STP POLYMER MMC
Відкрити в Telegram
"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az
Показати більше186
Підписники
-124 години
-37 днів
-630 день
Архів дописів
Sual: Boru istehsalında hansı növ xammallardan istifadə olunur?
Cavab: Boru istehsalında əsasən yüksək keyfiyyətli termoplastlar xammal kimi istifadə olunur. Bu materiallar boruların möhkəmliyini, uzunömürlülüyünü və müxtəlif şəraitlərə qarşı dayanıqlılığını təmin edir. Əsasən aşağıdakı termoplast növlərindən istifadə edilir:
- Yüksək sıxlıqlı polietilen (PE 100) – Kimyəvi maddələrə, təzyiqə və mexaniki təsirlərə qarşı yüksək dayanıqlılığı ilə seçilir. Su, qaz və digər mayelərin daşınmasında geniş tətbiq edilir.
- Random polipropilen (PPR) – İsti və soyuq su sistemlərində istifadə olunan, yüksək istilik və təzyiq müqavimətinə malik materialdır.
- Homogen polipropilen (PPH) – Kimyəvi maddələrə qarşı yüksək müqaviməti ilə fərqlənən, əsasən sənaye boru sistemlərində istifadə edilən termoplast növüdür.
Bu xammallar boruların keyfiyyətini və funksionallığını artıraraq, onların uzunmüddətli və etibarlı istifadəsini təmin edir.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
+5
Polietilen borular gündəlik həyatımızda mühüm rol oynayır – su, qaz və digər mayelərin təhlükəsiz daşınmasını təmin edir. Bəs onlar necə hazırlanır?
Sağa sürüşdürərək STP Şirkətlər Qrupunda polietilen boruların istehsal mərhələlərini addım-addım kəşf edin!
STP keyfiyyətli və möhkəm borular istehsal edərək müştərilərinə etibarlı həllər təqdim edir!
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
STP Şirkətlər Qrupunda istehsal olunan PE100 polietilen boruları yüksək təzyiqə, zərbələrə və xarici təsirlərə qarşı dayanıqlıdır. Su, qaz, drenaj, neft-kimya və sənaye sektorlarında geniş istifadə olunur. 50+ il ömrü, çatlamağa və şaxtaya qarşı davamlılığı, kimyəvi təsirlərə dözümlülüyü və hamar daxili səthi boruların uzunmüddətli və səmərəli istifadəsini təmin edir.
Polimer məmulatlar zavodu PE 100 borularını 16-1200 mm diametr, 6,3-25 atmosfer təzyiq gücündə, həm rulon, həm də standart ölçülərdə istehsal edə bilir.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
STP Şirkətlər Qrupunda istehsal olunan PE 100 polietilen qaynaq fitinqləri boru birləşmələrinin möhkəmliyini təmin edən etibarlı həllərdən biridir. Yüksək sıxlıqlı polietilendən hazırlanan bu fitinqlər PE 100 borularının davamlı və təhlükəsiz birləşdirilməsini təmin edir.
Boru kəmərlərinin istiqamətinin dəyişdiyi nöqtələrdə, döngələrdə, ayrıc hissələrdə və diametr fərqlərinin olduğu yerlərdə istifadə olunur. 15°-90° arasında müxtəlif bucaq konfiqurasiyalarında istehsal edilən fitinqlər istənilən sistemin texniki tələblərinə uyğun gəlir.
Bu fitinqlər uc-uca (calama) qaynaq üsulu ilə xüsusi qaynaq cihazlarının köməyi ilə birləşdirilir və yüksək təzyiqə, zərbələrə, deformasiya və kimyəvi təsirlərə qarşı davamlılığı ilə seçilir. Oksidləşməyə məruz qalmır və 50 ildən çox istismar müddətinə malikdir.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
RG 6/U-4 kabeli, yüksək keyfiyyətli materiallardan hazırlanaraq mükəmməl siqnal ötürülməsi və davamlılıq təmin edir. Bu kabel xüsusilə televiziya yayımı, internet bağlantısı və telefon sistemləri kimi sahələrdə istifadə olunur. Uzaq məsafələrdə məlumatların itkisiz və sürətli ötürülməsini təmin edir, həmçinin yüksək elektromaqnit müdaxilələrinə qarşı dayanıqlıdır. Eyni zamanda, təhlükəsizlik və nəzarət sistemlərində də etibarlı əlaqə üçün ideal seçimdir. Uzunmüddətli istifadə və sərt mühitlərdə maksimum performans üçün dizayn edilmişdir.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
Sual: STP Şirkətlər Qrupunda rabitə və lan kabellərinin hansı növləri istehsal olunur?
