uz
Feedback
Ağali Şirvanlı 2

Ağali Şirvanlı 2

Kanalga Telegram’da o‘tish

Bu kanal Agali Şirvanlının rəhbərliyi altında fəaliyyət göstərir. Məqsəd dinin müxtəlif sahələrində biliyi artırmaq üçün nəzərdə tutulub. Eləcədə bu kanalda Azərbaycan tarixi barədə də suallar qoyulur. Elmini sına və biliyini artır!

Ko'proq ko'rsatish
850
Obunachilar
-124 soatlar
-17 kunlar
-630 kunlar
Postlar arxiv

photo content

photo content

"İlk İslama daxil olan on nəfər" Xədicə bint Xuveylid – İslamı qəbul edən ilk insan. Əli ibn Əbu Talib – Uşaqlardan ilk müsəlman. Zeyd ibn Harisə – Azad edilmiş qullardan ilk müsəlman. Əbu Bəkr əs-Siddiq – Azad kişilərdən ilk müsəlman. Osman ibn Affan Zübeyr ibn Əvvam Əbdürrəhman ibn Ovf Səd ibn Əbi Vəqqas Təlhə ibn Ubeydullah Əbu Ubeydə ibn Cərrah Bu son beş səhabənin İslamı qəbul etməsinə Əbu Bəkr əs-Siddiqin (رضي الله عنه) dəvətinin səbəb olduğu məşhur şəkildə nəql edilir. https://t.me/isdinbat

photo content

İbn əl-Qəyyim (Allah ona rəhmət etsin) demişdir: “Mömin heç vaxt günahdan tam ləzzət almaz. Əksinə, günah edərkən belə qəlbinə kədər qarışar. Əgər bu kədər qəlbindən tamamilə yox olarsa, onda qəlbinin ölməsindən qorx.” Mənbə: Mədaricus-Salikin, 1/180. Bu sözün mənası budur ki, möminin imanlı qəlbi günah işlədikdə vicdan əzabı və peşmanlıq hiss edir. Bu narahatlıq imanın əlamətlərindəndir. Əgər insan günah etdikdən sonra heç bir peşmanlıq, kədər və ya narahatlıq hiss etmirsə, bu, qəlbin sərtləşməsi və mənəvi cəhətdən təhlükəli vəziyyətə düşməsi üçün ciddi xəbərdarlıqdır. https://t.me/isdinbat

Kədərli bir düşüncə… Məni çox düşündürən bir hədis var. Əbu Musa əl-Əşəri haqqında Səhih əl-BuxariSəhih Müslimdə rəvayət olunur. O, Zatu’r-Riqa döyüşünü xatırladıqdan sonra dedi ki, ayaqları yarılmış, dırnaqları tökülmüş və ayaqlarına cır-cındır parçaları bağlamışdılar. Sonra Əbu Burdə belə dedi: “Əbu Musa bu hədisi danışdı, sonra isə bundan xoşlanmadı; sanki etdiyi saleh əməllərdən birini insanlara açıqlamış oldu.” Bunu oxuyanda kədərləndim və onun halını bizim halımızla müqayisə etdim. Biz isə çox vaxt əməllərimizi açıqlayır, yayır, bəzəyir, hətta olduğundan da böyük göstərməyə çalışırıq. Elə həmin anda başa düşdüm ki, bərəkətin qalxmasının və ümmətin zəifləməsinin ilk səbəblərindən biri də budur. Bu, Abdullah ibn Məsudin belə ifadə etdiyi haldır: “Axirət əməlləri ilə dünya mənfəəti axtarıldı.” Allahım, bizi nəfslərimizin şərindən qoru. ✍️ Şeyx Dr. Fəxruddin əz-Zübeyr https://t.me/isdinbat

photo content

photo content

Repost from N/a
🎙AĞALI ŞIRVANLI ────────────────────── 🖇📃QƏRİBƏ GÖRSƏNƏN QƏRİBLƏR