ru
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Открыть в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Больше
Азербайджан410Категория не указана

📈 Аналитический обзор Telegram-канала Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) языкового сегмента Азербайджанский является активным участником. Сейчас сообщество объединяет 16 874 подписчиков, занимая место в категории Другое и 410 место в регионе Азербайджан.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 16 874 подписчиков.

Согласно последним данным от 02 декабря, 2024, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Благодаря высокой частоте обновлений (последние данные получены 03 декабря, 2024) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

16 874
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
Jurnalist Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham verilib. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib. Vəkil Elçin Sadıqov barəsində də eyni maddənin irəli sürüldüyü deyilir. Qeyd edim ki, bu maddə ilə təqsirli bilinən şəxs 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Jurnalist Əvəz Zeynallının Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

İkinci Qarabağ müharibəsi iştirakçısı, 29 yaşlı Misir Qasımlı Ukraynada ərəb (özü isə erməni olduğunu iddia edir) mənşəli İspaniya vətəndaşının şikayəti əsasında mühakimə olunur. 1 ildən çoxdur ki, həbsdə saxlanılan Qarabağ qazisi ona qarşı qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürülərək şərləndiyini və sifarişlə həbsdə saxlandığını iddia edir. O, bütün ittihamları rədd edərək, artıq aclıq aksiyasına başlayıb. Ailə üzvləri Azərbaycan hökumətindən qazinin azad olunmasına kömək etməyə çağırır.

"The Guardian"ın məlumatına əsasən Böyük Britaniya kraliçası, II Elizabet 96 yaşında vəfat edib.

Ali Məhkəmə 44 günlük müharibədən sonra Azərbaycan sərhədlərini pozduğu üçün həbs edilmiş 4 erməni hərbçinin cəzasını azaldıb və onlar azadlığa buraxılıb.

Ötən gün Sabirabad rayonundan olan və Laçında xidmət edən MAXE hərbçi, II Qarabağ müharibəsi iştirakçısı Elvin Paşa oğlu Babayevin özünü asaraq intihara cəhd etdiyi bildirilir. Qazinin hazırda hospitalda olduğu, vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Demokratik adlanan Azərbaycanın Milli Məclisi Siyasi Partiyalar haqqında yeni qanun qəbul etməyə hazırlaşır. Yeni qanunda nəzərdə tutulan yeni qaydalar: - Ardıcıl iki prezident və bələdiyyə seçkisində iştirak etməyən partiya ləğv ediləcək. - Siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı 1000-dən 10 000-ə qədər artırılır. - Siyasi partiyalar hər biri ən azı 20 il Azərbaycanda yaşayan 200 nəfər tərəfindən təsis edilə bilər. - Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə (manatla) qəbul edə bilər.

21-ci əsr Azərbaycanında, Masallının Hüseynhacılı kəndində "Azərişıq" işıqları söndürüb. Ailələrdən də biri evdə şam yandırıb. Lakin evdə yanan şam yanğına səbəb olub. Hadisə zamanı 38 yaşlı ana və 10-12 yaşlarında iki oğlu yanaraq ölüb, daha 2 nəfər isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

2019-cu ildə İlham Əliyev tərəfindən general-mayor ali xüsusi rütbəsi verilən, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi Kənan Ələsgər oğlu Məmmədov bu gün vəzifəsindən azad edilərək, ona qarşı cinayət işi başlanıb. Bu gömrükdə 4 yaxud 5-ci general həbsidir. Onlara sədrlik edən Səfər Mehdiyev isə villasında dincəlir.

Bir nüçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində hər iki tərəfin silahlı qüvvələrinin bölmələri tərəfindən rəsmi olaraq atəşkəsin pozulması halları olduğu bildirilir. Bu gün Azərbaycanla sərhəddə erməni əsgəri snayper atəşi nəticəsində ölüb. Məlumatı Ermənistan MN yayıb.

"Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan direktor Nuranə Hacızadə, köməkçisi Səbinə Əliyarbəyli və psixoloq Aytac Kazımlı barəsində 3 aylıq ev dustaqlığı tədbiri seçilib. Onları 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

ƏƏSMN tərəfindən əlilliyi kəsilmiş Ucar rayon Alpout kənd sakini, 1-ci Qarabağ müharibəsi qazi Nazir Məmmədhəsən oğlu Həsənov nazirliyə etiraz əlaməti olaraq özünü yaşadığı evdə yandırıb. Qazinin vücudunun 80%-dən çoxu yanıb, həyatı təhlükəsi var.

“Neftçilər” metrosunun yanındakı "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlı əlil uşaqlara işgəncə verilən görüntülər yayılıb. Dəhşətdir, xüsusi qayğıya ehtiyacı olan, autizmli, daun sindromlu azyaşlı uşaqları saçlarından tutub, təpikləyib, üzlərinə qapaz, şillə vuran cinayətkarlar reabilitasiya mərkəzi adında "Bandotdel"vari müəssisədə çalışır. Bu ölkəni elə vəziyyətə gətiriblər ki, hər yaşda, hər rəsmi qurumda işgəncə görürsən. Uşaq bağçasında işgəncə, məktəbə gedirsən, müəllim döyür, bulinqə məruz qalıb işgəncə görürsən, böyüyürsən polisə müraciət edirsən, polis döyüb işgəncə edir, evlənirsən, ər döyür işgəncə edir, vətəni qorumağa gedirsən, orda döyüb, işgəncə edib, öldürürlər.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərinə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub. Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib, canlı itki yoxdur. Adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Daha bir 44 günlük müharibə iştirakçısı Bakının Xətai rayon sakini Ruslan Artayev öz evində boğazını kəsərək intihar edib. Qazinin intiharının səbəbi məlum deyil. Qeyd edim ki, adbaad araşdırdığım media monitorinqinə əsasən ikinci Qarabağ müharibəsindən sonra intihar edən qazi sayı 40 oldu. 50-dən çox qazi isə intihara cəhd edib.

Dünəndən bəri işçi hüquqlarının pozulduğu üçün istismar edilən, qul kimi işlədilib, az maaş aldıqlarını deyən "Wolt" şirkətinin kuryerləri aksiya edirlər. Bu gün şirkət şikayətçi olan kuryerlərin bir neçəsini işdən çıxarıb, bir neçəsi də polis idarəsinə çağırılıb. Hakimiyyət öz vətəndaşlarının qanuni haqlarını müdafiə etmək, vətəndaşının yanında olmaq əvəzinə yenə transmilli şirkətlərin maraqlarını qoruyur.

Laçının girişində erməni dilində "Berdzor" yazılan lövhəni sındırdığı üçün iki azərbaycanlının 10 sutka həbs edildiyi iddia olunur. DİN isə rəsmi olaraq bəyan edib ki, o şəxslər əraziyə qeyri-qanuni daxil olaraq polis və hərbiçilərə tabe olmayıblar. Ona görə barələrində tənbeh tədbiri tətbiq olunub.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Generalın "Tərtər işi" ilə bağlı şübhəli qismində saxlanıldığı bildirilir.

SOCAR rəhbərliyinin maaşları 100%, əməkdaşlarının isə 40-90% arası artırılıb. Belə ki, Socar prezidenti ayda 13 min, I vitse prezident 12.360, vitse prezident 12.096 manat aylıq müavinət alacaqlar. İdarə və şöbə rəislərinin maaşı isə 6-11 min arası dəyişir. Qeyd edim ki, quruda işləyən neftçi fəhlənin maaşı 500 manat, dənizdə işləyənin isə təxminən 1500 manatdır.

Artıq üçüncü gündür ki, Zaqatalada meşə ərazisindəki yanğınlar güclənib. Kiçik sahədəki yanğına vaxtında müdaxilə etmədilər deyə indi daha çox əraziyə yayılıb. Kənd sakinlərinin də səyinə baxmayaraq, helikopter cəlb edilsə də yanğını söndürmək mümkünsüz hala çevrilib. Amfibiya təyyarə göndərilməsə yanğının söndürülməsi çətinləşəcək.