ar
Feedback
Ormilitarism

Ormilitarism

الذهاب إلى القناة على Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

إظهار المزيد
7 303
المشتركون
لا توجد بيانات24 ساعات
-307 أيام
-7430 أيام
أرشيف المشاركات
Livanda İsrailə məxsus Merkava tankı Hizbullahın FPV dronu ilə vurulub. Görüntülərdə dronun qoruyucu qəfəsi aşaraq daxil olduğu və partlayış törətdiyi görünür.

+3
Belçika Müdafiə Nazirliyi F-16 qırıcısının PUA-ların ələ keçirilməsi üçün 70 mm-lik FZ275 raketləri ilə anti-dron sınaqlarını əks etdirən video yayımlayıb. Quru qoşunları, Hərbi Dəniz Qüvvələri və Thales Belgium şirkəti ilə əməkdaşlıq çərçivəsində döyüş başlığı olmayan 70 mm-lik FZ275 raketləri F-16 ilə pilotsuz aparatlara qarşı istifadə edilib. Qırıcının bir qanadı altında hər biri 7 raketdən ibarət iki blok görünür ki, bu da nəzəri olaraq bir uçuşda təxminən onadək PUA-nın vurulmasına imkan yaradır. Getdikcə daha çox ölkə pilotsuz aparatların məhv edilməsi üçün lazerlə yönləndirilən kiçik kalibrli raketləri sınaqdan keçirir və tətbiq edir. Belçikanın özünün FZ275 raketi var və o, həmçinin Ukraynaya da tədarük olunur.

+1
Daha əvvəl görmədiyimiz AGM-114 Hellfire raketləri və RADA ailəsinə aid radar ilə təchiz olunmuş Ukraynanın STASH zenit-raket kompleksinin fəaliyyəti.

+1
Üzərində Starlink terminalı və asılmış iki FPV dronu olan Ukraynaya məxsus FP-1 (FP-2) PUA-sı. PUA “SVO” zonasında haradasa su hövzəsinə düşmüş və ya vurulmuş vəziyyətdə aşkar edilib. Hazırda bu cür daşıyıcılar yeni ərazilər, Krım və bəzi sərhəd bölgələri üzərində kiçik kamikadze dronlarını effektiv şəkildə buraxıb tətbiq edə bilir. Əgər ABŞ Starlink xidmətini Rusiyanın bütün ərazisində açsa, o zaman yüzlərlə, hətta minlərlə kilometr dərinliyə qədər fəaliyyət göstərə bilən, radioelektron mübarizə ilə çətin basdırılan belə daşıyıcı pilotsuz aparatların yayılması riski yaranır.

+5
Krımda Ukraynanın kamikadze dronlarının kütləvi hücumlarının qarşısının alınması üçün mobil atəş qruplarının fəaliyyəti. Bir çox PUA hədəfə yaxınlaşarkən sıx atıcı silah atəşi ilə vurulur, lakin bu üsulla hamısını məhv etmək mümkün olmur. Hücumların dəf edilməsində həmçinin gəmilərdən sökülmüş 30 mm-lik çoxlüləli AK-630 zenit qurğuları əsasında hazırlanmış zenit qüllələri də istifadə olunur.

+4
“Afrika Korpusu”nun Mi-17 helikopterləri ilə Mali ordusunun Hombori bazasına təchizatın çatdırılması və yaralıların təxliyəsi.

+1
“Afrika Korpusu” aviasiyasının Malidə Folona və Farani yaşayış məntəqələri yaxınlığında FLA-JNIM silahlı qruplaşmasının səhra düşərgələrinə bombardmanı.

Gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Tuapseyə dördüncü dəfə zərbə endirib. Ukrayna təkcə fiziki ziyan vurmaq üçün deyil, həm də Rusiya cəmiyyəti üçün həssas nöqtəni müəyyən edib və buna görə də ora mütəmadi zərbələr endirməyə davam edir. Müntəzəm uğurlu zərbələri nəzərə alsaq, şəhərdə neft infrastrukturunun effektiv müdafiəsi üçün ya kifayət qədər qüvvə yoxdur, ya da son iki həftə ərzində bu obyektlərin əlavə gücləndirilməsi üçün heç bir addım atılmayıb.

Pentaqon Almaniyadan təxminən 5000 ABŞ hərbçisini çıxarmağı planlaşdırır. Almaniyada 36000-dən çox ABŞ hərbçisi və Ramstein k
Pentaqon Almaniyadan təxminən 5000 ABŞ hərbçisini çıxarmağı planlaşdırır. Almaniyada 36000-dən çox ABŞ hərbçisi və Ramstein kimi əsas hərbi bazalar yerləşir. Qoşunların bir hissəsi ABŞ-a geri qaytarılacaq və ya Hind-Sakit okean regionu da daxil olmaqla digər bölgələrə yenidən yerləşdiriləcək.

