ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Bu arada son rəsmi dəyişiklikdən sonra "Whatsapp"dan küsüb gedənlərə bildirim ki, WP illərdir sizin şəxsi dataları Facebook ilə də, Instagram ilə də paylaşırdı. Sadəcə indi bunu rəsmiləşdirdi. Whatsappdan küsüb gedənlər gərək Facebook və Instagram hesablarını da bağlasınlar. Belədə isə heç kimə "Niquw"un şəxsi yazışmaları filan maraqlı deyil. Ciddi, lazımı mesajlarınız olarsa təhlükəsizlik üçün Signal istifadə edin. Telegram belə güvənli deyil.

RƏSMİ: "Yanvarın 11-də Putinin təşəbbüsü ilə Moskvada İlham Əliyev və Nikol Paşinyanla 9 noyabr üçtərəfli bəyanatın icrası, bölgədəki problemlərin həlli istiqamətində addımlar müzakirə ediləcək".

Müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar "Qaynar xətt" 050 406-75-85 zəng etməklə dövlət hesabına psixoloji dəstək ala bilərlər. Paylaşın mümkünsə.

Müharibədən salamat qayıdan daha bir hərbçi, Sulutəpənin Çiçək Yaşayış Massivi sakini, əslən Xızıdan olan 24 yaşlı Yunis Məns
Müharibədən salamat qayıdan daha bir hərbçi, Sulutəpənin Çiçək Yaşayış Massivi sakini, əslən Xızıdan olan 24 yaşlı Yunis Mənsurov özünə qəsd edib. Dekabrın 30-u tərxis olunub, 2 gün öncə isə intihar edib. Gəldiyi gün ancaq müharibədə olanları sayıqlayırmış. Geridə bir körpəsi qaldı.

Bir neçə ay əvvəl oxumuşdum ki, "Azərxalça"-nın sədri, professor Vidadi Muradov 6 aylıq əmək haqqını Koronavirus Fonduna ianə edib. "Azərxalça"da işləyən vətəndaşlar da şikayət edirdilər ki, aylarla maaşımız verilmir, yaxud kəsintilər var. Bu gün məlum olub ki, 7 ay əvvəl İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilən "Gəvə Vidadi" milyonlarla dollar vəsait mənimsəyib, həbs ediblər. Xalçaye a kişi, xalçadan milyonlar oğurlayıb, fonda zada bəxşiş etməklə də özünü təmizə çıxarmaq istəyib, naxışı gətirməyib. 800 minlik malı 5 milyona aldırıb, onun da 2 milyon dollarını qoyub cibinə. İndi də ümumi "katyol"a az "bəzək vurub" deyə cəzalandırdılar. Oğlu Cavid Muradov da Səbail rayon Polis İdarəsinin rəisidir.

Erməni mənbələr bildirir ki, Naxçıvanın Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş eksklav olan Kərki kəndinin (Tigranashen) 5 gün ərzində Azərbaycana təhvili planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyi: "3 şəhərimizdə Türkiyənin hərbi bazalarının qurulacağı barədə xəbərlər həqiqəti əks etdirmir".

Türkiyənin Azərbaycanın Gəncə, Qəbələ və Lənkəran şəhərlərində hərbi aviabaza açma xəbəri heç bir mənbəyə əsaslanmır, rəsmi məlumat da yoxdur. Artıq saytlar yayılan xəbəri yığışdırırlar. Əslində hərbi bazanın yaradılmasından ötrü dövlət xüsusi qanun qəbul etməlidir, çünki hər hansı xarici ölkənin Azərbaycanda baza açması üçün hüquqi əsas şərtdir.

Rəsmi Bakı Azərbaycan ilə Ermənistan arasında vizasız rejim barədə olan söhbətləri "ölkələr arasında diplomatik münasibətlər olmadığı üçün" məntiqsiz adlandırıb.