Cavab: STP Şirkətlər Qrupu rabitə və lan sahəsində geniş çeşiddə kabellər istehsal edir.
İstehsal olunan əsas kabellər:
U/UTP – Qoruyucusuz burulmuş cüt naqillər sadə və sərfəli həllər təklif edir.
F/UTP – Ümumi folqa ilə qorunan naqillər, elektromaqnit müdafiəsi təmin edir.
SF/UTP – Folqa və metal hörgü ilə tam qorunan naqillər yüksək müdafiə tələb edən mühitlər üçündür.
U/FTP – Hər bir cüt naqili folqa ilə qorunan naqillər isə sabit siqnal ötürülməsi üçün idealdır.
STP Şirkətlər Qrupunun istehsal etdiyi kabellər keyfiyyət və dayanıqlılığı ilə fərqlənir, müxtəlif şəbəkə tələblərini qarşılayır.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 STP.az
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
https://youtu.be/ymuZZTvhklI
https://president.az/az/articles/view/67835
Bu il də sağlamlıq, sevgi və işıq dolu günlər sizinlə olsun!
Qoy bu Yeni il, hər anınıza parıltı, hər addımınıza möhkəmlik gətirsin. İşıq zolaqları kimi birləşən ümidlər, sizi daha böyük nailiyyətlərə aparsın. Həmrəyliyimizin gücü ilə gələcəyiniz daha parlaq, yollarınız daha açıq olsun.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik! Yeni ildə birlikdə daha çox zirvələrə ucalmaq diləyi ilə!
STP Şirkətlər Qrupu bu beynəlxalq sertifikatı əldə edən ilk və yeganə yerli qurum oldu!
Daha ətraflı: https://tinyurl.com/bdesbphd
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
Hörmətli “STP Polymer” MMC-nin əməkdaşları!
“STP Polymer” MMC-nin Rəhbərliyi adından Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-ci il münasibətilə ürəkdən təbrik edirəm.
Hörmətli həmkarlar,
Qarşıdan 2025-ci il gəlir və istər ölkəmizin ictimai-siyasi həyatında, istərsə də Cəmiyyətimizin fəaliyyətində həlli vacib olan bir çox məsələlər öz həllini gözləyir. Yeni strateji mərhələdə yüksək şəffaflığa və güclü rəqabətə söykənən iqtisadi fəaliyyət istiqamətində uğurla həyata keçirilən siyasətə dəstəyimizi bundan sonra da davam etdirməliyik.
Əminəm ki, ötən illər ərzində olduğu kimi qarşıdakı ildə də biz Sizinlə öz səylərimizi birləşdirərək Cəmiyyətimizin inkişafı, iqtisadi qüdrətinin və potensialının artması naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.
İnanıram ki, əməkdaşlarımız bundan sonra da “STP Polymer” MMC-yə Rəhbərlik tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq , onun etimadını doğruldacaq, Cəmiyyətimizin iqtisadi tərəqqisinə nail olacaqlar.
Əziz dostlar,
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-ci il münasibətilə ürəkdən təbrik edir, məsul fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Bayramınız mübarək!
STP Şirkətlər Qrupu bu gün 15 yaşını qeyd edir!
Bu illər ərzində texnologiya və sənaye sahəsində ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən STP müxtəlif sektorlar üçün geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal edərək bazarın etibarlı tərəfdaşına çevrilib. İstehsalatda innovasiya və davamlı inkişaf STP-nin əsas prioritetidir.
15 illik təcrübəmizlə gələcəyin texnologiyalarını birlikdə yaradırıq!
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