ABŞ Dəniz Piyadaları Korpusunun 3 ulduzlu generalı Stephen Sklenka çıxışında Çinlə bağlı təhlükə və güc balansını izah edib.
ABŞ Dəniz Piyadaları Korpusunun 3 ulduzlu generalı Stephen Sklenka çıxışında Çinlə bağlı təhlükə və güc balansını izah edib. O deyib ki, hazırda ABŞ üçün ən böyük strateji təhlükə Çindir. Onun fikrincə, Çini “yarı-rəqib” kimi qiymətləndirmək düzgün deyil. Çünki Çin artıq bir çox sahədə ABŞ-la eyni səviyyədə və ya ona yaxın gücə malikdir. Generalın əsas fikri budur ki, Çin qlobal liderliyi ABŞ-dan almaq istəyir və bu mövqeyi paylaşmağa deyil, tam nəzarəti ələ keçirməyə çalışır. O, İranı misal gətirərək müqayisə aparır və bildirir ki, İran kimi orta güclə müqayisədə Çin kimi dünya üzrə ikinci ən böyük iqtisadiyyata malik dövlətlə qarşıdurma tamamilə fərqli miqyasdadır. Sklenka həmçinin qeyd edir ki, Çinin sənaye istehsal gücü artıq uzun müddətdir ABŞ-ı üstələyir və bu üstünlük strateji balansı dəyişir. Sonda vurğulayır ki, ABŞ indiyə qədər bütün sahələrdə eyni səviyyədə gücə malik real bir rəqiblə hərbi və strateji əməliyyat təcrübəsi yaşamayıb.

Türkiyənin Baykar şirkəti süni intellekt əsaslı kamikadze PUA MIZRAK-ı təqdim edib. MIZRAK 1000 km-dən artıq uçuş məsafəsinə, 7 saat havada qalma müddətinə və 40 kq-a qədər döyüş başlığına malik uzunmənzilli “loitering munition” tipli sistemdir. Süni intellekt vasitəsilə avtonom hədəf seçimi edir və GPS olmadan fəaliyyət göstərə bilir. Bu onu radioelektron mübarizə şəraitində effektiv edir. Həm uçuş zolağından, həm də raket buraxıcısı ilə döyüşə göndərilə bilər. Eyni zamanda digər PUA-larla inteqrasiya oluna bilər. İlk nümayişi 5–9 may 2026 tarixlərində İstanbulda keçiriləcək SAHA 2026 sərgisində planlaşdırılır.

photo content

+2
Dronlara qarşı mübarizə üsulları İsrail Müdafiə Qüvvələrinin əsgəri M4 karabini üzərində quraşdırılmış SMASH 2000 ağıllı nişangahı vasitəsilə “Hizbullah”ın FPV dronuna atəş açır. Smartshooter Smash 2000 seriyalı nişangahlar elektro-optik yönləndirmə kompleksini süni intellektlə birləşdirir. Bu sistem hədəfin hərəkətini hesablayaraq atıcıya qarşılama nöqtəsini göstərir. Atəş yalnız nişangah həmin nöqtə ilə üst-üstə düşdüyü anda açılır. 2025-ci ilin yayında ABŞ ordusu da “Mukhоlovka” layihəsi çərçivəsində SMASH 2000L nişangahlarını sınaqdan keçirməyə başlayıb. Layihə piyada qüvvələri tərəfindən kiçik ölçülü dronlara qarşı mübarizə vasitələrinin araşdırılmasına yönəlib.

Peyk görüntüləri iddianı təsdiqləyir. 25 aprel tarixində Ukrayna Rusiyanın Çelyabinsk vilayətində yerləşən Şaqol hərbi hava l
Peyk görüntüləri iddianı təsdiqləyir. 25 aprel tarixində Ukrayna Rusiyanın Çelyabinsk vilayətində yerləşən Şaqol hərbi hava limanına endirdiyi zərbələr nəticəsində 2 ədəd Su-57 və 1 ədəd Su-34 təyyarəsi vurulub.

Ukrayna Baş Qərargahının iddiasına görə Rusiyaya məxsus Su-57 vurulub.

Bu videoda görülən məsafə kameranın kor edilməsi üçün kifayət qədər yetərsizdir. Çünki kamera kor belə olsa görüntüsüz şəkildə irəliləyən dron əsgəri vura və ya yaralaya bilər. Burda əsas diqqət edəcək məsələ müəyyən məsafədən kameranın kor edilməsidir. Bu və ya digər vasitələrlə əgər optik sensora təsir göstərilə bilsə dronların effektivliyi xeyli azalacaq. Bu mübarizə üsulu isə daha ucuz baha başa gəlir.

Bu sursatın nə dərəcədə uğurlu olacağı onun effektiv atış məsafəsindən müəyyən ediləcək.

Ruslar FPV dronlarının kamerasını örtmək üçün nəzərdə tutulmuş “kor edən” ov tüfəngi patronu hazırlayıblar. Yapışma qabiliyyətinə malik incə, rəngli maddə linzanın üzərinə düşdükdən sonra tez bərkiyir və onu kor edir.

Günümüzdə FPV dronlarla mübarizə vasitələri üzərində xeyli irəliləyişlər olur. Məndən həmişə soruşanda “səncə dronları necə məhv etmək olar?” cavabım məhv etməkdənsə kor etmək daha yaxşıdır olurdu.