ar
Feedback
Ormilitarism

Ormilitarism

الذهاب إلى القناة على Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

إظهار المزيد
7 303
المشتركون
لا توجد بيانات24 ساعات
-307 أيام
-7430 أيام
أرشيف المشاركات
photo content
+2

Türkiyə T625 GÖKBEY ümumi təyinatlı helikopterin ilk nümunəsini Quru Qoşunlarına verib. Beləliklə helikopter orduda xidmətə b
Türkiyə T625 GÖKBEY ümumi təyinatlı helikopterin ilk nümunəsini Quru Qoşunlarına verib. Beləliklə helikopter orduda xidmətə başlayıb. Helikopterin 70 faizdən çox hissəsi ölkə daxilində istehsal olunub. Yerli TS1400 mühərriki tam hazır olandan sonra bu göstəricinin 80 faizə çatması gözlənilir. Layihə çərçivəsində ümumilikdə 83 helikopterin müxtəlif qurumlara verilməsi planlaşdırılır. Quru Qoşunları 15 helikopter alacaq. Daxili İşlər Nazirliyi isə (jandarma və polis daxil olmaqla) 42 helikopter əldə edəcək.

Almaniya hazırda ABŞ-dan daha çox sursat istehsal edir. Rheinmetall artilleriya istehsalını 70 min ədəddən 1,1 milyon ədədə q
Almaniya hazırda ABŞ-dan daha çox sursat istehsal edir. Rheinmetall artilleriya istehsalını 70 min ədəddən 1,1 milyon ədədə qədər artırıb (illik).

Yaponiya ucuz, birdəfəlik istifadə üçün nəzərdə tutulan dronlara ciddi şəkildə maraq yönəldir. Yaponiyanın müdafiə naziri Şin
Yaponiya ucuz, birdəfəlik istifadə üçün nəzərdə tutulan dronlara ciddi şəkildə maraq yönəldir. Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi AirKamuy adlı startapı ziyarət edib. Bu şirkət hərbi məqsədlər üçün istifadə olunan, təxminən 2000 dollarlıq karton dronlar istehsal edir. Dronların xüsusiyyətləri: – 5 dəqiqəyə yığılır – Xüsusi alət tələb etmir – Yastı paket şəklində daşınır və kütləvi istehsala uyğundur – Birdəfəlik istifadə üçün nəzərdə tutulub

+1
İran Hava Hücumundan Müdafiə qüvvələri Tehranın üzərində yüksək hündürlükdə uçan bir və ya bir neçə kəşfiyyat dronu aşkar edib.

İkinci model Changying-8 (CY-8) bu sinifdə ən ağır pilotsuz yük platformasıdır (maksimum uçuş çəkisi 7 ton). O, 3,5 ton faydalı yük və 3000 km-dən çox uçuş məsafəsi üçün nəzərdə tutulub. Sınaqlar 280 metr uzunluğunda uçuş-enmə zolağından istifadə imkanını göstərib (planlaşdırılan 500 metr), bu da kiçik aerodromlardan istifadəni mümkün edir. Yük bölməsi təxminən 18 m³ həcmə malikdir. Arxa rampa və açılan burun hissəsi sayəsində yükləmə-boşaltma təxminən 15 dəqiqə çəkir. Hər iki aparat −40 ilə +50°C temperatur aralığında, 4200 metrdən yüksək ərazilərdə və zəif hazırlanmış uçuş zolaqlarında işləmək üçün hazırlanıb. Yüksək avtonomluq sayəsində bir operator eyni anda bir neçə aparatı idarə edə bilər ki, bu da personal xərclərini azaldır. Layihələr Çinin 2024-cü ildə elan etdiyi “aşağı hündürlük iqtisadiyyatı” strategiyası çərçivəsində inkişaf etdirilir. 2025-ci ilə qədər Çində 1000-dən çox dron istehsalçısı qeydiyyata alınıb. Bu aparatların tətbiq sahəsinə uzaq bölgələrdə kommersiya daşımaları, ada logistikasının təmin edilməsi, humanitar yardım və infrastruktur zəif olan ərazilərdə təchizat daxildir. Modul konstruksiya onların hərbi istifadəyə də uyğunlaşdırılmasına imkan verir. Hər iki layihə ənənəvi hava limanı infrastrukturundan asılı olmayan, genişlənə bilən və iqtisadi cəhətdən səmərəli pilotsuz logistika şəbəkələrinin yaradılmasına yönəlib. Xüsusilə Cənub adalarında yük daşımaları Çində strateji əhəmiyyət daşıyır.

Çin pilotsuz yük daşımalarına yönəlir Çinin eyni vaxtda iki pilotsuz yük təyyarəsinin sınaqlarına başlayıb. Bunlar AVIC şirkə
Çin pilotsuz yük daşımalarına yönəlir Çinin eyni vaxtda iki pilotsuz yük təyyarəsinin sınaqlarına başlayıb. Bunlar AVIC şirkətinin HH-200 modeli və dövlət korporasiyası Norinco-nun Changying-8 (Norinco Luca) aparatıdır. HH-200 ilk uçuşunda 22 dəqiqə ərzində avtonom idarəetmə sisteminin stabil işlədiyini, yerüstü idarəetmə mərkəzi ilə real vaxtda məlumat mübadiləsini və bort sistemlərinin problemsiz inteqrasiyasını test edib təsdiqləyib. 1,5 ton yükdaşıma qabiliyyətinə və 2360 km uçuş məsafəsinə malik bu aparat ucuz yük daşımalar üçün yönəlib. Hesablamalara görə, istismar xərci təxminən 4,7 yuan (0,68 dollar) təşkil edir. Müqayisədə pilotlu təyyarələrdə bu göstərici təxminən 14,1 yuan (2,04 dollar) olur ki, bu da təxminən üç dəfə yüksəkdir.

