cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Müəllim vakansiyaları

İşlər, vakansiyalar

Ko'proq ko'rsatish
Reklama postlari
2 517
Obunachilar
+824 soatlar
+677 kunlar
+26530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

İBTİDAİ SİNİF HAZIRLIĞI MÜƏLLİMİ tələb olunur İşəgötürən: Kiddo Academy Yaş həddi: 24-50 İş barədə məlumat - Sahə üzrə pedaqoji təhsil və minimum 2 il iş stajı vacibdir. - Namizəd kurs rəhbərinin göstərişləri əsasında şagirdləri fərdi və qrup şəklində hazırlaşdıracaq. - Həftədə 5 günlük iş rejimi. - İş qrafiki 09:00 dan - 18:00-dək - Əmək məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat aparılır. Namizədə tələblər - Azərbaycan və rus bölməsi üzrə İbtidai sinif hazırlığı müəllimləri tələb olunur - Namizəd şagirdlərlə (1-4-cü sinif) fərdi və qrup şəklində işləməyi bacarmalıdır. - İşinə həvəsli olmalıdır. İşinə diqqətli və öz üzərində işləyən olmalıdır. - İş Bakının Yeni Yasamal ərazisində olduğu üçün bura yaxın namizədlərə daha uyğundur. CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində"İBTİDAİ SİNİF HAZIRLIĞI MÜƏLLİMİ" yazaraq müraciət edə bilərsiniz. (070) 433-37-77
Hammasini ko'rsatish...
👍 4 1
İqtisadiyyat və idarəetmə fakültəsinin ixtisas kafedrasına müəllimlər tələb olunur İşəgötürən: Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin ixtisas kafedrasına 2024/2025-ci tədris ili üzrə əsas-1 ştat vahidinə Azərbaycan, rus və ingilis bölməsi üçün müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan olunur. Fənlərin siyahısı: 1. Çoxölçülü statistik təhlil 2. Ekonometrika 3. Əməyin iqtisadiyyatı 4. Ətraf mühitin iqtisadiyyatı 5. İnkişaf iqtisadiyyatı 6. İqtisadiyyatda əməliyyatların tədqiqi 7. Keyfiyyətin idarə edilməsi 8. Layihələrin idarə edilməsi 9. Makroiqtisadiyyat 10. Məlumatlar elmi 11. Mikroiqtisadiyyat 12. Rəqəmsal iqtisadiyyat (Sahə iqtisadiyyatı) 13. Əhali statistikası 14. Firmanın iqtisadiyyatı 15. İnkişafın idarə edilməsi 16. Regional iqtisadiyyat 17. Seçmə müayinələrin layihələndirilməsi və təhlili 18. Statistik modelləşdirməyə giriş 19. Statistik proqram paketləri 20. Statistika 21. Tətbiqi statistika 22. Zaman sıralarının təhlili 23. Strateji brend menecmenti 24. Biznes analitikası və risklərin idarə edilməsi 25. Bank işi 26. Qlobal logistika və təchizat sistemi 27. Yumşaq bacarıqlar 28. Firmanın iqtisadiyyatı 29. Beynəlxalq biznes 30. Beynəlxalq ticarət 31. Yeni məhsulların inkişaf etdirilməsi 32. Marketinq tədqiqatları 33. Akademik və peşəkar məqsədlər üçün ingilis dili Tələblər: Tədris olunan fənlərə uyğun baza təhsili; Ən azı 3 il elmi-pedaqoji təcrübə; Ms Office proqramları üzrə biliklər; İnnovativ tədris metodlarından istifadə; Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti. Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 15.07.2024-cü il saat 18:00
Hammasini ko'rsatish...
