ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Ərdoğan: "Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin və dərhal sülh bağlı müqaviləsini imzalasın. Bunu etdiyiniz anda sərhədləri, qapıları, hava, yol və dəmir yollarımızı açarıq”.

İlham Əliyev Praqa görüşlərindən sonra: "Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Beş prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur. Mümkün sülh müqaviləsi ilə biz müharibə və düşmənçilik səhifəsini qapadacağıq".

Praqa sammitində Əliyev, Ərdoğan və Paşinyan bir yerdə görüşüb, söhbət ediblər. Arada Makron və Orban da onlara qoşulub. Otur
+1
Praqa sammitində Əliyev, Ərdoğan və Paşinyan bir yerdə görüşüb, söhbət ediblər. Arada Makron və Orban da onlara qoşulub. Oturduqları masada Əliyevin önündəki alban yazar Lea Ypi adlı professorun "Free: Coming of Age at the End of History" adlı kitabı diqqəti cəlb edib. "Azad - "Tarixin sonu və yeni dövrün başlanğıcı" kitabı Albaniyada kommunist rejimin repressiyalarından, stalinizmdən qurtulmadan bəhs edir.

"Tərtər işi" haqqında Müdafiə Nazirliyinin rütbəli vəzifəlilərini, Zakir Həsənovu, Nəcməddin Sadıqovu, Elçin Xəlilovu və digərlərini sosial şəbəkələrdə tənqid etdiyi və ittiham etdiyi üçün ehtiyatda olan polkovnik Elnur Məmmədov böhtan atma maddəsi ilə həbs olunub. Onu 2 yaxud 3 ilədək həbs cəzası gözləyir. Bu "Tərtər işi" haqda danışdığı üçün cəzalanan 4-cü şəxsdir.

Rəsmi olaraq şəhid Səbuhi Əhmədovun qardaşına "şəhid ailəsi statusu"na uyğun 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Azərbaycan Baş Prokurorluğu: "Son sentyabr döyüşlərində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib".

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, siyasətçi Araz Əlizadə vəfat edib. O, ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib. Bir neçə dəfə deputat olub, prezidentliyə namizədliyini verib.

Azərbaycan tərəfinin istehkam quran traxtoru Kəlbəcərdə silahlı hücuma məruz qalıb.
Azərbaycan tərəfinin istehkam quran traxtoru Kəlbəcərdə silahlı hücuma məruz qalıb.

photo content

photo content

Azərbaycan tərəfinin istehkam quran traxtoru Kəlbəcərdə silahlı hücuma məruz qalıb.

Sərhəddə, yəni Kəlbəcər istiqamətində atəşkəs yenidən pozulub. Bunu həm Azərbaycan, həm də Ermənistan Müdafiə Nazirlikləri təsdiqləyiblər. İtkilər olub-olmaması barədə məlumat yoxdur.

Ermənistan İstintaq Komitəsi məlumat yayaraq bildirib ki, Azərbaycandan qayıdan hərbçilərə əsirlikdə işgəncə verilməyib. Bu arada Azərbaycan 44 günlük müharibədən sonra qarşı tərəfə 173 erməni hərbi əsir geri qaytarıb.

"Həbib bəy, məktəblər üçün direktor seçimi idi. Mən də Bakının məşhur sayılıb-seçilən bir məktəbinə direktor olmaq üçün imtahan vermişdim. Bütün mərhələləri keçdim, müsbət nəticə aldım. Axırda da komissiyadan mənə dedilər ki, işə girmək üçün "şirinlik" lazımdır. Soruşdum ki, "tas" nə qədər? Dedilər 100 min manat". Müəllimlər gününüz mübarək.

30 milyondan çox dövlət vəsaitinin mənimsənilməsində ittiham olunan, şərti azadlığa buraxılaraq hazırda Bakıda villasında dincələn keçmiş Sosial Müdafiə naziri Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18,605,500 manatdır. Həmin əmlakların siyahısı: Səlim Müslümovun öz mülkiyyətində: - Bakının Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat) Oğlu Turqay Müslümlünün mülkiyyətində: - Bakının Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat) Oğlu Asim Müslümlünün mülkiyyətində: - Bakının Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat) - Bakının Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat) Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində: - Bakının Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat) Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan: - Bakının Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat) - Bakının Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat) - Bakının Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat) Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində: - Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat) Qaynı Ağaxan Xasayevin mülkiyyətində: - Bakının Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat) - Bakının Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri yaşayış sahəsi (2.000.000 manat) - Bakının Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi (650.000 manat).

Azərbaycan 13-14 sentyabr tarixlərində əsir düşən daha 17 erməni hərbçini geri qaytarır. Onlardan 4 nəfər hərbçinin yaralı olduğu bildirilir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirdiyi, saxlanılanların olduğu deyilir.

İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, 20 milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan MTN İstintaq Baş İdarəsinin rəisi olmuş, 12 il həbs cəzası alan general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş 2 milyondan çox əmlakı Azərbaycan məhkəməsinin qərarı ilə ailəsinə qaytarıldı. Onların arasında xeyli sayda mənzillər, villalar, obyektlər, torpaq sahələri var. Bakı Hərbi Məhkəməsinin bəzi əmlakların üzərindən həbsi götürməsi generalın işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin narazılığına səbəb olub.

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlandığı bildirilir. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Bu günə olan Azərbaycanın təhsil mənzərəsi: - 112 saylı məktəbdə şagird-şagirdi döyüb, videoya çəkib, yayıb. - Naxçıvanda 10-cu sinif şagirdi elə sinif otağında özünü asıb. - İsmayıllının Xanagah kəndində şagird digər şagirdi bıçaqlayıb. - Şəkidə müəllimlər direktoru boykot edərək dərslərə girmirlər. - Bakıda məktəblərin birinin önündə şagirdlərə "şəhid ehsanı" adlyla qəribə konfet paylanıb, DİN araşdırma aparır.