ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Erməni mənbələri bildirir ki, rus dili rəsmi olaraq qondarma rejimin dili kimi qəbul edilərək parlamentdə təsdiqlənəcək.

Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir, “Əmrahbank”ın Müşahidə Şurasının və “Əmrahsığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadə həbsdən buraxılıb. Ülvinin əmisi uzun illər baş ədliyyə müşaviri, prokuror Yusif İldırımzadədir. Yusif isə Ramil Usubovun qudasıdır. Oğurlaya bilənlər, bacaranlar azadlıqdadır, bilməyənlər, günahsızlar illərlə həbsxanada çürüyür.

Keçən ayın sonlarında ermənilər Qaregin Njdeyə Xocavənd şəhərində heykəl qoymuşdu, açılışına hazırlaşırdılar. Erməni deputat Sofya Ovsepyan yazıb ki, heykəl Azərbaycan tərəfinin tələbi ilə sökülüb və muzeyə verilib. Qondarma rejimin rəsmiləri isə məlumatı təkzib ediblər.

Erməni rəsmiləri iddia edirlər ki, Azərbaycanın rəsmi nümayəndəsi erməni-rus nəzarətində olan Dağlıq Qarabağda qondarma rejimin rəhbəri, rus sülhməramlıların generalı və Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri ilə birlikdə əsirlərlə əlaqədar görüş keçiriblər. Azərbaycan Araik Arutyunyanı beynəlxalq axtarışa verməmişdi?

Türkmənistanın 14 illik diktator lideri Qurbanqulu Berdiməhəmmədov 39 yaşlı oğlu Serdarı özünə müavin və Türkmənistanın Ali Nəzarət Palatasının sədri təyin edib. Əvvəl XİN-də şöbə müdiri, daha sonra qubernator, sənaye naziri, indi də prezident müavini, varis hazırdır. Çox şükür, bizdə belə şeylər olmur.

Bu gördüyünüz avtomobil kolleksiyası FHN Kəmaləddin Heydərovun qardaşı Heydərov Səməd Fəttah oğluna aiddir. Rəsmi olaraq onun
Bu gördüyünüz avtomobil kolleksiyası FHN Kəmaləddin Heydərovun qardaşı Heydərov Səməd Fəttah oğluna aiddir. Rəsmi olaraq onun adına olan dövlət nömrə nişanları bunlardır: 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777. Bu da nömrələrə aid avtomobil markaları: Mazda 6 Red Toyota Tundra Black BMW 760li Lincoln MKZ Mercedes S500 Brabus Mercedes E 63 AMG Cadillac Escalade Lexsus 570 Hyundai Genesis Mercedes-Benz G 55 AMG Porsche Panamera Bentley Continental GT Porsche Cayenne Turbo Toyota Hilux 2013 Tuining Yadınızdadırsa zamanında baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 nömrəli “Mazda”nın sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səmədin adına olduğu üçün KİV o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi Polis İdarəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş.

Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nazim Əsəd oğlu tutduğu vəzifədən azad edilib. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb. Dünən yazdığım "antivirus" yeyintisinə görədir, doğru addımdır. Büdcədən qara qəpik də oğurlayanlar nəinki vəzifədən çıxarılmalı, barələrində ədalətli araşdırma aparmalı, təsdiqlənərsə həbs edilməlidirlər ki, başqalarına dərs olsun.

Mədəniyyət nazirliyinə yeni nazir təyin olundu, xaricdə təhsil alıb, işləyib edib, gənc kadrdır, 4-5 dil bilir falan-filan, əla. “Dövlət satınalmalarının vahid elektron portalı”nda Məmmədli Malik adlı fiziki şəxs tenderin qalibi olub. Mədəniyyət Nazirliyinin Xaçmaz regional Mədəniyyət İdarəsi üçün antivirus və digər proqramların alınmasına 10 min 426 manat vəsait ayrılıb. Halbuki istənilən antivirus proqramı illik maksimum 60-70 manatdır. Digər proqramlar da olsun illik 100-150 manat. Xaçmazın mədəniyyət idarəsində hansı xüsusi proqram alınır ki, büdcədən minlərlə vəsait sərf edirlər, atomu zənginləşdirirlər orda, yoxsa "Bayraktar" istehsal edirlər? Büdcə oğurluğunun buynuzu olmur, elə belə-belə saraylar, malikanələr peyda olur.

