XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 826
Obunachilar
-324 soatlar
-487 kunlar
-22930 kunlar
Postlar arxiv
8 824
❗️“Birbank”, “Umico”, “m10” və “MilliÖn” brendləri PAŞA Holdinq tərəfindən yaradılan "Bir Ekosistem" adı altında birləşdirilib.
Qeyd olunur ki, bu brendlərin təqdim etdiyi xidmətlər müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim ediləcək.
t.me/xeberlerlive
8 824
🇦🇿🇹🇷Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olan ölkə vətəndaşları giriş-çıxış edə bilər.
Bu barədə, Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı müraciətdə deyilir.
t.me/xeberlerlive
8 824
🇦🇿Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb
Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:
“Vətən uğrunda” medalı ilə
Babayev Azər Ələddin oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Qayqiyev Şamil Mahama oğlu – mayor.
t.me/xeberlerlive
8 824
❗️”Bakcell” və “Nar” bir SMS-in dəyərini bütün paketlər üzrə 19 qəpik edəcək
Hazırda hər iki mobil operatorun müxtəlif tarifləri üzrə ölkədaxili 1 SMS-in dəyəri 9-14 qəpik təşkil edir.
Dəyişikliklər 18 fevraldan qüvvəyə minəcək.
t.me/xeberlerlive
8 824
⚡İlham Əliyev: Bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər.
Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq.
t.me/xeberlerlive
8 824
🇷🇺❗️ “Bakıdakı “Rus evi”nin adından aksiyaya çağırışlar barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.”
t.me/xeberlerlive | XİN-dən bəyanat
8 824
⚡️Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan açıqlama:
❗️"Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar. Bu ittihamın heç bir əsası yoxdur:
Məni Moskva ilə əlaqələndirmək üçün heç hir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!".
t.me/xeberlerlive
8 824
Repost from Miriyev TV
ÖLKƏ ❗Bakının Hövsan qəsəbəsində 270 nömrəli məktəbin həyətində kişi 51 yaşlı həyat yoldaşının boynunu kəsib.
Qadının vəziyyəti ağırdır.
t.me/miriyevtv
8 824
▫️Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
t.me/xeberlerlive
8 824
🚨Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi.
⚡️Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb. (Qafqazinfo)
t.me/xeberlerlive
8 824
🌨️ Fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb. Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir. Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub.
t.me/xeberlerlive
8 824
🇦🇿🇦🇲Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub.
❗️Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
t.me/xeberlerlive
8 824
Hər növ reklamlarda BÖYÜK ENDİRİM elan edirik ❗
⚡⚡Kanalımızda reklam yerləşdirmək istəyirsizsə:
Pin(sabitləmə) 🎁
ƏLAQƏ ➡️ @miriyevelaqe
8 824
🇷🇺🇦🇿 Kremlin sözçüsü Peskov:
– "Azərbaycan hakimiyyətinin Bakıdakı Rus Evinin bağlanması tələbindən təəssüflənirik. Hesab edirik ki, bu, ikitərəfli təmaslarla həll oluna bilən anlaşılmazlıqdır. Əgər belə təmaslar olarsa, Rusiya dövlət başçıları arasında dialoq da daxil olmaqla müxtəlif səviyyələrdə “Rus Evi”nin işi ilə bağlı məsələ qaldıracaq. Biz ənənəvi yaxşı münasibətlərimizi rəhbər tutaraq bu məsələləri dialoq yolu ilə həll edəcəyik."
– "Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır."
t.me/xeberlerlive
8 824
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Prezident İlham Əliyev Milli Ordunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.
Allah rəhmət eləsin!
t.me/MutluTurkum
8 824
❗️⚡Azərbaycan Rusiyaya nota verib
Buna səbəb "Rus Evin"in Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozmasıdır.
XİN bildirir ki, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.
t.me/xeberlerlive
8 824
⚡️ Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edilərək Maliyyə naziri təyin edilib.
t.me/xeberlerlive
8 824
❗️Azərbaycan hökuməti AZAL təyyarəsinin vurulması ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.
Rusiyadan sərnişin təyyarəsinin vurulması səhvinin etiraf edilməsi, üzr istənilməsi, cinayətkarların cəzalandırılması və kompensasiya ödənilməsi tələb olunur.
t.me/xeberlerlive
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
