ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
DSX-nin Yevlaxda yerləşən hərbi hissəsində MAXE hərbçi, çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.

Azərbaycanın müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyev 2 ay öncə Velosiped İdmanı Federasiyasının prezidenti s
Azərbaycanın müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyev 2 ay öncə Velosiped İdmanı Federasiyasının prezidenti seçilmişdi. Bu gün o Robert Eyyubovu özünə Velosiped Federasiyasının vitse-prezidenti təyin edib. O, İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.

"Öz vətəndaşının bədbəxtliyi üzərində xoşbəxtlik quranlar" silsiləsindən... Beynəlxalq jurnalistlərin yeni dərc etdiyi araşdırmaya görə BP və SOCAR Şahdəniz-2 qaz yatağından 1.7 milyard dolların əldə olunması üçün Azərbaycanda iki dövlət şirkəti yaradıb. Belə şirkətlərdən birinə - Caspian Business Services (CBS) adlanan şirkətə SOCAR-ın əməkdaşı İxtiyar Axundovun yeznəsi Rauf Həbibli rəhbərlik edib. "Bos Shelf" adlı şirkətə isə İxtiyar Axundovun özü rəhbərlik edib. Bu o şirkətdir ki, aylarla öz fəhlələrinin pullarını verməyib, onlar da buna görə etiraz aksiyaları keçirib, prezidentə müraciətlər ediblər. Sonradan sənədlərlə məlum olub ki, İxtiyar Axundov arvadı ilə birlikdə ABŞ-da, Mayami şəhərində dəyəri 10 milyon dollardan çox olan dəbdəbəli mülklər (5 ədəd) alıblar. Bütün bu mülklər ölkədən çıxarılan çirkli pulların, korrupsiya yolu ilə əldə olunan, oğurluq vəsaitlərin hesabına əldə olunub. Məsələn, ödəniş qəbzləri "Bos Shelf" şirkətinin sahibsiz itləri öldürmək üçün bir şirkəti kirayələdiyini göstərir. Bu qəbzlərə əsasən öldürülən hər it üçün 460 manat (270 dollar) ödənməli idi. Həmin vaxt zavodda işləyən fəhlənin aylıq maaşı elə təxminən bu qədər olub. 2015-ci ildə İxtiyar Axundov SOCAR-ın dəstəklədiyi Oil & Gas Year jurnalında ilin adamı elan edilmişdi.

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan Ordusunun hərbi itkiləri 110 nəfərdən artıqdır. Onlardan 15 nəfəri erməni gülləsindən, 10 nəfəri mina partlayışı, qalanları isə (85 nəfər) qeyri-döyüş səbəbindən dünyalarını dəyişiblər. Hadisələrin əksəriyyəti Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən təsdiq olunub. Mənbə: Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Dünən İngiltərədə deputat Cavanşir Feyziyevin 5.6 milyon funt sterlinq vəsaitinə əl qoyulub. Qeyd edim ki, ötən illərdə jurnalistlər Azərbaycanda dərman monopolisti kimi tanınan Cavanşir Feyziyevin özü və ailəsi adına Londona köçürülmüş 20.5 milyon dollar çirkli pullar haqqında araşdırma yayımlamışdılar.

”M.Ə.Rəsulzadə Azərbaycanın qurucusudur. Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir" cümlələrinə görə Rəsulzadə haqqında çəkilmiş film, dövlət kanalı olan AZTV-nin yayımından çıxarılıb. Halbuki Rəsulzadənin doğum ildönümü ilə əlaqədar efirə veriləcəkdi. Bu gün AZTV əməkdaşı Fəxrəddin Həzənzadə verilişin yayımlanmamasına görə kanalla yollarını ayırdığını bildirib.

Bu gün Kəlbəcər istiqamətində yerləşən bölmələrdən birində Azərbaycan Ordusunun zabiti, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun xidməti vəzifələrini yerinə yetirərkən donvurmadan şəhid olduğu deyilir. Hadisə 4 hərbçinin ərazidə azaraq itkin düşməsi ilə başlayıb. 3 hərbi qulluqçu sağ-salamat tapılıb, Baş leytenant Fuad Bağırov isə ərazidə donaraq həlak olub. Rəsmi açıqlama hələlik yoxdur.

