STP POLYMER MMC
Открыть в Telegram
"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az
Больше178
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
-530 дней
Архив постов
STP Şirkətlər Qrupu tərəfindən istehsal edilən növbə gözləmə terminalları bank, dövlət, səhiyyə və təhsil müəssisələrində istifadə olunur. Bu terminallar müştəri axınını tənzimləyir, xidmət prosesini optimallaşdırır və istifadəçi təcrübəsini yüksəldir. Müasir interfeysə və konstruksiyaya malik terminallar fərqli fəaliyyət sahələrinə rahat inteqrasiya olunur.
STP Group of Companies manufactures electronic queue terminals, which are being used in banks, government institutions, healthcare and educational organizations. These terminals regulate customer flow, optimize the service process and enhance the overall user experience. Their modern interface and durable design allow for easy integration across various fields and industries.
Группа компаний STP производит терминалы электронной очереди, которые используются в банках, государственных учреждениях, организациях здравоохранения и образования. Эти терминалы регулируют поток клиентов, оптимизируют процесс обслуживания и повышают качество пользовательского опыта. Современный интерфейс и конструкция позволяют легко интегрировать терминалы в различные сферы деятельности.
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan kabel kanalları elektrik naqillərinin təhlükəsiz, səliqəli və estetik şəkildə yerləşdirilməsini təmin edir. Yüksək keyfiyyətli materiallardan istehsal edilən kabel kanalları korroziyaya və mexaniki təsirlərə qarşı davamlılığı ilə də seçilir. Kabel kanalları müxtəlif ölçü və formalarda hazırlanır və sənaye və inzibati obyektlərdə kabel sistemlərinin qorunmasını və düzgün istiqamətləndirilməsini təmin edir.
STP Group of Companies manufactures cable trays that ensure the safe, neat and aesthetically organized routing of electrical wiring. Produced from high-quality materials, these cable trays are resistant to corrosion and mechanical impact. The trays come in various sizes and shapes, providing proper protection and structured placement of cable systems in industrial and administrative facilities.
Группа компаний STP производит кабельные лотки, которые обеспечивают безопасное, аккуратное и эстетичное размещение электрических проводов. Кабельные лотки, изготовленные из высококачественных материалов, устойчивы к коррозии и механическим воздействиям. Кабельные лотки изготавливаются в разных размерах и формах и обеспечивают защиту и правильное расположение кабельных систем на промышленных и административных объектах.
1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıtın bu gün 76 yaşı olur. Bu münasibətlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Əziz sumqayıtlılar!
Sizi doğma Sumqayıt şəhərinin 76 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bu əlamətdar gün təkcə böyük bir şəhərin yaranma tarixini deyil, həm də burada yaşayan yüz minlərlə insanın zəhmətini, fədakarlığını və şəhərimizin bugünkü inkişafına verdiyi misilsiz töhfələri yada salır. Sumqayıt ötən 76 ildə böyük və şərəfli bir yol keçmişdir. Bir vaxtlar boz və şoran torpaqlarda salınan Sumqayıt hazırda Azərbaycanın sənaye, elm, mədəniyyət mərkəzlərindən birinə və eyni zamanda respublikamızın sosial-iqtisadi inkişafına mühüm töhfə verən müasir bir şəhərə çevrilmişdir. Sumqayıtın bugünkü simasında burada çalışan minlərlə insanın əməyi və zəhməti vardır. Bu nailiyyətlər hər birimiz üçün qürur mənbəyidir. Bu gün Sumqayıtın yeni inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu rəhbərliyi, diqqət və qayğısı sayəsində daha da sürətlənmişdir.
Cənab Prezidentin Sumqayıta olan xüsusi münasibəti, şəhərdə sənaye potensialının genişləndirilməsi, ekoloji mühitin yaxşılaşdırılması, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən layihələr Sumqayıtın inkişaf konsepsiyasının əsasını təşkil edir. Son illərdə şəhərimizdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yeni parkların, xiyabanların, bulvarın salınması, müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin inşası Sumqayıtın dinamik, genişmiqyaslı inkişafının bariz nümunəsidir. Vaxtilə ekoloji baxımdan çirklənmiş şəhərlərdən olan Sumqayıt bu gün abadlıq və yaşıllaşdırma işləri sayəsində parklar şəhərinə çevrilib.