2
Robototexnika üzrə təlimçi tələb olunur İşəgötürən: Maestro School Şirkət haqqında Maestro School 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün yüksək keyfiyyətli İT təhsili verən proqramlaşdırma mərkəzidir. Maestro School ilə birgə siz: Kompüter elmlərinin əsaslarını öyrənəcək; Həm konstruktorda, həm də HTML / CSS vasitəsi ilə saytlar yaradacaq; Python-da mobil proqramlar hazırlayacaqsınız, Pythonda proqramlaşdırma edəcək; Öz oyununuzu yaradacaq; Mobil, VR və AR proqramları və oyunları hazırlayacaqsınız. Məşhur JavaScript proqramlaşdırma dilinin əsaslarını biləcək; UI/UX dizaynını öyrənəcək: vebsayt qura biləcək; Minecraft ilə tanış olacaq; Robototexnika dərsləri sayəsində öz məhsullarınızı yaradacaqsınız. Proqramlarımız: Wix (uşaqlar üçün) Scratch HTML / CSS (uşaqlar üçün) Pythonda proqramlaşdırmanın əsasları (uşaqlar üçün) Minecraft ilə valehedici elm (uşaqlar üçün) Robototexnika Qabaqcıl HTML / CSS (yeniyetmələr üçün) Pythonda proqramlaşdırma. Səviyyə 2 (yeniyetmələr üçün) Java script (yeniyetmələr üçün) UI/UX dizaynı: vebsayt inkişafı (yeniyetmələr üçün) Unity-də oyunların və proqramların inkişafı. Səviyyə 1. Başlanğıc oyun tərtibatçısı (yeniyetmələr üçün) Unity-də oyunların və proqramların inkişafı. Səviyyə 2 (yeniyetmələr üçün) Mobil, VR və AR proqramlarının və oyunlarının qabaqcıl tərtibatçısı (yeniyetmələr üçün) Kompüter Elmləri: Chatbot: biz kodlaşdırma biliyi olmadan yaradırıq (yeniyetmələr üçün) Nəyə görə Maestro School? Müasir kurikulum, təlim proqramları və metodologiyaları. Təcrübəli pedaqoqlar tərəfindən hazırlanmış kurikulum məktəbliləri təkcə öyrənməyə deyil, həm də sərbəst düşünməyə ruhlandırır. Fərdi yanaşma. Diqqət və qayğı ilə hazırlanmış mərkəzimizin dizaynı, proqramlar və cədvəllər – həm uşaqların, həm də valideynlərin ehtiyacları nəzərə alınmaqla yaradılmışdır. Peşəkar müəllimlər. İT sahəsi üzrə peşəkar mütəxəssislər. Tədris mühiti. Biz inanırıq ki, məktəblilərdə İT bacarıqlarını inkişaf etdirməyin ən effektiv yolu gözəl və əyləncəli tədris mühitində bilik və strukturlaşdırılmış oyunun vəhdətindən ibarətdir. Maestro School ilə övladınızın gələcəyinə sərmayə yatırın! Ünvan Azərbaycan, Bakı, Ağ Şəhər Mərkəzi Bulvar küçəsi 14 Əlaqə nömrəsi +994519096146 , +994513002233 Vebsayt maestro-school.az
Hammasini ko'rsatish...
👍 1
Photo unavailableShow in Telegram
Qarabağ Universitetində piano, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; musiqişünaslıq, xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyası elan olunub İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs Elektron poçt ünvanı: [email protected] Müraciət üçün son tarix: 7 iyul 2024-cü il Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. https://edu.gov.az/uploads/elan/2024/Qaraba%C4%9F%20Universitetind%C9%99%20vakansiya.%20M%C3%BC%C9%99llim_2.pdf
Hammasini ko'rsatish...
👍 2
Riyaziyyat müəllimi (rus bölməsi, 9-11-ci sinif) tələb olunur İşəgötürən: Imza Group “İMZA Group” MMC (İMZA EDU) tədris mərkəzi 5-11ci sinif Riyaziyyat fənni üzrə müəllimlərin (Azərbaycan və Rus bölməsi) qəbulunu elan edir. Minimum vaaknsiya tələbləri: Rus bölməsi şagirdləri ilə 1 ildən 3 ilə qədər pedaqoji təcrübə Müvafiq sahə üzrə bakalavriat dərəcəsi; Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqları İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.) Abituriyent hazırlığı Əsas vəzifələri: Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək Dərs proqramını və test taprışıqlarını hazırlamaq Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqlarının dərslərdə və dərslərə hazırlaşma mərhələlərində tətbiq etmək Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq Tədris mərkəzinin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi Namizəddə axtarılan xüsusiyyətlər: Şagirdlərlə fərdi və qrup şəklində işləmə həvəsi və bacarığı Pedaqoji kollektivlə işləmə bacarığı Pozitiv və effektiv ünsiyyət bacarıqları Özünü daim inkişaf etdirmə və öyrənmə istəyi İş qrafiki: 10:00-dan 19:00-dək; (Dərs saatlarına uyğun olaraq) Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və [email protected] e-mailin mövzu hissəsində mütləq tədris etdikləri fənni (məs. Riyaziyyat müəllimi rus bölməsi) qeyd etmələri xahiş olunur. Yalnız imtahanı uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
Hammasini ko'rsatish...
