ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev bu gün verdiyi müsahibədə "kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli deyil” deyərək bugünkü sürücülərin etirazının haqsız olduğuna işarə edib. Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan "Van der Val Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir. O, qardaşının rəhbəri olduğu şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib. Amma sıravi vətəndaş, hansısa kiçik sahibkar bir şirkət açırsa, onu vurub sıradan çıxarmaq üçün əllərindən gələni edirlər, üstəlik etiraz edəni də polis gücünə, zor gücünə döyüb həbsə atırlar. Bu da olur Anarrzayevsayağı əldalət.

15 nəfər qaramaskalı TIR sürücüsünü həbs edib, ailəsini evində döyüblər. Müşahidə kameralarını da söküb aparıblar. Sürücünün saxlandığı 18-ci bölmə qarşısında sürücünün atası ilə canlı yayım edən hüquq müdafiəçiləri Zaur Əkbər və Rüfət Səfərova polislər güc tətbiq edərək zorla bölməyə salıblar.

4 gün öncə Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib. Ölümündən əvvəl TV-yə danışıb və deyib ki, xəbəri olmadan onun adına 5 şirkət açıblar. Özü şirkət rəhbəri olduğunu Vergilər Xidmətindən göndərilən borc bildirişindən sonra öyrənib. Dəfələrlə də dövlət orqanlarına müraciət edib, kömək etməyiblər. Baş Prokorurluq indi hadisənin intihar yoxsa qətl olduğunu araşdırır.

Bu gün Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə etiraz əlaməti olaraq yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bu haqda atası danışaraq bildiriib ki, oğlunu güc tətbiq edərək, terrorçu kimi aparıblar. Hazırda 18-ci polis bölməsində saxlanılır. Heç bir vəzifəli şəxsə töhmət verilməyib, işdən çıxarılma da yanlış məlumatdır.

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir rütbəli hərbçi, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub. O, 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Ukrayna sərhədlərində vəziyyət gərginləşib. Həm rəsmi Kiyev, həm də Rusiya tərəfi atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər. Rəsmi Moskva isə bildirib ki, vəziyyət hər an alovlana bilər. Hazırda kiçik çaplı atışmaların davam etdiyi bildirilir.

Qondarma "Artsax" Təhlükəsizlik Şurasının yaydığı məlumata görə, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda fevral-may aylarında silah atıcılığı təlimləri keçiriləcək. Təlimlərin vətəndaşların hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcəyi deyilir. Təlimlərdə qondarma dövlət idarəetmə orqanlarının, eləcə də iri qurum və müəssisələrin əməkdaşları iştirak edəcəklər.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağda qanunsuz erməni silahlı dəstə üzvlərinin səngər qazaraq möhkəmlənmə işləri apardıqları müşahidə edilib və bu işlərin qarşısı dərhal alınıb. Erməni mənbələri isə bir hərbçilərinin ağır yaralandığını bildiriblər.

Azərbaycan vətəndaşları son on ildə Ermənistanda 6 mülk alıb. Bunlardan beşi mənzil, biri isə ictimai əhəmiyyətli obyektdir. Bu barədə Ermənistanın Daşınmaz Əmlak Kadastrı məlumat yayıb.

Başlandı: AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Onun bu gün istefa verən Ramiz Mehdiyevin qohumu olduğu deyilir. Həmçinin Ramiz Mehdiyev PA rəhbəri olanda köməkçisi də işləyib.

Müdafiə Nazirliyinin Maliyyə İdarəsi rəisi general-mayor Nizami Məmmədovun da həbs olunduğu deyilir. Bu arada hələlik, ordudakı hərbçilərin həbsləri ilə əlaqədar məlumatlar rəsmi təsdiqini tapmayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefa verdiyi deyilir.

DTX-nın Müdafiə Nazirliyində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan polkovnikdən savayı daha 3 yüksək rütbəli hərbçisi, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu ümumilikdə 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onları 10 ildən 14 ilə qədər cəza gözləyir.

DTX Müdafiə Nazirliyində əməliyyat keçirib. Nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Rəfail Xələfov saxlanılıb. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək, barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Təqsirli bilinərsə 10 ildən 14 ilədək həbs cəzası gözlənilir.

