uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

STP POLYMER MMC

STP POLYMER MMC

Kanalga Telegram’da o‘tish

"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az

Ko'proq ko'rsatish
178
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
-530 kun
Postlar arxiv
STP Şirkətlər Qrupuna daxil olan STP Polymer tərəfindən istehsal olunan plastik oturacaqlar möhkəm quruluşu, erqonomik dizaynı və yüksək yükgötürmə qabiliyyəti ilə seçilir. Uşaqlar üçün olan modellər ekoloji xammaldan hazırlanaraq həm gündəlik istifadə, həm də səyahət zamanı rahatlıq və təhlükəsizlik təmin edir. Yüngül və daşınabilən konstruksiya onların istifadəsini daha da praktik edir. Qatlana bilən masa və oturacaqlar açıq hava tədbirləri üçün ideal həll təqdim edir, 60–140 kq-a qədər davamlıdır. Stadion və konsert zalları üçün nəzərdə tutulmuş polipropilen modellər isə möhkəm bərkidilmə sistemi, hamar səth və rəng seçimləri ilə uzunmüddətli, rahat və vizual baxımdan uyğun həllər yaradır.

photo content

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ölkəmizin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Sual: Koruge boruları sifariş edərkən hansı parametrlər nəzərə alınmalıdır? Cavab: STP Şirkətlər Qrupuna daxil olan STP Polymer istehsalı koruge borular müxtəlif təyinatlar üçün istifadə olunur: çirkab suların axıdılması, drenaj və kabel qoruyucu sistemlər. Sifariş zamanı aşağıdakı parametrlər nəzərə alınmalıdır: Borunun nominal diametri – Telekommunikasiya üçün: DN 16 – 50 mm və ya 63 – 150 mm – Çirkab suları üçün: DN 110 – 1000 mm Təyinatı – istifadə sahəsinə uyğun olaraq seçilməlidir. Qat sayı – tək qatlı və ya iki qatlı. Uzunluq – 3 m, 6 m və ya rulon şəklində (DN 200 mm-ə qədər rulon istehsalı mümkündür)

STP Şirkətlər Qrupuna daxil olan STP Polymer-də istehsal olunan delineatorlar sürücülərin təhlükəsiz hərəkətini təmin etmək ü
STP Şirkətlər Qrupuna daxil olan STP Polymer-də istehsal olunan delineatorlar sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün hazırlanır. Onlar əsasən intensiv yollarda zolaqları ayırmaq və sürücüləri xəbərdar etmək üçün istifadə olunur. Delineatorlar elastik quruluşu sayəsində həm zərbəyə, həm də sərt hava şəraitinə davamlıdır. Gecə görünməni artırmaq üçün işıq əks etdirən materialla örtülür. Quraşdırılması çox rahatdır — sadəcə plastik tıxac, vint və əl alətləri kifayətdir. Məhsul iki ölçüdə istehsal olunur: 75×8 sm və 45×8 sm. Harada istifadə olunur: Avtomagistrallarda, təlim zonalarında, avtodayanacaqlarda, yol işləri zamanı, zavod və tikinti girişlərində, ictimai zonalarda. Üstünlükləri: Hər hava şəraitinə davamlı, elastik və uzunömürlü, parlaq görünüş və yüksək işıq əks etdirmə, zərbəyə davamlı, -20 °C-dən +60 °C-yə qədər istiyə və soyuğa dözümlü.

STP MMC-nin idarəetmə orqanlarında dəyişikliklər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə
STP MMC-nin idarəetmə orqanlarında dəyişikliklər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayev, Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslı, Müşahidə Şurasının üzvü vəzifəsinə isə Kamran Nəbizadənin təyin edilməsi barədə qərar qəbul olunub. Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib. Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi. Daha ətraflı: https://tinyurl.com/bdfkb24n #STP #Yeniliklər #Texnologiya #İdarəetmə #MadeInAzerbaijan

Azərbaycanda mətbuatın təməlini qoyan ilk nəşrdən bu günə qədər media qurumları cəmiyyətin maariflənməsi, dəyərlərin yaşadılm
Azərbaycanda mətbuatın təməlini qoyan ilk nəşrdən bu günə qədər media qurumları cəmiyyətin maariflənməsi, dəyərlərin yaşadılması baxımından önəmli missiya daşıyır. Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə ölkəmizin bütün jurnalist və media nümayəndələrini təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar diləyirik!

Bizi sadəcə iş yerimiz deyil, eyni dəyərlər ətrafında birləşən yolumuz formalaşdırır. STP-də hər fikir, hər əmək və hər addım ortaq bir məqsədə xidmət edir.

photo content

Bəzən elə bir yer olur ki, ora yalnız iş üçün yox, enerjisinə görə də səni özünə çəkir. STP də məhz belə bir yerdir. Burada çalışanları bir araya gətirən sadəcə peşə seçimi deyil — onları birləşdirən məqsəddir, komanda ruhudur, inkişaf arzusudur. STP-də hər addımda bir hekayə gizlidir: bəziləri motivasiya verir, bəziləri isə ilham qaynağına çevrilir. Bu hekayələr isə sadəcə işləyən insanların yox, yolunu tapan insanların hekayəsidir.

Bu gün Müqəddəs Qurban bayramıdır. Azərbaycan xalqını və bütün İslam dünyasını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik. Qıldığınız namazlar, etdiyiniz dualar və kəsdiyiniz qurbanlar Uca Allah tərəfindən qəbul olunsun.

Hər mühəndisin, hər ixtiraçının, hər peşəkarın bir başlanğıcı var. Və çox vaxt bu başlanğıc bir oyunun içində, maraqla sökülən cihazda, rənglərlə dolu sadə bir təcrübədə gizlənir. Bu gün STP-də çalışan mütəxəssislər bir zamanlar sadəcə xəyal quran uşaqlar idilər. 1 iyun uşaqlığın saf marağı ilə gələcəyin qurulduğu gündür. Balaca dostlarımız, xəyal etməyə davam edin 💡 #STP #1iyun #UşaqlarGünü

STP Şirkətlər Qrupu olaraq Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edirik! Əgər sənaye üçün təqdim etdiyimiz innovati
STP Şirkətlər Qrupu olaraq Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edirik! Əgər sənaye üçün təqdim etdiyimiz innovativ texnoloji həlləri yerində görmək, ən son məhsullarımızla tanış olmaq və mütəxəssislərimizdən şirkətlərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə 2-4 iyun tarixlərində stendimizdə sizi gözləyirik!

Polietilen boruların tikinti sənayesində geniş tətbiqi təsadüfi deyil — onlar həm yüngül, həm də son dərəcə davamlıdır. Korroziyaya qarşı müqaviməti, montaj rahatlığı və uzunömürlülüyü ilə seçilən bu borular STP Şirkətlər Qrupuna daxil olan STP Polymer-də beynəlxalq standartlara uyğun istehsal olunur və laboratoriyada yoxlanılır.

10 May - Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Ulu öndəri dərin ehtiram və hörmətlə anırıq!

photo content