Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Rəsmi məlumata görə Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimov martın 5-i şərti azadlığa buraxıla bilər.
16 874
Rəsmi olaraq Ermənistanla sərhəddə və sülhməramlıların yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçənlərin maaşlarına 100% həcmində müddətli əlavə təyin edilib. İşğaldan azad edilən və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşları isə 50% artacaq. Bu qərar yanvar və fevral aylarına da şamil olunacaq.
16 874
"Yaxın günlərdə müharibə başlayacaq" eyforiyası şayiədən başqa bir şey deyil, narahat olmayın.
16 874
Rəsmi məlumata görə Ağdamda yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbiçi Musayev Səhman Qəşəm oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub. Əslində Müdafiə Nazirliyinin maddi texniki təminatı zəif olduğu üçün hərbçilər soyuq havada penoplast çadırda - odun peçiylə isinməyə çalışıblar. Nəticədə isə yanğın çıxıb və 6 nəfər yanıb. Onlardan biri ölüb, 3 nəfər ağır yaralanıb, digər ikisinin vəziyyəti sabitdir.
16 874
🎥 Özəl görüntülər: Erməni valideynlər yolu kəsib, Qarabağa əsgər göndəriməsinin qarşısını alırlar
https://youtu.be/LGbq63CvJSM
16 874
İlham Əliyev: "İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Bizim 3 minə yaxın şəhidimiz olub. Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar”.
16 874
Ermənistanda baş verən hadisələrə görə, bəzi hərbi mənbələr Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazır vəziyyətə gətirildiyini bildirir.
16 874
Ermənistanda baş qərargah rəisi Paşinyanı istefaya dəvət edib və ordu rəhbərliyi bu tələbi dəstəklədiyini bildirib. Paşinyan bundan sonra baş qərargah rəisini tutduğu vəzifədən azad edib. Eyni zamanda ordunun çevriliş etmə ehtimalına görə Yeravanda tərəfdarlarını mitinqə çağırıb. Özü də, ailəsi də aksiyaya qoşulub. Qondarma rejim və eks prezident Köçəryan xalqı ordunun yanında durmağa səsləyib.
16 874
Bakı qışa hazırdı deyirdilər. Amma bir çox ərazilərdə qaz, bəzisində su, bəzisində işıq kəsilib, istilik işləmir. Yollar qarlı, buzlu. Təmizlik avadanlıqları alırlar, texnika alırlar amma təmizlikdən əsər-əlamət yoxdur. Yolları başa düşək, kommunal sistemə nə gəlib? Hacıbalanı söyürdülər, indi kimi söyürsüz? İdarəetmə uğursuzdursa, 10 dəfə dəyişsin xeyri yoxdur.
16 874
Hazırda İlham Əliyevin köməkçisi Şahmar Mövsümov "ClubHouse"da canlı şəkildə istifadəçilərin suallarını cavablandırır.
16 874
II Qarabağ müharibə iştirakçısı Yardımlı rayon Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlunun meşədə özünü asaraq intihar etdiyi bildirilir. O, 1 aydır ki, ailə həyatı qurmuşdu.
16 874
Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin rəhbəri Ziya Məmmədovun Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrini sizə təqdim edirəm. Yollar oliqarxı ölkədəki nəqliyyat infrastrukturu üçün ayrılan milyonlarla vəsaiti mənimsəyərək özünə, ailəsinə dəbdəbəli malikanələr ucaldıb.
1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan eks nazir, ən son mətbuata verdiyi açıqlamasında burada mal-qara bəslədiyini bildirmişdi. Malikanədə M işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar katejlər, ayrıca bir kiçik villa da mövcuddur.
2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.
3. İsmayıllının ən gözəl kəndlərindən biri Basqalda da yollar kralının növbəti villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə 4 villası var.
4. Qubanın ən gözək kəndlərindən biri Qəçrəşdə, İlham Əliyevin malikanəsinin qonşuluğunda, meşənin düz kənarında yol oliqarxının daha bir villası mövcuddur. Sahəsi 1 hektarlıq ərazidə olan villa böyük bir qəsrə bənzəyir.
5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudiyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.
