uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 302
Obunachilar
-324 soatlar
-217 kunlar
-6830 kunlar
Postlar arxiv
Avropanın yüksələn ulduzu Polşa. Mənə elə gəlirki bütün Avropanın qeyrətini elə Polşa özü çəkəcək.

Ortada olan Belarusa olacaq.

Baltik ölkələrinə hər hansısa quru hücumu Rusiya üçün qurulmuş bir tələdir. NATO boşuna Finlandiyanı özünə qəbul etmədi tez tələsik.

O, 2026-cı ili “imkan pəncərəsi” kimi xarakterizə edir və hesab edir ki, məhz indi Ukraynanın müttəfiqlərinə qarşı hücumlar həyata keçirilməlidir. Çünki onun fikrincə Rusiya Avropa üzrə genişmiqyaslı raket zərbələri endirərək Ukraynanın müharibə səylərini dəstəkləyən zavodları və hərbi bazaları hədəfə ala bilər. İndiki vaxtda ABŞında Avropaya dəstək verməyəcəyinə güvənə bilər. Böyük Britaniya kralı Çarlzın ABŞ-a səfərini və Konqresdə çıxışını misal gətirərək qeyd edir ki, noyabrdan sonra Tramp Ukrayna ilə bağlı sülh prosesinə təsir imkanlarını itirib və Respublikaçıların məğlubiyyətindən sonra onun ümumiyyətlə bu məsələdən uzaqlaşacağı ehtimal olunur. Rusiya iqtisadiyyatı hazırda müharibə yükünü maksimum səviyyədə daşıyır və bunu “güclü büdcənin son ili” kimi qiymətləndirir. Demək olar ki, hər gün vurulan Ukrayna dronlarının qalıqları Rusiya ərazisindəki neft emalı zavodlarına, sursat istehsalı müəssisələrinə və digər strateji obyektlərə düşür. Cəbhədə Rusiya qüvvələri müəyyən təzyiq yaratsa da, hər kilometr uğrunda ağır döyüşlər gedir. Eyni zamanda sanksiyaların çoxluğu, ixracata zərbələr və “kölgə donanması” kimi mexanizmlər səbəbindən Rusiya büdcəsinin xarici amillərdən asılılığı artır və bu vəziyyətin 2027-ci ilə qədər davam etməsi çətin görünür. Avropa hələ tam hazır olmadan hərəkət etmək lazımdır. Polşa, Böyük Britaniya, Fransa və Almaniyada 2030-cu ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşmaq çağırışları artır və bu ölkələrdə müdafiə sistemi ilə hərbi-sənaye kompleksi bu istiqamətdə yenidən qurulmağa başlayıb. Avropa hələ də Rusiya ilə uzunmüddətli və genişmiqyaslı konvensional müharibəyə hazır deyil. Çünki hərbi-sənaye kompleksi tam müharibə rejiminə keçməyib, səfərbərlik qərarları təxirə salınıb və cəmiyyət psixoloji baxımdan belə bir qarşıdurmaya hazır vəziyyətdə deyil. Onun fikrincə nüvə çəkindirmə mexanizmi mövcud olsa da, Avropa siyasi elitaları üçün nüvə qarşıdurmasına keçid hələ də qəbuledilməz hesab olunur və bu da Rusiyaya müəyyən manevr imkanı yaradır. Ukrayna münaqişəsində qələbə əldə etmək üçün Rusiyanın vaxtı məhdudlaşır. Jivov İranın təcrübəsini nümunə göstərərək deyir ki, İran üçüncü ölkələrdə düşmənin maraqlarına zərbələr endirməklə, proxy qüvvələrdən istifadə etməklə və nəzarətli eskalasiya yolu ilə daha güclü rəqibləri belə öz “qırmızı xətləri”ni nəzərə almağa məcbur edib. Jivovun fikrincə bu yanaşma Avropa İttifaqı ilə birbaşa müharibə kimi təqdim olunmur, əksinə Ukraynanın maraqlarına xidmət edən “qanuni hədəflərin” məhv edilməsi kimi əsaslandırılır və o bildirir ki, Ukrayna üçün dron və raket istehsalı getdikcə daha çox Avropaya köçürülür, eyni zamanda elektronika və digər silah komponentləri də burada hazırlanır. Bundan sonra Ukraynanın enerji sistemi, internet və bank xidmətləri ciddi şəkildə məhdudlaşdırılmalı, nəqliyyat və mərkəzi logistika sistemi iflic edilməli, liman infrastrukturu isə tam şəkildə sıradan çıxarılmalıdır. Yalnız bu addımlardan sonra cəbhədə real dəyişikliklər baş verə bilər. Rusiya İran kimi bəyan edə bilər ki, Avropa ölkələri ilə müharibə aparmır. Aİ ilə NATO daxilində qərarvermə prosesi yavaşdır, üstəlik Rusiyanın nüvə silahına malik olması əlavə çəkindirici rol oynayır. Noyabra qədər vəziyyəti kəskinləşdirmək və Avropanı 2028–2030-cu illərdə Rusiya ilə birbaşa qarşıdurma kursundan imtina etməyə məcbur etmək hələ mümkündür, lakin, Moskva nə qədər passiv davransa, qarşı tərəf bir o qədər daha cəsarətli və sistemli hərəkət edəcək. Uzaqmənzilli zərbələrlə paralel olaraq Rusiya özü də sənaye, iqtisadiyyat, dövlət idarəçiliyi və ictimai rəy səviyyəsində tam hərbi səfərbərlik vəziyyətinə keçməlidir ki, qarşı tərəf Rusiyanın “bütün gücü ilə” cavab verməyə hazır olduğuna şübhə etməsin.