Rus dili müəllimi tələb olunur İşəgötürən: Train-Brain Vakansiya kateqoriyası: Rus dili Əmək haqqı: Təcrübəyə əsasən İş vaxtı norması: Həftəlik 40 saat Əmək şəraiti: Ofis daxili İş yerinin ünvanı: Çinar Park Biznes Mərkəzi Tələb olunan təhsil pilləsi və ixtisas: Ali təhsil, Pedoqoji Tələb olunan minimum əmək stajı: 1 ildən çox Tələb olunan xarici dil bilikləri: İngilis və ya rus dili Tələb olunan komputer bilikləri: canva Tələb olunan yüksək fərdi göstəricilər: Proqramı tədris etmə bacarığı, şagirdlərlə işləmə bacarığı, interaktiv dərs metodu Digər tələb və üstünlük göstəriciləri: Yenilikçi, punktual, dəqiq, öyrənməyə həvəsli Vəzifə öhdəlikləri: Rus dilinin tədrisi, tələbələrin sinaq dərslərin aparılması, səviyyə imtahanlarının aparılması Son müraciət tarixi: 20-Jun Əlaqə vasitələri: 070-595-10-30 Müraciət qaydası: CV-i qeyd olunan mail ünvanına göndərməniz xahiş edilir. [email protected], [email protected]
Hammasini ko'rsatish...
👍 4 1
İngilis dili müəllimi tələb olunur İşəgötürən: Glodemia Namizəddən tələblər: 2 ildən çox peşəkar təcrübə Pedaqoji bacarıq, yaxşı ünsiyyət, əlaqə və komanda ilə işləmək bacarığı Yüksək məntiqi təfəkkür İngilis dili müəllimliyi, tərcümə ixtisasının və ya digər ingilis dilli ixtisasdan məzun olmalı IELTS dərəcəsi minimum 7. (“Speaking” minimum 7.5) Beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL və s) Qrup və fərdi qaydada tədris etmə bacarığı Təyin olunan proqram üzrə dərsləri maksimum effektivliklə tədris etmək Rus dili biliyi olması üstünlükdür Şərtlər: İş qrafiki: Bazarertəsi-Şənbə İş saatı: 10:00-19:00 Rəsmi əmək müqaviləsi ilə əməkdaşlıq Əmək haqqı: Müsahibə nəticələrinə əsasən. Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Müəllim” başlığı altında öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Hammasini ko'rsatish...
👍 1
Science- Cambridge Lower Secondary pilləsi üzrə Müəllim tələb olunur İşəgötürən: Azərbaycan Beynəlxalq Maarif Məktəbləri Türkiyə Maarif Vəqfi Azərbaycan Beynəlxalq Maarif Məktəbləri, şagirdlərin istedadını bizimlə birlikdə kəşf edəcək müəllimlər üçün hal-hazırda aşağıdakı vakansiyalar üzrə işə qəbul elan edir: Science- Cambridge Lower Secondary pilləsi üzrə - (İngilis dili minimum B2) Son müraciət tarixi: 30 iyun. Əgər siz də dinamik və inkişaf etməyə hazır bir mühitdə işləmək istəyirsinizsə, CV-nizi qeyd olunan tarixə qədər [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Bu fürsəti qaçırmayın və Azərbaycan Beynəlxalq Maarif Məktəblərində şagirdlərin gələcəyinə töhfə verin!
Hammasini ko'rsatish...
