ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Sonuncu müharibədə iştirak edən, yaralanan qazilər, hərbçilər Müdafiə Nazirliyi önünə toplaşıblar. Onlar müharibədə olmalarına, bir çoxu yaralanmağına baxmayaraq təltif edilməyib. Əvəzində döyüşdə olmayanlar isə medallar alıblar. Nə olardı ki, hökumət döyüşən hamını təltif edərdi? Manıslara, mütrüflərə, xalqın malın talayanlar, hər dəfə təhqir edən məmurlara Tərəqqidən, Şərəfdən tutmuş, Şöhrət ordeninə qədər paylayırsız, özüdə o medalların əlavə aylıq ödəmələri də olur. Bu oğullar canlarından, hər şeylərindən keçib bircə əmrlə döyüşə yollanıblar, indi ədalətsizlik edib onları incidirsiz, narazı salırsız. Məsələ heç quruca medalda, adda da deyil, hörmətsizliyiniz və diqqətsizliyiniz, haqsızlığınızdır insanları narahat edən. Məndə olan məlumata görə təltif siyahısını hazırlayan, Bakıda oturan xanım hərbçi belə özünə medal yazıb amma döyüşdə can qoyanlar almayıb. Tələb edək, hər bir döyüşçünün haqqı bərpa olunsun, haqları özlərinə qaytarılsın, paylaşaq, ictimailəşdirək.

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mil.ru) yerləşdirilən xəbərin başlığında Dağlıq Qarabağ respublika kim
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mil.ru) yerləşdirilən xəbərin başlığında Dağlıq Qarabağ respublika kimi təqdim olunub.

İlham Əliyevin bugünkü çıxışından: - Bu il Füzuli rayonunda beynəlxalq aeroport tikiləcək. - Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb. - Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. - Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. - Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq.

5 aydır Mədəniyyət nazirinin birinci müavini vəzifəsini daşıyan diplomat Anar Kərimov bu gün Mədəniyyət naziri təyin edildi.

Tarif Şurası dünən gecə həm də 327 ədəd dərman preparatların, həmçinin daşınmaz əmlak və torpaq sahələrin xidmət tariflərinin tənzimlənməsi barədə də yeni qərarlar verib. 327 ədəd dərmana yeni qiymətlər müəyyən edilib, əmlakla əlaqədar xidmətlərin qiyməti isə artırılıb. Bir azdan evlərin qiymətləri də bahalaşar.

SOCAR Tarif Şurasına təklif edib ki, ölkədə təbii qazın satış qiymətini artırsın. Şura təklifi məqsədəmüvafiq hesab etməyib. Böyük ehtimal deyiblər ki, "Əəə, bir-bir". Bir sözlə hazırlaşın üzümüzə gələn aylarda qazın da qiymətini qaldıracaqlar.

Azərbaycanda benzin və dizelin qiyməti qalxdı. Tarif Şurasının qərarına görə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bununla da ölkədə bir çox şeyin qiyməti bahalaşacaq. Hükumətdən 2021-ə xoşgəldin mesajı.

Yeravan Dövlət Universitetinin çağdaş erməni ədəbiyyatı kafedrasının müdiri Seyran Qriqoryan yazır: "1920-ci illərdə Zəngəzur
Yeravan Dövlət Universitetinin çağdaş erməni ədəbiyyatı kafedrasının müdiri Seyran Qriqoryan yazır: "1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız Qafqaz tatarları yaşayırdı. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı. 1947-ci il dekabrın 23 tarixində Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ildə "Artsax hərəkatı" zamanı, noyabr ayında onlar Şurnuxudan yenidən deportasiya edildilər". Bunu da mən, Həbib qeyd edim: 2021-ci il, yanvar ayında artıq Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı dalğalanır.

