fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Rəsmi məlumata görə Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimov martın 5-i şərti azadlığa buraxıla bilər.

Rəsmi olaraq Ermənistanla sərhəddə və sülhməramlıların yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçənlərin maaşlarına 100% həcmində müddətli əlavə təyin edilib. İşğaldan azad edilən və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşları isə 50% artacaq. Bu qərar yanvar və fevral aylarına da şamil olunacaq.

"Yaxın günlərdə müharibə başlayacaq" eyforiyası şayiədən başqa bir şey deyil, narahat olmayın.

Rəsmi məlumata görə Ağdamda yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbiçi Musayev Səhman Qəşəm oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub. Əslində Müdafiə Nazirliyinin maddi texniki təminatı zəif olduğu üçün hərbçilər soyuq havada penoplast çadırda - odun peçiylə isinməyə çalışıblar. Nəticədə isə yanğın çıxıb və 6 nəfər yanıb. Onlardan biri ölüb, 3 nəfər ağır yaralanıb, digər ikisinin vəziyyəti sabitdir.

🎥 Özəl görüntülər: Erməni valideynlər yolu kəsib, Qarabağa əsgər göndəriməsinin qarşısını alırlar https://youtu.be/LGbq63CvJSM

İlham Əliyev: "İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Bizim 3 minə yaxın şəhidimiz olub. Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar”.

Ermənistanda baş verən hadisələrə görə, bəzi hərbi mənbələr Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazır vəziyyətə gətirildiyini bildirir.

Ermənistanda baş qərargah rəisi Paşinyanı istefaya dəvət edib və ordu rəhbərliyi bu tələbi dəstəklədiyini bildirib. Paşinyan bundan sonra baş qərargah rəisini tutduğu vəzifədən azad edib. Eyni zamanda ordunun çevriliş etmə ehtimalına görə Yeravanda tərəfdarlarını mitinqə çağırıb. Özü də, ailəsi də aksiyaya qoşulub. Qondarma rejim və eks prezident Köçəryan xalqı ordunun yanında durmağa səsləyib.

Bakı qışa hazırdı deyirdilər. Amma bir çox ərazilərdə qaz, bəzisində su, bəzisində işıq kəsilib, istilik işləmir. Yollar qarlı, buzlu. Təmizlik avadanlıqları alırlar, texnika alırlar amma təmizlikdən əsər-əlamət yoxdur. Yolları başa düşək, kommunal sistemə nə gəlib? Hacıbalanı söyürdülər, indi kimi söyürsüz? İdarəetmə uğursuzdursa, 10 dəfə dəyişsin xeyri yoxdur.

Hazırda İlham Əliyevin köməkçisi Şahmar Mövsümov "ClubHouse"da canlı şəkildə istifadəçilərin suallarını cavablandırır.

II Qarabağ müharibə iştirakçısı Yardımlı rayon Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlunun meşədə özünü asaraq intihar e
II Qarabağ müharibə iştirakçısı Yardımlı rayon Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlunun meşədə özünü asaraq intihar etdiyi bildirilir. O, 1 aydır ki, ailə həyatı qurmuşdu.

Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin rəhbəri Ziya Məmmədovun Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrini sizə təqdim edirəm. Yollar oliqarxı ölkədəki nəqliyyat infrastrukturu üçün ayrılan milyonlarla vəsaiti mənimsəyərək özünə, ailəsinə dəbdəbəli malikanələr ucaldıb. 1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan eks nazir, ən son mətbuata verdiyi açıqlamasında burada mal-qara bəslədiyini bildirmişdi. Malikanədə M işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar katejlər, ayrıca bir kiçik villa da mövcuddur. 2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var. 3. İsmayıllının ən gözəl kəndlərindən biri Basqalda da yollar kralının növbəti villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə 4 villası var. 4. Qubanın ən gözək kəndlərindən biri Qəçrəşdə, İlham Əliyevin malikanəsinin qonşuluğunda, meşənin düz kənarında yol oliqarxının daha bir villası mövcuddur. Sahəsi 1 hektarlıq ərazidə olan villa böyük bir qəsrə bənzəyir. 5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudiyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir. Ətraflı izləmək üçün bloger Mehman Hüseynovun videosunu izləyə bilərsiniz: https://youtu.be/5OCxI4Squ3k Google Maps koordinatları: Bakı, Şüvəlan https://goo.gl/maps/umm5mAUmkBDJLdNY7 Ucar, Qazıqumlaq https://goo.gl/maps/KGx8aZc6pZM7VkaD7 Quba, Qəçrəş https://goo.gl/maps/JAbkP5mCpH8wy4AD6 Quba, Qələdüz https://goo.gl/maps/cxTE3PqDdMaEPkDB9 İsmayıllı, Basqal https://goo.gl/maps/bE91i7VRWcGwZeRt9

Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990 təvəllüdlü Fərman Həsənov yaşadığı evdə özünü asıb. Həyat yoldaşı bir müddətdir xəstəxanada yatır. İntihardan öncəki məktubunda, “Oğlum və qızım sizi çox sevirəm. Məni bağışlayın” sözlərini yazıb. Onun Vətən Müharibəsində könüllü iştirak etdiyi, dekabr ayında tərxis olunduğu bildirilir. Bundan əlavə bu gün Bakıda 3, Sumqayıtda da 1 intihar hadisəsi olub. İntihar etmə, mübarizə apar, inadına yaşa.

Sumqayıt şəhərində Yardımlı sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib. O, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsidir və Sumqayıtda əmisinin evində qalırmış. Qadınlar ölməsin, öldürülməsin.

Gürcüstan vətəndaşları artıq leqal olaraq Almaniyada 3 aylıq kənd təsərrüfatı sahəsində işləyə biləcəklər. İş müddəti həftədə 5-6 gün və gündə 8-10 saat olacaq. Minimal əmək haqqı isə hər iş saatına 9.50 avro olaraq müəyyənləşdirilib. Proqrama müraciət etmək üçün yaradılan portala ilk 24 saat ərzində 54 min Gürcüstan vətəndaşı müraciət edib. Yəni, ölkə əhalisinin təxminən iki faizi. @cpkfm

2 gün əvvəl Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan xanı Vasif Talıbovun oğlu Seymur Talıbovla bi
2 gün əvvəl Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan xanı Vasif Talıbovun oğlu Seymur Talıbovla birlikdə açılışını ediblər. “Ağbulaq istirahət mərkəzi” MMC “Nəxşicahan” Holdinq LTD şirkətlər qrupuna məxsusdur. Seymur Talıbov isə “Nəxşicahan” Holdinqin rəhbəridir. 35 yaşlı xan oğlu eyni zamanda Naxçıvan parlamentinin üzvü, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. "Nəxşicahan" qrupuna 35-dən artıq şirkət daxildir, Muxtar Respublikadakı az qala bütün otellər, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri, tikinti şirkətləri və tibb klinikaları bu qrupa aiddir. Məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

İşığın da qiyməti ikiqat qalxa bilər. "Azərişıq" Tarif Şurasına müraciət edərək əhali üçün bir kilovatın qiymətini 14 qəpiyə qaldırmaq istəyir. Hazırki qiymət 300 kilovatadək 7 qəpik, limiti keçəndən sonra isə 11 qəpikdi.

Qulağımızın dibində, Gürcüstanda baş nazir istefa verib. Səbəb bilirsiz nədir? Ölkənin məhkəməsi müxalif partiyanın liderini dövlət çevrilişində cəhddə ittiham edərək həbs edib. Baş nazir də deyib ki, məhkəmələrin müstəqil olmadığı, siyasi qərarlar verdiyi qənaətindədir, ona görə də bu addımı atıb. Eyni halı Azərbaycanda təsəvvür edirsiz?

Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək. İkitərəfli razılığa əsasən, yolu
Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək. İkitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə Ermənistan həmin yolu tamamilə Azərbaycanın nəzarətinə verib, yeni çəkilən yoldan istifadə etməyə başlayacaq. Mənbə: "Hraparak" qəzeti Foto: YeniAvaz

Türkmənistanda 14 yaşlı cüdoçuya təklif edilib ki, finalda prezidentin qohumuna uduz. O da əksini edib. Yarış bitəndən sonra cüdoçunun müəllimini də, özünü də döyərək öldürüblər. Cinayət işinin açılmasından isə söhbət belə getmir. Mənbə: Turkmen News