Bloqer Aleksey Jivov bildirir ki, Avropaya hücum etmək üçün indiki vaxtdan daha uyğun bir dövr olmayacaq. Onun fikrincə Ukray
Bloqer Aleksey Jivov bildirir ki, Avropaya hücum etmək üçün indiki vaxtdan daha uyğun bir dövr olmayacaq. Onun fikrincə Ukraynada qələbə perspektivi getdikcə zəiflədiyi üçün Rusiya İranın istifadə etdiyi yanaşmaya bənzər şəkildə Ukraynaya dəstək verən Avropadakı bütün obyektlərə zərbələr endirməlidir.

Rusiya 2ci cəbhə ilə öz çöküşünə rəsmi möhürü vurmuş olacaqdır.

Bu hücum hazırda real hesab olunur. Bunun bir neçə əsas səbəbi göstərilir. Bu yanaşmaya görə vəziyyət ən azı üç əsas arqument üzərində qurulub :
Birinci və ən vacib səbəb ondan ibarətdir ki, Rusiya faktiki olaraq ciddi risklə üzləşmir. Baltik ölkələrinin işğalı ilə bağlı hadisələr hansı istiqamətdə inkişaf etsə də, Rusiya üçün vəziyyətin daha da pisləşməsi ehtimalı aşağı qiymətləndirilir. Sanksiyalar artıq tətbiq olunub və əlavə təzyiq imkanları məhduddur. Avropa ölkələri artıq Rusiyadan neft və qaz almır. Eyni zamanda Ukraynaya silah tədarükü də davam edir. Yəni mövcud təzyiq mexanizmləri artıq işlək vəziyyətdədir və yeni, daha ağır tədbirlərin tətbiqi çətin görünür. Hərbi baxımdan da oxşar məntiq var. Rusiyanın nüvə silahına malik olması əsas amil kimi göstərilir. Bu arqumentə görə, əgər Rusiya Baltik ölkələrini və ya onların müəyyən hissəsini işğal etsə, nüvə faktoruna görə heç bir ölkə onu birbaşa hərbi yolla oradan çıxarmağa cəhd etməyəcək. Digər tərəfdən, əgər Rusiya belə bir münaqişədə uğur qazana bilməsə, bu halda da öz ərazisini itirmə riski yoxdur. Sadəcə geri çəkilərək öz sərhədlərinə qayıdacaq. NATO-nun isə eyni nüvə səbəbindən Rusiya ərazisinə daxil olmayacağı düşünülür. Bu məntiq çərçivəsində sual yaranır: əgər risklər bu qədər məhduddursa, niyə belə bir addım atılmasın?
İkinci
səbəb müharibənin daha geniş məqsədləri ilə bağlıdır. Rusiyanın hədəfləri yalnız Baltik ölkələrinin işğalı ilə məhdudlaşmır. Əsas strateji məqsəd NATO-nu və Avropa İttifaqını zəiflətmək, hətta mümkün olarsa, onları parçalamaqdır. Bu baxımdan Baltik regionunda əldə ediləcək istənilən ərazi uğuru strateji qələbə kimi təqdim oluna bilər. Hətta Rusiya Vilnüs və ya Tallin kimi paytaxt şəhərlərini ələ keçirməsə belə, yalnız bir neçə sərhəd yaşayış məntəqəsini nəzarətə götürməsi belə kifayət edə bilər. Çünki bu hal NATO-nun öz üzvlərini effektiv şəkildə müdafiə edə bilmədiyini göstərən simvolik və siyasi nəticə kimi qiymətləndirilə bilər.