10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakı müsadirə edilib. Müsadirə zamanı məlum olub ki, Vidadi Muradovun Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda nə az, nə çox 22 mənzili var imiş. Qeyd edim ki, o, sadəcə 5 il "Azərxalça"nın sədri olmuşdu.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçusu Eşqin İsmayılovun həlak olduğu deyilir. Hərbçinin hansı şəraitdə vəfat
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçusu Eşqin İsmayılovun həlak olduğu deyilir. Hərbçinin hansı şəraitdə vəfat etməsi ilə bağlı rəsmi heç bir açıqlama yoxdur. Bu arada son günlər Naxçıvanda naməlum şəraitdə ölən əsgərlərin sayı artıb.

Azərbaycan Müdafiə Nazirliyi: "Bakı qarnizonundakı N saylı hərbi hissədə xidmət edən hərbi qulluqçu, əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır".

Bu gün 1999-cu il təvəllüd, 3 ayın əsgəri Ramil Xəqani oğlu Rzaquliyev Gənclik metrosunun yaxınlığındakı DSX-nın hərbi hospitalından özünü ataraq intihar edib. İntiharın səbəbi məlum deyil.

Azərbaycanın 5 il sabiq baş prokuroru, 19 il isə bir neçə ölkədə səfiri vəzifəsində çalışmış Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edildi. Onun Azərbaycanda və Monteneqroda yerləşən 10-a yaxın mənzil, torpaq sahəsi və obyekti müsadirə edildi.

7 ildir Abşeronun icra başçısı olan İradə Gülməmmədova vəzifəsindən azad edildi. Onun əvəzinə 17 ildir Bakının Nərimanov rayon icra başçısı olan Abdin Fərzəliyev təyin olunub.

Səbail Rayon Prokurorluğu: "Tofiq Yaqublu bölmədə ora niyə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri i
Səbail Rayon Prokurorluğu: "Tofiq Yaqublu bölmədə ora niyə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq özünə xəsarət yetirməyə cəhd edib. Onunla profilaktik söhbətlər aparılıb. O isə karantin qaydalarını pozmadığını deyərək otaqda qəflətən bir neçə dəfə öz yumruqları ilə üz nahiyyəsinə xəsarət yetirib".

Bu gün Xocavənd istiqamətində, Şəki sakini, 22 yaşlı hərbçi Məmmədli Cavidan Abduləziz oğlunun ermənilərin açdığı atəş nəticə
Bu gün Xocavənd istiqamətində, Şəki sakini, 22 yaşlı hərbçi Məmmədli Cavidan Abduləziz oğlunun ermənilərin açdığı atəş nəticəsində şəhid olduğu deyilir. Rəsmi açıqlama isə hələlik yoxdur.

Azərbaycanda mal və quzu ətinin qiymətinin bahalaşdığı deyilir. Artıq mağazalarda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə 10,5-11 manata satılırdı. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır. Həmçinin broyler toyuğunun 1 kq qiyməti 4.50-5.00 manat, 1 kq toyuq filesinin qiyməti isə 7-7.30 manat oldu.

Tarif Şurası bugünkü iclasında poçt xidmətlərinin və dərmanların qiymətini artırdı.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yasamal Rayon Məhkəməsinin qərarı ilə 5 ay azadlıqdan məhrum edildi. O DSX-nın son vertalyot qəzası zamanı xilas olan hərbçilərinə "böhtan atmaqda" ittiham olunurdu.

Hazırda Naxçıvan da daxil olmaqla Ermənistan sərhəddi boyunca atəşkəsin pozulduğu və vəziyyətin gərgin olması ilə bağlı məlumatlar yayılıb. Azərbaycan Müdafiə Nazirliyi əməliyyat şəraitinin Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altında olduğunu bildirib.

Hazırda Kəlbəcər istiqamətində, Yuxarı Şorca və Böyük Qaraqoyunlu kəndlərindəki postlarda atışma pulemyot və iriçaplı silahlardan davam edir. Erməni mənbələrinin veridiyi məlumata görə 2 nəfər erməni hərbçisi həlak olub.