25 aprel tarixində Mali silahlı qüvvələrinə məxsus Bayraktar TB2 kəşfiyyat-zərbə dronlarının Sevare və digər şəhərlərdə FLA-JNIM silahlılarına qarşı zərbələr endirdiyi bildirilir.

Böyük ehtimal burda ələ keçirilən stansiya elə yayılan videodakı PUA-nı idarə edəndir.

+2
Ukrayna tərəfindən istifadə edilən pilotsuz dəniz vasitələrinin Rusiya FSB Sərhəd Xidmətinə məxsus 12200 “Sobol” layihəli patrul katerinə və Qara Dəniz Donanmasına aid 21980 “Grachonok” layihəli diversiyaya qarşı katerə hücum anlarının kadrları yayılıb. Hər iki gəmi Krım körpüsü yaxınlığında, Kerç boğazını qoruyurdu. Eyni zamanda, bəzi kadrlarda reaktiv mərmi buraxılışları görünür. Bu, Ukraynanın reaktiv yaylım atəşi sistemi quraşdırılmış dəniz pilotsuz vasitələrindən istifadə etmiş ola biləcəyini göstərir. Bu sistemlər gəmiləri birbaşa atəşlə vurmaq üçün nəzərdə tutulur.

+4
Rus “Geran-2” kamikadze dronları Odessada yerləşən hədəfə kütləvi zərbələr endirib.

ABŞ-a məxsus USS Gerald R. Ford aviadaşıyıcısının yaxın günlərdə Yaxın Şərqi tərk edərək ölkədəki bazasına qayıdacağı bildiri
ABŞ-a məxsus USS Gerald R. Ford aviadaşıyıcısının yaxın günlərdə Yaxın Şərqi tərk edərək ölkədəki bazasına qayıdacağı bildirilir. Beləliklə, “Gerald Ford” ümumilikdə 309 gün səfərdə olub. Bu, Vyetnam müharibəsindən bəri aviadaşıyıcılar üçün rekord müddət hesab olunur. “Ford” və onun aviadaşıyıcı zərbə qrupu yaxın vaxtlarda Ərəb dənizinə yeni daxil olmuş USS George H. W. Bush aviadaşıyıcısının zərbə qrupu ilə əvəzlənəcək. Nəticədə ABŞ-ın İranla mümkün hərbi əməliyyatların yenidən başlanması halında bölgədə yenə də 2 aviadaşıyıcısı qalacaq.

“Afrika Korpusu”nun aviasiyası tərəfindən Kidal şəhərində FLA-JNIM silahlı qruplaşmasının mövqelərinə endirilən zərbələrin ka
+8
“Afrika Korpusu”nun aviasiyası tərəfindən Kidal şəhərində FLA-JNIM silahlı qruplaşmasının mövqelərinə endirilən zərbələrin kadrları. Eləcə də, Qao şəhərində silahlıların nəqliyyat vasitələrinə vurulan zərbələrin nəticələri.

Sentinel-2L peyk görüntüləri BƏƏ-də yerləşən Əl-Minad aviabazasının əsas perronunda təxmini yeddi-səkkiz obyektin olduğunu göstərir. Onların ABŞ Ordusuna məxsus AH-64 Apache hücum helikopterləri olduğu ehtimal edilir.

ABŞ Mərkəzi Komandanlığı “Dark Eagle” hipersəs raketini Yaxın Şərqə yerləşdirmək istəyir. vəziyyət İranla gərginləşərsə, onu
ABŞ Mərkəzi Komandanlığı “Dark Eagle” hipersəs raketini Yaxın Şərqə yerləşdirmək istəyir. vəziyyət İranla gərginləşərsə, onu hazır vəziyyətdə saxlamağı planlaşdırır. Məqsəd İran ərazisinin dərinliklərində yerləşən ballistik raket buraxılış qurğularını vura biləcək daha uzaqmənzilli imkan əldə etməkdir.

ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığına məxsus üç ədəd HC-130J Combat King II təyyarəsi dünən Qətərdə
+1
ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığına məxsus üç ədəd HC-130J Combat King II təyyarəsi dünən Qətərdə yerləşən Əl-Udeid aviabazasına yerləşdirilib: KING93 (09-5707) KING92 (20-5947) KING91 (11-5719) Hər üç təyyarə Davis-Monthan aviabazasından gəlib.

31-ci dəniz piyada ekspedisiya dəstəsinin tərkibində olan Force Recon xüsusi təyinatlı qrupunun Ərəb dənizində M/V Blue Star III konteyner gəmisinə eniş edərək yoxlama aparmasına dair kadrlar yayılıb. Gəmi blokadanı pozaraq İrana keçmək cəhdi etməkdə şübhəli bilinirdi. Yoxlama aparıldıqdan və gəminin marşrutunda İran limanına daxilolmanın olmadığı təsdiqləndikdən sonra gəmi sərbəst buraxılıb.

+3
Ukraynaya məxsus RAM-2 kamikadze dronları ilə Voronej vilayətində yerləşən sahə aerodromunda Rusiya Hərbi-Kosmik Qüvvələrinə aid Mi-28N və Mi-8 helikopterlərinə zərbələr endirilib. Dronların birbaşa idarə olunması ilə yanaşı, zərbələrin nəticələri kənardan nəzarətdə saxlanılıb. Hücum Voronej vilayətinin Babki kəndi yaxınlığında, cəbhə xəttindən təxminən 150 km məsafədə həyata keçirilib.

Dnepropetrovsk şəhərinin mərkəzində, dəmiryolu vağzalının yaxınlığında “Geran” pilotsuz uçuş aparatına FIM-92 Stinger tipli daşınan zenit-raket kompleksi ilə atış.