es
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Ir al canal en Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Mostrar más
8 817
Suscriptores
-624 horas
-477 días
-22730 días
Archivo de publicaciones
⚡Ermənistan XİN: “Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırılmış hissəsində tərəflərin bir-birindən ərazi tələblərinin olmadığı və gələcəkdə belə tələblər irəli sürməməyi öhdəsinə götürən maddə var. t.me/xeberlerlive

❗️🔴Ordumuzun əsgəri vəfat etdi Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlunun səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunarkən kəskin ürək və ağciyər çatışmazlığından vəfat etməsi faktını təsdiq edirik." t.me/xeberlerlive

🇦🇿🇰🇿Azərbaycan millət vəkilləri Qazaxıstanda atom elektrik stansiyasının inşasına dair keçiriləcək referendumda müşahidə aparacaqlar. Referendum ölkədə sabah baş tutacaq. t.me/xeberlerlive

Maşinisti narahat edənlər cərimə olunacaq Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 200 yüz manat məbləğində cərimə edilir. t.me/xeberlerlive

🇦🇿Prezident İlham Əliyev: Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. t.me/xeberlerlive

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. t.me/xeberlerlive

❗️Nəticə ⚽ "Qarabağ" 1-2 "Malmö" t.me/xeberlerlive

Matç başladı❗️ Uğurlar Qarabağ ! 🇦🇿 t.me/xeberlerlive

Repost from N/a
❄️Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. t.me/vefadarmuallim
❄️Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. t.me/vefadarmuallim

Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləməli və günahkarları cəzalandırmalıdır. Bu İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı konfrans iştirakçılarına göndərdiyi müraciətdə qeyd olunub. t.me/xeberlerlive

⚡️BMT TŞ çərşənbə günü Yaxın Şərqlə bağlı təcili iclas keçirəcək. t.me/xeberlerlive

🔥 Telegram’ın fəaliyyətində problemlər yaranıb. t.me/xeberlerlive

⚡️Ermənistan Parlamentinin spikeri Alen Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik. Azərbaycan Prezidentinin Administrasiyası istəsə, istənilən vaxt İrəvanla əlaqə saxlaya bilər və sazişin imzalanma vaxtı və yeri ilə bağlı razılığa gələ bilər”. t.me/xeberlerlive

📰 İsrail bu həftə Livana quru işğalına başlaya bilər. t.me/xeberlerlive | The Wall Street Journal
📰 İsrail bu həftə Livana quru işğalına başlaya bilər. t.me/xeberlerlive | The Wall Street Journal

1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Prezident İlham Əliyev t.me/xeberlerlive

🇦🇿 Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir Sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək. t.me/xeberlerlive

🇦🇿İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır. t.me/xeberlerlive

🇦🇿❤️ Allah Şəhidlərimizə Rəhmət Eləsin

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. t.me/xeberlerlive

Azərbaycan və İndoneziya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş imzalanıb. t.me/xeberlerlive