cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Maliyyə sektorunda vakansiyalar

Banklarda, BOKT-larda, Sığorta, Lizinq, İnvestisiya və digər maliyyə şirkətlərində vakaniyalar

Ko'proq ko'rsatish
Reklama postlari
1 627
Obunachilar
+724 soatlar
+407 kunlar
+14230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Filial müdiri (Kredit mütəxəssisi) tələb olunur - MAAŞ 1500 MANATA -dək İşəgötürən: “Qarant Kredit Lombard” MMC İş yeri: “Qarant Kredit Lombard” MMC-nin Bakı şəhərlərində yerləşən Əhmədli filialı Əsas vəzifə və öhdəlikləri: (Menecer vəzifələri üzrə) • Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət • Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik • Filial portfelinin və müştəri bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik • Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət • Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi • Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi • Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini həvəsləndirmək və ruhlandırmaq • Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi • Filialın effektiv büdcəsini işləmək və planlaşdırmaq, maliyyə hədəflərinə çatmaq üçün fəal iştirak etmək • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq • Girov əməliyyatlarının yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək • Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək • Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək • Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasındasında fəal iştirak etmək • Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək • Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar: • Iqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 3 il müvafiq sahədə təcrübə (Bank, BOKT, Lombard) • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq • Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək • Əmək haqqı Menecer vəzifəsi üzrə 700-1500 manat təyin olunur. CV-nizi “Filial müdiri (Kredit mütəxəssisi)” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur
Hammasini ko'rsatish...
Bazar Əməliyyatları üzrə böyük mütəxəssis tələb olunur İşəgötürən: “Bank Avrasiya” ASC Namizədlər üçün irəli sürülən tələblər: Ali təhsil Bank sektorunda ən azı 2 il iş təcrübəsi; Azərbaycan dilində səlist danışıq bacarığı İnqilis və Rus dili biliyi yüksək səviyyədə MS Office proqramlarının bilikləri Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı GNİ proqramınında işləmək bacarığı arzu olunandır İşin təsviri: Yerli və xarici maliyyə və pul bazarlarında, həmçinin Ticarət Platforması, SberMarkets ticarət platforması və digər sistemlərdə əqdlərin bağlanması, bank sistemində müvafiq müxabirləşmələrin verilməsi və müvafiq SWIFT formatların kontragentlərə göndərilməsi (MT 300, MT202) maliyyə və fond birjalarında gedən ticarət sövdələşmələri, qiymətlər və ticarətin həcmi barədə daima məlumatlar əldə etmək məzənnələrin müəyyən edilməsi yerli və xarici banklardan, müxtəlif maliyyə institutlarından vəsaitlərin alınması və verilməsi üçün danışıqların aparılması, müvafiq müqavilələrin və ya MT 320-in hazırlanması valyutanın alış/satışı haqqında hesabatların hazırlanmasına və bankın mübadilə valyuta məzənnələrinə nəzarətin həyata keçirilməsi dillinq əməliyyatları filiallara kredit limitlərinin müəyyən edilməsi və onlara nəzarət filiallararası hesablaşmalar üzrə resursların idarə edilməsi S.İ.F və İpoteka Fondundan cəlb olunmuş vəsaitlərlə iş valyuta mövqeyinin idarə edilməsi və ona nəzarət yerli və xarici maliyyə institutları ilə işlərin aparılması pul axınının idarə edilməsi, planlaşdırılması. ATM lərin fəaliyyətinə nəzarət. Uyğun namizədlər mövzu hissəsində Bazar Əməliyyatları üzrə böyük mütəxəssis vəzifəsini qeyd edib [email protected] ünvanına CV göndərə bilər.
Hammasini ko'rsatish...
Maliyyə Şöbəsinin Aparıcı İqtisadçısı tələb olunur İşəgötürən: Sağlam Ailə Vəzifə öhdəlikləri: Şirkətin illik büdcə planlarını tərtib etmək və icrasına nəzarət etmək. Müxtəlif departamentlərin büdcə tələblərini toplamaq və təhlil etmək. Büdcə proqnozlarını hazırlamaq və faktiki maliyyə nəticələri ilə müqayisə etmək. Büdcə tələblərinə uyğun maliyyə analizləri aparmaq və hesabatlar hazırlamaq. Maliyyə axınlarını və büdcə xərclərini izləmək. Büdcə sapmalarını müəyyən etmək və səbəblərini analiz etmək. Büdcə strategiyalarını təkmilləşdirmək üçün təkliflər vermək. Vəzifə ilə bağlı tələblər: Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr). Büdcə tərtibatı və maliyyə analizi sahəsində ən azı 1 il iş təcrübəsi. Maliyyə proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel). Güclü analitik düşüncə və problem həll etmə bacarığı. Mükəmməl ünsiyyət və təqdimat bacarıqları. Detallara diqqət və dəqiqlik. İri şirkətlərdə büdcə tərtibatı və maliyyə nəzarəti sahəsində təcrübə. Tibb sektorunda iş təcrübəsi. Əlavə məlumat: Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir. İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. İşçi illik check up paketi ilə təmin olunur. İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur. CV-lərinizi [email protected] e-mail ünvanına "Maliyyə Şöbəsinin Aparıcı İqtisadçısı" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Hammasini ko'rsatish...
