ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
C. Qafqazda koronavirus peyvənd bölgüsü: Azərbaycanda Çinin SinoVac, Ermənistanda rusun Sputnik-V, Gürcüstanda isə almanların “BioNTech & Pfizer” vaksini vurulacaq.

"Müharibədən yeni çıxmışıq, pandemiyadır" deyənlərin menyusuna: Mərkəzi Bank üçün 218 milyon avroya inzibati bina inşa olunacaq. Tikintisi ilə bağlı artıq Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalanıb. Qeyd edim ki, "Tekfen İnşaat"ın pay hissələrinin yarısı SOCAR-a aiddir.

Bu gün işğal altında olan Ağdərə şəhərində erməni sakin M. Mkrtçyan minaya düşərək ölüb. Dağlıq Qarabağda Radik Tatosyan adlı, 19 yaşlı erməni hərbçinin isə xəstəlikdən öldüyü bildirilir.

Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa icrabaşı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Baş prokuror Kamran Əliyevin əmri ilə prokurorluq orqanlarında müstəntiq təyin olunub. O əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı idi. Qardaşı Ramin Quliyev də Bakının Nərimanov Rayon Məhkəməsinin hakimidir. Atalar taladı, növbə balalardadır.

Rusiyanın məşhur “Kommersant” qəzeti Ermənistan və Azərbaycanın razılaşdığı dəmir yolu da daxil olmaqla nəqliyyat dəhlizlərin
Rusiyanın məşhur “Kommersant” qəzeti Ermənistan və Azərbaycanın razılaşdığı dəmir yolu da daxil olmaqla nəqliyyat dəhlizlərinin xəritəsini yayımlayıb.

Gəncənin Kəpəz rayon sakini, 1988 təvəllüd, tabor komandiri, kapitan Muxtarov Sərxan İlqar oğlu Qubadlı istiqamətində mina partlayışı nəticəsində şəhid olub.

İmişli icrabaşı Vilyam Hacıyevə rüşvət verib ev alan və DTX tərəfindən saxlanılan "Azərişıq ASC" Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov işdən azad edilmişdi. İndi isə yeni yaradılan Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsinə rəis təyin olunub. Deyəsən harda rüşvətxor, qanuni julik, əli əyri, oğru varsa, göndərirlər işğaldan azad olunan ərazilərə. Adını da qoyurlar ki, cəzalandırırıq. Dünənə qədər deyirdilər orda igidlərimiz canını verib, hər şey daha başqa cür olacaq.

Son 1 həftə ərzində Türkiyədən Azərbaycana 27 müxtəlif tip hərbi təyyarə gəlib. Hərbi baza üçünmü ya nə üçün dəqiq bilinmir amma yaxın tarixdə bölgədə maraqlı hadisələrin şahidi olacağımız istisna edilmir. Sülh naminə regionda təhlükəsizlik çox vacibdir.

“Kürü diplomatiyası” qalmaqalının nəticəsi 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar haqda məruzəsinin qəbul olunmasına mane olmaq üçün 2.4 milyon avro rüşvət alan (yarım milyon sübut olunub) italyan deputat Luka Volonte 4 il müddətinə azadlıqdan məhrum edilib.

Binəqədi icra hakimiyyəti iş adamına deyib ki, 5 şəhid məzarının üstünü götür, sənə toxunmayacağıq. Sahibkar da cavabında bildirib ki, şəhid məzarının üstünü götürmək rüşvət predmeti ola bilməz. Səhərisi biznesmenin obyektini yerlə bir ediblər. Həmin sahibkar müharibə vaxtı 16 TIR ilə cəbhəyə mərmi, təkər daşıyıb, dəstək olub.

Müdafiə Nazirliyi dəfn olunan şəhidlərin yeni sayını 2841 nəfər, itkin düşmüş hərbçinin isə 64 nəfər olduğu siyahını açıqladı. Həm şəhidlərin, həm də itkin düşənlərin hamısının şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi siyahıda qeyd olunub.

RİA müxbiri xəbər verir ki, Xankəndi ətrafından silah səsləri eşidilir.

Bugünkü görüşün ümumi məğzi bölgədəki iqtisadi-ticarət əlaqələrinin bərpası və inkişafı ilə əlaqədar idi. Paşinyan Qarabağın statusundan narahatlığını ifadə etdi, İlham Əliyev münaqişənin keçmişdə qaldığını bildirdi. Putin isə Dağlıq Qarabağın inkişafı naminə üçtərəfli işçi qrupunun vacibliyindən danışdı. Ermənistanın Azərbaycan ərazisindən Rusiya və İrana dəmir yolu xətti olacaq. Azərbaycanın isə Naxçıvan vasitəsiylə Türkiyəyə dəmir yolu çəkiləcək. Həmçinin Türkiyə və Rusiya arasında dəmiryolu xətti olacaq.

İlham Əliyev Putinlə görüşdə: "Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə dəmir yolu əlaqəsi olacaq. Qarabağ problemi keçmişdə qaldı, gələcəyi düşünməliyik".

Paşinyan: "Qarabağdakı münaqişə hələ də həll olunmayıb. Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir. Bu gün əsirlərlə bağlı məsələni həll edə bilmədik. Müzakirələr davam edəcək”.

Vladimir Putin: "Əliyev və Paşinyanla görüşdən sonra Qarabağın inkişafı ilə bağlı ortaq bəyanat imzalandı”.

"Müharibədən sonra hər şey fərqli olacaq" deyənlər üçün: İmişlidə kirayədə yaşayan icrabaşı Vilyam Hacıyev yadınızdadır? Sonra DTX tutub apardı, külli miqdarda pulların mənimsənilməsi, rüşvət, vəzifə səlahiyyətlərindən istifadəyə görə həbs edildi. Bu gün baş prokuror Kamran Əliyev onun oğlu Məhəmməd Vilyam oğlu Hacıyevi Qubadlı prokurorluğunun müstəntiqi təyin edib. Bu o Məhəmməddir ki, avtomobil kolleksiyası mətbuatı bəzəmişdi. Hüquq mühafizə orqanlarına sıravi şəxslər sənəd verəndə, bütün nəslini araşdırırlar, amma bunlar korrupsioner, rüşvətxor adamın oğluna işğaldan azad olunan rayonda yüksək vəzifə verirlər.

Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş, girov-əsir götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilib. Həmçinin dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Putin, Əliyev və Paşinyanın görüşü başlayıb. Putin Qarabağda sülhməramlı kontingentin fəaliyyəti, sərhəd xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs sahələrinin qorunması ilə bağlı məsələlərin həll edilməsinin lazım olduğunu bildirib. O, bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin qurulması və sərhədlərin açılmasının xüsusi diqqətə layiqliyini vurğulayıb. Putin hər iki liderlə qucaqlaşıb görüşüb, Əliyevlə Paşinyan isə əllə yox, sadəcə baş hərəkəti ilə salamlaşıblar. Hazırda görüş ictimaiyyətə qapalı şəkildə davam edir.

Şuşa istiqamətində atışma səslərinin eşidilməsi dezodur, qarşı tərəfin növbəti təxribatıdır, dəqiqləşdirdim. Şuşa şəhərinin itirilməsi yönündəki söz-söhbətlər də mənasızdır. Rusların xəritəsindəki dəyişiklik minaların zərərsizləşdirilməsi ilə əlaqəlidir güman ki. Sabahkı görüş isə çox vacibdir, görək nə razılıqlar əldə olunacaq.

Hebib Müntezir - إحصائيات وتحليلات قناة تيليجرام @hebmun