"Qaçqınkom": "İşğaldan azad olunmuş ərazilərə qayıtmaq istəməyən məcburi köçkünün statusu ləğv ediləcək və onun bütün imtiyazları əlindən alınacaq. Artıq şəhid ailələrinə təqim olunması üçün 4700 mənzil nazirliyə (ƏƏSMN) verilib".

Keçmiş tarixdə Asiya hökmdarları ağ fillər alıb, onlara vəsaitlər xərcləyib bəsləyirdilər və inanırdılar ki, bu tanrıların xoşuna gələcək, bərəkət artacaq, ölkə tərəqqi, inkişafa çatacaq, qaz vurub, qazan dolduracaqlar. Amma əvəzində ancaq kralların eqosu tətmin olurdu. AĞ FİL - Sonradan beynəlxalq aləmdə çox pul xərclənərək saxlanılan, lakin faydası ilə heç öz xərclərini qarşılamayan əşyaları, tikililəri bildirən ifadə peyda oldu. Azərbaycanda 10 mülki hava limanı var. Onun 6 ədədi beynəlxalq statusdadır, biri Xankəndi (Xocalı) hava limanı işğal altındadır. Rəsmi məlumata görə Kəlbəcər və ya Laçında, Ağdamda və Füzulidə də beynəlxalq hava limanları tikiləcək. Çox gözəl, çox pakizə. Amma... Ölkədə ucuz uçuş üçün şərait yaradılmır, uçuşlar faktiki AZAL-ın monopoliyasındadır. Vətəndaşlar ucuz qiymətə uça bilməyəndən sonra 50 aeroport olsun, milyonlar xərclə, ən müasir standartlara uyğun olsun, nə xeyri var axı? AZAL-ı, Cahangiri daha çox varlı etməkdir məqsəd? Pulunuz çoxdur? Tikilən yeni hava limanları vətəndaşları nə ilə cəlb edəcək? Hansı sərfəli təklifləri olacaq? İndiyə qədər niyə Qəbələdə, Zaqatalada tikdiyiniz hava limanlarından vətəndaşlara xeyir, fayda gəlmədi? Niyə loukost şirkətlər Gürcüstanda, Ermənistanda olduğu halda, Azərbaycanda şərait yaratmadınız? Ağ fillər bəsləməklə qarın doymur, o torpaqlarda pullar yumaq, yeyinti etmək əvəzinə vətəndaşlara xidmət göstərəcək layihələrə ehtiyac var, inkişaf da, tərəqqi də bundan başlayır.