Üçüncü
səbəb isə Rusiyanın potensial münaqişə bölgəsində kifayət qədər hərbi qüvvə və resurslara malik olması ilə əlaqələndirilir. Məsələn, Leninqrad Hərbi Dairəsində təxminən 70 min nəfərlik döyüşə hazır ordu olduğu qeyd olunur. Bu qüvvələrin Ukrayna cəbhəsindən gətiriləcək ehtiyatlarla daha da gücləndirilə biləcəyi bildirilir. Sözügedən qüvvələr mexanikləşdirilmişdir və təxminən 700 tank, eləcə də böyük sayda zirehli texnika ilə təchiz olunub. Bundan əlavə, pilotsuz uçuş aparatları xüsusi vurğulanır. Qeyd olunur ki, bu sahədə Rusiyanın malik olduğu imkanlar NATO üçün tam analoqu olmayan üstünlük yarada bilər və mümkün münaqişə zamanı qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Beləliklə, bu yanaşmaya əsasən ortaya belə bir mənzərə çıxır: Rusiya Baltik regionunda hərbi məqsədlərinə çatmaq üçün kifayət qədər resurslara malikdir və hadisələrin inkişafının heç bir ssenarisində onun üçün açıq şəkildə mənfi nəticə görünmür. Bu vəziyyət müəyyən mənada Ukraynaya qarşı genişmiqyaslı hücumdan əvvəlki dövrlə müqayisə olunur. Xüsusilə də Rusiya rəhbərliyinə “xaricdə yaşayan rusları qorumaq” hüququ verən qanunun qısa müddətdə qəbul edilməsi bu paraleli daha da gücləndirən amil kimi təqdim olunur.
Sonda qeyd olunur ki, Baltik ölkələri Ukraynaya ən çox dəstək verən dövlətlər sırasında olub və onların müharibə ilə üzləşməməsi arzu olunur. Lakin sülhün qorunması üçün ciddi müharibəyə hazır olmaq vacib hesab edilir. Bu baxımdan Baltik ölkələrinin Ukraynanın təcrübəsindən nəticə çıxararaq müdafiə xətləri və istehkamlar qurması müsbət addım kimi qiymətləndirilir.

Baltik ölkələrinə hücum ehtimalı və baş verə biləcəklərlə bağlı ssenarilər
Baltik ölkələrinə hücum ehtimalı və baş verə biləcəklərlə bağlı ssenarilər

Ruslar Kaliningrada yeni Bal 3K60 sahil zolağı müdafiə sistemləri yerləşdirib. Bu Baltik ətrafı gərginlik xəbərlərinin yayılması ilə barəbər baş verir.

Təminat

Türklər SAR56-ları Somali ordusuna paylayıb. ASELSAN Ejderha/AD-200 və ASELSAN İhtar-100 pilotsuz aparatlara qarşı sistemlərl
+2
Türklər SAR56-ları Somali ordusuna paylayıb. ASELSAN Ejderha/AD-200 və ASELSAN İhtar-100 pilotsuz aparatlara qarşı sistemlərlə təlim keçirilir. STM tərəfindən Somali hərbçilərinə FPV dron təlimləri verilir.