1
Daxili audit üzrə mütəxəssis tələb olunur İşəgötürən: Santral Tələblər: 25-35 yaş Ali təhsil Dillər : azərbaycan dili ( rus dili mütləqdir) Müvafiq sahədə 1 il iş təcrübəsi Ünsiyyət qurmaq bacarığı Kollektivdə işləmək bacarığı 1C biliyi Vəzifə təlimatı: Anbarda nəzarət və audit tədbirlərinin görülməsi Satışa yararsız məhsulların sillinməsinə nəzarət, görünüş və standartlar üzrə yoxlanışın aparılması Məlumatların toplanması,yoxlamaların aparılması və qeydiyyatı Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq audit prosesini həyata keçirmək; Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək; Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək; Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək. Aparılan yoxlamalar üzrə hesabatların tərtib edilməsi və 1C sisteminə daxil edilməsi Hesabatların və sənədləşdirmənin formalaşdırılması Filiallarda daxili audit edilməsi. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır CV-lərinizi “Daxili audit üzrə mütəxəssis” başlığı ilə [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Ünvan: Dərnəgül. Ziya Bünyadov pr2071
Hammasini ko'rsatish...
İqtisadiyyat və idarəetmə fakültəsinin ixtisas kafedrasına müəllimlər tələb olunur İşəgötürən: Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin ixtisas kafedrasına 2024/2025-ci tədris ili üzrə əsas-1 ştat vahidinə Azərbaycan, rus və ingilis bölməsi üçün müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan olunur. Fənlərin siyahısı: 1. Çoxölçülü statistik təhlil 2. Ekonometrika 3. Əməyin iqtisadiyyatı 4. Ətraf mühitin iqtisadiyyatı 5. İnkişaf iqtisadiyyatı 6. İqtisadiyyatda əməliyyatların tədqiqi 7. Keyfiyyətin idarə edilməsi 8. Layihələrin idarə edilməsi 9. Makroiqtisadiyyat 10. Məlumatlar elmi 11. Mikroiqtisadiyyat 12. Rəqəmsal iqtisadiyyat (Sahə iqtisadiyyatı) 13. Əhali statistikası 14. Firmanın iqtisadiyyatı 15. İnkişafın idarə edilməsi 16. Regional iqtisadiyyat 17. Seçmə müayinələrin layihələndirilməsi və təhlili 18. Statistik modelləşdirməyə giriş 19. Statistik proqram paketləri 20. Statistika 21. Tətbiqi statistika 22. Zaman sıralarının təhlili 23. Strateji brend menecmenti 24. Biznes analitikası və risklərin idarə edilməsi 25. Bank işi 26. Qlobal logistika və təchizat sistemi 27. Yumşaq bacarıqlar 28. Firmanın iqtisadiyyatı 29. Beynəlxalq biznes 30. Beynəlxalq ticarət 31. Yeni məhsulların inkişaf etdirilməsi 32. Marketinq tədqiqatları 33. Akademik və peşəkar məqsədlər üçün ingilis dili Tələblər: Tədris olunan fənlərə uyğun baza təhsili; Ən azı 3 il elmi-pedaqoji təcrübə; Ms Office proqramları üzrə biliklər; İnnovativ tədris metodlarından istifadə; Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti. Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 15.07.2024-cü il saat 18:00
Hammasini ko'rsatish...
BANKDA İŞLƏMƏK FÜRSƏTİ İşəgötürən: Bank Avrasiya ASC VƏZİFƏLƏR: 1) Əməliyyat riskləri üzrə mütəxəssis; 2) Korporativ katib; 3) Bazar Əməliyyatları üzrə böyük mütəxəssis; 4) Katib referent; 5) İcraya nəzarət şöbəsinin mütəxəssisi; Uyğun namizədlər mövzü hissəsində vakansiyanın adını (Məs: orporativ katib) qeyd edib, [email protected] ünvanına CV göndərə bilər.
Hammasini ko'rsatish...
