fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin!

نمایش بیشتر
7 593
مشترکین
-1024 ساعت
-347 روز
-16530 روز
آرشیو پست ها
🇦🇲🇦🇿Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan SSRİ-nin dağılmasının sərhədləri daxilində qarşılıqlı ərazi bütövlüyünün tanınması haqqında razılığa gəliblər. ✅ t.me/xeberlerlive
15 آوریل 2025, 03:47

⚠️Bakıda tələbə qız özünü 15-ci mərtəbədən ATDI Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Şovqiyyə Abdullayeva küçəsi, 23 ünvanında yaşayan birinci kurs tələbəsi özünü 15 mərtəbədən atıb. O, hadisə yerində keçinib. Qeyd edək ki, o, həmin binada 3 qızla bərabər kirayədə qalırmış. ✅ t.me/xeberlerlive
14 آوریل 2025, 16:15

⚡️ Kəlbəcərdə baş verən faciəvi qəzada şəhid qızı olan qadın hərbçi həlak olub Kəlbəcər rayonunda ölümlə nəticələnən ağır yol
+1
⚡️ Kəlbəcərdə baş verən faciəvi qəzada şəhid qızı olan qadın hərbçi həlak olub Kəlbəcər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Nissan Pathfinder” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü – 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva hadisə yerində həyatını itirib. Əldə edilən məlumata görə, İlahə Şahverdiyeva Azərbaycan Ordusunun "N" saylı hərbi hissəsində gizir kimi xidmət edirmiş. O, eyni zamanda şəhid qızı idi – atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ döyüşlərində şəhid olub və Bakıdakı *Şəhidlər Xiyabanında* dəfn edilib. Bundan əlavə, məlum olub ki, İlahə xanım bir il əvvəl gənc oğlunu itiribmiş. Həlak olan gizir Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin qardaşı qızıdır. Faktla bağlı araşdırma aparılır. t.me/xeberlerlive
14 آوریل 2025, 14:34

🇬🇪🇦🇿 Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək. Bildirilib ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək. Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub. ✅ t.me/xeberlerlive
14 آوریل 2025, 13:21

🔴Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir. Bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər”, - o deyib. Daha əvvəl Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində ikitərəfli münasibətlərin inkişafı kontekstində əsas məqsədin sülh sazişinin imzalanması üçün yer və gün tapmaq olduğunu bildirmişdi. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub. Eyni zamanda Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.
✅ t.me/xeberlerlive
14 آوریل 2025, 12:32

♦️Ermənistan MN Azərbaycanı dünən axşam saatlarında Zəngəzur istiqamətində atəşkəsi pozmaqda ittiham edib. 🌐 t.me/xeberlerli
+6
♦️Ermənistan MN Azərbaycanı dünən axşam saatlarında Zəngəzur istiqamətində atəşkəsi pozmaqda ittiham edib. 🌐 t.me/xeberlerlive
14 آوریل 2025, 05:56

⚡Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək. Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Qanun sentyabrın 15-dən qüvvəyə minəcək. ✅ t.me/xeberlerlive
14 آوریل 2025, 03:16

🚬 SİQARET YENƏ BAHALAŞDI Azərbaycanda bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb. ✅ t.me/xeberlerlive
🚬 SİQARET YENƏ BAHALAŞDI Azərbaycanda bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb. ✅ t.me/xeberlerlive
13 آوریل 2025, 14:54

🌧️ 🌨️Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, dağlıq ərazilərə qar yağacaq. ✅ t.me/xeberlerlive
13 آوریل 2025, 08:34

⚡️⚡️⚡️⚡️⚡️Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. t.me/xeberlerlive
12 آوریل 2025, 02:09

🇦🇿 🇹🇷 Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrda Azərbaycana səfər edəcək. ✅ t.me/xeberlerlive
11 آوریل 2025, 07:34

🇦🇿 🇹🇷 Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrda Azərbaycana səfər edəcək. t.me/xeberlerlive
11 آوریل 2025, 07:32
11 آوریل 2025, ~07:34

🇦🇲 Erməni mediasının paylaşımı. Molla qardaşlarından öyrəniblər.
11 آوریل 2025, 06:00

⚡️Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyi məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. ✅ t.me/xeberlerlive
11 آوریل 2025, 02:21

🗣🇹🇷Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdədir. ✅ t.me/xeberlerlive
10 آوریل 2025, 06:22

🇦🇿🇹🇷🇮🇱 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib. APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib. Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Azərbaycanda gərginliyin azaldılması mexanizmi ilə bağlı görüş keçirib. ✅ t.me/xeberlerlive
10 آوریل 2025, 05:26

⚡️⚡️⚡️⚡️⚡️ Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. ✅ t.me/xeberlerlive
10 آوریل 2025, 00:20

🇦🇿Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. ✅ t.me/xeberlerlive
09 آوریل 2025, 13:50

🇦🇲🫂🚫 Ermənistan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Xüsusi Əməliyyat Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusu, İran İslam Respublikası Silahlı Qüvvələri aprel ayında birgə təlimlər keçirəcək. Təlimlər 9-10 aprel tarixlərində baş tutacaq. Birgə hərbi təlimlərin məqsədi yaxşı əlaqələndirilmiş, əlaqələndirilmiş hərəkətləri məşq etmək və potensial düşmənin sərhəd keçid məntəqələrinə hücumunun qarşısını almaqdır. ✅ t.me/xeberlerlive
09 آوریل 2025, 12:55

🇦🇿Prezidentin xüsusi nümayəndəsi Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib. ☑️t.me/xeberlerlive
09 آوریل 2025, 11:39