Ötəb gecə Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronları yenidən Leninqrad vilayətində yerləşən Primorsk limanına hücum edib
+2
Ötəb gecə Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronları yenidən Leninqrad vilayətində yerləşən Primorsk limanına hücum edib. Regionun qubernatoru hücum faktını və ondan sonra baş verən yanğını təsdiqləyib, yanğının operativ şəkildə söndürüldüyü bildirilib. Maraqlıdır ki, Ukrayna dronlarının hücumu zamanı Estoniya və Finlandiya öz sərhəd ərazilərinə pilotsuz uçuş aparatlarının daxil olduğunu açıqlayıblar. Görünür, Ukrayna növbəti dəfə dronların Rusiyadakı hədəfə daha təhlükəsiz çatması üçün qonşu dövlətlərin hava məkanından istifadə edib.

Ukrayna pilotsuz suüstü qayıqları Novorossiysk yaxınlığındakı rus kölgə donanması tankerinə zərbələri.

Norveçdəki poliqonlardan birində Norveç ordusunun silahlanmasına daxil olan yeni əsas döyüş tankı Leopard 2A8NO təqdim edilib
+9
Norveçdəki poliqonlardan birində Norveç ordusunun silahlanmasına daxil olan yeni əsas döyüş tankı Leopard 2A8NO təqdim edilib. Tank Almaniyanın KNDS konserni tərəfindən hazırlanıb və istehsal olunub. Bu modifikasiyanın Leopard 2A6 və 2A7 versiyalarından əsas fərqi, tankın İsrailin Rafael şirkəti tərəfindən hazırlanmış Trophy aktiv müdafiə kompleksi ilə təchiz olunmasıdır. Ümumi sifariş 54 ədəd təşkil edir. Alman Leopard tankı 2023-cü ildə Norveçdə keçirilən tenderdə Koreyanın K2NO (Black Panther) tankını məğlub edib. Hər iki model Norveçə gətirilərək qiymətləndirmə sınaqlarından keçirilib. Tender Norveç Silahlı Qüvvələrinin Leopard 2A4NO tanklarının əvəzlənməsi məqsədilə keçirilib.

Əsas məqamlar belədir:
• Əslində sıravi Rusiya vətəndaşları və kiçik texniki qruplar ilkin avadanlıqlar, rabitə vasitələrini almaq üçün vəsait toplamağa başladılar. Bununla da rəsmi hərbi bürokratiyanın ləngliyini kompensasiya etdilər. • Zamanla bu təşəbbüslər sadə təchizatın alınmasından başlayaraq pilotsuz uçuş aparatları, elektron mübarizə sistemləri və yerüstü robot platformalarının hazırlanmasına qədər genişləndi. Özəl inkişafçıların əsas üstünlüyü cəbhədəki tələblərə çox sürətli reaksiya verə bilmələri idi, çünki onlar rəsmi sifariş prosedurlarına və uzun bürokratik təsdiqlərə bağlı deyildilər. • Könüllülər konkret hərbi hissələrlə birbaşa təchizat kanalları yaratdılar və bu, yeni texniki həllərin hazırlanma və tətbiq dövrünü təxminən üç aya qədər endirdi. Bu, dövlət müdafiə sənayesində adətən altı ilə qədər uzanır. • Bununla belə, bu qeyri-rəsmi innovatorlarla dövlət strukturları arasında münasibətlər əvvəlcə gərgin olub. Rusiya rəsmiləri və iri müdafiə şirkətləri müstəqil ixtiraçılara skeptik yanaşırdı. Lakin sonradan onların effektivliyi qəbul edilməyə başlandı. • Nəticədə Rusiyada paralel bir ekosistem formalaşdı: kiçik təşəbbüslər ucuz və işlək prototiplər yaradırdı, lakin standartlaşdırma, keyfiyyət nəzarəti və kütləvi istehsal zəif qalırdı. • Dövlət ən uğurlu layihələri öz sisteminə inteqrasiya etməyə başladı. “Kalaşnikov” kimi iri şirkətlər könüllü qruplarla əməkdaşlıq edərək perspektivli modellərin seçimi və istehsalını genişləndirdi. • Paralel olaraq Müdafiə Nazirliyi sivil həllərin sınaqdan keçirilməsi və rəsmi tətbiqi üçün xüsusi hərbi mərkəzlər yaratdı. • Zamanla bu kütləvi könüllü ekosistem ciddi böhran yaşadı və ianələrin həcmi azalmağa başladı. Ən böyük zərbələrdən biri 2026-cı ilin yazında Telegram platformasına girişin məhdudlaşdırılması oldu ki, bu da əsas koordinasiya və maliyyələşmə mexanizmini ciddi şəkildə zəiflətdi. • Alternativ rəqəmsal platformaların sıradan çıxması bir çox layihənin maliyyəsiz qalmasına və fəaliyyətini dayandırmasına səbəb oldu. • Ekspertlərin fikrincə, Rusiyada bu “xalq müdafiə-sənaye kompleksi” Ukraynadan daha geniş miqyaslıdır, lakin dövlət sisteminə inteqrasiya baxımından daha ağır, bürokratik və sərt nəzarət altında fəaliyyət göstərir.

