Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Jurnalist Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham verilib. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib. Vəkil Elçin Sadıqov barəsində də eyni maddənin irəli sürüldüyü deyilir. Qeyd edim ki, bu maddə ilə təqsirli bilinən şəxs 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16 874
Jurnalist Əvəz Zeynallının Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
16 874
İkinci Qarabağ müharibəsi iştirakçısı, 29 yaşlı Misir Qasımlı Ukraynada ərəb (özü isə erməni olduğunu iddia edir) mənşəli İspaniya vətəndaşının şikayəti əsasında mühakimə olunur. 1 ildən çoxdur ki, həbsdə saxlanılan Qarabağ qazisi ona qarşı qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürülərək şərləndiyini və sifarişlə həbsdə saxlandığını iddia edir. O, bütün ittihamları rədd edərək, artıq aclıq aksiyasına başlayıb. Ailə üzvləri Azərbaycan hökumətindən qazinin azad olunmasına kömək etməyə çağırır.
16 874
"The Guardian"ın məlumatına əsasən Böyük Britaniya kraliçası, II Elizabet 96 yaşında vəfat edib.
16 874
Ali Məhkəmə 44 günlük müharibədən sonra Azərbaycan sərhədlərini pozduğu üçün həbs edilmiş 4 erməni hərbçinin cəzasını azaldıb və onlar azadlığa buraxılıb.
16 874
Ötən gün Sabirabad rayonundan olan və Laçında xidmət edən MAXE hərbçi, II Qarabağ müharibəsi iştirakçısı Elvin Paşa oğlu Babayevin özünü asaraq intihara cəhd etdiyi bildirilir. Qazinin hazırda hospitalda olduğu, vəziyyətinin qənaətbəxş olduğu deyilir.
16 874
Demokratik adlanan Azərbaycanın Milli Məclisi Siyasi Partiyalar haqqında yeni qanun qəbul etməyə hazırlaşır. Yeni qanunda nəzərdə tutulan yeni qaydalar:
- Ardıcıl iki prezident və bələdiyyə seçkisində iştirak etməyən partiya ləğv ediləcək.
- Siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı 1000-dən 10 000-ə qədər artırılır.
- Siyasi partiyalar hər biri ən azı 20 il Azərbaycanda yaşayan 200 nəfər tərəfindən təsis edilə bilər.
- Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə (manatla) qəbul edə bilər.
16 874
21-ci əsr Azərbaycanında, Masallının Hüseynhacılı kəndində "Azərişıq" işıqları söndürüb. Ailələrdən də biri evdə şam yandırıb. Lakin evdə yanan şam yanğına səbəb olub. Hadisə zamanı 38 yaşlı ana və 10-12 yaşlarında iki oğlu yanaraq ölüb, daha 2 nəfər isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
16 874
2019-cu ildə İlham Əliyev tərəfindən general-mayor ali xüsusi rütbəsi verilən, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi Kənan Ələsgər oğlu Məmmədov bu gün vəzifəsindən azad edilərək, ona qarşı cinayət işi başlanıb. Bu gömrükdə 4 yaxud 5-ci general həbsidir. Onlara sədrlik edən Səfər Mehdiyev isə villasında dincəlir.
16 874
Bir nüçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində hər iki tərəfin silahlı qüvvələrinin bölmələri tərəfindən rəsmi olaraq atəşkəsin pozulması halları olduğu bildirilir. Bu gün Azərbaycanla sərhəddə erməni əsgəri snayper atəşi nəticəsində ölüb. Məlumatı Ermənistan MN yayıb.
16 874
"Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan direktor Nuranə Hacızadə, köməkçisi Səbinə Əliyarbəyli və psixoloq Aytac Kazımlı barəsində 3 aylıq ev dustaqlığı tədbiri seçilib. Onları 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
16 874
ƏƏSMN tərəfindən əlilliyi kəsilmiş Ucar rayon Alpout kənd sakini, 1-ci Qarabağ müharibəsi qazi Nazir Məmmədhəsən oğlu Həsənov nazirliyə etiraz əlaməti olaraq özünü yaşadığı evdə yandırıb. Qazinin vücudunun 80%-dən çoxu yanıb, həyatı təhlükəsi var.
