Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
İndi də məktəbdə döyülən şagird videosu yayıblar, inanmıram, saxtadır. Azərbaycanlı şagird heç vaxt sinif yoldaşını o cür döyməz. Çünki o sinif rəhbərindən, valideynindən o cür tərbiyə almayıb. Sinifə də fikir verin, nə gündədir. Azərbaycan məktəbləri müasir standartlara cavab verir. Şagirdlərimizi günahlandırıb, təhsil sistemimizi qaralayanlar xainlərdir, xaricə işləyən satqınlardır. Həm döyübsə də, əcəb edib. Mənim ölkəmdə zəif olmamalısan, gücsüzsənsə əlbəttə başına qapaz yeyəcəksən. Güclü olmaq lazımdır. Gücsüzün tərəfini tutanlar zavallılardır. Qələt edir əxlaq, etika, dəyərlər və beynəlxalq dünya. Güya xaricdə məktəblərdə şagirdlər döyülmür? Bunu niyə bu qədər şişirdirsiniz ki? Kimlərə işləyirsiz ə, siz? Əksinə döyən şagirdi mükafatlandırıb, döyüləni cəmiyyətdən təcrid etmək lazımdır. Həm döyürsən döy də, bunu niyə çəkib fəxrlə yayırsan axı, çəkəni tutmaq lazımdır. Bu arada, məncə görüntülər düşmənlərimizin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib və Azərbaycanın dünya ölkələri arasında imicinə zərbə üçün hazırlanıb.
16 874
Ukraynanın 4 vilayətinin rəsmi olaraq Rusiyaya ilhaqından sonra Ukrayna Ordusu birləşdirilmiş (oxu: işğal edilmiş) ərazilərdəki 20-dən çox yaşayış məntəqəsini Rusiya Ordusundan təmizləyərək nəzarəti ələ alıb. Ukrayna Ordusunun artıq Luqansk vilayətinin Lisiçansk şəhəri istqamətində mövqeləndiyi bildirilir.
16 874
Sosial şəbəkələrdə qazilər və onkoloji xəstələrin yardımı üçün toplanılan xeyli sayda vəsaiti xüsusi texnoloji üsullarla oğurlamaqda ittiham olunan Elçin Quluzadə adlı şəxs saxlanılaraq, barəsində cinayət işi açılıb və həbs edilib.
16 874
Vacib bir sual: Bəs Ermənistanda öz hərbçilərinin etdiyi müharibə cinayətlərinə görə cəzalananlar olubmu?
Cavab: Təəssüf ki, YOX. Azərbaycanda rəsmi araşdırma aparılıb, həbslər olduğu bildirilsə də, Ermənistanda belə bir hal baş verməyib.
16 874
Azərbaycan hökuməti ikinci Qarabağ müharibəsi zamanı humanitar hüququn pozulması (əsirlərə işgəncə verilməsi və qəsdən öldürülməsi, qəbir vəya meyit üzərində təhqiramiz hərəkətlər) ilə bağlı 11 cinayət işi araşdırmasının başlanıldığını elan edib. Bu cinayət işləri barədə geniş məlumatlar olmasa da, sadəcə 4 hərbçinin işi üzrə məhkəmə prosesi başladılıb, rəsmi olaraq hərbçilərin həbs edildiyi bildirilib. O DSX gizirlərindən ikisi 2 il sonra İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.
16 874
Ermənistan mətbuatına görə Azərbaycan sülh üçün bunları tələb edir:
• Qarabağdakı qondarma ordunun buraxılması,
• Qarabağı muxtariyyət olmadan (sıfır status) Azərbaycanın bir hissəsi kimi tanımaq,
• Ermənistan ərazisindən dəhliz açmaq,
• Sərhədləri 1919-1920-ci illərin xəritələrinə əsasən müəyyən etmək,
• İtkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatları təqdim etmək.
16 874
Azərbaycan hərbçilərinin son döyüşlər zamanı erməni hərbi əsirlərlə davranışını əks etdirən görüntülər yayılıb və geniş müzakirələrə səbəb olub. Azərbaycan Baş Prokurorluğu törədilən müharibə cinayətləri ilə bağlı araşdırma apardığını açıqlayıb. Erməni fəallar kütləvi şəkildə beynəlxalq ictimaiyyətə video ilə bağlı müraciətlər ünvanlayırlar. İstisnasız olaraq görüntülər müharibə cinayətidir, səbəbkarlar cəzalanmalıdır, "amma"sız, "bəs onlar"sız.
