Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev bu gün verdiyi müsahibədə "kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli deyil” deyərək bugünkü sürücülərin etirazının haqsız olduğuna işarə edib.
Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan "Van der Val Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir. O, qardaşının rəhbəri olduğu şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib. Amma sıravi vətəndaş, hansısa kiçik sahibkar bir şirkət açırsa, onu vurub sıradan çıxarmaq üçün əllərindən gələni edirlər, üstəlik etiraz edəni də polis gücünə, zor gücünə döyüb həbsə atırlar. Bu da olur Anarrzayevsayağı əldalət.
16 874
15 nəfər qaramaskalı TIR sürücüsünü həbs edib, ailəsini evində döyüblər. Müşahidə kameralarını da söküb aparıblar. Sürücünün saxlandığı 18-ci bölmə qarşısında sürücünün atası ilə canlı yayım edən hüquq müdafiəçiləri Zaur Əkbər və Rüfət Səfərova polislər güc tətbiq edərək zorla bölməyə salıblar.
16 874
4 gün öncə Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib. Ölümündən əvvəl TV-yə danışıb və deyib ki, xəbəri olmadan onun adına 5 şirkət açıblar. Özü şirkət rəhbəri olduğunu Vergilər Xidmətindən göndərilən borc bildirişindən sonra öyrənib. Dəfələrlə də dövlət orqanlarına müraciət edib, kömək etməyiblər. Baş Prokorurluq indi hadisənin intihar yoxsa qətl olduğunu araşdırır.
16 874
Bu gün Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə etiraz əlaməti olaraq yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bu haqda atası danışaraq bildiriib ki, oğlunu güc tətbiq edərək, terrorçu kimi aparıblar. Hazırda 18-ci polis bölməsində saxlanılır. Heç bir vəzifəli şəxsə töhmət verilməyib, işdən çıxarılma da yanlış məlumatdır.
16 874
Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir rütbəli hərbçi, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub. O, 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.
16 874
Ukrayna sərhədlərində vəziyyət gərginləşib. Həm rəsmi Kiyev, həm də Rusiya tərəfi atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər. Rəsmi Moskva isə bildirib ki, vəziyyət hər an alovlana bilər. Hazırda kiçik çaplı atışmaların davam etdiyi bildirilir.
16 874
Qondarma "Artsax" Təhlükəsizlik Şurasının yaydığı məlumata görə, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda fevral-may aylarında silah atıcılığı təlimləri keçiriləcək. Təlimlərin vətəndaşların hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcəyi deyilir. Təlimlərdə qondarma dövlət idarəetmə orqanlarının, eləcə də iri qurum və müəssisələrin əməkdaşları iştirak edəcəklər.
16 874
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağda qanunsuz erməni silahlı dəstə üzvlərinin səngər qazaraq möhkəmlənmə işləri apardıqları müşahidə edilib və bu işlərin qarşısı dərhal alınıb. Erməni mənbələri isə bir hərbçilərinin ağır yaralandığını bildiriblər.
16 874
Azərbaycan vətəndaşları son on ildə Ermənistanda 6 mülk alıb. Bunlardan beşi mənzil, biri isə ictimai əhəmiyyətli obyektdir. Bu barədə Ermənistanın Daşınmaz Əmlak Kadastrı məlumat yayıb.
16 874
Başlandı: AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Onun bu gün istefa verən Ramiz Mehdiyevin qohumu olduğu deyilir. Həmçinin Ramiz Mehdiyev PA rəhbəri olanda köməkçisi də işləyib.
16 874
Müdafiə Nazirliyinin Maliyyə İdarəsi rəisi general-mayor Nizami Məmmədovun da həbs olunduğu deyilir. Bu arada hələlik, ordudakı hərbçilərin həbsləri ilə əlaqədar məlumatlar rəsmi təsdiqini tapmayıb.
16 874
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefa verdiyi deyilir.
16 874
DTX-nın Müdafiə Nazirliyində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan polkovnikdən savayı daha 3 yüksək rütbəli hərbçisi, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu ümumilikdə 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onları 10 ildən 14 ilə qədər cəza gözləyir.