Ətraflı izləmək üçün bloger Mehman Hüseynovun videosunu izləyə bilərsiniz: https://youtu.be/5OCxI4Squ3k
Google Maps koordinatları:
Bakı, Şüvəlan https://goo.gl/maps/umm5mAUmkBDJLdNY7
Ucar, Qazıqumlaq https://goo.gl/maps/KGx8aZc6pZM7VkaD7
Quba, Qəçrəş https://goo.gl/maps/JAbkP5mCpH8wy4AD6
Quba, Qələdüz https://goo.gl/maps/cxTE3PqDdMaEPkDB9
İsmayıllı, Basqal https://goo.gl/maps/bE91i7VRWcGwZeRt9
16 874
Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990 təvəllüdlü Fərman Həsənov yaşadığı evdə özünü asıb. Həyat yoldaşı bir müddətdir xəstəxanada yatır. İntihardan öncəki məktubunda, “Oğlum və qızım sizi çox sevirəm. Məni bağışlayın” sözlərini yazıb. Onun Vətən Müharibəsində könüllü iştirak etdiyi, dekabr ayında tərxis olunduğu bildirilir. Bundan əlavə bu gün Bakıda 3, Sumqayıtda da 1 intihar hadisəsi olub. İntihar etmə, mübarizə apar, inadına yaşa.
16 874
Sumqayıt şəhərində Yardımlı sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib. O, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsidir və Sumqayıtda əmisinin evində qalırmış. Qadınlar ölməsin, öldürülməsin.
16 874
Gürcüstan vətəndaşları artıq leqal olaraq Almaniyada 3 aylıq kənd təsərrüfatı sahəsində işləyə biləcəklər. İş müddəti həftədə 5-6 gün və gündə 8-10 saat olacaq. Minimal əmək haqqı isə hər iş saatına 9.50 avro olaraq müəyyənləşdirilib. Proqrama müraciət etmək üçün yaradılan portala ilk 24 saat ərzində 54 min Gürcüstan vətəndaşı müraciət edib. Yəni, ölkə əhalisinin təxminən iki faizi. @cpkfm
16 874
2 gün əvvəl Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan xanı Vasif Talıbovun oğlu Seymur Talıbovla birlikdə açılışını ediblər. “Ağbulaq istirahət mərkəzi” MMC “Nəxşicahan” Holdinq LTD şirkətlər qrupuna məxsusdur. Seymur Talıbov isə “Nəxşicahan” Holdinqin rəhbəridir.
35 yaşlı xan oğlu eyni zamanda Naxçıvan parlamentinin üzvü, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.
"Nəxşicahan" qrupuna 35-dən artıq şirkət daxildir, Muxtar Respublikadakı az qala bütün otellər, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri, tikinti şirkətləri və tibb klinikaları bu qrupa aiddir. Məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
16 874
İşığın da qiyməti ikiqat qalxa bilər. "Azərişıq" Tarif Şurasına müraciət edərək əhali üçün bir kilovatın qiymətini 14 qəpiyə qaldırmaq istəyir. Hazırki qiymət 300 kilovatadək 7 qəpik, limiti keçəndən sonra isə 11 qəpikdi.
16 874
Qulağımızın dibində, Gürcüstanda baş nazir istefa verib. Səbəb bilirsiz nədir? Ölkənin məhkəməsi müxalif partiyanın liderini dövlət çevrilişində cəhddə ittiham edərək həbs edib. Baş nazir də deyib ki, məhkəmələrin müstəqil olmadığı, siyasi qərarlar verdiyi qənaətindədir, ona görə də bu addımı atıb. Eyni halı Azərbaycanda təsəvvür edirsiz?
16 874
Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək. İkitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə Ermənistan həmin yolu tamamilə Azərbaycanın nəzarətinə verib, yeni çəkilən yoldan istifadə etməyə başlayacaq.
Mənbə: "Hraparak" qəzeti
Foto: YeniAvaz
16 874
Türkmənistanda 14 yaşlı cüdoçuya təklif edilib ki, finalda prezidentin qohumuna uduz. O da əksini edib. Yarış bitəndən sonra cüdoçunun müəllimini də, özünü də döyərək öldürüblər. Cinayət işinin açılmasından isə söhbət belə getmir. Mənbə: Turkmen News