Qarabağ xəbərləri: - Artıq erməni mediasında Naxçıvanın Kərki kəndinin Azərbaycana veriləcəyi barədə iddialar səslənir. - Hadrut və Cəbrayıl istiqamətində tapılan daha 20 erməni cəsədi təhvil verilib. - Erməni mənbələrin iddiasına görə Azərbaycanla həmsərhəd Syunik bölgəsindən sərhədi pozan bir erməni əsgər əsir götürülüb. - Ermənistanın Vatikandakı keçmiş səfiri iddia edir ki, Qarabağda 5 minə yaxın erməni hərbçisi ölüb, rəsmilər rəqəmləri gizlədirlər. - Erməni mənbələr iddia eidrlər ki, Xankəndi (Xocalı) hava limanının 10 yanvarda açılması planlaşdırılır. - Daha bir iddiaya görə yanvarın 11-də İlham Əliyevlə Paşinyanın Moskvada görüşü gözlənilir.

"YAŞAT" fondundan sonra "Qarabağ Dirçəliş" Fondu da yaratdılar. Fondun Müşahidə Şurasının tərkibinə baxdım, bir ad diqqətimi çəkdi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev. Vallah, camaatın maaşından kəsib, fondu doldurmayın. Elə bu Rövşən müəllim Berlindəki kirayə verdiyi binaları, 10-dan çox restoranlarını, kafelərini satsa, nəinki Qarabağı, bütün regionu dirçəltmək olar.

Ermənistan Səhiyyə nazirliyi Qarabağ müharibəsində indiyə qədər kimliyi müəyyən olunan 3330 itkisini rəsmi olaraq açıqladı. Hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var. Bunlar rəsmi məlumatlardır.

Şəhid ailələri və müharibə əlillərinə yeni aylıq prezident təqaüdlərinin məbləğı: - İkinci Qarabağ müharibəsi Qəhrəmanı - 2000 manat - Milli Qəhrəmanlara - 1800 manat - Şəhid ailələrinə - 500 manat - 20 Yanvar şəhidinin ailəsi - 500 manat - Əfqanıstanda şəhid olanların ailələri - 500 manat - 1941-1945-ci illər müharibəsi iştirakçıları - 300 manat - I dərəcə gözdən əlilliyi olanlar - 210 manat - 25 il stajı olan elmlər doktoru 200 manat, fəlsəfə doktoru 120 manat - Çernobıl əlilliyi olan şəxslər: I dərəcə 400 manat, II dərəcə 350 və III dərəcə 300 manat - Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər: I dərəcə 400 manat, II dərəcə 350 və III dərəcə 300 manat

Bu gün Laçın Rayonu Mişni kənd sakini, 1997 təvəllüd əsgər Həsənov Tural Rauf oğlu Xocavənd rayonunda minaya düşərək şəhid ol
Bu gün Laçın Rayonu Mişni kənd sakini, 1997 təvəllüd əsgər Həsənov Tural Rauf oğlu Xocavənd rayonunda minaya düşərək şəhid olub. Qeyd edim ki, bir neçə gün öncə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

1 həftə əvvəl yerli agentliklərdə xəbər çıxdı ki, Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb. Qarşılığında isə 80 milyon manat civarında vəsait ödəniləcək. Bu gün isə Çinin İstanbuldakı konsulu Cui Wei, Türkiyəyə gətirilən vaksinin Çində istifadəsinin hazırda yasaq olduğunu açıqlayıb.

Erməni mənbələri iddia edirlər ki, Paşinyanın şifahi razılaşması sayəsində Gorusun Qaraunc kəndinin 30 hektarlıq əkin sahələri və bağları Azərbaycanın nəzarətinə keçib. Bildirilir ki, Qaraunc Su Elektrik Stansiyası da Azərbaycanın nəzarəti altındadır. Qeyd edim ki, sərhədlərin yenidən müəyyənləşməsi davam edir, daha 20 məntəqə ilə bağlı mübahisəli ərazilər mövcuddur. Buraya Qazaxın işğal altında olan kəndləri də daxildir.