16 874
DTX Müdafiə Nazirliyində əməliyyat keçirib. Nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Rəfail Xələfov saxlanılıb. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək, barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Təqsirli bilinərsə 10 ildən 14 ilədək həbs cəzası gözlənilir.
16 874
Başıbəlalı və milyonluq Bayraq Meydanı
Bakıda yenidən dünyanın ən uzun bayraq dirəyi tikilir. Bu dəfə dirəyin uzunluğu 191 metr olacaq. (indi 162 metrdir) Layihəni Türkiyənin "Çimtaş" şirkəti tikəcək, xərclər məlum deyil. Xatırladım ki, indiyə qədər 30 milyon manatdan çox vəsait xərclənən bayraq meydanı 5 ildir ki, fəaliyyət göstərmir. Səbəb isə keyfiyyətsiz və uğursuz layihə olub. Layihəni zamanında eks "Azərenerji" rəhbəri Etibar Pirverdiyevin kurasiyasında olan "Azenco" şirkəti icra etmişdi. Şirkətin bir-başa prezidentin ailəsi ilə əlaqəsi sənədlərlə sübut olunub. Bu arada Bayraq Meydanının sabiq rəhbəri Rəşad Məmmədov dələduzluq, mənimsəmə və israf etmə maddələrilə ittiham olunaraq 1 il azadlıqdan məhrum edilmişdi.
16 874
Milli Məclisin sədr müavini Adil Əliyev: “Qoy Mehdiyev “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin”.
Sabiq nazir, professor Əli Nağıyev: "Ramiz Mehdiyev tuladır, tula kimi də o mərtəbələrə ucalıb".
Depuatat Fəzail Ağamalı: "Mehdiyevin ailəsi ermənidir və o, dünya erməniliyinə və onların strateji məqsədlərinə xidmət edib".
Sabiq təhsil naziri Misir Mərdanov: "Ramiz Mehdiyev işə silahlı mühafizəçilərlə, DİN-in və 2 avtomobilin müşayiəti ilə gedib, gəlir".
Deputat Musa Quliyev: “Ramiz Mehdiyev vaxtında istefa verməli idi, hər halda üzüsulu getmək üzü tüpürcəkli getməkdən min dəfə yaxşı olardı".
16 874
17 ildir Dövlət Neft Şirkətinin prezidenti olan Rövnəq Abdullayev vəzifəsindən azad edildi və iqtisadiyyat nazirinin müavini təyin edildi. Əvvəl nazirin müavini olan Rövşən Çingiz oğlu Nəcəf isə ARDNŞ-nin vitse-prezidenti təyin olunub və müvəqqəti Rövnəqin vəzifələrini icra edəcək.
16 874
Azərbaycanda Firuzə Aydın qızı Əliyeva adlı vətəndaş yaşa görə pensiya almaq üçün rəsmi müraciət edib, ona deyiblər ki, görmə məhdudiyyəti olduğu üçün 17 ildir əlilliyə görə təqaüd alır. Halbuki qadın sağlamdır, heç bir problemi yoxdur. 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan, Lerikdə yaşayan qadın olduğu deyilib. Seçki siyahısında isə belə bir vətəndaş yoxdur. Sizcə 17 ildir bu pul hara, kimə gedir?
16 874
6 il müddət ərzində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi işləmiş və "mənimsəmə" ittihamı ilə hazırda 11 il azadlıqdan məhrum edilən Zakir Sultanovun Türkiyədə, 2010-2011-ci illərdə alınan bir çox mülkləri olduğu ortaya çıxıb:
- İstanbul, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağaza
- İstanbul, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzil
- İstanbul, Şişli rayonu, Şişli küçəsində yerləşən şirniyyat mağazası
- İstanbul, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağaza
- İstanbul, Şişli rayonu, Teşvikiye küçəsində mənzil
- İzmir şəhəri, Çeşme rayonu, Alaçatı küçəsində villası
Zakir Sultanov 2016-cı ildən Türkiyə vətəndaşlığını alıb. Elə həmin il də Türkiyədə “Akbank”dan 7 600 000 türk lirəsi kredit götürüb və hazırda həmin kredit ödənilməmiş qalır.