23 il baş nazirin müavini olmuş, İlham Əliyevdən "Şərəf, Şöhrət" ordenləri almış Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompl
23 il baş nazirin müavini olmuş, İlham Əliyevdən "Şərəf, Şöhrət" ordenləri almış Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib. Rəsmi məlumata əsasən, 5 hektardan çox torpaq sahəsində tikilən kompleks 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur. "Şəki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5 HA çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burda qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz, fitnes zalı, sauna, müalicəvi masaj, bilyard salonu, karaoke - bar və digər istirahət obyektləri var. Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada "Abeona Global Limited” şirkətinə sahibdir. 2018-ci ildə gənc sahibkarın 260 min funt sterlinqdən artıq sərvəti var idi. Abid Şərifov faktı təsdiqləyib: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?".

Sülhməramlıların generalı Rüstəm Muradovun vasitəçiliyi ilə daha 5 erməni əsiri Yeravana qayıdıb, ermənilər isə Bakıya 1 Azərbaycan əsiri qaytarıblar.

Bura İlham Əliyev tərəfindən 6 ildir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin olunan Sale
Bura İlham Əliyev tərəfindən 6 ildir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin olunan Saleh Məmmədovun yeni otel-malikanəsidir. Gəncə-Hacıkənd yolunun üstündə, Göygöl rayonunun Aşıqlı kəndi yaxınlıqda tikilib. Yol 2 il öncə genişlənməyə başlayanda tikdirməyə başlamışdı. 3 hektardan çox olan ərazidə "Tərəqqi" ordeni almış Saleh Məmmədova məxsus otel, restoran, yanacaqdoldurma məntəqəsi və koteclər də fəaliyyət göstərir. Ölkədəki bütün SMS adlı yanacaqdoldurma məntəqələri Saleh Məmmədovundur. SMS mənası isə yol oliqarxının ən kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun ad, soyad və atasının adlarının baş hərfləridir. Keçən il dövlət zəmanəti ilə xaricdən borc alan ən iri şirkət AAYDA olub, 3 milyard 578 milyon 300 min dollar. Qaytara bilməyəndə də, dövlət büdcəsindən, sizin cibinizdən ödəyəcəklər. Paylaşaq, ictimailəşdirək, özü təyin etdiyi adamlardan İlham Əliyevin xəbəri olsun. Google maps

"Italian Design" holdinqin rəhbəri Franco Rizzato bildirib ki, 2013-cü ildə Gənclikdə tikilən tunelin qiyməti 512 000 000 dollara başa gəlib. Beş yüz on iki milyon dollar. Yarım milyard dollardan çox. O dövrdə tunelləri də, yolları da dövrün nəqliyyat naziri Ziya Məmmədov tikirdi və yeyintiləri də o edirdi, əlbəttə ki, İlham Əliyevin göstərişi ilə. İndi xalqla məzələnir deyir ki, Ucarda mal-qara saxlayır, arpa-buğda əkir ki, dolana bilsin. Ondan sonra İlham Əliyev Saleh Məmmədovu təyin etdi, indi yollara ayrılan pulları o qamarlayır, qısa zamanda ona aid otel-malikanəni də paylaşacağam.

Azərbaycanın Milli Qəhrəmanı adını alan general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb. Onların sonuncu müharibə zamanı uğursuz əməliyyatlar keçirdikləri bildirilirdi.

Qarabağ xəbərləri: - Zəngəzurun Xinzirək (Nerkin Xndzoresk) kəndi istiqamətində bəzi mövqelər Azərbaycanın nəzarətinə keçib. - Cəbrayılın Nüzgar kəndində tank əleyhinə minaya düşərək partlaması nəticəsində 1988 təvəllüdlü Mehman Quliyev həlak olub. - Füzuli istiqamətində aparılan axtarışlar zamanı daha 2 erməni hərbçisinin cəsədi tapılıb. - Arayik Harutyunyan yazıb ki, "Müdafiə Ordusu və XİN ləğv ediləcəyimiz, Qırmızı Bazar-Şuşa yolundan imtina edəcəyimiz, Stepanakertə Azərbaycan bayrağı qoyacağımız" xəbərləri yalandır.

Azərbaycanda daha iki qadın öldürülüb. Biri Şirvanda, Dadaşova Durna Həsən qızı üzərində xəsarət izləri, əli-qolu bağlı, boğularaq öldürülüb. Digəri Pirallahıda, Ramazanova Lalə Ələmdar qızı, Telman Mövsümzadə tərəfindən bıçaqla öldürülüb və iz itirmək üçün həyətdə basdırılıb. Son günlər qadın cinayətlərinin sayı artıb.

