Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Qərb mənbələri son hücumlar nəticəsində Ukraynanın yüzlərlə itki verdiyini yazır. Həmçinin Ukrayna daxili işlər nazirliyi yüzlərlə hərbçinin və sivillərin öldüyünü bildirir. Bu arada Rusiya MN onlara məxsus heç bir təyyarənin vurulmadığını bildirir.
16 874
Ukrayna mənbələri Luqansk vilayətinin Melovoye və Qorodişçe kəndlərinin rus ordusu tərəfindən ələ keçirildiyini bildirir. Luqanskda Rusiyaya məxsus 5 qırıcı təyyarə və 1 helikopterin vurulduğu deyilir. Rusiya MN bildirib ki, Ukrayna ordusunun hava bazalarının hərbi infrastrukturu sıradan çıxarılıb.
16 874
Ukraynanın hava hücumundan müdafiə qüvvələri Ukraynanın şərqində Rusiya ordusuna məxsus təyyarənin vurulduğunu bildirir. Bu arada Mariopol şəhərinin rus ordusu tərəfindən nəzarətə alındığı xəbəri təkzib olunur.
16 874
Ukrayna ərazilərini işğal edən separatçılarla təmas xətti boyunca intensiv olaraq artilleriya topları ilə döyüşlər davam edir. Həmçinin Ukrayna Dövlət Sərhəd Xidməti bildirir ki, Rusiya ordusuna Belarus silahlı qüvvələri tərəfindən dəstək verilir.
16 874
Qondarma Luqansk hökuməti Ukraynanın nəzarətində olan cəbhədəki Şçastya (Щастя) şəhərinə hücum başlatdıqlarını bildirdi. Boris Conson deyib ki, Britaniya Ukraynaya qarşı olan hücuma qətiyyətlə cavab verəcək. Latviya Baş Naziri NATO-nu Ukrayna torpaqlarını müdafiə üçün təcili toplanış eləməyə çağırdı.
16 874
Rus mənbələri liman şəhəri olan Mariupol şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini yazır. Rəsmi təsdiq yoxdur. Bu arada bütün Ukraynada fövqəladə hərbi vəziyyət elan olundu.
16 874
Ukrayna hava sahəsini bağlayır. Kiyevin Barispol aeroportunun meri bildirib ki, hər şey nəzarət altındadır. Hava limanındakı partlayış səsləri Ukrayna hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi rus raketlərinin səsidir.
16 874
Rusiya ordusuna məxsus hərbi birliklərin Odessa və Xarkova daxil olduğu haqqında məlumatlar gəlir. Hazırda Kiyevin strateji obyektləri raketlərlə vurulur, digər şəhərlərdə də partlayışlar baş verir. Kiyevin Barispol aeroportunda evakuasiya başlayıb. Əhali kütləvi şəkildə Kiyevi tərk edir.
16 874
Rusiya-Ukrayna müharibəsi rəsmi olaraq başladı. Rəsmi Kreml Donbassda hərbi əməliyyatların başladığını elan etdi. Ukrayna mediası hazırda partlayışların Kiyev, Kramatorsk, Odessa, Xarkov, Berdyansk, eləcə də Kiyev hava limanı Borispol yaxınlığında eşidildiyini bildirir.
16 874
Artıq bir neçə gündür ki, Azərbaycan və Ermənistan orduları arasında fasiləli atışmalar olur. Bu gün səhər də Ermənistan ordusu Kəlbəcər istiqamətində, indi isə rus sülhməramlıların yerləşdirildiyi ərazidən Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqelər atəşə tutulub. Hətta məndə olan məlumata görə Azərbaycan ordusuna məxsus yaralı hərbçilər var, hətta biri komadadır. Amma yaralılar haqqında rəsmi məlumat verilmir.
16 874
Putin və İlham Əliyev arasındakı 4 saatlıq görüşdən sonra imzalanan bəyannamədə vacib məqamlardan biri budur ki, rəsmi Moskva və Bakı bir-birilərinə qarşı təhlükə yarandığı halda birgə addımlar ata bilərlər. Bir sözlə təhlükəsizliyi təmin etmək üçün qarşılıqlı hərbi yardım göstərmək imkanları.
16 874
İlham Əliyev Moskvada "Naməlum əsgər"in məzarını ziyarət etdikdən sonra Putinlə görüş başlayıb. Vladimir Putin Azərbaycanda rus dilini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib. Putin deyib ki, Rusiya keçmiş Sovet respublikalarının suverenliyini dəstəkləyir, Ukrayna ilə bağlı vəziyyət isə bu ölkəyə xarici təsirlər səbəbindən istisnadır. İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə kifayət qədər genişdir. Bəyannamə 40-a yaxın bəndi və müxtəlif sahələri əhatə edir.
16 874
Rusiya ilə Azərbaycan arasındakı "Müttəfiqlik haqqında bəyannamə"dən: "Rusiya şirkətləri Azərbaycanda müəssisələrin özəlləşdirilməsində fəal iştirak edəcəklər".
16 874
Rusiya Ukrayna ərazisindəki qondarma "Luqansk və Donetsk Respublika”larını müstəqil dövlətlər kimi tanıyıb. Bunu Rusiya Prezidenti Vladimir Putin canlı yayımda deyib. Vəziyyət bundan sonra daha da gərginləşəcək.
16 874
Vladimir Putin: "Ukrayna Rusiyanın tarixi torpaqlarıdır. Lenin və onun tərəfdaşları ərazilərimizi Rusiyadan qopararaq müasir Ukraynanı yaratdılar. Bu gün Ukraynanı haqlı olaraq "Leninin adına Ukrayna” adlandırmaq olar, onun müəllifi və memarı odur".
16 874
İlham Əliyev sabah Rusiyaya gedir. Putin və İlham Əliyev sabah "müttəfiqlik əməkdaşlığı" haqqında bəyannamə imzalamağı planlaşdırır.
16 874
Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi. O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur. Hökm verilərsə 2 ilə qədər həbs cəzası gözləyir. Digər iki sürücüyə isə 30 sutka inzibati həbs cəzası verildi.
16 874
İşğaldan azad olunan Füzuli şəhərinə 10-AA-307 rəsmi dövlət nişanlı avtomobillə birgə qanunsuz səfər edən müğənni Manaf Ağayev 15 sutka həbs oıunub.