"Dilini qoy qarnına və banlama" siyasəti İlham Əliyev xarici siyasət kontekstində konfliktdə olduğu ölkənin rəhbərliyi ilə danışdığı tərzdə və ritorika ilə daxili siyasətdəki şəxslərlə də danışmağa başlayıb. Dövlət rəhbərliyi etiketini bu qədər alçaltmağa gərək yoxdur. Elə zənn edir ki, Azərbaycan Ordusunun hesabına uğur əldə etdiyi kimi, daxili siyasətdə də küçə ritorikası ilə danışsa uğur qazanacaq. Halbuki elə deyil. Çünki Azərbaycan xalqının gündəlik həyat şəraiti, onun rifah halını Dünya Bankının hesabatlarında, beynəlxalq qurumların kağız-kuğuzunda axtarmaq lazım deyil. Heç bu onun ətrafındakı talançı və oğruların dediklərində də öz əksini tapmır. Xalq öz soyuducusunu, öz cibini açsa kifayətdir ki, reallıq və həqiqətlə hamı hesablaşsın. Ölkədə sosial vəziyyətin bərbad olması, iqtisadi durumun ağır olması, elə hesabına uğur əldə etdiyiniz əsgərlərin, şəhid ailələrinin durumlarına, danışıqlarına, şikayətlərinə baxsanız görünür. Hələ çoxu ar edir, abrına qısılıb danışmır, yola verir. Amma siz utanmadan, ar etmədən çıxıb iqtisadi göstəricilərin fontan vurduğundan bəhs edirsiz. Hamı başa düşür ki, pandemiyadır, hamı anlayır ki, müharibə şəraitindən çıxmışıq filan. Bunları bəhanə gətirmək iqtisadi islahatları real şəkildə həyata keçirməyə əngəl olmamalıdır. Korrupsiya və monopoliya ilə mübarizəyə mane olmamalıdır. Necə olur siz, ətrafınız, nazirləriniz, məmurlarınız devalvasiyaya, pandemiyaya, müharibəyə baxmayaraq varlana bilir, beznesiniz genişlənə bilir. Amma ölkə büdcəsi kəsirə məruz qalır, vətəndaşın maaşı 5-6%, deputatların zadın maaşını 30-40%, yanacağın qiymətini isə 30% qaldırırsız. Dünyada neftin qiyməti artır, amma Azərbaycan insanının həyat şəraiti günü-gündən dibə vurur. Ölkə iqtisadiyyatının 97%-ni neftdən aslı vəziyyətə salıb, milli istehsaldan danışmaq da abırsızlıqdır. Vətəndaş adicə pal-paltarını belə Türkiyədən onlayn sifariş verir, hələ başqa şeyləri demirəm. Gömrükdəki axmaq qanunları qəbul etmək isə ağız dolusu danışdığınız sahibkarların, 190 manata möhtac vətəndaşın belini qırmaqdır. Hələ Gömrük Komitəsinin yaratdığı mobil appın 3 aydır işlək olmaması da ayrı rüsvayçılığınızdır. Talamağa, pul qırpmağa gələndə isə pərgarsınız. Vətən adından istifadə edib hər gün bir fond yaradırsız, bununla da dövlət qulluqçularının, həkimlərin, müəllimlərin, fəhlələrin maaşından faizlərlə pul tutursuz. Onun cibindən alıb, buna, bunun cibindən alıb ona qoyursuz, adı da olur ki, inkişaf edirik. Qara pullarla, illeqal paketlərlə, büdcədən, vergidən tapışla, hörmət, şirinliklə yayınmalarla inkişaf olmur. Hələ mən min hoqqa ilə artırdığınız cərimələri demirəm. Dövləti ədalətlə, vicdanla, ağıllı idarə etmək əvəzinə, özlərini Youtube bloggerliyi səviyyəsizliyinə salıblar. Deputatları çıxır xalqı təhqir edir, perzidenti də onlardan geri qalmır, küçə ritorikası ilə daxili auditoriyaya oynamağa çalışır...

İlham Əliyev: "Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə".

İlham Əliyev: "Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib".

Son məlumatlar: 🇺🇸 Paytaxt Vaşinqtonda küçəyə çıxmağa qadağa qoyuldu. ⚰️ Konqres binasında yaralanan qadın həyatını itirib. ⛓️ Kapitoliyə basqınla bağlı 20 nəfər saxlanılıb. 🇫🇷 Fransa: ABŞ qurumlarına hücum demokratiyaya hücumdur. 🇹🇷 Türkiyə: Tərəfləri təmkinli olmağa və sağlam düşüncə göstərməyə çağırırıq.

Amerikada bildiyiniz 92-93 illər təkrarlanır, bəzi mənbələr baş verənləri qiyam adlandırır. Görünür Trump ölkəni Suriyaya çevirmədən getmək istəmir. Konqres binasına hücum, yağmalanma, silah səsləri, xüsusi təyinatlıların əməliyyatı, binanın yaxınlığında partlayıcı maddələrin tapılması filan... Ancaq bir şey dəqiqdir ki, demokratiya tarixinin ən qürub çağlarından birini yaşayır.