Qarabağ xəbərləri: - Azərbaycan Ordusunda hərbçilərin azad edilən ərazilərdə sayıqlığının artırılması tapşırılıb. - 2 gün öncə Hadrut istiqamətində diversiya təşkil edən ermənilərin cəsədlərinin görüntüləri yayılıb. Halbuki ermənilər təkzib edirdilər. - Azərbaycan Ordusu Qubadlı ilə sərhəddə yerləşən Şurnuxu kəndinin bir qisminin sabaha qədər boşaldılmasını tələb edib. - Azərbaycan 4 əsirdən başqa bir erməni cəsədini də qarşı tərəfə təhvil verib. - Rus sülhməramlıları Xankəndidə məktəblilərə yeni illə bağlı hədiyyələr paylayıblar. - Qondarma rejimin rəsmiləri elan ediblər ki, yeni ordu quruculuğu ilə əlaqədar sərhəd qoşunları, təhlükəsizlik xidməti kimi qurumlar yaradılır. - Zəngilanın Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.

Hərbçilərə təltiflər, medallar paylandı, demək olar ki, proses yekunlaşdı. Amma xeyli sayda hərbçi var ki, döyüşlərdə iştirak etdiyi halda, hətta yaralandığı halda heç bir medal, heç bir təltif edilmədi, adı heç bir siyahıya salınmadı. Sistemin hər bir sahəsində olduğu kimi burda da ədalətsizliklərlə üzləşənlər var. Çoxu gizli şəkildə yazır, utanır, çəkinir, ehtiyat edir deyə hamısının adından yazıram ki, canından keçib, fədakarlıq edənlərin haqqını yeməyin. Soyuqdəymədən hospitalda yatıb təltif olunanlar var, lap yaxşı. Amma şəhid olanın, ön cəbhədə sinəsini sipər edənin, yaralanıb hospitala düşənin nə günahı var? Müharibədə iştirak edənlərin hərbi biletinə niyə müharibə iştirakçısı yazmırsız? Şəxsi intriqaları, ədavətləri, dostluqları, qohumluqları, tapışları, yuxarıdan gələn zəngləri, diqqətsizliyinizi vətən mövzusuna niyə alət edirsiz?

🔥Gorus - Qafan yolunda bu gün qoyulan “Azərbaycana xoş gəlmişsiniz” lövhəsinə ermənilər zərər veriblər.

O qudurğan məktəb direktorunu işindən rədd elədiz, edilməli olan bu idi, təbrik edirəm. İndi isə sosial mediada reklamlar yerləşdirib, yeni il gecəsi rezervasiyalar qəbul edib əyləncə quracağını elan edən, sərt karantin rejimini pozan hotelləri paylaşıram. Bunlar mənim bildiklərimdir: - Qəbələdəki Qafqaz Tufandağ Hotel - Kəmaləddin Heydərovundur. - Qaxda yerləşən Yurd Resort Hotel - "Meliorasiya və Su Təsərrüfatı ASC" sədri Əhməd Əhmədzadəyə aiddir. - Şabrandakı Qalaaltı Hotel & Spa - Paşayevlərə məxsusdur. - Maricel Astara Resort Hotel - Paşayevlərə aiddir. - Lerikdəki Relax hotel - Deputat İqbal Məmmədovundur. - Şamaxı Palace Hotel - Paşayevlərə aiddir. - Qubadakı Macəra Village - SOCAR-ın hüquq şöbəsinin müdiri Eldar Orucovundur. Paylaşaq, gedib sahiblərini cərimələsinlər görək...

Ramiz Mehdiyevin rəhbəri olduğu Azərbaycan Milli Elmlər Akademiyası 2021-ci ildə zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyəcək. Ramiz Mehdiyevin əməlləri həm ölkəni, həm AMEA-nı o günə qoyub ki, milyardlar da xərcləsən zir-zibili təmizlənməz. Büdcədən yeyinti əvəzinə, rədd olub getməlidirlər.