Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Son məlumatlar:
- Donetskdə xəstəxana atəşə tutulub, 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
- Ukraynanın Xerson vilayətinin administrasiyası Oleşkivski və Geniçesk rayonların işğal edildiyini açıqlayıb.
- ABŞ Litva ərazisindəki hava bazalarına F-35 qırıcı təyyarələrini yerləşdirməyə başladığı bildirilir.
- Ukrayna ordusunun müqaviməti ilə qarşılaşan Rusiyanın 74-cü motoatıcı briqadasının bütöv bir kəşfiyyat taqımı Çerniqov yaxınlığında təslim olduğu deyilir.
16 874
Almaniyanın "Bild" qəzetinin əməkdaşı Julian Röpcke Rusiya Ordusunun gecədən indiyə qədər irəlilədiyi Ukrayna ərazilərinin xəritəsini paylaşıb
16 874
Ukrayna Prezidenti Zelenski deyib ki, rus qoşunları Çernobıl AES-i ələ keçirməyə çalışır: “Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm. Bu, bütün Avropaya qarşı müharibə elanıdır”.
16 874
Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, Belarus istiqamətindən irəliləyən Rusiya Ordusunun Qüvvələri Çernobıl AES-in yerləşdiyi əraziyə daxil olub. Hazırda o istiqamətdə döyüşlər gedir. CNN xəbər verir ki, Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov aeroportuna nəzarəti ələ keçirib.
16 874
Ukrayna Quru Qoşunlarının rəsmi xəbərinə görə, Ukrayna hərbçiləri “Javelin” tipli tank əleyhinə raket komplekslərindən istifadə edərək rus ordusuna məxsus 15 ədəd "T-72" tankı sıradan çıxarıb.
16 874
Türkiyənin NTV kanalı Qara dənizdə Odessadan Rumıniyaya üzən türk gəmisinə "bomba"nın düşdüyünü, ölən və yaralananların olmadığını bildirib.
16 874
Ukrayna MN bildirir ki, Belarus ərazisindən 4 ballistik raket buraxılıb. Pişçevik qəsəbəsi istiqamətində şiddətli döyüşlər gedir. Rus ordusuna aid ən azı üç tank vurulub. Rusiya MN isə etiraf edib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi vurulub.
16 874
Rusiya MN iddia edir ki, bugünkü döyüşlər zamanı Rusiya Ordusunun vurduqları:
- 74 yerüstü obyekt
- 11 hərbi aerodrom
- 3 komanda məntəqəsi
- Dəniz baza stansiyası
- 18 radar stansiyası (Buk-M1 və S300)
- 1 helikopter
- 4 Bayraktar
16 874
Dünən İlham Əliyevin dedikləri: "Rusiya-Ukrayna gərginliyi barədə proqnoz vermək mən tərəfdən çox məsuliyyətsizlik olardı. Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq".
16 874
Ukrayna Silahlı Qüvvələri Kiyevə yaxın Qostomel istiqamətində 2 rus helikopteri vurduqlarını açıqladı. Rusiya Federal Təhlükəsizlik Xidməti 42 ukraynalı sərhədçinin Rusiya tərəfinə təslim olduğunu iddia edir. Ukrayna da bir neçə rus hərbçisinin əsir düşdüyünü bildirir.
16 874
NATO-nun Baş katibi Yens Stoltenberq: “NATO-nun Ukraynaya qoşun göndərmək planları yoxdur. NATO münaqişəni dayandırmaq üçün Rusiya ilə təmasları davam etdirməyə çalışacaq”.
16 874
Rusiya ordusu Ukraynaya aid bir hərbi təyyarənin Obuxov rayonunda vurulduğunu bildirib. Göyərtədə 14 nəfər olub, nəticədə 5 nəfər həlak olub. Paytaxt Kiyevdən cəmi 15 km aralıda yerləşən Qostomel şəhəri artıq Rusiya qoşunlarının nəzarətində olduğu bildirilir.
16 874
Rəsmi Kreml bildirib ki, Rusiyanın davam edən hərbi əməliyyatı Ukraynanın işğalına yönəlməyib. Ukrayna mənbələri daha bir Ka-52 rus helikopterinin Kiyev vilayəti, Mejihirya şəhəri səmasında vurulduğunu iddia edir. Rusiyaya məxsus 2 yük gəmisinin Azov dənizində Ukrayna ordusunun raket hücumuna məruz qaldığı, xeyli sayda yaralıların olduğu bildirilir. Brovari şəhərinin meri isə bildirib ki, şəhərdə 6 ölü və 12 yaralı var.
16 874
Rusiya ordusunun Odessa vilayətinin Podolski rayonunun Lipetsk şəhərindəki hərbi hissəyə endirdiyi hərbi zərbələr nəticəsində 18 nəfər həlak olub. Onlardan 8-i kişi, 10-u qadındır.
16 874
Ukrayna MN bildirib ki, Luqansk səmalarında daha bir Rusiya ordusuna aid hərbi təyyarə vurulub. Vurulan təyyarə sayı rəsmi olaraq 7 oldu. Bu arada Almaniya Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünü artırmasına və Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyətinin pisləşməsinə cavab olaraq Litvaya əlavə qoşun göndərir.
16 874
Rusiya ordusunun Brovari şəhərini qanadlı raketlərlə vurduğu iddia edilir. Qeyd edim ki, bura Kiyevin mərkəzindən 10km aralıqdadır.
16 874
Ukrayna ordusunun Qara dənizdəki Zmeynıy adasını geri alaraq, adaya tam nəzarəti ələ keçirdiyi deyilir.
16 874
Ukrayna MN məlumat yayıb ki, Xarkov istiqamətində çox güclü döyüşlər gedir. "Çernihiv"də qarşı tərəf geri püskürdülüb. Şçastya və Mariopol şəhərlərində nəzarəti yenidən ələ keçiriblər. Qarşı tərəfə aid ən az 6 hərbi təyyarə, 2 helikopter və onlarla zirehli texnika vurulub. Xerson vilayəti istiqamətində isə vəziyyət gərgindir.
16 874
Ukrayna MN bildirib ki, 50 rus hərbçisi öldürülüb, 6 rus təyyarəsi isə vurulub. Zelenski qarşı tərəfin ciddi itki verdiyini bildirib. Ukrayna ordusunda isə 40 nəfərin öldüyü, bir o qədər hərbçinin yaralandığı bildirilir. Rusiya ordusunun Xarkova daxil olduğu, əsas yolları ələ keçirdiyi deyilir.
