uz
Feedback
STP POLYMER MMC

STP POLYMER MMC

Kanalga Telegram’da o‘tish

"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az

Ko'proq ko'rsatish
186
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-27 kunlar
-530 kunlar
Postlar arxiv
STP Şirkətlər Qrupuna daxil olan STP Polymer-də istehsal olunan delineatorlar sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün hazırlanır. Onlar əsasən intensiv yollarda zolaqları ayırmaq və sürücüləri xəbərdar etmək üçün istifadə olunur. Delineatorlar elastik quruluşu sayəsində həm zərbəyə, həm də sərt hava şəraitinə davamlıdır. Gecə görünməni artırmaq üçün işıq əks etdirən materialla örtülür. Quraşdırılması çox rahatdır — sadəcə plastik tıxac, vint və əl alətləri kifayətdir. Məhsul iki ölçüdə istehsal olunur: 75×8 sm və 45×8 sm. Harada istifadə olunur: Avtomagistrallarda, təlim zonalarında, avtodayanacaqlarda, yol işləri zamanı, zavod və tikinti girişlərində, ictimai zonalarda. Üstünlükləri: Hər hava şəraitinə davamlı, elastik və uzunömürlü, parlaq görünüş və yüksək işıq əks etdirmə, zərbəyə davamlı, -20 °C-dən +60 °C-yə qədər istiyə və soyuğa dözümlü.

STP MMC-nin idarəetmə orqanlarında dəyişikliklər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə
STP MMC-nin idarəetmə orqanlarında dəyişikliklər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayev, Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslı, Müşahidə Şurasının üzvü vəzifəsinə isə Kamran Nəbizadənin təyin edilməsi barədə qərar qəbul olunub. Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib. Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi. Daha ətraflı: https://tinyurl.com/bdfkb24n #STP #Yeniliklər #Texnologiya #İdarəetmə #MadeInAzerbaijan

Azərbaycanda mətbuatın təməlini qoyan ilk nəşrdən bu günə qədər media qurumları cəmiyyətin maariflənməsi, dəyərlərin yaşadılm
Azərbaycanda mətbuatın təməlini qoyan ilk nəşrdən bu günə qədər media qurumları cəmiyyətin maariflənməsi, dəyərlərin yaşadılması baxımından önəmli missiya daşıyır. Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə ölkəmizin bütün jurnalist və media nümayəndələrini təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar diləyirik!

Bizi sadəcə iş yerimiz deyil, eyni dəyərlər ətrafında birləşən yolumuz formalaşdırır. STP-də hər fikir, hər əmək və hər addım ortaq bir məqsədə xidmət edir.

photo content

Bəzən elə bir yer olur ki, ora yalnız iş üçün yox, enerjisinə görə də səni özünə çəkir. STP də məhz belə bir yerdir. Burada çalışanları bir araya gətirən sadəcə peşə seçimi deyil — onları birləşdirən məqsəddir, komanda ruhudur, inkişaf arzusudur. STP-də hər addımda bir hekayə gizlidir: bəziləri motivasiya verir, bəziləri isə ilham qaynağına çevrilir. Bu hekayələr isə sadəcə işləyən insanların yox, yolunu tapan insanların hekayəsidir.

Bu gün Müqəddəs Qurban bayramıdır. Azərbaycan xalqını və bütün İslam dünyasını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik. Qıldığınız namazlar, etdiyiniz dualar və kəsdiyiniz qurbanlar Uca Allah tərəfindən qəbul olunsun.