Bankın Çağrı mərkəzi üzrə mütəxəssis tələb olunur İşəgötürən: VTB Bank Tələblər: Qüsursuz nitq; MS Office yaxşı səviyyədə bilməsi; Pretenziya/şikayətlərlə işləmə bacarığı; Müştəri yönümlük və komandada işləmə bacarığı; Rus dillərində sərbəst danışıq qabiliyyəti (ingilis dili arzu olunandır). Vəzifələri: Bankın mövcud və potensial müştərilərinə Bankın məhsul və xidmətləri üzrə məlumat, məsləhət və xidmət dəstəyinin göstərilməsi; Daxil olan/çıxan zənglərin, elektron müraciətlərin/ərizələrin qəbulu, emalı və qeydiyyatının həyata keçirilməsi; Bank işçilərinin daxili nömrələrinə daxil olan zənglərin qəbulu və yönləndirilməsinin həyata keçirilməsi; Müştərilərlə bağlı mübahisəli/münaqişəli vəziyyətlərin / məsələlərinin düzgün həlli; CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində " Çağrı mərkəzi üzrə mütəxəssis " yazaraq müraciət edə bilərsiniz. XXX Требования: Грамотная речь и хорошая дикция; Навыки работы с претензиями/жалобами; Клиентоориентированность и умение работать в команде; Знание основных программ MS Office; Свободным владением русским языком ( английский язык приветствуется); Обязанности: Осуществление информационной, консультационной и сервисной поддержки существующих и потенциальных клиентов Банка по продуктам и услугам Банка; Осуществление приемов, обработки и регистрации входящих/исходящих вызовов, электронных обращений/заявок; Осуществление приемов и переадресации входящих вызовов по внутренним номерам сотрудников Банка; Грамотное разрешение спорных/конфликтных ситуаций / вопросов клиентов; Резюме высылать на электронный почтовый адрес. (CV отправлять с указанием названия вакансии)
Hammasini ko'rsatish...
👍 1
Mühasib tələb olunur (uçotçu, Ağdam) İşəgötürən: Kristal Abşeron Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsi üzrə təcrübə arzuolunandır); Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Azərbaycan dilini mükəmməl bilməli; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək; Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq; Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək; Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibini həyata keçirmək; İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq; Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Ağdam Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Uçotçu-Ağdam” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Hammasini ko'rsatish...
Baş mühasib tələb olunur İşəgötürən: Azerbaijan United Carriers Namizədə olan tələblər: Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi; Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə; Peşəkar mühasib sertifikatının olması üstünlükdür; MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə; 1C (8.3 ERP) proqramını yüksək səviyyədə bilmək. Vəzifə öhdəlikləri: MMİS-də günün açılması / gün sonunda bağlanması və balansın təmin olunması; Ezamiyyət əmrlərin təsdiqlənməsi; Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət; Vergi portalında şəxsi vərəqəyə nəzarət; Əməkhaqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət; Debitor və kreditor hesablarına nəzarət; İşçilərin vəzifə öhdəliklərinin icrasına nəzarət; Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət; Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət; İnventarizasiyanın aparılmasına nəzarət; Mənfəət vergi bəyannaməsinin hazırlanması; Statistika hesabatlarının hazırlanması; Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması; Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması; Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması; Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi; Şöbə əməkdaşlarının iş hədəflərinin müəyyən edilməsi və əməkdaşların iş bölgüsünün aparılmasında şöbə rəhbərinə dəstəyin göstərilməsi; Uyğun şərtlərlə banklardan maliyyələşmənin cəlb olunması; Tenderlərdə iştirak üçün sənədlərin hazırlanması; Bank zəmanətlərinin alınması; Şirkətin əsas vəsaitlərinin inventarizasiyasının planlanması, həyata keçirilməsi və Ofis menecer tərəfindən yoxlanılmasına nəzarət edilməsi; Aylıq agent hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi. İş şərtlərimiz: Əmək haqqı: 3400 manat; İş qrafiki : Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ; Servis xidməti mövcuddur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Hammasini ko'rsatish...
👍 1
Təkrarsığorta üzrə assistent tələb olunur İşəgötürən: PASHA Insurance Vəzifə və öhdəliklər: Debitor və kreditorların araşdırılması və onların ödənilməsi ilə bağlı bütün kompleks işlərdə iştirak etmək; Birbaşa müdirin göstərişinə əsasən şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və onların təkrarsığortalanması üçün təkrarsığortaçılar ilə danışıqlar aparmaq; Aktiv olan təkrarsığorta müqavilələri üzrə ödəniş və zərər borderolarının təhlili, yoxlanılması və müvafiq istiqamətlərə yönləndirilməsi. Müvafiq təqdimatların hazırlanmasında birbaşa müdirə və digər təkrarsığorta şöbəsinin əməkdaşlarına köməklik göstərmək; Birbaşa müdirin rəhbərliyi altında şöbənin operativ məsələlərinin həlli prosesində iştirak etmək. Bilik və bacarıqlar: Biliklər: Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat; Dil bilikləri: yaxşı səviyyədə (B2/C1,C2) Azərbaycan, İngilis və Rus dilləri; Kompüter bilikləri: Microsoft Office proqramlarından istifadə etmək bacarığı. Təcrübə: Sığorta sahəsində təcrübə arzuolunandır. Bacarıqlar: Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq; Bazar üzrə araşdırma və təhlil apara bilmək; Microsoft Office proqramlarında səlis işləmə bacarığı; Danışıq və təqdimat bacarığı. CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "Təkrarsığorta üzrə assistent" yazaraq müraciət edə bilərsiniz. Son müraciət tarixi: 03.06.2024 [email protected]
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.