XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 817
Obunachilar
-624 soatlar
-477 kunlar
-22730 kunlar
Postlar arxiv
8 815
⚡Ermənistan XİN: “Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırılmış hissəsində tərəflərin bir-birindən ərazi tələblərinin olmadığı və gələcəkdə belə tələblər irəli sürməməyi öhdəsinə götürən maddə var.
t.me/xeberlerlive
8 815
❗️🔴Ordumuzun əsgəri vəfat etdi
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlunun səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunarkən kəskin ürək və ağciyər çatışmazlığından vəfat etməsi faktını təsdiq edirik."
t.me/xeberlerlive
8 815
🇦🇿🇰🇿Azərbaycan millət vəkilləri Qazaxıstanda atom elektrik stansiyasının inşasına dair keçiriləcək referendumda müşahidə aparacaqlar.
Referendum ölkədə sabah baş tutacaq.
t.me/xeberlerlive
8 815
Maşinisti narahat edənlər cərimə olunacaq
Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 200 yüz manat məbləğində cərimə edilir.
t.me/xeberlerlive
8 815
🇦🇿Prezident İlham Əliyev:
Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır.
O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün.
t.me/xeberlerlive
8 815
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
t.me/xeberlerlive
8 815
Repost from N/a
❄️Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
t.me/vefadarmuallim
8 815
Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləməli və günahkarları cəzalandırmalıdır.
Bu İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı konfrans iştirakçılarına göndərdiyi müraciətdə qeyd olunub.
t.me/xeberlerlive
8 815
⚡️BMT TŞ çərşənbə günü Yaxın Şərqlə bağlı təcili iclas keçirəcək.
t.me/xeberlerlive
8 815
⚡️Ermənistan Parlamentinin spikeri Alen Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik.
Azərbaycan Prezidentinin Administrasiyası istəsə, istənilən vaxt İrəvanla əlaqə saxlaya bilər və sazişin imzalanma vaxtı və yeri ilə bağlı razılığa gələ bilər”.
t.me/xeberlerlive
8 815
📰 İsrail bu həftə Livana quru işğalına başlaya bilər.
t.me/xeberlerlive | The Wall Street Journal
8 815
1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Prezident İlham Əliyev
t.me/xeberlerlive8 815
🇦🇿 Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir
Sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.
t.me/xeberlerlive
8 815
🇦🇿İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır.
t.me/xeberlerlive
8 815
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 815
Azərbaycan və İndoneziya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş imzalanıb.
t.me/xeberlerlive
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