Azərbaycan dili və ədəbiyyat müəllimi tələb olunur İşəgötürən: XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi İş rejimi: 08:30-16:30 (həftədə 36 saat) Tələb olunan təhsil səviyyəsi: Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi; Magistratura dərəcəsi üstünlük hesab edilir. Tələb olunan biliklər: “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları)” üzrə; Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında; Effektiv təlim strategiyaları; Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki; İKT, MS Office və müasir təlim texnologiyaları; Yüksək səviyyədə Azərbaycan dili (C2) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri. Tələb olunan səriştəliklər: Kritik düşünmə; Problem həll etmə; Özünü motivə etmə və öyrənmə; Əməkdaşlıq; Ədalətlilik və məsuliyyətlilik; koçluq, yetişdirmə və inkişaf etdirmə; Məntiqi təffəkkür; Planlaşdırma və təşkil etmə. Tələb olunan bacarıqlar: Uşaqlarla səmərəli ünsiyyət qurma və işləmə; Zamanın səmərəli idarəolunması; Şagird ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə; Effektiv dərs planlaşdırma; Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə; Özü və şagirdləri ilə refleksiya apara bilmə. İş təcrübəsi: İxtisas üzrə ən azı 2 il iş təcrübəsi. Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər. https://www.21esr.com/career/jobaz/vacancy/97-azarbaycan-dili-va-adabiyyat-muallimi [email protected]
Hammasini ko'rsatish...
4👍 3
Məktəbəqədər təhsil üzrə müəllim (Azərbaycan) tələb olunur İşəgötürən: XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi İş rejimi: 08:30-16:30 (həftədə 36 saat) Tələb olunan təhsil səviyyəsi: İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisası üzrə bakalavr dərəcəsi; Magistratura dərəcəsi üstünlük hesab edilir. Tələb olunan biliklər: “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında; Effektiv təlim strategiyaları; Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki; İKT, MS Office və müasir təlim texnologiyaları; Yüksək səviyyədə Azərbaycan dili (C1) yazılı və şifahi dil bilikləri. Tələb olunan səriştəliklər: Kritik düşünmə; Problem həll etmə; Özünü motivə etmə və öyrənmə; Əməkdaşlıq; Ədalətlilik və məsuliyyətlilik; Koçluq, yetişdirmə və inkişaf etdirmə; Məntiqi təffəkkür; Planlaşdırma və təşkil etmə. Tələb olunan bacarıqlar: Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama; Zamanın səmərəli idarəolunması; Uşaq ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə; Effektiv dərs planlaşdırma; Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə; Özü və uşaqlar ilə refleksiya apara bilmə. Əsas vəzifə öhdəlikləri: Məktəbəqədər təhsil üzrə müəllimi (Azərbaycan) kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası uşaqların “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin və eləcə də KİPİNA (Kipina Worldwide Licensing Limited) şirkətinin missiya*, əsas dəyərlərinə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, uşaqların 6 təməl istiqamət üzrə koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafını planlaşdırmaq, rəhbərlik etmək, istiqamətləndirmək və motivləşdirmək, onların dil, savadlılıq və riyazi bacarıqlarını inkişaf etdirmək, həmçinin “Kipinä” kurikulumunda qeyd edilən xüsusi təlim məqsədlərinə nail olmalarına kömək etmək, şagirdlərin valideynləri (və ya qəyyumları) və bağça arasında vasitəçi kimi çıxış etmək, hər bir şagirdin nəaliyyətlərini ilə bağlı gündəlik qeydlər aparmaq; “həftəlik dərs planları”nı hazırlamaq; müəyyən edilmiş məzmun və fəaliyyət planına uyğun olaraq müxtəlif mənbələrdən istifadə edərək lazımi hazırlıqları görmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; dərs zamanı verilən məlumatları möhkəmləndirmək üçün fəaliyyətlər həyata keçirmək; sinifdaxili və sinifdənkənar fəaliyyətlərdə uşaqlara nəzarəti həyata keçirmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaq. İş təcrübəsi: İxtisas üzrə ən azı 2 il iş təcrübəsi. Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər. https://www.21esr.com/career/jobaz/vacancy/83-maktabaqadar-tahsil-uzra-muallim-azarbaycan-bolmasi [email protected]
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.