Bir neçə gün öncə sosial şəbəkədə məlumat yayıldı ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan amma Goranboyun Börü kəndində mə
Bir neçə gün öncə sosial şəbəkədə məlumat yayıldı ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan amma Goranboyun Börü kəndində məskunlaşan qazi Musayev Vüsal Eldar oğlunun "Papanin" hərbi hospitalında yatdığı, hərbi komissarlıq və icra məmurlarının etinasızlığından şikayət etdiyi deyilirdi. Bu gün xəbər yayıldı ki, hospitalda özünü asaraq intihar edib. O, Talış istiqamətində gedən ağır döyüşlər zamanı güclü kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. Azərbaycan hakimiyyəti istər maddi, istər mənəvi, istər tibbi, istərsə psixoloji olaraq müharibədən çıxmış hərbçilərinə, əsgərlərə, onların ailələrinə, şəhidlər və ailələrinə dəstək verməlidir, BORCUDUR. Bu dövlətin bir nömrəli vəzifəsi olmalıdır, digər işlər görülməsə də olar. Artıq bununla neçənci hərbçidir ki, yazır, şikayətlər edir, adicə hərbi biletlərinə "müharibədə iştirak edib" belə yazılmayan yüzlərlə əsgər var. Rəsmi qurumların bu problemlərlə məşğul olub, ən qısa zamanda həll etməsi üçün paylaşaq, dəstək olaq, ictimailəşdirək.

Artıq bir neçə həftədir ki, Xocavənd rayonunun işğaldan azad olunmuş kəndlərindən, Hadrut qəsəbəsindən qənimət kimi götürülən mal-qara, tonlarla taxıl-buğda, texniki avadanlıqlar və s. mallar icra hakimiyyəti, polis rəisləri səviyyəsində talanaraq öz vətəndaşlarımıza səyyar formada, bəzən kiçik marketlərdə satılır. DTX, Baş prokurorluq, hərbi prokurorluq əgər bu qanuni oğrularla, yağmaçılarla əlbir deyilsə, onlarla bağlı araşdırma aparmalıdır və bu adamları dərhal həbs etməlidir. Azərbaycan Ordusunun hərbçiləri ona görə canlarını verməyiblər ki, kabinetlərdə oturan generallar, polis rəisləri, icrabaşıları sonradan qənimətləri oğurlayıb, onu hərbçilərin özlərinə, vətəndaşlara od qiymətinə satsınlar. Bu ölkənin qanunları, qaydaları yoxdursa, dərəbəylikdirsə, dövlət nəzarəti yoxdursa, ictimai nəzarət olmalıdır. Çalışaq xalq olaraq tələb edək, pa

"Müharibədən sonra hər şey fərqli olacaq" deyənlər üçün: "Mən Beyləqan sakini Allahvediyev Vasif Bayram oğlu, Xırdalanda kirayədə yaşayıram. Əvvəllər Binəqədi rayonunda kirayə evdə qalırdım. İkinci Qarabağ müharibəsi zamanı Füzulidə döyüşmüşəm, döyüş zamanı hər iki gözümü itirmişəm. Xəstəxanadan buraxıldıqdan sonra Binəqədi rayon icra hakimiyyətinə getdim ki, icra başçısı ilə görüşüm, ev problemini həll etməyə çalışım. Nəinki icra başçısı, saatlarla gözləməyimə baxmayaraq heç onun müavini də məni qəbul etmədi, dinləmədi. Şərt deyildi mənə ev versinlər, heç olmasa qanacaqları çatıb, qəbul edib dərdimi dinləyərdilər". Vacib qeyd: Binəqədi rayonu icra başçısı yenidir, İlham Əliyev tərəfindən 2 il əvvəl təyin olunub. O adamlar vardı, deyirdi yeni təyin olunanlar əvvəlkilər kimi olmayacaq. Onlara da deyim ki, əvvəlkilərdən də betər oldular.

Dövlət Statistika Komitəsinin açıqladığı keçənilki statistik göstəricilərə istinadən Azərbaycan hökuməti “Aİ-92” markalı benzini xaricə 28 qəpiyə, öz xalqına isə 90 qəpiyə satıb. Öz vətəndaşına 3 dəfə baha qiymətə...