Hər mühəndisin, hər ixtiraçının, hər peşəkarın bir başlanğıcı var. Və çox vaxt bu başlanğıc bir oyunun içində, maraqla sökülən cihazda, rənglərlə dolu sadə bir təcrübədə gizlənir. Bu gün STP-də çalışan mütəxəssislər bir zamanlar sadəcə xəyal quran uşaqlar idilər. 1 iyun uşaqlığın saf marağı ilə gələcəyin qurulduğu gündür. Balaca dostlarımız, xəyal etməyə davam edin 💡 #STP #1iyun #UşaqlarGünü

STP Şirkətlər Qrupu olaraq Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edirik! Əgər sənaye üçün təqdim etdiyimiz innovati
STP Şirkətlər Qrupu olaraq Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edirik! Əgər sənaye üçün təqdim etdiyimiz innovativ texnoloji həlləri yerində görmək, ən son məhsullarımızla tanış olmaq və mütəxəssislərimizdən şirkətlərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə 2-4 iyun tarixlərində stendimizdə sizi gözləyirik!

Polietilen boruların tikinti sənayesində geniş tətbiqi təsadüfi deyil — onlar həm yüngül, həm də son dərəcə davamlıdır. Korroziyaya qarşı müqaviməti, montaj rahatlığı və uzunömürlülüyü ilə seçilən bu borular STP Şirkətlər Qrupuna daxil olan STP Polymer-də beynəlxalq standartlara uyğun istehsal olunur və laboratoriyada yoxlanılır.

10 May - Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Ulu öndəri dərin ehtiram və hörmətlə anırıq!

photo content

Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş xalqımızı 9 May - Qələbə Günü münasibətilə təbrik edirik!
Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş xalqımızı 9 May - Qələbə Günü münasibətilə təbrik edirik!

🔹 STP Şirkətlər Qrupu “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” mükafatı ilə təltif edilib! 🏆 📍 Gülüstan sarayında keçirilən “Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi” ilə bağlı konfrans çərçivəsində bu mükafat STP Şirkətlər Qrupunun SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə rəhbəri Riyad Vəliyevə təqdim olunub. 🤝 Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Konfransda rəsmi dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar və əmək münasibətləri üzrə beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Bu mükafat STP-nin təhlükəsiz və sağlam əmək mühiti sahəsindəki yüksək standartlara sadiqliyinin göstəricisidir.

photo content
+1

Polimer məhsulların hazırlanmasını yalnız izləmək yox, dinləmək də zövq verir.

Siradakı virtual səyahəti STP Şirkətlər Qrupuna daxil olan STP Polymer şirkətinə edəcəyik! Şirkət polietilen və polipropilen xammalından hazırlanan diametri 1200 mm qədər  təzyiqli su, qaz və diametri 1000 mm qədər kanalizasiya borularını yeganə istehsalçısıdır. Həmçinin burada polimer fitinqlər, sarınmış və polimer kompozit borular, meyvə-tərəvəz yeşikləri, polietilen örtüklər, plastik oturacaqlar, mikromobillik zolaqları və yollarda quraşdırılan deliniator məhsullarının da istehsalı həyata keçirilir. STP Polymer şirkəti STP Şirkətlər Qrupunun ərazisinə görə ikinci ən böyük müəssisədir, və ümumi istehsal qabiliyyəti illik 250,000 tondan çoxdur. Beləliklə şirkət haqqında daha çox məlumat almaq üçün sizi video tura dəvət edirik.

STP Şirkətlər Qrupuna daxil olan Elektrik Avadanlıqlarının istehsalı sahəsində 15 kVA-dan 1000 kVA-a qədər sənaye tipli dizel generatorlarının istehsalı həyata keçirilir. Stokda müxtəlif gücdə generatorlar mövcuddur. Generatorların kabin və şassi hissələri yüksək dayanıqlı metal lövhədən hazırlanır və elektrostatik toz boya ilə korroziyaya qarşı mühafizə edilir. Müştərinin istəyinə uyğun olaraq fərqli rəng seçimləri mümkündür. Generatorlarımız Perkins, Weichai, Baudouin, Yangdong kimi öndə gələn motor markaları ilə təchiz olunur. Alternatorlar Leroy-Somer və Stamford kimi Avropa istehsalı məhsullardır. İdarəetmə paneli isə Avropa istehsalı ComAp markasına məxsusdur. ☎ *0990 ✉ info@stp.az 🌍www.stp.az

photo content
+2