Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən, 6 milyon 30 min 258 manat 89 qəpiklik tender müsabiqəsinin qalibi “Bakı Media Mərkəzi” MMC olub. Bu şirkət Turizm Agentliyinin sifarişi əsasında 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının hazırlanması xidmətlərini həyata keçirəcək. 2013-cü ildən fəaliyyət göstərən şirkətin təsisçisi və prezidenti, ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyevadır.
1 il öncə İlham Əliyev bunları demişdi: "İcra başçıları tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi".
16 874
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov 92 yaşında öldü. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunurdu.
16 874
Bakı Ağır Cinayətlər Məhkəməsində hələ bu gün məlum olub ki, sən demə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəhid ailələri üçün evlərin tikilməsinə görə ayrılmış 7 milyon manatın bir hissəsini mənimsəyib. Buna baxmayaraq hazırda azadlığa buraxılaraq Bakıda villasında dincəlir.
16 874
ABŞ-ın Azərbaycandakı Səfirliyi: "ABŞ Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur". Mənbə: VOA
16 874
Şəkinin Xan Sarayının 20 metrliyində yerləşən qədim binanın divarını malalayırlar. Tarixi abidələri malalamaq da deyəsən, mədəniyyət nazirliyinin yeni üsul analoqsuz islahatıdır. Foto: Samir Hacıyev
16 874
Oktyabrın 23-də Emin Ağalarov Ermənistanda Rusiyadan olan azərbaycanlı müğənnilər üçün konsert təşkil etməyə hazırlaşır. "Azərbaycanlı ermənifoblara yox" şüarı ilə bir çox erməni sosial media fəalları hökumətdən tədbirin ləğv edilməsini tələb edirlər.
16 874
Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya dəvət olunsalar da, getməyiblər. Rəsmi Bakı bu hərəkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib. İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu ölkələrə görə münaqişə hələ də bitməyib.
16 874
Daha bir məmur vəzifə başında öldü
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, nazirin atasının sürücülüyündən general-leytenant vəzifəsinə qədər yüksələn, 71 yaşlı Nazim Xeyrulla oğlu Məmmədov ağır xəstəlikdən sonra dünən dünyasını dəyişdi. 20 gün komada qalan Kamal müəllimin ordubadlı sadiq dostu, koronavirusa məğlub oldu.
16 874
Zaqatalanın Aşağı Tala kənd sakini, MAXE Vahid Vaqif oğlu Ərəblinskinin Goranboy ərazisində qəzaya düşərək öldüyü deyilir. Rəsmi məlumat yayılmayıb. Onun General Balakişi Ərəblinskinin nəticəsi olduğu bildirilir.
16 874
Tovuzda 8 yaşlı oğlan uşağı 36 yaşlı şəxs tərəfindən zorlanaraq, cinsi təcavüzə məruz qalıb. Tibbi müayinə zamanı hadisə öz təsdiqini tapıb. Uşağı zorlamaqda ittiham olunan şəxs rayonun tanınmış təhsil işçisinin oğludur və rayon polis şöbəsində də yaxın qohumu çalışır. Hadisəni ört-basdır etmək istəsələr də ictimailəşəndən sonra şəxs artıq dünən saxlanılıb, barəsində cinayət işi açılıb.
16 874
Bərdədə 4 nəfərin 14 yaşlı qız uşağını bir neçə dəfə zorlayaraq videoya çəkdiyi və sonra görüntüləri yaydığı iddia olunur. Zorlayanlardan biri kəndlərdən birində market sahibi olan sahibkarın oğludur. Kənd sakinləri qəzəblənərək toplanıb marketi daşqalaq ediblər, digər bir qismi isə zorlayanlardan birinin evini daşqalaq edib. Hadisə bir neçə gündür baş versə də, zorlayan şəxslər əhalinin narazılığından sonra saxlanılıblar. Ölkədə məhkəmələr, qanunverici qurumlar, hüquq mühafizə orqanları normal çalışmadıqca, vaxtında reaksiya vermədikcə, vətəndaşlar digər qeyri-hüquqi addımlar atmağa məcbur qalacaq.
16 874
Bu gün Azərbaycan bayrağı və Azərbaycan baş naziri Avrasiya İqtisadi İttifaqında rəsmi şəkildə iştirak edib. Qeyd edim ki, bu ittifaq Rusiya Federasiyası tərəfindən yaradılıb. Azərbaycan isə bu birliyin üzvü deyil. Azərbaycan hökuməti Əli Əsədovun qonaq qismində iştirak etdiyini bildirib. Bir çox siyasi ekspertlər bu ittifaqı SSRİ-yə gedən yol adlandırırlar.
16 874
Salyanda zirzəmilərin birində yaşayan gənc şair İbrahim Xudayi birinci vitse-prezident Mehriban Əliyevanının doğum gününü şeirlə təbrik edib və bu misralarla yekunlaşdırıb:
“Sizi təbrik edirəm sidq-ürəklə- ac, susuz,
Bir əlimdə göy çörək, bir əlimdə soğan, duz.”
Şairi polis idarəsinə çağırıblar.
16 874
Azərbaycan Ordusu Laçın şəhəri, Sus və Zabux kəndlərini nəzarətə götürdü. Bu ərazilərdə yaşayan 300-ə yaxın erməni sakinin əksəriyyəti Ermənistana, 4-5 ailə isə Xankəndinə köçürüldü. Laçın dəhlizi isə yeni alternativ yolla əvəz edildi. Laçının 5 kəndi həmin yolun üzərində yerləşir.
16 874
Son "Qisas" əməliyyatından sonra Kəlbəcər və Laçında ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkildiyi bildirilir.
16 874
Erməni mənbələri bildirir ki, bir neçə dəqiqə əvvəl Xankəndidə partlayış baş verib, səbəbi və itkilər haqqında məlumat hələ ki, yoxdur.
16 874
Razılaşmaya əsasən bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusuna təhvil verilməlidir. Artıq erməni sakinlər ərazilərdən tamamilə çıxarılıb. Lakin Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq. O vaxta qədər isə ermənilər Laçın və Zabuxda avtomobillərini saxlamadan hərəkət edəcəklər. Necə ki, Azərbaycan tərəfi köhnə Ağdərə yolundan istifadə edərək Tərtərdən Kəlbəcər istiqamətinə səfər edirlər. Ermənistan tərəfi yeni yolun təmirini xeyli gecikdirdiyi üçün belə bir vəziyyət yaranıb. Bu arada avqustun 31-i İlham Əliyev və Paşinyan Brüsseldə yenidən görüşəcəklər.
16 874
Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb. Bununla da Tarif Şurasına Aİ-92 markalı benzini qaldırılmaq üçün yaşıl işıq yandırdılar.
16 874
Laçın şəhərinin işğaldan azad olunması ilə bağlı məruzə videosu 2 il əvvələ aiddir, bir sözlə saxta məlumatdır. Razılığa əsasən şəhər 25 avqustda Azərbaycan Ordusuna təhvil veriləcək.
16 874
Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevin DİN əməkdaşlarının hücumuna məruz qalaraq oğurlandığı deyilir. 2 saata yaxındır ki, ondan heç bir məlumat yoxdur. O, son günlər Daxili İşlər Naziri Vilayət Eyvazovu tənqid edirdi. Bundan öncə də siyasi fəal oğurlanaraq, işgəncəyə məruz qaldığını bildirmişdi.
