Ağali Şirvanlı 2
Ir al canal en Telegram
Bu kanal Agali Şirvanlının rəhbərliyi altında fəaliyyət göstərir. Məqsəd dinin müxtəlif sahələrində biliyi artırmaq üçün nəzərdə tutulub. Eləcədə bu kanalda Azərbaycan tarixi barədə də suallar qoyulur. Elmini sına və biliyini artır!
Mostrar más842
Suscriptores
-324 horas
-27 días
-230 días
Archivo de publicaciones
🌸 NUR ÜZLÜ QIZIM 🌸
Sən iffət mülkünün parlaq mahısan,
Haqqın dərgahında bəndə şahısan.
Hicabınla mənəviyyat yolçususan,
Sən ALLAH’a sığın, Ona dön, qızım.
Yad baxışlar səni incitmir, inan,
Hicabın bir qalxan, qoruyar hər an.
Sənə örnək olsun Aişə anan,
Sən ALLAH’a sığın, Ona dön, qızım.
Deyirlər ki: "Dəbdən geri qalmısan",
Bilmirlər ki, Tövhid nurun almısan.
Sən könül mülkünə sultan olmusan,
Sən ALLAH’a sığın, Ona dön, qızım.
Zülmətə nur saçan bir çıraq tək yan,
Hicabın vüqardır, bunu yaxşı qan.
Səni ucaldandır Rəbbinə iman,
Sən ALLAH’a sığın, Ona dön, qızım.
İnci sədəfində gizlənər, bil ki,
Hicab — qadınlığın ən gözəl rəngi.
Sarsıtmasın səni dünyanın cəngi,
Sən ALLAH’a sığın, Ona dön, qızım.
Dünyanın bəzəyi gözünü yorar,
İffətli bir ömür Cənnətə apar,
Əxlaqı istəyən İslamda tapar.
Sən ALLAH’a sığın, Ona dön, qızım.
Qəlbini pak saxla, əməlin təmiz,
Bu dünya fanidir, qonağıyıq biz.
Rəbbinin qatında olarsan əziz,
Sən ALLAH’a sığın, Ona dön, qızım.
Zeyd ibn Xalid əl-Cühəni (رضي الله عنه) rəvayət edir:
“Rəsulullah ﷺ Hüdeybiyyədə gecədən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı. Namazı bitirdikdən sonra insanlara tərəf dönüb buyurdu:
«Bilirsinizmi, Rəbbiniz nə buyurdu?»
Dedilər: “Allah və Onun Rəsulu daha yaxşı bilir.”
Buyurdu:
«Bəndələrimdən bəziləri Mənə iman gətirmiş, bəziləri isə küfr etmiş halda səhərə çıxdılar. Kim: “Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış yağdı” — deyərsə, o, Mənə iman gətirmiş və ulduza küfr etmişdir. Kim də: “Bizə filan ulduzun təsiri ilə yağış yağdı” — deyərsə, o, Mənə küfr etmiş və ulduza iman gətirmişdir.»
📚 Səhih əl-Buxari və Səhih Muslimdə rəvayət olunub.
Hədisin əsas mənası
Burada Peyğəmbər ﷺ yağışın əsl səbəbinin Allah olduğunu bildirməyi öyrədir. İnsan “Allahın lütfü və mərhəməti ilə yağış yağdı” deməlidir.
Ərəblər cahiliyyət dövründə müəyyən ulduzların və ya onların batıb-doğmasının yağışa səbəb olduğuna inanırdılar. Hədis bu etiqadı rədd edir.
Amma burada mühüm bir fərq var:
“Allah yağışı göndərdi, buludlar və küləklər isə vasitə oldu” — bu, İslama uyğundur.
“Yağışı filan ulduz göndərdi və ya ulduz özü yağışın səbəbidir” — bu, tövhidə zidd olan etiqaddır.
Yəni səbəbləri qəbul etmək olar, lakin səbəbi yaradan və nəticəni meydana gətirən Allahdır
https://t.me/isdinbat