Bu gün Bakıda daha 22 yaşlı gənc intihar edib. Azərbaycanda ötən ay, yanvar ayında intiharların sayı 33 nəfər olub. Keçən il isə 597 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərdən 440 nəfəri kişi, 157-si isə qadındır. Qarşısı alınmayan hər bir hadisə cinayətdir.

Azərbaycanda bu il dizelin qiyməti 33%, ərzaqlar 15-20%, meyvə-tərəvəz 8-10%, suyun qiyməti 100% artırılsa da pensiyalar 11.4% artırılacaq.

Heç kimdən Qorxmazın şirkət və qohumluqları davam edir: "Azərsu" sədri Qorxmaz Hüseynov ölkəbaşı İlham Əliyev tərəfindən 2011-ci ilin fevralında vəzifəyə təyin olunduqdan sonra qohumları və yaxınlarına aid olan aşağıdakı şirkətlər yaranır və tenderlərin qalibləri bu şirkətlər olur, onların sayəsində milyardlarla sərvət oğurlanmağa başlanır: ŞİRKƏTLƏR 1. "Hidropark" - bütün podratçı təşkilatlara təchizatı onlar təşkil edir. 2. "Texno-Atinak" - su və kanalizasiya xidmətlərinin baş podratçılarından biridir. 3. "Hidro-Lotos" (artıq bağlanıb) amma fəaliyyət göstərdiyi 4-5 il müddətində ən azı 3-4 milyard manatlıq layihələr icra edib. 4. "Azertexnolayn" - isə Azərsu ASC-nin həyata keçirdiyi bütün layihələrdə su və kanalizasiya borularının və fitinqlərinin təchizatı üzrə monopolistdir. 5. CBMC (Caspian Business Management Consulting) - Bütün tikintilərə texniki nəzarəti öz tabeliyində olan bu məsləhətçi şirkət vasitəsi ilə həyata keçirir. 6. "OMİCRON" MMC - bütün Azərsu ASC-nin (rayonlar daxil olmaqla) bütün İT sahəsini qurub və bütün kompüter, printer və digər ofis avadanlıqlarının təchizatın edib/erməkdədir. 7. KİRS Şirkəti - su və kanalizasiya xətlərinin yenilənməsi ilə məşğul olur. QOHUMLAR - Qorxmazın xalası oğlu Mahmud Qəniyev Nizami Rayon Sukanal İdarəsinin rəisidir. - Digər qaynı Cəbrayılov Malik xaricdən gətirilən metal borular və "Azərsu"nun təchizat işləri hesabına biznesini böyüdür. O həmçinin kvarts qumunun da monopolistidir. - Bacısı oğlu İsmayılov Şahlar İsmayıl oğlu “Azərsu” ASC-nin xarici layihələr şöbəsinin müdür müavinidir. - Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M” MMC və "Baba Dağ" MMC təsisçisidir. - Qorxmazın qardaşı oğlu Hüseynov Eyvaz Məhəmməd oğlu “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisidir. - Qorxmazın qardaşı oğlu Hüseynov Ayaz Məhəmməd oğlu atasının tikinri şirkəti sayəsində milyonluq layihələrlə məşğul olur. - Digər qohumu Xürrəm Hüseynov isə “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisidir. - Qorxmazın yaxın qohumu Həsənov Zamin "Azərsu ASC"nin baş mühasibidir. Əvvəlki status da burdadır: https://t.me/hebmun/1051

Bu "AZAL" rəhbəri Cahangir Əsgərovun Gürcüstanın Batumi şəhərindəki otelinin fotosudur. Onun Tiflisin mərkəzində də 2 ədəd ir
Bu "AZAL" rəhbəri Cahangir Əsgərovun Gürcüstanın Batumi şəhərindəki otelinin fotosudur. Onun Tiflisin mərkəzində də 2 ədəd iri oteli mövcuddur. Jurnalist Əfqan Muxtarlının bununla bağlı geniş araşdırması olmuşdu. - Otel "Grand Gloria" (Böyük Qələbə) adlanır. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə 31 milyon dollar investisiya dəyəri olan "GRAND GLORİA" oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir. - 168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır. - Dünyanın ən bahalı aviaşirkətlərindən olan və regionda ən bahalı biletlər satan AZAL hələ 2018-ci ili 208 milyon manat "zərərlə" başa vurub. Hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya vəsaitlər ayrılır.

Bu gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu şəhid olub. Digər iki hərbi qulluqçu Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisənin ehtiyatsızlıqdan qaynaqlandığı deyilir.