War On The Rocks platformunda Samuel Bendett və Michael Kofman tərəfindən hazırlanan maraqlı material Rusiyada “xalq əsaslı m
War On The Rocks platformunda Samuel Bendett və Michael Kofman tərəfindən hazırlanan maraqlı material Rusiyada “xalq əsaslı müdafiə-sənaye kompleksinin” yaranması və sonra zəifləməsi haqqındadır. Müəlliflər 2022-ci ilin əvvəlində ordu təchizatındakı problemlər səbəbindən spontan şəkildə formalaşan geniş könüllü hərəkatı ətraflı təsvir ediblər.

Ukrayna Prezident Ofisinin rəhbəri Kyrylo Budanovun masasının üzərində “2026-cı ilin -pislikləri-siyahısı” yazılı qırmızı bir
Ukrayna Prezident Ofisinin rəhbəri Kyrylo Budanovun masasının üzərində “2026-cı ilin -pislikləri-siyahısı” yazılı qırmızı bir qeyd dəftəri diqqət çəkib.

ABŞ Ordusunun 101-ci Hava Desant Diviziyasının 3-cü mobil briqadasının hərbi qulluqçuları Petrel Technologies şirkətinin Aero
+3
ABŞ Ordusunun 101-ci Hava Desant Diviziyasının 3-cü mobil briqadasının hərbi qulluqçuları Petrel Technologies şirkətinin Aero Sky pilotsuz uçuş aparatının FPV dron daşıyıcısı kimi sınaqları zamanı.

Əsasən quru qoşunlarını dəstəkləmək üçün istifadə olunan helikopterlər arxipelaqın şimal adalarına yerləşdirilərək desant qru
Əsasən quru qoşunlarını dəstəkləmək üçün istifadə olunan helikopterlər arxipelaqın şimal adalarına yerləşdirilərək desant qruplarının qorunması, aerodromların ələ keçirilməsinə dəstək və dəniz hədəflərinə zərbələr üzrə tapşırıqları yerinə yetirib. Təlimlər Apache helikopterlərinin sahilyanı bölgələrdə və boğazlarda nəzarət imkanlarını genişləndirmə potensialını göstərib. Bu yanaşma dəniz aviasiyasından daimi asılılıq olmadan quru bölmələrinin ada və sahilyanı əməliyyatlarda fəaliyyət imkanlarını artırır.

Paralel olaraq ABŞ Hərbi Hava Qüvvələri “Super Raptor” proqramı çərçivəsində F-22 parkını modernləşdirməyə davam edir. Buraya
Paralel olaraq ABŞ Hərbi Hava Qüvvələri “Super Raptor” proqramı çərçivəsində F-22 parkını modernləşdirməyə davam edir. Buraya əlavə yanacaq daşıyan gizli çənlər və infraqırmızı axtarış-senzor sistemlərinin (IRST) quraşdırılması daxildir. Bu dəyişikliklər döyüş radiusunu genişləndirir və radioelektron mübarizə şəraitində hədəf aşkarlama imkanlarını artırır. Hərbi Hava Qüvvələrinin fəaliyyətinə paralel olaraq ABŞ Ordusu Filippində keçirilən “Balikatan 2026” təlimləri çərçivəsində AH-64 Apache hücum helikopterlərinin uzunməsafəli dəniz əməliyyatlarında geniş istifadəsini ilk dəfə sınaqdan keçirib.