Başıbəlalı və milyonluq Bayraq Meydanı Bakıda yenidən dünyanın ən uzun bayraq dirəyi tikilir. Bu dəfə dirəyin uzunluğu 191 metr olacaq. (indi 162 metrdir) Layihəni Türkiyənin "Çimtaş" şirkəti tikəcək, xərclər məlum deyil. Xatırladım ki, indiyə qədər 30 milyon manatdan çox vəsait xərclənən bayraq meydanı 5 ildir ki, fəaliyyət göstərmir. Səbəb isə keyfiyyətsiz və uğursuz layihə olub. Layihəni zamanında eks "Azərenerji" rəhbəri Etibar Pirverdiyevin kurasiyasında olan "Azenco" şirkəti icra etmişdi. Şirkətin bir-başa prezidentin ailəsi ilə əlaqəsi sənədlərlə sübut olunub. Bu arada Bayraq Meydanının sabiq rəhbəri Rəşad Məmmədov dələduzluq, mənimsəmə və israf etmə maddələrilə ittiham olunaraq 1 il azadlıqdan məhrum edilmişdi.

Milli Məclisin sədr müavini Adil Əliyev: “Qoy Mehdiyev “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin”. Sabiq nazir, professor Əli Nağıyev: "Ramiz Mehdiyev tuladır, tula kimi də o mərtəbələrə ucalıb". Depuatat Fəzail Ağamalı: "Mehdiyevin ailəsi ermənidir və o, dünya erməniliyinə və onların strateji məqsədlərinə xidmət edib". Sabiq təhsil naziri Misir Mərdanov: "Ramiz Mehdiyev işə silahlı mühafizəçilərlə, DİN-in və 2 avtomobilin müşayiəti ilə gedib, gəlir". Deputat Musa Quliyev: “Ramiz Mehdiyev vaxtında istefa verməli idi, hər halda üzüsulu getmək üzü tüpürcəkli getməkdən min dəfə yaxşı olardı".

17 ildir Dövlət Neft Şirkətinin prezidenti olan Rövnəq Abdullayev vəzifəsindən azad edildi və iqtisadiyyat nazirinin müavini təyin edildi. Əvvəl nazirin müavini olan Rövşən Çingiz oğlu Nəcəf isə ARDNŞ-nin vitse-prezidenti təyin olunub və müvəqqəti Rövnəqin vəzifələrini icra edəcək.

Azərbaycanda Firuzə Aydın qızı Əliyeva adlı vətəndaş yaşa görə pensiya almaq üçün rəsmi müraciət edib, ona deyiblər ki, görmə məhdudiyyəti olduğu üçün 17 ildir əlilliyə görə təqaüd alır. Halbuki qadın sağlamdır, heç bir problemi yoxdur. 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan, Lerikdə yaşayan qadın olduğu deyilib. Seçki siyahısında isə belə bir vətəndaş yoxdur. Sizcə 17 ildir bu pul hara, kimə gedir?

Rusiya hərbi birləşmələri Ukrayna sərhədləri ətrafında Foto: Ian Bremmer
Rusiya hərbi birləşmələri Ukrayna sərhədləri ətrafında Foto: Ian Bremmer

6 il müddət ərzində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi işləmiş və "mənimsəmə" ittihamı ilə hazırda 11 il azadlıqdan məhrum edilən Zakir Sultanovun Türkiyədə, 2010-2011-ci illərdə alınan bir çox mülkləri olduğu ortaya çıxıb: - İstanbul, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağaza - İstanbul, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzil - İstanbul, Şişli rayonu, Şişli küçəsində yerləşən şirniyyat mağazası - İstanbul, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağaza - İstanbul, Şişli rayonu, Teşvikiye küçəsində mənzil - İzmir şəhəri, Çeşme rayonu, Alaçatı küçəsində villası Zakir Sultanov 2016-cı ildən Türkiyə vətəndaşlığını alıb. Elə həmin il də Türkiyədə “Akbank”dan 7 600 000 türk lirəsi kredit götürüb və hazırda həmin kredit ödənilməmiş qalır.