16 874
Bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə müraciət ünvanlayıb və bildiriblər ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəyirlər.
Bu təxminən ildə 3 milyona yaxın vəsait edir. Faizin çox olduğunu bildirərək rüsumun azaldılmasını xahiş ediblər.
Yeniavaz.com-un araşdırması zamanı məlum olub ki, gediş haqqının 5%-ni tutan operator şirkət “K Group” MMC-dir. Bəs bu MMC kimə məxsusdur?
Əlbəttə ki, proxy (gizli vasitəçi) bir şəxsə. “K Group” şirkətinin qeydiyyatdan keçdiyi ünvanda daha bir şirkət qeydiyyatdan keçib, “GMSA” MMC.
Bu şirkətin sahibi isə bilirsiz kimdir? BNA-nın rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli. Aaa, nə maraqlı təsadüfdür, deyilmi?
Bu da o deməkdir ki, “BakıKart” vasitəsilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, vəsait BNA rəhbərinə bağlılığı olan şirkətin büdcəsinə daxil olur.
Köhnələr milyonları birbaşa, aşkar oğurlayırdı, yeni gələnlər dolayı yollarla. Bundan gözəl islahat olar?
16 874
Cəlilabadın Göytəpə qəsəbəsində 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib. Nəticədə Gəncə şəhər sakini, MAXE Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAXE Aslanov Mübariz Azər oğlu həlak olublar. Hər iki hərbçi 44 günlük müharibə və son sərhəd döyüşlərinin iştirakçısı olub.
16 874
Artıq bir neçə ildir Türkiyədə təhsil alan qızını görə bilməyən, imkansızlıqdan qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran sakini Gül Əkbərova DSX əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə deyib ki, təyyarəyə biletlər çox baha olduğu üçün quru yolla getmək istəyib, lakin saxlanılıb. Məhkəmənin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə edilib.
16 874
Dünyanın ərazi baxımından ən böyük dövləti, 17,1 milyon kv.km-lik əraziyə sahib olan Rusiya Federasiyası dünənki qərarla Ukraynanın 4 bölgəsini də özünə birləşdirdi. Beləliklə Ukraynaya aid 108,842 kv. km ərazini öz sərhədləri daxilinə qatdı. Bununla da Ukraynanın 22,4 faiz ərazisi işğal altına düşüb.
16 874
Dünən Ağsunun Musabəyli kənd sakini, 1994-cü il təvəllüd MAXE Valeh Namət oğlu Kərimlinin avtoqəza nəticəsində həlak olduğu bildirilir. Hərbçinin doğulduğu kənddə dəfn olunduğu deyilir. Rəsmi qurumlar bu barədə məlumat yaymayıblar.
16 874
Füzulinin Yuxarı Dilağarda kəndində iki nəfər, 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşərək həlak olublar.
16 874
Paşinyan: "Biz Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır və razıyıq. Amma Qarabağı bu məsələyə qatmadan. Azərbaycan deyir ki, biz sizinlə "Artsax" məsələsini müzakirə etmək istəmirik, biz də deyirik lap yaxşı, o zaman "Artsax"la müzakirə edin".
16 874
ABŞ prezidenti Cozef Bayden: "ABŞ Ukraynaya elə silahlar verəcək ki, bütün ərazilərini geri qaytara bilsin".
16 874
İsrail və İtaliya öz vətəndaşlarına dərhal Rusiyanı tərk etməyə və vacib olmadığı halda ora səfər etməməyə çağırıb.
16 874
ABŞ Rusiyaya dəstək verdiyi üçün Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi.
16 874
Ukrayna NATO-ya təcili qaydada üzvlüklə bağlı ərizəni rəsmi olaraq təqdim etdi. Prezident Zelenski bildirib ki, nə qədər Putin prezidentdir Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq. NATO və BMT baş katiblərinin birgə bəyanatları gözlənilir.
16 874
Putinin imzası ilə Luqansk, Dontesk, Xerson və Zaporojye vilayətləri Rusiyaya birləşdirildi. Bundan öncə də Krım Rusiyaya birləşdirilmişdi. Putin rəsmi Kiyevi dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
16 874
AXCP-nin bu gün Milli Məclisin önündə "Siyasi Partiyalar Haqqında Qanun"a ediləcək dəyişiklərə etiraz aksiyası polis zorakılığı ilə dağıdılıb. Partiya üzvləri və siyasi fəallar arasında xeyli sayda saxlananlar var.