Şəhərimizin müasir görkəm alması, daha da gözəlləşməsi, abadlaşması məhz dövlətimizin diqqət və qayğısının nəticəsidir. İndi Sumqayıt Ulu Öndər Heydər Əliyevin arzuladığı, özünün hərtərəfli intibah dövrünü yaşayan, gözəlləşən, sözün həqiqi mənasında güllü-çiçəkli, abad bir şəhərdir. Əminəm ki, müasir şəhər nümunəsini özündə ehtiva edən Sumqayıt bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq, sakinlərimizin rifahı yüksələcək, şəhərimiz daha da çiçəklənəcəkdir. Bu yolda hər birinizin səyi, əməksevərliyi və şəhərə olan bağlılığı böyük önəm kəsb edir.
Əziz sumqayıtlılar!
Bir daha hər birinizi Sumqayıt şəhərinin 76 illiyi münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, səadət və fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, doğma şəhərimiz hər bir ailəyə firavanlıq, əmin-amanlıq və xoş günlər bəxş etsin.
Şəhər gününüz mübarək, əziz sumqayıtlılar!
Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı"
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan yüksək gərginlik kabelləri elektrik enerjisinin uzun məsafələrə təhlükəsiz ötürülməsini təmin edir. Yüksək izolyasiya və mexaniki möhkəmlik sayəsində onlar fasiləsiz enerji təchizatına töhfə verir. Yüksək gərginlik kabelləri enerji ötürmə xətlərində, yarımstansiyalarda və sənaye obyektlərində tətbiq olunur.
STP Group of Companies manufactures high-voltage cables that ensure the safe transmission of electrical energy over long distances. Thanks to their high insulation and mechanical strength, these cables contribute to uninterrupted power supply. High-voltage cables are used in power transmission lines, substations and industrial facilities.
Группа компаний STP производит высоковольтные кабели, обеспечивающие безопасную передачу электрической энергии на большие расстояния. Благодаря высокой изоляции и механической прочности они способствуют бесперебойному энергоснабжению. Высоковольтные кабели применяются в линиях передачи электроэнергии, подстанциях и на промышленных объектах.
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan elektrik dolabları enerji qəbulunun, paylanmasının və artıq yüklənmədən mühafizənin etibarlı şəkildə həyata keçirilməsini təmin edir. Hər bir elektrik dolab beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirilir və uzunmüddətli istismar üçün nəzərdə tutulub. Neytralı torpaqlanmış, 380/220V gərginlikli bu dolablar həm sənaye, həm də ictimai obyektlərdə təhlükəsiz enerji idarəetməsi yaradır.
STP Group of Companies manufactures electrical cabinets that ensure reliable power reception, distribution and protection against overloads in electrical networks. Each electrical cabinet is tested in accordance with international standards and designed for long-term operation. These grounded cabinets, intended for electrical systems operating at 380V and 220V, provide safe energy management for both industrial and public facilities.
Группа компаний STP производит электрические шкафы, обеспечивающие надёжный приём, распределение электроэнергии, а также защиту от перегрузок в электрической сети. Каждый электрический шкаф проходит тестирование в соответствии с международными стандартами и предназначается для длительной эксплуатации. Эти электрические шкафы с заземлением, предназначенные для работы электрических сетей под напряжением в 380V и 220V, обеспечивают безопасное управление энергоснабжением как на промышленных, так и на общественных объектах.
17 Noyabr - Milli Dirçəliş Günüdür!
Bu gün mübarizə ruhumuzun, azadlığa inamımızın yenidən doğulduğu gündür.
17 November - National Revival Day!
Today, we honor the day of revival and our nation’s unwavering belief in freedom.
17 ноября - День Национального Возрождения!
Сегодня мы отмечаем день возрождения и веры нашего народа в свободу.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bu tarix müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşdığı, xalqımızın suveren iradəsinin təsdiq olunduğu mühüm gündür.
12 November - Constitution Day of the Republic of Azerbaijan.
This is the day when the legal foundations of our statehood were established and the sovereign will of our nation was affirmed.
12 ноября - День Конституции Азербайджанской Республики.
Это день, когда были сформированы правовые основы нашей государственности и подтверждена суверенная воля нашего народа.
9 Noyabr - Dövlət Bayrağı Gününüz mübarək!
Üçrəngli bayrağımız azadlığımızın, birliyimizin və qürurumuzun simvoludur!