16 874
“Neftçilər” metrosunun yanındakı "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlı əlil uşaqlara işgəncə verilən görüntülər yayılıb. Dəhşətdir, xüsusi qayğıya ehtiyacı olan, autizmli, daun sindromlu azyaşlı uşaqları saçlarından tutub, təpikləyib, üzlərinə qapaz, şillə vuran cinayətkarlar reabilitasiya mərkəzi adında "Bandotdel"vari müəssisədə çalışır.
Bu ölkəni elə vəziyyətə gətiriblər ki, hər yaşda, hər rəsmi qurumda işgəncə görürsən. Uşaq bağçasında işgəncə, məktəbə gedirsən, müəllim döyür, bulinqə məruz qalıb işgəncə görürsən, böyüyürsən polisə müraciət edirsən, polis döyüb işgəncə edir, evlənirsən, ər döyür işgəncə edir, vətəni qorumağa gedirsən, orda döyüb, işgəncə edib, öldürürlər.
16 874
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərinə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub. Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib, canlı itki yoxdur. Adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
16 874
Daha bir 44 günlük müharibə iştirakçısı Bakının Xətai rayon sakini Ruslan Artayev öz evində boğazını kəsərək intihar edib. Qazinin intiharının səbəbi məlum deyil. Qeyd edim ki, adbaad araşdırdığım media monitorinqinə əsasən ikinci Qarabağ müharibəsindən sonra intihar edən qazi sayı 40 oldu. 50-dən çox qazi isə intihara cəhd edib.
16 874
Dünəndən bəri işçi hüquqlarının pozulduğu üçün istismar edilən, qul kimi işlədilib, az maaş aldıqlarını deyən "Wolt" şirkətinin kuryerləri aksiya edirlər. Bu gün şirkət şikayətçi olan kuryerlərin bir neçəsini işdən çıxarıb, bir neçəsi də polis idarəsinə çağırılıb. Hakimiyyət öz vətəndaşlarının qanuni haqlarını müdafiə etmək, vətəndaşının yanında olmaq əvəzinə yenə transmilli şirkətlərin maraqlarını qoruyur.
16 874
Laçının girişində erməni dilində "Berdzor" yazılan lövhəni sındırdığı üçün iki azərbaycanlının 10 sutka həbs edildiyi iddia olunur. DİN isə rəsmi olaraq bəyan edib ki, o şəxslər əraziyə qeyri-qanuni daxil olaraq polis və hərbiçilərə tabe olmayıblar. Ona görə barələrində tənbeh tədbiri tətbiq olunub.
16 874
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Generalın "Tərtər işi" ilə bağlı şübhəli qismində saxlanıldığı bildirilir.
16 874
SOCAR rəhbərliyinin maaşları 100%, əməkdaşlarının isə 40-90% arası artırılıb. Belə ki, Socar prezidenti ayda 13 min, I vitse prezident 12.360, vitse prezident 12.096 manat aylıq müavinət alacaqlar. İdarə və şöbə rəislərinin maaşı isə 6-11 min arası dəyişir. Qeyd edim ki, quruda işləyən neftçi fəhlənin maaşı 500 manat, dənizdə işləyənin isə təxminən 1500 manatdır.
16 874
Artıq üçüncü gündür ki, Zaqatalada meşə ərazisindəki yanğınlar güclənib. Kiçik sahədəki yanğına vaxtında müdaxilə etmədilər deyə indi daha çox əraziyə yayılıb. Kənd sakinlərinin də səyinə baxmayaraq, helikopter cəlb edilsə də yanğını söndürmək mümkünsüz hala çevrilib. Amfibiya təyyarə göndərilməsə yanğının söndürülməsi çətinləşəcək.
