ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Son məlumatlar: - Donetskdə xəstəxana atəşə tutulub, 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb. - Ukraynanın Xerson vilayətinin administrasiyası Oleşkivski və Geniçesk rayonların işğal edildiyini açıqlayıb. - ABŞ Litva ərazisindəki hava bazalarına F-35 qırıcı təyyarələrini yerləşdirməyə başladığı bildirilir. - Ukrayna ordusunun müqaviməti ilə qarşılaşan Rusiyanın 74-cü motoatıcı briqadasının bütöv bir kəşfiyyat taqımı Çerniqov yaxınlığında təslim olduğu deyilir.

Almaniyanın "Bild" qəzetinin əməkdaşı Julian Röpcke Rusiya Ordusunun gecədən indiyə qədər irəlilədiyi Ukrayna ərazilərinin xə
Almaniyanın "Bild" qəzetinin əməkdaşı Julian Röpcke Rusiya Ordusunun gecədən indiyə qədər irəlilədiyi Ukrayna ərazilərinin xəritəsini paylaşıb

Ukrayna Prezidenti Zelenski deyib ki, rus qoşunları Çernobıl AES-i ələ keçirməyə çalışır: “Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm. Bu, bütün Avropaya qarşı müharibə elanıdır”.

Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, Belarus istiqamətindən irəliləyən Rusiya Ordusunun Qüvvələri Çernobıl AES-in yerləşdiyi əraziyə daxil olub. Hazırda o istiqamətdə döyüşlər gedir. CNN xəbər verir ki, Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov aeroportuna nəzarəti ələ keçirib.

Rusiya ordusu iddia etdiyi kimi sadəcə hərbi obyektləri vurmur

Ukrayna Quru Qoşunlarının rəsmi xəbərinə görə, Ukrayna hərbçiləri “Javelin” tipli tank əleyhinə raket komplekslərindən istifa
Ukrayna Quru Qoşunlarının rəsmi xəbərinə görə, Ukrayna hərbçiləri “Javelin” tipli tank əleyhinə raket komplekslərindən istifadə edərək rus ordusuna məxsus 15 ədəd "T-72" tankı sıradan çıxarıb.

Türkiyənin NTV kanalı Qara dənizdə Odessadan Rumıniyaya üzən türk gəmisinə "bomba"nın düşdüyünü, ölən və yaralananların olmadığını bildirib.

Ukrayna MN bildirir ki, Belarus ərazisindən 4 ballistik raket buraxılıb. Pişçevik qəsəbəsi istiqamətində şiddətli döyüşlər gedir. Rus ordusuna aid ən azı üç tank vurulub. Rusiya MN isə etiraf edib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi vurulub.

Rusiya MN iddia edir ki, bugünkü döyüşlər zamanı Rusiya Ordusunun vurduqları: - 74 yerüstü obyekt - 11 hərbi aerodrom - 3 komanda məntəqəsi - Dəniz baza stansiyası - 18 radar stansiyası (Buk-M1 və S300) - 1 helikopter - 4 Bayraktar

Dünən İlham Əliyevin dedikləri: "Rusiya-Ukrayna gərginliyi barədə proqnoz vermək mən tərəfdən çox məsuliyyətsizlik olardı. Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq".

Ukrayna Silahlı Qüvvələri Kiyevə yaxın Qostomel istiqamətində 2 rus helikopteri vurduqlarını açıqladı. Rusiya Federal Təhlükəsizlik Xidməti 42 ukraynalı sərhədçinin Rusiya tərəfinə təslim olduğunu iddia edir. Ukrayna da bir neçə rus hərbçisinin əsir düşdüyünü bildirir.

NATO-nun Baş katibi Yens Stoltenberq: “NATO-nun Ukraynaya qoşun göndərmək planları yoxdur. NATO münaqişəni dayandırmaq üçün Rusiya ilə təmasları davam etdirməyə çalışacaq”.

Rusiya ordusu Ukraynaya aid bir hərbi təyyarənin Obuxov rayonunda vurulduğunu bildirib. Göyərtədə 14 nəfər olub, nəticədə 5 nəfər həlak olub. Paytaxt Kiyevdən cəmi 15 km aralıda yerləşən Qostomel şəhəri artıq Rusiya qoşunlarının nəzarətində olduğu bildirilir.

Rəsmi Kreml bildirib ki, Rusiyanın davam edən hərbi əməliyyatı Ukraynanın işğalına yönəlməyib. Ukrayna mənbələri daha bir Ka-52 rus helikopterinin Kiyev vilayəti, Mejihirya şəhəri səmasında vurulduğunu iddia edir. Rusiyaya məxsus 2 yük gəmisinin Azov dənizində Ukrayna ordusunun raket hücumuna məruz qaldığı, xeyli sayda yaralıların olduğu bildirilir. Brovari şəhərinin meri isə bildirib ki, şəhərdə 6 ölü və 12 yaralı var.

Rusiya ordusunun Odessa vilayətinin Podolski rayonunun Lipetsk şəhərindəki hərbi hissəyə endirdiyi hərbi zərbələr nəticəsində 18 nəfər həlak olub. Onlardan 8-i kişi, 10-u qadındır.

Ukrayna MN bildirib ki, Luqansk səmalarında daha bir Rusiya ordusuna aid hərbi təyyarə vurulub. Vurulan təyyarə sayı rəsmi olaraq 7 oldu. Bu arada Almaniya Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünü artırmasına və Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyətinin pisləşməsinə cavab olaraq Litvaya əlavə qoşun göndərir.

Rusiya ordusunun Brovari şəhərini qanadlı raketlərlə vurduğu iddia edilir. Qeyd edim ki, bura Kiyevin mərkəzindən 10km aralıqdadır.

Ukrayna ordusunun Qara dənizdəki Zmeynıy adasını geri alaraq, adaya tam nəzarəti ələ keçirdiyi deyilir.

Ukrayna MN məlumat yayıb ki, Xarkov istiqamətində çox güclü döyüşlər gedir. "Çernihiv"də qarşı tərəf geri püskürdülüb. Şçastya və Mariopol şəhərlərində nəzarəti yenidən ələ keçiriblər. Qarşı tərəfə aid ən az 6 hərbi təyyarə, 2 helikopter və onlarla zirehli texnika vurulub. Xerson vilayəti istiqamətində isə vəziyyət gərgindir.

Ukrayna MN bildirib ki, 50 rus hərbçisi öldürülüb, 6 rus təyyarəsi isə vurulub. Zelenski qarşı tərəfin ciddi itki verdiyini bildirib. Ukrayna ordusunda isə 40 nəfərin öldüyü, bir o qədər hərbçinin yaralandığı bildirilir. Rusiya ordusunun Xarkova daxil olduğu, əsas yolları ələ keçirdiyi deyilir.