9 November - State Flag Day of Azerbaijan!
Our flag is a symbol of our freedom, unity and pride!
9 ноября - День Государственного Флага Азербайджана!
Наш флаг - символ нашей свободы, единства и гордости!
Bu gün Zəfərimizin beşinci ildönümünü böyük qürurla qeyd edirik.
Beş il öncə Vətən müharibəsində qazanılan Qələbə xalqımızın sarsılmaz iradəsinin rəmzinə çevrildi.
STP Şirkətlər Qrupu o günlərdə cəbhədə göstərilən xidmətlə, bu gün isə azad edilmiş torpaqlarda reallaşdırılan layihələrə dəstək verməklə Qələbənin davamı olan quruculuğa öz töhfəsini verməkdən qürur duyur.
Today, we proudly celebrate the fifth anniversary of our Victory.
The triumph achieved in the Patriotic War five years ago became a symbol of our nation’s unbreakable will.
STP Group of Companies takes pride in contributing to this Victory — through the service of its people on the frontlines then, and through its ongoing support to reconstruction and infrastructure projects in the liberated territories today.
Сегодня мы с гордостью отмечаем пятую годовщину нашей Победы.
Победа, одержанная в Отечественной войне пять лет назад, стала символом несокрушимой воли нашего народа.
Группа компаний STP гордится своим вкладом,- и тогда,- когда наши коллеги были на фронте, и сегодня - когда мы оказываем поддержку реализуемым проектам по восстановлению освобождённых территорий.
STP Şirkətlər Qrupunda beynəlxalq standartlara cavab verən təzyiq çənləri: silindrik çənlər və qüllələr, həmçinin istilik dəyişdiriciləri istehsal olunur. 120 mm qalınlığa və 60 metr uzunluğa qədər olan avadanlıqlar ASME sertifikatı və U, U2, S, R möhürləri ilə təsdiqlənmişdir. Məhsullar enerji, mədənçilik və infrastruktur sahələrinin ən yüksək tələblərinə cavab verir.
STP Group of Companies manufactures pressure tanks, including cylindrical tanks, towers as well as heat exchangers and this equipment meets the international standards. Equipment with a thickness of up to 120 mm and a length of up to 60 meters is certified according to the ASME standard and bears U, U2, S, and R stamps. The tanks and heat exchangers meet the highest requirements of the energy, mining and infrastructure sectors.
Группа компаний STP производит соответствующие международным стандартам резервуары, работающие под давлением: цилиндрические емкости и башни, а также теплообменники.
Оборудование толщиной до 120 мм и длиной до 60 метров сертифицировано по стандарту ASME и имеет штампы U, U2, S и R. Резервуары и теплообменники отвечают самым высоким требованиям энергетической, горнодобывающей и инфраструктурной отраслей.
STP Şirkətlər Qrupu 5 tondan 200 tona qədər qaldırma gücünə malik körpülü kranlar istehsal edir. Bütün sistemlər Avropa standartlarına uyğun elektrik telferlərlə təchiz olunur. Kranların quraşdırılması, texniki xidməti və modernləşdirilməsi mühəndislərimiz tərəfindən yerinə yetirilir.
STP Şirkətlər Qrupu tərəfindən istehsal edilən kranlar hər sənaye üçün uyğunlaşdırıla bilir və fərqli miqyasda yükü təhlükəsiz və sabit daşıya bilər.
STP Group of Companies manufactures overhead cranes with lifting capacities ranging from 5 to 200 tons.
All cranes are equipped with electric hoists that comply with the European standards. The installation, maintenance and modernization of the cranes are carried out by our engineers.
The cranes produced by STP Group can be customized for any industrial sector and ensure safe and stable handling of loads of various capacities.
Группа компаний STP производит мостовые краны грузоподъёмностью от 5 до 200 тонн.
Все краны оснащаются электрическими тельферами, соответствующими европейским стандартам. Монтаж, техническое обслуживание и модернизация кранов выполняются нашими инженерами.
Краны, производимые Группой компаний STP, могут быть адаптированы под любые отрасли промышленности и обеспечивают безопасную и стабильную транспортировку грузов различного тоннажа.
🎉 It's my fan-iversary! I've been a top fan of STP Şirkətlər Qrupu since 24 Oktyabr 2023. STP Şirkətlər Qrupu
