XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
7 593
Obunachilar
-1024 soatlar
-347 kun
-16530 kun
Postlar arxiv
7 590
🌧️ Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək.
t.me/xeberlerlive
04 Noy 2024, 01:41
7 590
Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.
t.me/xeberlerlive
04 Noy 2024, 00:39
7 590
⚡️RİİN: SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur.
Bu barədə yayılan məlumatlar dezinformasiyadır.
t.me/xeberlerlive
02 Noy 2024, 15:35
7 590
+1
❗️🇮🇷 İran NOTAM (pilotlara xəbərdarlıq) elan edib.
NOTAM 6 noyabr 2024-cü il tarixinədək qüvvədə olacaq.
Xəbərdarlıqdan dərhal sonra bir sıra Yaxın Şərq KİV-ləri İranın yaxın 48 saat ərzində İsrailə hücum edəcəyini bəyan ediblər.
t.me/xeberlerlive
02 Noy 2024, 13:41
7 590
🔪⚰️ Gəncədə qətl hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 44 yaşlı Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 53 yaşlı Nəsimi Mustafayev saxlanılıb.
t.me/xeberlerlive
02 Noy 2024, 10:07
7 590
⛈️ Sabah bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
t.me/xeberlerlive
02 Noy 2024, 10:03
7 590
🇦🇿🇦🇲 2024-cü il noyabrın 1-də Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu iclası keçirilib.
Görüş zamanı, 30 avqust 2024-cü il tarixində imzalanmış yuxarıda göstərilən Komissiyaların birgə fəaliyyət qaydalarının 7-ci maddəsinə uyğun olaraq, Tərəflər, bu qaydaların qüvvəyə minməsi üçün öz dövlətləri tərəfindən yerinə yetirilməsi zəruri olan daxili dövlət prosedurlarının icrası barədə bir-birilərinə bildiriş göndəriblər.
Tərəflər delimitasiya işlərinin aparılması üçün sərhəd xəttinin sahələrinin/sektorlarının ardıcıllığı barədə fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin aparılma qaydasına dair müvafiq təlimat layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün tarix və yerini iş qaydasında müəyyənləşdirmək barədə razılığa gəliblər.
Komissiyaların iclası başa çatdıqdan sonra, Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər.
t.me/xeberlerlive
01 Noy 2024, 11:14
7 590
🇦🇿🇦🇲 Şahin Mustafayevlə Mher Qriqoryanın görüşü keçirilib.Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
t.me/xeberlerliveğ
01 Noy 2024, 10:54
7 590
Azərbaycanda Dizel və Aİ92 marka yanacağın qiymətinin artması gözlənilir. Ümumiyyətlə dizellə işləyən avtomobillərin istifadəsində bir sıra çətinliklər olacaqdır. Ekologiya Nazirliyinin son hesabatında Bakıda ekoloji vəziyyətin kritik olduğu bəlli olub. Bu səbəbdən məhz Qazaxstanda artıq dizel yanacağı ilə çalışan avtomobillərə bir sıra qadağalar tətbiq edilib.
t.me/xeberlerlive | KİV
01 Noy 2024, 02:28
7 590
‼️Noyabrda ardıcıl 6 gün iş günü olmayacaq.
8 noyabr - Zəfər Günü
9 noyabr - Dövlət Bayrağı Günü
Noyabrın 16-sı və 23-ü isə iş günləridir.
t.me/xeberlerlive
01 Noy 2024, 01:13
7 590
🇦🇿🇬🇧 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə telefon danışığı aparıb.
“Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var, layihənin razılaşdırılması üzrə iş aparılır”
t.me/xeberlerlive
31 Okt 2024, 11:20
7 590
Repost from Miriyev TV
XƏBƏRİNİZ OLSUN ❗️Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan ediləcək.
t.me/miriyevtv
31 Okt 2024, 05:56
7 590
🇦🇿🇦🇲 Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan:
"Biz bütün Paşinyan-Əliyev görüşlərini dialoq baxımından müsbət qiymətləndiririk.Əlbəttə ki, biz başladılan proseslərin və sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini təmin etmək məqsədi daşıyırıq və bu təmaslar bu mənada faydalıdır."
t.me/xeberlerlive
30 Okt 2024, 07:23
7 590
❗️Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır
Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”, eləcə də bəzi Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin aşağı düşdüyünü əks etdirən bu məqaləsinə cəlb etmək istərdim”, – H.Hacıyev yazıb.
t.me/xeberlerlive
30 Okt 2024, 03:34
7 590
Ermənistan KİV: Ararat Mirzoyan COP29-da iştirak etmək niyyətindədir.
t.me/xeberlerlive
30 Okt 2024, 02:50
7 590
‼️Bakıda tələbə qızları izləyən manyak PEYDA OLUB
Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.
Əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.
Nəticəsi barədə əlavə məlumat veriləcək....
t.me/xeberlerlive
29 Okt 2024, 03:14
7 590
🇦🇿🇵🇰 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.
t.me/xeberlerlive
28 Okt 2024, 02:59
7 590
🌐 Əldə etdiyimiz məlumata görə, Azərbaycanın bu sahəyə cavabdeh olan rəsmi qurumları, Tiktok baş ofisindən azərbaycanlı yayımçılar barədə sorğular veriblər. Tiktok baş ofisi isə azərbaycanlı yayınçıların indiyə qədər balanslarına gəlmiş ianə jetonların və qazandığı pulların dəqiq hesabatını qurumlara təqdim ediblər. Çox güman yaxın zamanlarda bu sahədə addımlar atılacaq və qazanılan pullar hamısı rəsmiləşdiriləcəkdir. Yəni indiyə qədər qazanılan pulların vergisi həmin şəxslərdən tələb ediləcəkdir.
t.me/xeberlerlive
27 Okt 2024, 10:17
7 590
Bakı və Abşeronda leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.
t.me/xeberlerlive
26 Okt 2024, 13:37
