa yazır, soruşur deyə ümumi yazıram: Xocalının Şuşikənd və Muxtar kəndləri rəsmi olaraq Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş elan olunsa da, hazırda rus sülhməramlıları nəzarəti və erməni idarəsindədir.

İkinci Qarabağ müharibəsində iştirak etmiş və Müharibə veteranı statusunu almış hərbçilər aylıq 80 manat müavinət alacaqlar.

Azərbaycan MN: "Dekabrın 27-də saat 15.30 radələrində Xocavəndin Ağdam (Akaku) kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib".

Zəngilan istiqamətindəki erməni hücumu təsdiqini tapmadı. O istiqamətdə sakitçilik və salamatçılıq olduğunu tam dəqiqləşdirdim. Amma Hadrut istiqamətində, əsasən Tuğ kəndində hərbi əməliyyatlar davam edir.

Tuğ kəndi Xocavənd rayonunda yerləşir. Kəndin qərb istiqamətində xeyli sayda meşəlik ərazi mövcuddur. Erməni silahlı qruplaşm
Tuğ kəndi Xocavənd rayonunda yerləşir. Kəndin qərb istiqamətində xeyli sayda meşəlik ərazi mövcuddur. Erməni silahlı qruplaşmaların orda həftələrdir gizləndikləri və bu gün hücuma keçdikləri bildirilir. Eyni hal bir neçə həftə öncə Çaylaqqalada da, Hadrutda da baş vermişdi. Azərbaycanın əks antiterror əməliyyatı nəticəsində ermənilərdən xeyli sayda əsir götürülmüş və tərkisilah edilmişdilər.

Erməni mənbələri iddia edirlər ki, artıq neçə saatdır Hadrut istiqamətində hərbi əməliyyatlar gedir, erməni tərəfindən yaralılar var.

Erməni diversantların Zəngilandakı komendant postuna da hücum etdikləri, nəticədə Azərbaycan tərəfdən 1 nəfər hərbçinin yaralandığı deyilir.

Məlumat yenilənir: Bizdən 2 şəhid, 5 yaralı və 1 əsir var. Qarşı tərəfdən isə 6 nəfər öldürülüb, 6 nəfər isə əsir götürülüb. Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər, hazırda antiterror əməliyyatı keçirilir.

Xocavəndin Tuğ kəndi tərəfdən 2 şəhid və bir əsir xəbəri var. Şəhidin biri yaxınları tərəfindən təsdiqləndi. Digər xəbər isə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir.

Bu gün Hadrut istiqamətində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüd Qənbərov Elmir Rayil oğlu erməni diversa
Bu gün Hadrut istiqamətində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüd Qənbərov Elmir Rayil oğlu erməni diversantların hücumu nəticəsində şəhid olub. Qeyd edim ki, 2 gün öncə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Hadrut qəsəbəsində yenidən erməni silahlı qrupların hücumu olduğu deyilir. Bəzi mənbələr şəhid və yaralı hərbçilərimiz olduğunu bildirir. Dəqiqləşdirilir.

Uşaqpulunun verilməsinin əleyhinə olan deputat Siyavuş Novruzov deyib ki, deputatların ezamiyyət xərcləri artırılsa, yaxşı olar. Bir də deyib ki, deputatların stolunun üstündəki monitorlar noutbukla əvəzlənsə, daha yaxşı olardı. Qeyd edim ki, Milli Məclisin saxlanılma xərcləri 45 milyon manatdan çoxdur. Allah bu ağır günlərdə, Siyavuşun ezamiyyətdə olan insafını və asfaltın üstündəki vicdanını artırsın.

⚡️ AZTV binasında arxiv olan hissədə uçqun baş verib. Birinci mərtəbədə dağıntılar altında 24 yaşlı Gülverdi Gülverdiyev adlı əməkdaşı həlak olub.

Paşinyan xalqın qərarı ilə vəzifədən getməyə hazır olduğunu bildirdi, bunun üçün də 2021-ci ildə növbədənkənar parlament seçkilərinin anonsunu verdi.

Qarabağ xəbərləri: - Bu gün açılışı gözlənilən Xankəndi (Xocalı) havalimanı barədə erməni rəsmiləri bildirib ki, havalimanı təzliklə açılacaq. - Bu gündən könüllü hərbçilər aprelin 15-dək mərhələli şəkildə tərxis ediləcək. - Ermənistan rəsmiləri daha 45 hərbi itkisinin adını açıqlayıb. - Qarabağda rus sülhməramlılar üçün daha 32 modul hərbi şəhərcik tikiləcək. - Sərhədlərin demarkasiyası zamanı Qafan-Aqarak (Əkərək) yolu Azərbaycanın nəzarətinə keçib.

Qondarma qurumun FHN xidməti video müraciət yayıb, Rusiya Federasiyasına təşəkkür edib ki, Rusiya onların xilasetmə işlərindən dolayı maddi-texniki təchizat bazasını yeniləyir, yeni və müasir avadanlıqlarla təchiz edir. Mərkəzdə də üç bayraq dalğalanır, Rusiya, Ermənistan və qondarma qurumun bayrağı.

Sərhədlərin demarkasiyası zamanı Qubadlının Şahverdilər (Sünik-Vorotan), Zəngilanın Ağkənd (Qafan-Spitakaşen) kəndinin bir hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçib. İndi də Gorusun Şurnuxu kəndinin bir hissəsinə Azərbaycan əsgəri daxil olub, kəndin Qubadlıya düşən hissəsinin boşaldılmasını tələb edirlər.